09:49 / 13-10-2025
NATO Fransa sahillərində "Kalibr" raketləri olan "Novorossiysk" sualtı qayığını görüb
09:45 / 13-10-2025
Tramp İsrail prezidenti İsaak Hersoqdan Şərəf medalı alacaq
09:44 / 13-10-2025
150-dən çox fələstinli məhbus azadlığa buraxıldıqdan sonra xaricə deportasiya ediləcək
09:42 / 13-10-2025
Vulkan 24 saat ərzində ikinci dəfə kül dumanı buraxıb
09:39 / 13-10-2025
Kişi cəsədi və parçalanmış avtomobil tapılıb
09:36 / 13-10-2025
"Reuters": HƏMAS 20 israilli girovun siyahısını açıqlayıb
09:34 / 13-10-2025
İki nəfəri öldürən yeniyetmə məktəbdən müsbət xarakterli arayış alıb
09:28 / 13-10-2025
Tokayev ABŞ-dakı keçmiş səfir Aşıkbayevi Qazaxıstan xarici işlər nazirinin birinci müavini təyin edib
09:25 / 13-10-2025
Ekspert Seleznev: "Maliyyə bazarı Trampın açıqlamalarından sonra hər damcı geri aldı"
22:40 / 12-10-2025
Ərdoğan: "Ukraynadakı münaqişədən qan alverçiləri qazanc əldə edirlər"
22:36 / 12-10-2025
Rusiya Xarici İşlər Nazirliyi rusiyalılara İspaniyaya daxil olarkən barmaq izinin götürülməsi ilə bağlı xəbərdarlıq edib
22:34 / 12-10-2025
Almaniyanın hakim koalisiyası püşkatma yolu ilə hərbi xidmətə çağırışı tətbiq etmək istəyir
22:31 / 12-10-2025
Tramp ABŞ və Çin arasında hər şeyin yaxşı olacağına söz verib
22:28 / 12-10-2025
Kahin Lukyanov: "NATO Komandanlığı uşaqların Ukraynadan qanunsuz çıxarılmasında şərikdir"
22:25 / 12-10-2025
“Qazel” markalı yük maşını hərəkətdə olarkən yanıb
18:01 / 12-10-2025
Marixuana saxladığına görə həbs edilib və onu 10 il həbs cəzası gözləyir
17:57 / 12-10-2025
Zelenski iki gün ərzində Trampla ikinci zəngini açıqlayıb
17:49 / 12-10-2025
İsrail Nazirlər Kabineti: Fələstinli məhbuslar girovlar qayıtdıqdan sonra azad ediləcək
17:45 / 12-10-2025
Vens: "Tramp üsyan aktı altında Hərbi Daxili İşlərdən istifadə edəcəyini istisna etmir"
17:37 / 12-10-2025
İlham Əliyev Misirə işgüzar səfərə gəlib
17:30 / 12-10-2025
İtkin düşən ailənin axtarışlarının aktiv mərhələsi başa çatıb
17:25 / 12-10-2025
Leus, Yerin yüksək temperaturlu günəş küləyi axınına tutulduğunu bildirdi
17:23 / 12-10-2025
Vens: "Həmas girovlarının azad edilməsi hər an başlaya bilər"
17:19 / 12-10-2025
WSJ: Həmas 20 girovu oktyabrın 12-nə kimi İsrailə təhvil verə bilər
16:54 / 12-10-2025
Tramp nəvəsi ilə qolf oynayarkən Rusiya və Ukraynanı barışdırmaq arzusunda olduğunu bildirib
16:50 / 12-10-2025
Putin və Əliyev danışıqları Düşənbədəki rəsmi görüşdən sonra davam etdirib
16:47 / 12-10-2025
Pakistanın Baş naziri Şərif: "Hər bir təxribata qətiyyətlə cavab veriləcək"
16:44 / 12-10-2025
"Mash": Qalkin və Puqaçovanın uşaqları Rusiya pasportlarını itirə bilər
16:41 / 12-10-2025
Reper Quf konsertdən əvvəl tibbi müayinədən keçməkdən imtina etdiyi üçün cərimələnib
16:39 / 12-10-2025
Timoşenko bəyan edib ki, Ukraynada münaqişənin sonu göz qabağındadır
16:37 / 12-10-2025
Görkəmli nüvə silahı yaradıcısı 93 yaşında vəfat edib
17:20 / 11-10-2025
Vüqar Rəhimzadə: "Azərbaycan-Tacikistan münasibətləri qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır"
17:14 / 11-10-2025
Yatmış kişini bıçaqlayaraq öldürüb
17:10 / 11-10-2025
Belçika Müdafiə Nazirliyi: Aİ-də 6-cı nəsil döyüş təyyarələrinin inkişafı zəif gedir
17:07 / 11-10-2025
Vuçiç: "Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün Aİ üzvlüyündən uzaqlaşır"
17:02 / 11-10-2025
Ali Radanın deputatı Amerikanın nüvə silahlarının Ukraynada yerləşdirilməsini təklif edib
10:38 / 11-10-2025
Rusiya milli futbol komandası pilotsuz təyyarənin hücumu səbəbindən yola düşə bilməyib
10:35 / 11-10-2025
Lukaşenko Belarus Silahlı Qüvvələrini ən yüksək döyüş hazırlığı səviyyəsinə qaldırıb
10:33 / 11-10-2025
Medvedev Kim Çen Ina Kim İr Senin Stalinə arxiv məktubunu verib
NAXÇIVANDA ƏDƏBİ MÜHİTİN TƏDQİQİNƏ DAİR: ƏSƏRLƏR, UĞURLAR, PERSPEKTİVLƏR
Tarix: 03-03-2021 00:55 | Bölmə: Ədəbiyyat

Azərbaycanda müxtəlif dövrlərdə görkəmli alimlər və müxtəlif tədqiqatçılar tərəfindən Naxçıvan ədəbi mühitinin tədqiqi istiqamətində xeyli işlər görülüb. Konseptual olmasa da, Naxçıvan ədəbi mühitinin ayrı-ayrı görkəmli şəxsiyyətləri və məsələlərinə dair tədqiqatlar aparılmış, sanballı elmi əsərlər ortaya qoyulmuşdur. Naxçıvan ədəbi mühitinin konseptual, naxçıvanşünaslıq səviyyəsində ardıcıl, davamlı və əhatəli tədqiqi işi Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra başlamışdır. Ulu öndər Heydər Əliyevin Naxçıvanda elmin inkişafına ayırdığı diqqətin davamı olaraq muxtar respublikada Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi dövründə uğurla davam və inkişaf etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 24 mart 1996-cı il tarixli Sərəncamı ilə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi və bu silsilədən olan ardıcıl, davamlı tədbirlər “Naxçıvanın tarixi inkişafının bütün mərhələlərinin real tarixi mənbələr əsasında öyrənilməsinin, elmi əsaslar üzrə işlənib hazırlanmasını və nəşrini” hazırlamağa geniş stimul verməklə bərabər həmdə naxçıvanşünaslığın ayrıca bir elm sahəsi kimi formalaşması və inkişafına da qüvvətli təkan vermişdir. Ali Məclis Sədrinin həmin beynəlxalq simpoziumdakı çıxışı isə müxtəlif cəhətdən Naxçıvanın tədqiq edilməsi və öyrənilməsi məsələlərini qaldırmaqla bərabər, onun yollarını və istiqamətlərini də müəyyənləşdirmişdir. Ali Məclisin Sədri: “Azərbaycanımızın tarixi, ilk növbədə vahid, bütöv Azərbaycan xalqının tarixi deməkdir. Bununla belə, tariximiz xalqımızın yaşadığı dövlətimizin tarix boyunca fəaliyyət göstərdiyi ərazilərin də tarixi deməkdir. ...Artıq tarixçilərimiz Naxçıvan diyarının çox qədim keçmişə malik olduğunu sübuta çatdırmışlar. ...Azərbaycanın ərazisindəki qədim dövlətlərin hamısının tərkibində Naxçıvanın özünəməxsus yeri və mövqeyi olmuşdur”, - deyə bildirmiş, Naxçıvanın ümum Azərbaycan tarixi və mədəniyyətində yerinə nəzər salmaqla bərabər, onun hansı istiqamətlərdə araşdırılması məsələlərini də qaldırmış və tədqiqatlar üçün aktual olan yönlər ifadə etmişdir.
Qədim və zəngin ədəbi xəzinəyə, o cümlədən zəngin xalq yaradıcılığı nümunələrinə, folklora, qədim dövlətçilik ənənələrinə malik olması, burada dünyanın ən məşhur, görkəmli simalarının yaşaması və başqa ciddi amillər bu tarixi yurdun mədəni sərvətlərinin öyrənilməsini aktuallaşdırır. Bu mənada aktuallığını qoruyan ciddi tədqiqat istiqamətləri, mövzuları və problemləri işığında sürətli və geniş inkişaf edən elm sahələrindən biri kimi Naxçıvanda ədəbi mühitin öyrənilməsi məsələsi də başlıca yer tuturdu. Naxçıvanda ilk elmi məktəbi formalaşan görkəmli elm adamı, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda Naxçıvan, Naxçıvanda ədəbiyyat” və bu silsilədən olan ardıcıl tədqiqat əsərlərinin üzərində rişə tapan əsərlər Naxçıvan ədəbi mühitinin tədqiqi işinə mühüm töhfələrlə yadda qaldı. Akademik İsa Həbibbəylinin bütövlükdə naxçıvanşünaslığın aktual məsələlərini özündə əhatə və ehtiva edən “Nuhçıxandan Naxçıvana” kitabı, eləcə də “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, “Millətinin canlı heykəli”, “XX əsrin əvvəllərində Azərbaycan yazıçıları” və çoxsaylı digər elmi əsərləri qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər Naxçıvanda ədəbi mühitin vəziyyəti və inkişafına dair proqram xarakterli fikirləri inkişafetdirici rol oynamaqla tədqiqatlara yeni stimul vermişdir. Bu görkəmli alimin son dövrlərdə nəşr olunan “Nuhçıxandan Naxçıvana”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Ədəbi şəxsiyyət və zaman” kimi irihəcmli ciddi elmi əsərləri nəinki Naxçıvan ədəbi mühitinin, ümumən Azərbaycan ədəbiyyatının bir sıra məsələlərinin təhlili və tədqiqi baxımından fundamentallıq kəsb edir. Xüsusilə də görkəmli elm adamının “Gəmiqaya dünyası: Sivilizasiya prosesləri və Naxçıvan”, “Naxçıvan Duzdağı: tarix və müasirlik”, “Naxçıvanda mətbuat (1921-2015)”, “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi”, “Naxçıvanda ədəbi yüksəliş”, “Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi”, “Naxçıvan elmi mühiti: ənənə və müasir dövr” və başqa bir sıra əsərlərində Naxçıvanda elmin və ədəbiyyatın inkişafı məsələləri, ədəbi mühitin inkişaf mərhələləri, məsələləri və perspektivləri, ayrı-ayrı görkəmli şəxsiyyətləri və nümayəndələri və s. haqda irəli sürülən fikir və tezislərlə, aparılan təhlil və tədqiqatlarla naxçıvanşünaslığın əsaslarını yaratmış və formalaşdırmışdır.
Görkəmli elm adamı akademik İsa Həbibbəylinin tədqiqatları sayəsində Naxçıvan ədəbi mühitinin öyrənilməsinə yeni vüsət gəlmişdir. Akademikin son dövrlərdə çapdan çıxan “Nuhçıxandan Naxçıvana” adlı kitabı özündə 10 bölməni, 84 məqaləni birləşdirməklə Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin Naxçıvana qayıdışı və böyük siyasətə gəlişindən sonra Naxçıvanın bütün sahələri kimi inkişafa qovuşan ədəbi, elmi mühiti, təhsili və s. araşdırma obyektinə çevrilmişdir. Əsərdə ən qədim dövrlərdə Naxçıvanda ilkin yaşayışın formalaşması və mədəniyyətin yaranması, Gəmiqaya rəsmləri, Naxçıvan Duzdağı və b. aktual məsələlər alimin tədqiqatlarında yeni məzmun qazanmışdır. “Azərbaycan tarixində Naxçıvan”, “Cəhalət dərdinin dərmanı: maarifçilik”, “Naxçıvan ədəbi mühiti” və digər bölmələr Naxçıvanın hərtərəfli və əhatəli öyrənilməsinə həsr olunan məsələlərlə zəngindir. Burada Naxçıvanın milli-mədəni inkişafına qovuşmasına xidmətlər göstərən Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Hacıağa Fəqir Ordubadi, Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi, Məmmədqulu bəy Kəngərli, Cümşüd-Paşa Sultanov, Sadıq Xəlilov, Mirzə Əbülqasım Sultanov, Ələkbər Məmmədxanov və başqa maarifçi xadimlərlə bağlı əhatəli tədqiqatlar ortaya qoyulmuşdur. Əsərin “Naxçıvan ədəbi mühiti” adlanan bölməsində “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi”, “Naxçıvanda ədəbi yüksəliş”, “Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi” başlıqlı məqalələrlə Naxçıvanda ən müxtəlif dövrlərdəki ədəbi mühitin inkişafı vəziyyəti və ədəbi ənənələri öyrənilir, konkret faktlar göstərilməklə böyük bir tarixi mərhələdə Naxçıvan ədəbi mühitinin inkişafına elmi nəzər salınır. Görkəmli elm adamı kademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi”, “Naxçıvanda ədəbi yüksəliş”, “Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi” kimi əsərləri daha çox ona görə qiymətli və cidi əhəmiyyətə malikdir ki, burada Naxçıvan ədəbi mühitinin inkişafı tarixi, mərhələləri və nümayəndələri barədə geniş tədqiq və təhlillər aparılır. Alim “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlı əsərində böyük ədəbiyyatın təkcə böyük şəhərlərdə, paytaxtda deyil, həm də kiçik şəhərlərdə, o cümlədən bölgələrdə də yaranması ilə bağlı sanballı tezis və fikirlərini səsləndirir. Alim yazır: “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da böyük ədəbiyyatın yaradıldığını danılmaz faktlar təsdiq edir”. Alim bu tezislər istiqamətində XIII əsrdən başlayaraq Naxçıvanda inkişaf edən əbəbiyyatı mərhələlər və nüməyəndələr üzrə təhlildən keçirir, onun zəngin və qədim inkişaf tarixinə nəzər salır. Alim bu tezislərini “Naxçıvanda ədəbi yüksəliş adlı” əsərində də davam və inkişaf etdirərək təfərrüata varan ciddi elmi tədqiqat ortaya qoymuşdur. Alim Naxçıvanın ümum mədəni inkişaf və ədəbiyyat tarxində yerinə baxaraq daha da qədim dövrlərə nəzər salmağa müvəffəq olmuş, uzun əsrlər boyu yaranmış ədəbiyyatı səciyyəvi xüsusiyyətləri və görkəmli şəxsiyyətlərilə birgə təhlildən keçirmişdir. Akad. İ.Həbibbəyli Naxçıvanın qədim ədəbi inkişaf tarixinə nəzər yetirərkən həm də dünyaşöhrətli korifey sənətkar Nizami Gəncəvinin həmin zamanlar Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından, mərkəzi şəhərlərindən biri olmuş, böyük mədəni intibahı yaradan və yaşadanlardan olan görkəmli memar Əcəmi Əbubəkiroğlunun olduğu bu mədəniyyət yurdu ilə əlaqələri məsələsinə də aydınlıq gətirməyə çalışmış, bir sıra tutarlı faktlarla onların arasındakı görüşü diqqət mərkəzinə çəkmişdir. Alim həmçinin tədqiqatlarında ayrıca bir mərhələ təşkil edən müstəqillik dövrü Naxçıvan ədəbi mühitinin öyrənilməsi mövzusunun konkret istiqamətlərini verən ciddi elmi əsərlərilə çıxış etmişdir. Burada müasir dövr ədəbi mühitin nümayəndələrindən olan Elman Həbib, Vaqif Məmmədov, Xanəli Kərimli, Telman Ağrıdağ, İbrahim Yusifoğlu və b. yazarlar haqda ətraflı bəhs olunmaqla ədəbi tənqidi təhlillər müstəvisinə gətirmişdir.
Qeyd edək ki, bu sahədə İsa Həbibbəyli məktəbinə mənsub çoxsaylı alimlər öz tədqiqatları ilə mövzunun öyrənilməsinə zənginlik gətirmişlər. Bu sahədə prof. Yavuz Axundovun, prof. Hüseyn Həşimlinin, prof. Əsgər Qədimovun, elmlər doktorları Fərman Xəlilovun, Yusif Səfərovun, eləcə də Xanəli Kərimli, Əbülfəz Əzimli, Hikmət Mehdiyev, İman Cəfərli, Surə Seyid, Mehriban Sultan, Nurlana Əliyeva, Ramiz Qasımov, Aygün Orucova, Nərgiz İsmayılova, Elxan Məmmədov, Əli Həşimov, Nəzakət İsmayılova və başqalarının tədqiqatları Naxçıvan ədəbi mühitinin müxtəlif məsələləri ilə bağlı araşdırmalara zənginlik qatmışdır. Naxçıvan ədəbi mühitinin inkişaf tarixi, görkəmli şəxsiyyətləri və digər məsələlərilə bağlı başqa mənbələrdə, o cümlədən Ali Məclis Sədrinin Sərəncamı və qayğısı ilə üç cilddə çap edilən “Naxçıvan tarixi” fundamental kitabında da maraqlı ümumiləşmiş, yığcam fakt və tezislər əksini tapmışdır. Habelə ixtisasca dilçi alimlərdən olan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, prof. Sədaqət Həsənova, tarixçi alimlərdən Zəhmət Şahverdiyev, Vaqif Məmmədov və digərlərinin əsərlərində ciddi tədqiqatlar, faktlar və maraqlı məlumatlar yer tapmışdır. Habelə Azərbaycanın tanınmış ziyalılarından olan Teymur Kərimlinin, Vaqif Yusiflinin, Gülbəniz Babaxanlının və başqalarının tədqiqatlarında da Naxçıvan ədəbi mühiti əsas mövzulardan birini tutaraq dəyərli töhfələri ilə yadda qalmışdır.
Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin ən məhsuldar nümayəndələrindən biri kimi prof. H.Həşimlinin də ciddi elmi tədqiqatları naxçıvanşünaslıq üçün etibarlı mənbə rolunu oynamaqdaır. Bu zəhmətkeş alimin bu günə qədər çap olunan 31 kitab və monoqrafiyası, yüzlərlə məqaləsi Naxçıvan ədəbi mühitinin öyrənilməsinə böyük töhfələr verib. Prof. H.Həşimlinin tədqiqatlarını fərqləndirən və səciyyəviləşdirən mühüm amillərdən biri də onun araşdırmalarında Naxçıvanın ya öyrənilməyən, ya da az öyrənilmiş sahələri, mövzuları və şəxsiyyətləri barədə olmasıdır. Ustadı akademik İ.Həbibbəyli kimi prof. H.Həşimli də ictimaiyyətə Naxçıvanın neçə-neçə bəlli olmayan, az öyrənilmiş şəxsiyyətlərini tanıtmağa nail olmuşdur. Onun tədqiqatları Naxçıvan ədəbi mühitinin həm nəzəri, həm də tarixi məsələlərinə həsr olunmaqla elmi yeniliklərlə səciyyələnmişdir. Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanını tədqiq edən alim onun naxçıvanlı nümayəndələri ilə də bağlı, xüsusilə Ələkbər Qərib Naxçıvanlı haqda maraq doğuran faktlar ortaya qoymuş, maraqlı mülahizələr irəli sürmüş, romantizmin qüdrətli nümyəndələrindən olan Hüseyn Cavid haqda bəhs etməklə bərabər romantiklərin yaradıcılığında istifadə edilən Avropa lirik janrları haqda da ətraflı danışmışdır. Onun tədqiqatları ictimaiyyətə Bağır Cabbarzadə, Əlabbas Müznib, Əlipaşa Səbur Hüseynzadə, Əli Səbri Qasımov, Əli Məhzun, Səid Səlmasi, Məmmədəli Sidqi, Ələkbər Qərib Naxçıvanlı və b. şəxsiyyətləin yaxından tanıdılmasına böyük imkanlar yaratmışdır. Alimin xarici ölkələrdə nəşr olunmuş “Azərbaycan mənsur şiirinin tarixi”, “Türk xalqlarının ədəbiyyat əlaqələrinə dair araşdırmalar” (türk dilində), “Azərbaycan mənsur şeiri”, “Azərbaycan mənsur şeirinin inkişaf yolları” (rus dilində) kimi əsərlərində ümumən Azərbaycan şair və yazıçıları ilə bərabər bu ədəbi inkişaf və dirçəlişdə yaxından iştirak edən Naxçıvan ədəbi mühitinin görkəmli və tanınmış nümayəndələri haqda da maraqlı məlumatlar və elmi təhlillər əks etdirmişdir. Hətta alimin türk xalqlarının ədəbi əlaqələrinə dair tədqiqatlarında bu ədəbi əlaqənin ən etibarlı və möhtəşəm nümunəsi kimi Azərbaycanın böyük romantik sənətkarı, Naxçıvan ədəbi mühitindən pərvazlanmış Hüseyn Cavid yaradıcılığı təqdim edilir. Alimin ölkəmizdə nəşr olunmuş bir sıra kitab və monoqrafiyalarında, o cümlədən tərtib etdiyi və çapa hazırladığı “Bağır Cabbarzadə. Bir yetimin naləsi” (prof. Məhərrəm Cəfərli ilə birlikdə), “Xalq yazıçısı Hüseyn İbrahimov-80 (təbriklər, məqalələr, xatirələr toplusu)”, “Əlabbas Müznib. Ürək yanğısı”, “Əlipaşa Səbur Hüseynzadə. Zümzümə. Düşüncə yarpağı”, “Əli Səbri”, “Ələkbər Qərib Naxçıvanlı. Haqq divanı” kimi kitablarda həm Naxçıvan ədəbi mühiti, həm də Azərbaycan ədəbiyyatı tarixi üçün əhəmiyyətli yazıçı və ədiblərin yaradıcılığı, əsərləri geniş oxucu kütləsinə təqdim edilmişdir. Diqqət edilərsə, bu əsərlərin çoxunda məhz haqqında ya məlumat olmayan, ya da natamam, qısa məlumata sahib ədəbi şəxsiyyətlərin yaradıcılığından bəhs edilmiş, ədəbiyyat aləminə gətirilərək haqlarında geniş, ətraflı məlumatlar göstərilmişdir. Bu mənada alimin “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri”, “Azərbaycan ədəbi mühiti və türk dünyası”, “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı”, “Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri”, “Məmmədəli Sidqi və “Şeypur” jurnalı”, “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı”, “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı”, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” kimi monoqrafiyalarında çoxluqla Naxçıvan ədəbi mühitinin görkəmli, tanınmış nümayəndələrinin həyat və yaradıcılıq fəaliyyətlərndən ətraflı şəkildə bəhs edilərək müxtəlif aspektlərdən təhlil edilmişdir.
Professor Y.Axundovun “Azərbaycan tarixi romanı: mərhələlər, problemlər” əsəri tarixi roman sahəsində Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Məmməd Səid Ordubadinin xidmətlərini bütün əhatəsilə təqdim etmişdir. Onun “Ədəbi mühit və sənətkar” əsərində Naxçıvan ədəbi mühitinin inkişafı problemləri və görkəmli şəxsiyyətləri haqda maraqlı təhlillər aparılmışdır. Bu kitabdakı məqalələr arasındakı “Qədim diyarda ədəbi mühit (1920-1980)” xüsusilə diqqətəlayiqir. 60 illik bir ədəbi mərhələni tədqiq və təhlil edən professor maraqlı faktlar və təhlillərlə araşdırmaları zənginləşdirir. Naxçıvan ədəbi mühitinin çox az öyrənilmiş bir dövrünü tədqiqata cəlb edən alim bu mərhələdə Naxçıvan ədəbi mühitinin inkişafına töhfələrini vermiş Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Kəmalə Ağayeva, Həsən Fətullayev, Nağı Nağıyev, Hüseyn Əzim, Əkbər Məftun, İslam Səfərli və başqa nümayəndələri haqda məlumat vermişdir. Yazıçının əsas məqsədi ədəbi mərhələni təhlil emək və ədəbi prosesə qiymət vermək olduğundan nümayəndələrin portret-oçerklərini yaratmır, başlıca ədəbi meyilləri qiymətləndirir. Naxçıvan ədəbi mühitinin qocaman nümayəndələrindən olan Hüseyn İbrahimov və onun Hüseyn Cavidə həsr olunmuş “Böhtan” romanı, Həmid Arzulu və onun “Qaçaq Quşdan” əsəri, unudulmuş yazıçılardan olan Əbülfəz Bağırov, eləcə də tanınmış şair Hüseyn Razi, çağdaş ədəbi dövrün nümayəndələrindən olan Rafiq Babayev, Rasim Gənzəli və b. yazıçıların əsərləri və ədəbi mühitdəki yerindən bəhs açmışdır.
Naxçıvan ədəbi mühitinin araşdırılması və elmi müstəvidə təhlil edilməsində Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin nümayəndələri olan Əsgər Qədimov, Fərman Xəlilov, Xanəli Kərimli, İman Cəfərli, Seyfəddin Eyvazov, Surə Seyid, Mehriban Sultan, Nurlana Əliyeva, Əbülfəz Əzimli, Ramiz Qasımov, Aygün Orucova, Nərgiz İsmayılova, Əli Həşimli və başqalarının xidmətləri də təqdirəlayiqdir. Bu alimlərin müxtəlif əsərlərində, o cümlədən həm monoqrafiya və kitablarda, həm də ayrı-ayrı məqalələrdə Naxçıvan ədəbi mühitinin tarixi və inkişafı məsələləri, həm də onun görkəmli nümayəndələri barədə geniş tədqiqatlar əks etdirilmişdir. Qocaman yazıçı və tədqiqatçı Müzəffər Nəsirlinin “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat (1920-1970)” adlı sanballı tədqiqat əsəri 1920-ci illərdən 1970-ci illərə qədərki mühüm və geniş bir mərhələdə Naxçıvanda ədəbi mühitin inkişafı məsələləri və aparıcı nümayəndələrinə həsr edilmişdir. Tədqiqatçı olmaqdan başqa həm də həmin dövrün yaxın iştirakçılarından və Naxçıvanda Yazıçılar Birliyinin rəhbər şəxslərindən olmuş Müzəffər Nəsirli uzun bir mərhələdə Naxçıvanda ədəbi mühitin inkişafında öz yaradıcılıqları ilə iştirak etmiş çoxsaylı şəxsiyyətlərdən bəhs açmışdır. Habelə professor Əsgər Qədimovun “XIX əsr Ordubad ədəbi mühiti. Qüdsi Vənəndi”, “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı”, “Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu”, “Əli Məhbus və əsərləri”, iki cilddən ibarət “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” kimi ciddi monoqrafiyaları, habelə Salik Ordubadi və Qüdsi Vənəndinin əsərlərinin toplandığı kitabları, onlarca məqalələri Naxçıvan ədəbi mühitinin tədqiqinə sanballı töhfələr vermişdir.
Bu illər ərzində Naxçıvan ədəbi mühitinin tədqiqinə həsr olunan çoxsaylı elmi əsərlər çap edilmişdir. İki kitabdan ibarət “Naxçıvan ədəbi mühiti: tədqiqlər” (F.Xəlilov), “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər” (R.Qasımov), ““Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” (S.Seyid), “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında” (R.Qasımov), “Naxçıvan ədəbi mühiti: Şərq və Qərb kontekstində” (N.İsmayılova) kimi ümumiləşmiş əsərlərdə Naxçıvanda müxtəlif ədəbi mərhələ və illərdə ədəbi-mədəni inkişaf, başlıca xüsusiyyətləri və görkəmli nümayəndələri tədqiqat predmetinə çevrilmiş və diqqətəlayiq tezislər irəli sürülmüş, sanballı nəticələr ortaya qoyulmuşdur. Bu əsərlərdə Naxçıvanda qədim dövrlərdən ədəbiyyatın mövcudluğu və inkişafının müxtəlif mənbələrdə özünə yer tapdığı, habelə qədim dövr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrindən olan, intibah şeirinin aparıcı simalarından biri olan Qətran Təbrizinin Naxçıvanla əlaqələri və yaradıcılığında Naxçıvan mövzusundan da ətraflı şəkildə bəhs edilmişdir. Habelə Naxçıvanda müxtəlif illərdə zəngin ədəbi əsərlərin yarandığı, 1920-80-ci illərdə Naxçıvanda ədəbi mühitin inkişafı vəziyyəti, nümayəndələri, başlıca simaları və qiymətli əsərləri barədə geniş tədqiqatlar və təhlillər aparılmışdır. Naxçıvanda mədəniyyətin və ədəbiyyatın, habelə Azərbaycanda mətbuatın və ictimai fikrin inkişafında xidmətləri olan görkəmli, tanınmış simalar, şəxsiyyətlər və onların təqdirəlayiq fəliyyətləri barədə sanballı faktlar ortaya qoyulmuş, o dövr üçün mühüm və yeganə mətbut orqanı olan “Şərq qapısı” qəzetində öz məqalələri ilə çıxış edən Naxçıvanın qiymətli ədəbi şəxsiyyətləri, ziyalıları barədə tədqiqatlatr aparılmışdır.
Bundan başqa müxtəlif illərdə Naxçıvan elmi, mədəni və ədəbi mühitinin ayrı-ayrı görkəmli şəxsiyyətlərinə həsr olunmuş 14 adda nəşr olunmuş “Hüseyn Cavid: taleyi və sənəti”, “Məhəmmədağa Şahtaxtılı: taleyi və sənəti”, “Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”, “Əliqulu Qəmküsar: taleyi və sənəti”, “Eynəli bəy Sultanov: taleyi və sənəti”, “Məmməd Səid Ordubadi: taleyi və sənəti”, “Məmməd Araz: taleyi və sənəti”, “Məhəmməd Tağı Sidqi: taleyi və sənəti”, “Əziz Şərif: taleyi və sənəti”, “Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “Ərtoğrol Cavid: taleyi və sənəti”, “Nağı Nağıyev: taleyi və sənəti” kimi kitablar da Naxçıvanın müxtəlif istiqamətlərdə öyrənilməsi sahəsində sanballı mənbələr kimi çıxış edir. Hazırlanmaqda olan “Naxçıvan ədəbi mühiti” əsəri də Naxçıvanda ədəbiyyatın ən qədim dövrlərdən bu günə qədər bütün istiqamətləri və aktual məsələlərin əks olunduğu fundamental, əhəmiyyətli və ciddi bir elmi əsər olacağı qətiyyətlə söylənilə bilər.
Beləliklə, böyük və zəngin bir tarix və mədəniyyətin yaranmasında beşiklik edən Naxçıvanın özünün tədqiq edilməsi də Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra tədqiqatların diqqət mərkəzinə gəlmiş və başlıca problemlərini təşkil etmişdir. Ortaya qoyulan çoxsaylı ciddi tədqiqatlar və onun nəticələri kimi çıxış edən uğurlu elmi əsərlər Naxçıvanın qədim və zəngin ədəbi mühitindən də ətraflı bəhs edərək qiymətli məlumat, fakt və nümunələr ortaya qoymuşdur. Bütün bunlar isə ümumilikdə Azərbaycan elmində naxçıvanşünaslıq deyilən bir elm sahəsinin yaranmasına istiqamət vermiş və ortaya qoyulan uğurlu əsərlərlə elmi fikri zənginləşdirmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsi
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 132
Bölməyə aid digər xəbərlər

1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb