19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
ELMDƏN UCA -Ramiz QASIMOV
Tarix: 08-05-2021 23:25 | Bölmə: Ədəbiyyat

Ulu Öndər Heydər Əliyev irsi ədəbiyyatşünasliq elminin ideoloji mənbəyini təşkil edir
Azərbaycan ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev mühüm rol oynamışdır. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda ədəbiyyatşünaslığımızın milli ideyalar istiqamətində inkişafında əvəzsiz mənbə olmuşdur. Hələ konkret elmi yanaşma meyarlarının olmadığı, yanlış fikirlərin, təhlükəli stereotiplərin hakim olduğu bir dönəmdə məhz müdrik liderin fikirləri yeni elmi-tənqidi meyarlar müəyyənləşdirməsinə güclü təkan vermişdir.
Hələ ulu öndər Heydər Əliyevin Azərbaycanda Mərkəzi Komitəyə rəhbərlik etdiyi vaxt klassik Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin öyrənilməsi haqqında verdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq elminin milli ideyalar istiqamətində inkişafına böyük təkan vermişdir. Halbuki artıq əsrin 20-30-cu illərindən başlayaraq xalqın milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri unudulma siyasətinə məruz qalmış, xalqın mülkiyyətindən qoparılma cəhdinə düçar olmuşdu. Hətta elə bir dövr gəlmişdi ki, xalqın milli düşüncəsini yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya uğradılır, söz xəzinəsi və mədəniyyət nümunələri isə zərərli abidələr adı altında sıradan çıxarılırdı. Xalqın milli soykökü və qədim, zəngin tarixi düşüncəsini əks etdirən ədəbiyyat nümunələri və görkəmli şəxsiyyətlər məqsədyönlü olaraq tarix səhnəsindən silinirdi. XX əsrin 70-ci illərindən isə artıq Azərbaycanın tarixi taleyində bir Günəş kimi doğan Heydər Əliyev böyük müdriklik və vətəndaşlıq qayğısı göstərərək xalqın milli sərvətini özünə qaytarmıq vəzifələrinin icrasına start verdi. Beləliklə, böyük istedadla yaradılmış və xalqın milli keçmişini, mənəviyyatını əks etdirən ədəbiyyat nümunələri xalqın milli sərvəti olaraq qorunmağa və böyük qayğı ilə əhatə olunmağa başladı. Vaxtında verilən müdrik qərarlar Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin öyrənilməsi və əsərlərinin nəşrinə böyük imkanlar açdı, ədəbiyyatşünaslığın milli istiqamət almasına ciddi təsir göstərdi. Məhz bu sayədə Azərbaycan ədəbiyyatı milli sərvətimiz olaraq qorundu, ədəbiyyatşünaslıq milli ideyalılıq və elmi prinsiplər üzrə yeni inkişaf yoluna qədəm qoydu.
Azərbaycan xalqı üçün sınaq əsri olan XX əsrin qarışıq və mürəkkəb 90-cı illərində də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev davamlı müdrik siyasət sayəsində xalqın mənəvi sərvətinin qorunması və inkişafına mühüm stimul verdi. Ulu öndər həm də 90-cı illərdə yeni ictimai-iqtisadi sistemə keçid dövründə təkcə ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası milli ictimai düşüncədə dərin ideoloji böhran yaşandığı, meyarların itdiyi bir vaxtda özünün müdrik qərar və fikirləri ilə bu böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit və müəyyən etməyə şərait yaratdı. Yeni düşüncə ortaya çıxan bir zamanda məhz dahi, uzaqgörən liderin müdrik düşüncə və qararları sayəsində milli baxış və təhlil meyarları meydana gəldi. Bu dövrdə də milli-mənəvi dəyərlərə qayğı başlıca yerdə dayandı. Çünki ulu öndərin fikrincə: “...insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir edən güclü vasitə yoxdur”. Bu baxımdan müdrik liderin vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi xalqın milli sərvəti olmaqdan kənar edilmiş “Kitabi-Dədə Qoprqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamı, yubiley mərasimindəki çıxışı da bütövlükdə xalqımızın milli-mənəvi sərvətlərinə, onun tarixi, mədəniyyəti və ədəbiyyatına konkret münasibət tərzinin müəyyən edilməsinə istiqamət verdi. Dahi liderin: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. ...Bu, bizim ana kitabımızdır... ...Eposun əsas ideyasını qəhrəmanlıq ideologiyası təşkil edir. ...“Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir”, – deyə ifadə etdiyi fikirlər həm qorqudşünaslıq kimi yeni bir sahənin elmi əsasını müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan şifahi xalq ədəbiyyatına, bütövlükdə xalqın mənəvi sərvətlərinə yeni baxış tərzini müəyyən edirdi. Təsadüfi deyilməyib ki, ulu öndər Heydər Əliyev “Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan daha miqyaslı və ixtisaslı qiymətlər verir”di. Bu mənada ulu öndər Heydər Əliyevin hər bir sahə ilə bağlı söylədiyi fikirlər o elmin, sahənin tədqiqatına yeni istiqamət, meyar vermiş olurdu. Vaxtilə görkəmli ictimai xadim, ədib Nəriman Nərimanov haqqında ulu öndərin dediyi fikirlər də təkcə Nərimanov əleyhinə aparılan elmi-ictimai kampaniyalara qarşı deyil, ümumən Sovet dövrü tarixinə, sovetizm qalıqlarına qarışaraq ictimai qınaq hədəfinə çevrilmiş bütün görkəmli şəxsiyyətlər əleyhinə yönəldilmiş fikir və stereotiplərə qarşı tutarlı cavab olmaqla bərabər ümumən Azərbaycan tarixinin Sovet dövrünə düzgün, obyektiv yanaşma tərzinin formalaşmasına stimul verdi.
Dahi lider ayrı-ayrı görkəmli söz ustadları, böyük klassiklər - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətayi, Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları barəsində danışarkən onları təkcə ədib, şair, yazıçı kimi deyil, həm də bir mütəfəkkir, filosof olaraq da təqdim edir, tədqiqatların istiqamətini məhz bu məcrada aparılması konsepsiyasını göstərirdi. Ulu öndər: “XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”, – deyə böyük klassiklərin yaradıcılığını, ümumən milli ədəbi düşüncə və sərvəti milli ideologiyamızın mənbəyi kimi təqdim edir, xalqın milli sərvətinə həm də milli məfkurə yönündən araşdırma zərurətini ifadə etmiş olurdu. Həmçinin müdrik liderin böyük şair Hüseyn Cavidlə bağlı dediyi fikirləri də ədəbiyyatşünaslıq elmimiz üçün milli konseptual istiqamət, yanaşma tərzi müəyyənləşdirmiş oldu. Sovet dövründən ziddiyyətli fikirlər qarşısında qalan Hüseyn Cavid irsi və şəxsiyyəti haqqında obyektiv milli yanaşma meyarını məhz dahi liderin müdrik fikirləri müəyyənləşdirdi. Ulu öndərin vətəndaşlıq cəsarəti nəinki Cavidin nəşini öz doğma torpağına gətirməyə müvəffəq oldu, həm də bu əbədiyaşar sənətkarın ölməz irsinə həm də əsl bəraət və ikinci həyat bəxş etmiş oldu. Ulu öndərin: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavidin “İblis” əsəri heç də Hötenin “Faust”undan geri qalmır” kimi fikirləri görkəmli filosof, şair Hüseyn Cavid yaradıcılığına ədəbi-estetik təhlil, yanaşma metodunu təsbit etməklə bərabər onun Azərbaycan və dünya ədəbiyyatındakı yerini, mövqeyini müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan romantizminə yanaşma metodu və tərzini də ədəbi cəhətdən müəyyən etmiş olurdu.
Ümumiyyətlə, qeyd edilməlidir ki, ayrı-ayrı görkəmli adamlarımızın Azərbaycan xalqının mənəvi sərvətləri içərisində yerini və mövqeyini müəyyənləşdirmək baxımından dahi şəxsiyyət Heydər Əliyevin fikirləri müstəsna əhəmiyyətə malik olmuşdur. Ulu öndərin Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Mirzə Cəlil, Cavid və başqaları haqqındakı fikirlərində şəxsiyyətlərə həm filosof kimi yanaşma meyli özünü aydın ifadə edir, həm də dünyaca şöhrətləri və ədəbi mövqelərinə də diqqət çəkmiş olurdu. Ulu öndər milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində öyrənməyin zəruriliyini də ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi sərvətlərə yanaşma tərzinin bu metodunu da təqdim edirdi. Yaşadığımız dövr üçün son dərəcə zəruri olan bu yanaşma üsulu ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyalı, ümumtürk və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu.
Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan elmi-ictimai fikrinin inkişafına özünün müdrik fikirləri ilə yeni güc qatmış, onun ideya-estetik, elmi meyarlarının müəyyənləşməsində mühüm rol oynamışdır. Azərbaycan xalqının hərtərəfli həyatında məhz bu cür müdrik davranış və xilaskarlıq missiyası həyata keçirmənin nəticəsi idi ki, dahi lider Heydər Əliyev liderlikdən ümummilli liderliyə ucalaraq əbədiyaşarlıq qazanmışdır.
Qətiyyətlə deyə bilərik ki, bu gün ölkəmizdə həyata keçirilən çoxsaylı işlər və qazanılan nailiyyətlər Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Böyük dühalara göstərilən ehtiram, mədəniyyət, elm, sənət, ədəbiyyat xadimlərinə hörmət və qayğı və b. Ulu Öndərin zəngin və mütərəqqi təcrübəsindən qalan uğurlu bir ənənədir. Ölkəmizdə 2019-cu ilin Nəsimi, 2021-ci ilin Nizami ili elan olunması da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursunun tərkib hissəsidir. Ölkə başçısının qərarı ilə müqəddəs Azərbaycan ocağı olan Şuşaşəhərinin Mədəniyyət Mərkəzi elan olunması, xalqımızın böyük mütəfəkkir-şairi Molla Pənah Vaqifin Xatirə məqbərəsinin yenidən qurulması istiqamətində aparılan işlər və çoxsaylı digər tədbirlər ölkə başçısının uğurlu Heydər Əliyev yolundan natamam qalan taleyüklü məsələlərin həyata keçirilməsi istiqamətində diqqəti cəlb edir. Bütövlükdə, torpaqlarımızın işğaldan azad edilməsi və yenidənqurma, quruculuq işlərinin həyata keçirilməsi Heydər Əliyev siyasətinin davamı və yeni mərhələdə qələbəsi, təntənəsidir!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 742
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR