21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
BÖYÜK BİR MƏKTƏB-Zülfiyyə İSMAYIL
Tarix: 03-05-2021 18:21 | Bölmə: Ədəbiyyat

Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi alimlərimizdən biri Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Yusif Mirəhməd oğlu Seyidovdur. Həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarının genişliyi ilə seçilən görkəmli alim müraciət etdiyi hər bir mövzunu zəngin faktlarla, inandırıcı mühakimələrlə, mükəmməl nəticələrlə tamamlamış, bir sıra problemlərin araşdırılmasında son və konkret fikir yürütmüşdür. O, sistemli şəkildə qrammatika ilə məşğul olsa da, dilçiliyimizin elə bir sahəsi və qaranlıq məqamı yoxdur ki, ora müracit etməsin və həlli yollarını göstərməsin. Elmi yaradıcılığı Azərbaycan diçiliyinin böyük bir mərhələsini təşkil edənprofessor Yusif Seyidov dilçilik sahəsində məktəb yaratmış alimlərimizdən biri olmaqla yanaşı, dilimizin qorunması, onun saflığının qayğısına qalan və bu sahədə təbliğat aparan böyük vətəndaş-şəxsiyyət olmuşdur. Azərbaycanda ədəbiyyatşünaslıq və dilçilik problemlərini müntəzəm olaraq vəhdətdə tədqiq edən alim ömrünün 60 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr etmişdir. Alimin bu sahədəki tədqiqatlarının nəticəsi olaraq 200-dən çox elmi əsəri, o cümlədən 30-dan çox monoqrafiya, kitab, dərslik, dərs vəsaitləri (Azərbaycan və rus dillərində), onlarla publisistik məqalə,tədrisdə və kadr hazırlığındakı fəaliyyəti, saysız-hesabsız yetirmələri, onun uzun ömrünün silinməz izlərini təşkil edir. 1972-ci ildə çap olunan üçmüəllifli “Müasir Azərbaycan dili” (Sintaksis) dərsliyinin müəlliflərindən biri olması onun ən məhsuldar işi kimi yüksək qiymələndirilmiş və dövlət mükafatına layiq görülmüşdür.
Yusif Seyidov 02 may 1929-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində anadan olub. Orta məktəbi də həmin kənddə 1944-cü ildə bitirib. “Əziz və doğma məktəbim” adlı məqaləsində gənclərin mütaliə qabliyyətini artırmağı, kitablarla yoldaşlıq etməyi, ən vacibi ana dilini sevməyi və öyrənməyi, bu dildə rəvan danışmağı, səhvsiz yazmağı, onu qorumağı,daha da inkişaf etdirməyi tövsiyə etmişdir.Yusif Seyidovelmi yaradıcılığa və pedaqoji fəaliyyətə ilk dəfə 1952-ci ildə “Azərbaycan müəllimi” qəzetində dərc etdirdiyi “Azərbaycan dilinin qrammatikası haqqında” adlı ilk məqaləsi ilə başladı və böyük nöqtəni də 60 il sonra – 2013-cü ilin noyabr ayının 18-də qoydu. Bu ömrun 60 ili də Bakı Dövlət Universitetinin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında keçdi. Özünündili ilə desək, məbədinə çevrilən bu ocaqda həyatın ictimai pillələri ilə irəlilədikcə keşməkeşli yollardan keçdi.
1955-ci ildə “Müasir Azərbaycan dilində feili bağlama tərkibləri” mövzusunda namizədlik dissertasiyası, 1965-ci ildə isə “Müasir Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafıə etməsi onu tamamilə qrammatistkimi tanıtmışdı. Amma onun elmi yaradıcılığı sintaksis cərçivəsində qalmadı, mövzu və mündəricə baxımından çox geniş miqyası əhatə etdi. Azərbaycan dilçiləri içərisində ən çox əsəri (15 cilddə) olan alim heç vaxt özünü təkrar etmədi. O, həmişə ilklərəimza atdı.
İlk dəfə linqvistik təhlilləribədii nəsr nümunələri ilə aparmaq ənənəsini Yusif Seyidaov dilçilik elminə gətirdi. Nəzərə alsaq ki, Yusif müəllim neçə-neçə dərsliyin müəllifi olub, deməli, ədəbiyyat nümunələrini dil dərsliklərində görən şagird və tələbə buna etinasız yanaşa bilməz. Yusif müəllimin bütün elmi və pedaqoji fəaliyyəti milli ruha köklənmişdi. Belə ki,rus və Avropa dilçilik məktəblərinə yaxından bələd olan alim heç vaxt həmin nəzəriyyələri Azərbaycan dilinə uyğunlaşdıraraq uydurma dil faktları göstərmir, şablonları Azərbaycan dilinə yamamır, əksinə, canlı xalq danışığında dil faktını müşahidə edir, həmin faktı ədəbi dildə axtarır və sonra ona elmi və nəzəri təhlil verərək hökm çıxarırdı. Onun üçün dil faktının böyüyü və ya kiçiyi yox idi. O, hər bir dil elementinə böyük problemin bir ünsürü kimi baxır və müzakirə müstəvisinə gətirərək elmi qənaətlərini ifadə edirdi.
Yusif Seyidovun B.Çobanzadə, Ə.Dəmirçizadə, İ.Həsənov, M.Xəlifəzadə, Y.Mirbabayev, M.Şirəliyev, M.Hüseynzadə və digərlərindən bəhs etdiyi “Azərbaycan dilçilik elmini yaradanlar və inkişaf etdirənlər”, habelə görkəmli dilçi alim Nəsir Məmmədovdan bəhs edən “Əlli il maarif cəbhəsində”, Afad Qurbanovun “Bədii mətn və linqvistik təhlil”, Ə.Dəmirçizadənin Füzulinin ədəbi dilimizin tarixində yeri haqqında apardığı tədqiqatlarından bəhs edən “Azərbaycan dilinin xəlqi təbiəti və bədii vüsəti”, böyük dilçi alim Səlim Cəfərova həsr olunan 5 böyük elmi əsəri və s. Azərbaycan dilçilik elminin inkişafında xidmət göstərən sələflərinə böyük ehtiramın ifadəsi idi.
Bu korifey dilçinin, azman şəxsiyyət və ustad müəllimin yaradıcılığı kifayət qədər monoqrafik material verir.Belə ki, professor Yusif Seyidovun zəngin və çoxşaxəli elmi yaradıcılığının bir istiqaməti ilə bağlı“Professor Yusif Seyidovun dilçilik görüşləri (ədəbi dil məsələləri)”mövzusundaAliyə Əbülfəz qızı Musayeva dissertasiya yazmış və uğurla müdafiə etmişdir. Azərbaycan dilçiliyindəədəbi dil məsələlərinin tədqiqi müəyyən bir tarixə malik məsələ olsa da, bu sahədə zəruri nəticələr əldə edilsə də, səthi yanaşılmış, konkret bir qənaətə gəlinməmiş məsələlər də az deyildir. Yusif Seyidov ədəbi dil məsələlərini mütəmadi olaraq araşdırmış və silsilə əsərlər yazmışdır.Azərbaycan ədəbi dilimizə dərindən nüfuzu və yeni, ən yeni dövr ədəbi prosesini araşdırmalarında ardıcıl izləməsi nəticəsində ortaya qoyduğu 6 monoqrafiya, onlarla elmi əsər və gəldiyi elmi qənaətlər diqqəti cəlb edir. Onun “Klassik Azərbaycan şairləri söz haqqında”, “Yazıçı və dil”, “Sözün şöhrəti”, “Sözün qüdrəti”, “Sözün hikməti” və b. kimi sanballı monoqrafiyalarındakı konkret nümunələrdən gəlinən nəticələrlə dəqiq faktlar və göstəricilər təqdim etməsi dilçi-ədəbiyyatşünas və tənqidçi alimin bu kontekstdə min illik (XI-XXI əsrlər) Azərbaycan yazıçılarının klassik şeir dilinə məxsus yüksəlişi və xalq dilinə məxsus təbiiliyini təhlil etmiş,söz haqqındakı düşüncələrini, xidmətlərini, fikirlərini sistemə salmış, tarixi ardıcıllığı izləmiş və salnamə yaratmışdır.Ədəbi-bədii dil və ədəbiyyata dair onlarla məqaləsi “Ədəbi tənqid və bədii dil” kitabında toplanmışdır.Y.Seyidov “Yazıçı və dil” probleminin iki istiqamətdə, yəni yazıçının əsərlərinin dili və dil haqqındakı görüşlərinin öyrənilməsinin tərafdarı kimi çıxış edirdi.
Professor Yusif Seyidovun Azərbaycan dili tarixinə dair apardığı səmərəli tədqiqatlar, habelə “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi- Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Dövrün (XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə “Nəsiminin dili” monoqrafiyası ciddi və ardıcıl müşahidə və axtarışların, dil tariximiz haqqında dərin və hərtərəfli elmi tədqiqatların məhsuludur.
Xalqımızın “ana kitabı” olan ““Kitabi-Dədə Qorqud” dastanı haqqında”, ““Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, Yusif Məddahın “Vərqa və Gülşa” poeması, klassik ədəbiyyatımızın araşdırılmasından bəhs olunan “Klassik irs qayğıları” adlı əsəri sarsılmaz özülə malik olan ədəbi irsimizin araşdırılmasında mühüm qaynaqlardandır.
Məlumdur ki, Y.Seyidovun elmi yaradıcılığında ədəbi şəxsiyyətlərə maraq güclü olmuşdur. Professor Yusif Seyidov tədqiqatlarında Azərbaycan ədəbiyyatı xəzinəsinə böyük incilər bəxş edən ustadlara həsr olunan araşdırmaları geniş və əhatəli şəkildə yer alır. Alimin XX əsr Azərbaycan şeiri və nəsrində dil məsələsinə də xüsusi diqqət göstərmiş və ədəbi prosesi ardıcıl və davamlı olaraq izləmişdir.“Üç zirvənin fatehi” adlandırdığı Mir Cəlal Paşayev haqqında “Şirin söz ustadı”, akademik İsa Həbibbəyli haqqında “Akademik İsa Həbibbəyli” ,Rəsul Rza,Mirzə İbrahimovyaradıcılığında dil məsələsi, Səməd Vurğun haqqında yazdığı “Şairin dərdi”,“Xalq yazıçısı Elçin” adlı monoqrafiyasındakı ədəbi və bədii dil məsələləri öz elmi izahını tapmışdır. Bu əsərlərdə qoyulan məsələlər Azərbaycan dilçiliyi üçün nə dərəcədə zəruri əhəmiyyət kəsb edirsə, gəlinən nəticələr, əksini tapan qənaətlər də ədəbiyyatşünaslığımız üçün bir o dərəcədə əhəmiyyət və fayda kəsb edir.
Fikrimcə, yazılan hər bir əsərin arxasında onu yazan müəllifin əqli düşüncəsi ilə yanaşı onun xarakteri də dayanır. Yusif Seyidovun əsərlərindəki polemika, elmi müzakirəvə mübahisələr onun yüksək nəzəriyyəsiningöstəricisidirsə, hər cümlənin arxasındakı ana dilinə olan sevgi, milli ruha köklənmək, milli dəyərlərə xitab etmək, axıcılıq, sadəlik isə onun xarakterinin nümayişidir. Bəllidir ki, dilçilik konkret və fakta söykənən elmdir. Bu cəhətdən Yusif müəllimin dilinin sadəliyi və axıcılığı onun riyazi dəqiqlik tələb edən dilçilik əsərlərini oxunaqlı edirdi. Yusif müəllimin sadə, anlaşıqlı dili səsinin həlim ahəngi ilə qulağa mirvari kimi süzülürdü. Biz onu dinləməkdən və əsərlərini oxumaqdan yorulmurduq. O, bizə sadə məsləhətlər verəndə belə adama elə gəlirdi ki, o, geniş auditoriya qarşısında məruzə edir. Öyrənməkdən və öyrətməkdən yorulmayan, daima axtarışda olan pedaqoq-alim şəxsi nümunə, insanlıq mücəssəməsi idi.
Mənim əziz elmi rəhbərim Yusif müəllimlə bağlı saysız-hesabsız xatirələrim var. Onlardan birini oxucularımızla bölüşmək istəyirəm: ...indi yaşadağımız əsrin əvvəlləri idi. Aspiranturaya daxil olanda o vaxt akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetin rektoru vəzifəsində çalışırdı. O, bizim ən kiçik problemimizlə yaxından məşğul olur və yerindəcə həll edirdi. İsa müəllim Yusif müəllimdən xahiş etdi ki, mənə elmi rəhbər olmağa razılıq versin. Yusif müəllim mənə “Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr” mövzusunda dissertasiya mövzusu verərkən tapşırdı ki, Dədə Qorquddan üzübəri bütün klassiklərin dilindən qeyri-təyini ismi birləşmələrlə bağlı dil faktlarını toplayım və işlənmə tezliyinin statistikasını göstərən cədvəl hazırlayım. Gözümün qarşısına anadilli Azərbaycan ədəbiyyatı gəldi:mən onların hamısını oxumalıyam və nümunə seçməliyəm... “Elşən kimi” məni vahimə bürüdü və titrək səslə dedim: “Axı çox olar”. Dedi ki, onda ismi birləşmələrlə bağlı dil faktlarını da topla. Yusif müəllim nə qədər təvəzökar, sadə və mülayim insan olsa da, bir o qədər də ciddi və tələbkar idi. Mən qısa müddətə dissertasiyanı yazsam da, nümunələri toplamağım və cədvəl hazırlamağım uzun illər çəkdi. Artıq möhürlü rəyimi alandan sonra özümdə cəsarət tapıb elmi rəhbər “işgəncə”sinin səbəbini soruşdum: “Yusif müəllim, axı 170 səhifəlik dissertasiya varkən, bu iki səhifəlik cədvəl nəyə lazım idi?” Yusif müəllimin səsinin ahəngi dəyişdi. Dedi ki, o dissertasiya sənə Azərbaycan dili ixtisasında alimlik dərəcəsi qazandıracaq, bu məzəmmət etdiyin iki səhifəlik cədvəl isə sənəədəbiyyatı tanıdacaq. Təəssüf hissiylə sözlərinə davam etdi ki, indiki gənclik tənbəldi, mütaliəni sevmir. İşiniz düşməyincə“Kitabi-Dədə Qorqud”u, Nəsimini, Xətaini, Füzulini, Vaqifi, Ordubadini,Cəlil Məmmədquluzadəni, Cavidi, Səməd Vurğunu və digər klassikləri oxumurlar. Mənim yetirmələrimə bu statistik cədvəli hazırlatmaqda məqsədim nümunə toplayarkən onları ədəbiyyatla dərindən tanış etməkdir, sizlərə başa salmaq istəyirəm ki, bütövlükdəAzərbaycan ədəbiyyatına bələd olmadan və özünüzdə bu sevgini yaratmadan dilçi alim olmaq mümkün deyil. Onun iş prinsipi, iş metodikasının sirri bu idi: Azərbaycan dilini və ədəbiyyatını sevmək və sonra öyrənmək. O, yetirmələri üçün həmişə ən yaxşısını düşünürdü... Təmiz qəlbli, təmənnasız rəhbərimizəBakıya yolumuz düşəndə “Yusif müəllim, kənddən könlünüzün çəkdiyi bir şey lazımdırsa,gətirək”- deyəndə, “Sağ-salamat gəl, əziyyət olmazsa, beş-altı təndir lavaşı və bir hörük də dağ ələyəzi gətir”- deyərdi. Yaşa dolduqca kövrəkləşən müəllimimizi torpaq həsrəti ağuşuna almışdı. Kəndindən gedən ən kiçik şeylərdən belə illərin arxasından boylanan uşaqlığının, gəncliyinin qoxsunu alırdı, həmçinin ata-anasının, erkən dünyadan köçən bacı-qardaşının yatdığı torpağa həsrətini ovudurdu... Bütün bunlar yaşlı vaxtlarında yurd sevgisinin, torpağa bağlılığının, kənd-kəsəyinin havasına möhtaclığının və gözlərindəki nigarançılığın ifadəsi idi...O, özünün daxili aləminin portretini belə cızmışdı: “Allah məndən çox şeyi əsirgəyibdir. Hər mənzilə daşlı-kəsəkli yollarla getmişəm. Ancaq bunların əvəzində Allah mənə sevməyi də, nifrət etməyi də bacaran bir ürək veribdir. Hər cür hiylədən, məkrdən uzaq bir ürək. İnsanlara xidmət eşqi ilə döyünən bir ürək. Nadan sözünü vecinə almayan, dostun adi laqeydliyindən sınan bir ürək...”.Bu ürək daimə Azərbaycan elminə xidmətlə alavlandı.
Dilçilik elminin ən görkəmli nümayəndəsi olan Professor Yusif Seyidovun yetirmələri o məktəbin nümayəndəsi olmağın qürür və fəxarət duyğusunu, həmçinin məsuliyyət hissini bir ömür boyu çiyinlərində daşıyacaqdır...
Ruhun şad olsun, əziz Ustad!
Zülfiyyə İSMAYIL,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi
Baxış sayı: 911
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR