18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
KAMAL CAMALOV AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNİN GƏNC TƏDQİQATÇISI VƏ LAYİQLİ TƏBLİĞATÇISIDIR-ƏBÜLFƏT PƏLƏNGOV
Tarix: 25-05-2021 01:42 | Bölmə: Ədəbiyyat

Qoca Şərqin böyük mütəfəkkiri Arif Ərdəbili yazır ki, “Ey qələm! Çalış fikir dənizindən yeni-yeni incilər çıxarasan. Sən şəkər verən qamışdan bununla seçilirsən ki, şəkər yerinə gövhər saçırsan. Özü də sənin məhsulun şəkərdən qat-qat şirindir”. Bu mənada, mütəfəkkirlərin fikir dənizindən yeni-yeni incilər tapıb çıxaran Kamal Camalovun tədqiqat dairəsi genişdir. Onun fikri sadə, sözü tam və inandırıcı, fəaliyyəti isə gərgin və məhsuldardır. Bu fikri onun “Azərbaycan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında ideyaları”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi (Akademik Oruc Həsənli ilə birgə)”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Mollanəsrəddinçilərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. adlı dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları və 500-dən artıq elmi-pedaqoji yazıları da təsdiq edir. Əsərləri Türkiyə, Amerika, Rusiya, İsveç, Kuba, Özbəkistan, İran, Gürcüstan, Makedoniya və s. ölkələrdə işıqlandırılmışdır. Bu sanballı əsərləri ilə Kamal müəllim Azərbaycan məktəb və pedaqoji fikir klassiklərinin, həmçinin xarici maarifpərvərlərin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlimtərbiyə ilə bağlı fikirlərini təhlilə cəlb etmişdir. Gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini üzə çıxarmış və bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür. Azərbaycan Respublikasının əməkdar müəllimi Kamal Camalovun apardığı tədqiqatlar, yazdığı kitablar təsdiq edir ki, K.Camalov məktəb və pedaqoji fikir tarixinin tanınmış gənc tədqiqatçısıdır və bir gənc tədqiqatçı kimi tarixi mənbələrə istinad edərək dəqiq və düzgün yazmağa üstünlük verir. Elmi həqiqətin meyarı hesab edir və elmi fəaliyyətində bu meyara sadiq qalır. Ümumiləşdirmələrlə zəngin olan bu əsərlərdə xalqımızın mənəvi yaddaşını, vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik, humanizm 2 barədə düşüncələrini, milli-mənəvi dəyərləri, pedaqoji fəaliyyətin hərəkətverici qüvvəsinə çevirmək onun tədqiqatçılıq fəaliyyətinin başlıca meyarı olmuşdur. Tədqiqatçı “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı dərs vəsaitində sələflərin və xələflərin milli-mədəni irsə qayğıkeş münasibətindən, gənc nəsli əxlaq və əxlaqi görüşlər ilə, məktəb və pedaqoji fikir tarixi ilə yaxından tanış etməyin əhəmiyyətindən bəhs edir. Vəsaitdə qeyd olunur ki, böyük mütəfəkkirlər ötüb keçənlərə deyil, dünəndən bu günə baxmış, sanki dünəni bugünləşdirmiş, dünənə bu günün çalarlarını əlavə edərək sabaha aparmış, əbədiləşdirmişlər. Söz xiridarlarının həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdikcə, onların yaradıcılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə görürük ki, öyrənilməmiş problemlər daha bariz, daha qabarıq şəkildə nəzərə çarpır. Sələflərin (Həzrəti Əli (ə.), Balasaqunlu Yusuf, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Fəzlullah Nəimi və b.) və xələflərin (Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli və b.) çoxcəhətli pedaqoji-ictimai fəaliyyətlərində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ya ümumi şəkildə bəhs olunmuşdur. Görkəmli maarifçi və pedaqoqlarla bağlı xarici ölkələrdə də çoxlu kitablar və məqalələr yazılmışdır. Ayrı-ayrı məqalələrdə böyük mütəfəkkirlərin təlim və tərbiyə məsələlərinin araşdırılmasına da təşəbbüslər göstərilmişdir. Lakin yenə də böyük ideya sahiblərinin fəaliyyətlərinə, o cümlədən, məktəb və maarif, tərbiyə və əxlaq məsələləri haqqında olan görüşlərinin tədqiqinə hələ də zəruri ehtiyac duyulur. Bu zəruriliyə ehtiyac duyulduğunu hiss edən Kamal Camalov dərs vəsaitində sələflərin və xələflərin pedaqoji görüşlərini sistemləşdirmiş, ümumiləşdirmiş və müasir məktəb təcrübəsində istifadə imkanlarını üzə çıxarmaqla mənəvi ədalətsizliyin təsvirini, mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliği, vətənpərvərlik, humanizm, ailə tərbiyəsi, islam əxlaqı və ümumbəşəri dəyərlər ilə bağlı fikirləri araşdırmışdır. İnanıram ki, bu kitab gələcəkdə məktəb və pedaqoji fikrin inkişafı tarixində pedaqoqların yeri və rolunun təhlili kimi dərslik və dərs vəsaitlərinin hazırlanmasında 3 mühüm əhəmiyyət kəsb edəcəkdir. Çünki “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı əsərdə tarixi-pedaqoji prosesin, elmi-nəzəri fikrin tədqiqi yeni konsepsiya əsasında tədqiqə cəlb olunur. Maraqlı cəhətlərdən biri də budur ki, Kamal Camalov tərəfindən pedaqogika tarixinin öyrənilməsində pedaqoq və maarifçilərin fəaliyyəti aşkara çıxarılır, tərbiyə və təhsilin təşəkkülü, inkişafı və deformasiyasının səbəbləri müəyyənləşdirilir, pedaqogika elminin təşəkkülü və inkişaf tarixinin yeni dövrləşməsi verilir, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs göstərilir, pedaqoji görüşləri tədqiqdən təcrid olunmuşların (Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Fəzlullah Nəiminin və b.) yaradıcılığı yeni baxış, yeni ideya süzgəcindən keçirilir. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin gənc tədqiqatçısı və layiqli təbliğatçısı, pedaqogika elmləri doktoru, əməkdar müəllim, ictimai-siyasi xadim, dosent Kamal Camalova öz təbirincə desəm bəşəri nemət olan cansağlığı, yeni-yeni axtarışlar, sanballı əsərlər yaratmaq işində uğurlar arzulayıram.
ƏBÜLFƏT PƏLƏNGOV,
Pedaqogika elmləri doktoru, professor

Baxış sayı: 2 063
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib