14:43 / 12-03-2026
Banqladeş Rusiyadan neft almaq üçün ABŞ-dan icazə istəyib
14:39 / 12-03-2026
İspaniya Madridin Ukraynaya yardım üçün nə qədər xərclədiyini hesablayıb
13:38 / 12-03-2026
İsrail pilotu İran döyüş başlıqlarından ibarət dəstəni ələ keçirib
13:33 / 12-03-2026
İran cəmiyyəti Xameneinin sui-qəsdindən sonra ABŞ və İsrailə qarşı birləşdi
13:12 / 12-03-2026
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
01:28 / 12-03-2026
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
22:19 / 11-03-2026
Zelenski Qərb ölkələrindən "PAC-3" raketlərinin alındığını təsdiqlədi
22:14 / 11-03-2026
Məktəblərdə şagirdlərin şəxsi axtarışları tətbiq oluna bilər
22:09 / 11-03-2026
Tramp İranın Hörmüz boğazını minaladığını inkar edib
22:06 / 11-03-2026
Tramp İranda məktəbə edilən hücumda ABŞ-ın iştirakı barədə heç nə bilmədiyini bildirib
22:00 / 11-03-2026
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
21:56 / 11-03-2026
Makron iddia edir ki, G7 liderləri Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edirlər
21:53 / 11-03-2026
İİKK: İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarını məhv edib
21:47 / 11-03-2026
İtini qadının üstünə buraxdı; iş açılıb
21:41 / 11-03-2026
Lavrov İrandakı vəziyyəti Oman Xarici İşlər Naziri ilə müzakirə etdi
21:38 / 11-03-2026
Xarici agent Maksim Katz qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib
20:25 / 11-03-2026
Ukrayna Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsini ayrı-seçkilikdə günahlandırdı
20:19 / 11-03-2026
Uğursuz plastik cərrahiyyə əməliyyatı ilə bağlı cinayət işi açılıb
20:14 / 11-03-2026
Quberniyev bildirib ki, Rusiya Dünya Kubokunda İranın yerini tutmalıdır
20:10 / 11-03-2026
Tatarıstanda neft oğurluğuna görə dörd ukraynalı qiyabi mühakimə olunacaq
20:07 / 11-03-2026
Peskov xatırlatdı ki, Rusiya Türkiyəni Kiyevin Qara dənizdəki boru kəmərlərini sabotaj etmək planları ilə bağlı xəbərdar etdi
20:02 / 11-03-2026
Hayfada 15 yeraltı dayanacaq bomba sığınacağına çevrilib
20:00 / 11-03-2026
Məhkəmə ömürlük pulsuz pizza almaq hüququnu rədd etdi
19:54 / 11-03-2026
Valideynlik hüququndan məhrum edilmiş ata qızını qaçırdı
19:51 / 11-03-2026
Hayfa sakinlərinə gecəni bomba sığınacaqlarında keçirmələri tövsiyə olunur
19:46 / 11-03-2026
Çexiyalı xizəkçinin Paralimpiya Oyunlarında rusiyalı jurnalistlərlə ünsiyyət qurması qadağan edilib
21:37 / 10-03-2026
İran Hayfadakı neft emalı zavoduna zərbələr endirib
21:33 / 10-03-2026
İran İsraili Beyruta atəş açarkən dörd diplomatın ölümündə günahlandırıb
21:18 / 10-03-2026
Qadın sərnişinə hücum etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib
21:15 / 10-03-2026
İran İsrail və ABŞ infrastrukturuna cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edib
21:11 / 10-03-2026
Xəstəxana xəstəsi lift şaxtasına yıxılaraq ölüb
21:07 / 10-03-2026
Merz Rusiya əleyhinə sanksiyaların yumşaldılmasına qarşıdır
21:01 / 10-03-2026
Moskalkovanın yerinə ombudsman vəzifəsinə əsas namizədin adı açıqlanıb.
20:57 / 10-03-2026
Yelləncəkdə yellenən məktəbli ölüb
20:52 / 10-03-2026
Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin vacibliyini bildirdi
20:49 / 10-03-2026
Putin İran Prezidenti Pezeşkyanla telefonda danışdı
20:45 / 10-03-2026
Laricani Trampı ölümlə hədələdi
20:42 / 10-03-2026
Vitkoff İsrailə səfər etməyi planlaşdırdığını açıqladı
TƏNQİDİ REALİSTLƏRİN ANA DİLİ CƏBHƏSİ VƏ MÜCADİLƏSİ-RAMİZ QASIMOV
Tarix: 22-02-2021 22:05 | Bölmə: Ədəbiyyat

Milli oyanış, ictimai tərəqqi və mənəvi inkişaf dövrü kimi xarakterizə olunan XX əsrin əvvəllərində ən çox gündəmdə olan məsələlərdən biri məhz ana dili məsələsi idi. Xalqı oyanışa dəvət etmək, geniş kütlələri milli dəyərlər, istiqlal və inkişaf düşüncəsilə maarifləndirərək yeni ictimai-siyasi dönəmə daxil etmək həm də ana dilinin roluna və onun fəaliyyət dairəsinə diqqəti artırırdı. Belə bir zamanda yeni ictimai-siyasi mühitə hansı dillə daxil olmaq və fəaliyyət göstərmək məsələsi olduqca mühüm məsələ kəsb edirdi.
Ciddi ictimai, iqtisadi, siyasi və mənəvi təmərküzləşmə dövrü kimi səciyyələnən XX əsrin əvvəllərində yaranan tənqidi realizm cərəyanı və onun nümayəndələri - C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli və başqaları bu müzakirənin mərkəzində dayanırdılar. “Füyuzat” jurnalı və ədəbi cəbhəsinin “surəti-imla, tərzi-bəyan, üslubi-ifadə və sairə üçün İstanbul ədəbiyyatı təqlid olunmalı”fikir və məqsədindən fərqli olaraq “türkün açıq ana dilində danışmağa” cəsarət edən Azərbaycan tənqidi realistləri, “Molla Nəsrəddin” hərəkatı və məktəbinin nümayəndələri mənsub olduqları xalqa enməklə milli ideala ucalmaq və ümummilli maraqlara xidmət etmək, beləliklə də, siyasi-mənəvi olaraq mənsub olduqları Azərbaycan xalqı və torpağını təbliğ və müdafiə etmək missiyası həyata keçirirdilər. Cəlil Məmmədquluzadənin ağsaqqallıq və bayraqdarlıq etdiyi “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilik hərəkatı, bunun nüvəsində dayanan tənqidi realist cərəyan xalq kütlələrinə enmək və milli dəyərlərlə ictimai inkişafa nail olmaq məqsədinə uyğun olaraq ana dilinin roluna da geniş diqqət yetirir, məhz sadə, anlaşıqlı ana dilində yazıb-yaratmaq tələbi və praktikası həyata keçirirdilər. C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının baş məqaləsi olan “Sizi deyib gəlmişəm” məqaləsindən başlamış “Lisan bəlası”, “Bizim obrazovannılar”, “Şirin rusi danışan”, “Ana dili”, “Dil”, “Bismilla xiragima nirragim” kimi məqalə və felyetonlarında, eləcə də “Danabaş kəndinin əhvalatları” (xüsusən əsərin girişində), “Danabaş kəndinin müəllimi”, “Danabaş kəndinin məktəbi”, “Anamın kitabı”, “Saqqallı uşaq”, “Sirkə”, “Dəli yığıncağı” kimi bədii əsərlərində ana dili məsələsinə aid müxtəlif problemlər qaldırılmış, xalqın ümumünsiyyət vasitəsi olan xalq danışıq dili milli inkişaf və mövcudluğun təməli kimi qiymətləndirilmişdir. “Ax unudulmuş vətən, ax yazıq vətən!” nidası ilə çıxış edən C.Məmmədquluzadə azərbaycançılığın proqram-manifesti hesab edilə biləcək “Azərbaycan” məqaləsində “Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!” - deyə həmvətənlərini oyatmaqla “...vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur”, - deyə milli varlığı və birliyi siyasi-mənəvi cəhətdən təmin etməyə çağırıdı.
Mirzə Cəlilin böyük dostu və əqidə-məslək yoldaşı Ömər Faiq Nemanzadə də dövrün ana problemi olan ana dili məsələsinə həssas vətəndaşlıq və ziyalılıq qayğısı göstərərək yazırdı: “...bizi millət məhəbbətindən geri qoyan səbəblərin biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir”. Görkəmli ədib ana dilinin taleyinə millətin taleyi kimi yanaşaraq bu iki məfhumu bir-birini var edən təməl şərtlər kimi qiymətləndirirdi: “Bir millətin yaşaması dil ilədir. Dil yoxluğu millət yoxluğudur. ...dil millətin tək nişanıdır”. Ö.F.Nemanzadə bir az da irəli gedərək cəsarət və milli məhəbbətlə ana dilinə olan fəal münasibəti, məhəbbəti millətin tək yaşama nişanəsi, milli varlıq, mövcudluq nişanəsi, tanınma və təbliğ vasitəsi hesab edirdi. Bu münasibətlə Ö.F.Nemanzadə özünün “Dərdimiz və dərmanımız”, “Dilimiz və imlamız”, “Yazımız, dilimiz, “İkinci il”imiz”, “Eşq və məhəbbət” kimi məqalələrində məhz ana dili milli dil kimi tədqiq və təhlil edilmiş, xüsusilə “Yazımız, dilimiz, “İkinci il”imiz” məqaləsi milli dil və əlifba anlayışını ifadə baxımdan olduqca diqqətəşayandır.
Mollanəsrəddinçi ədiblərdən olan Üzeyir Hacıbəyli də “Dil”, “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik”, “Məktəb məsələsi və F.A. cənabları”kimi məqalələrində ana dilindən əhatəli və elmi şəkildə bəhs etmişdir. Görkəmli mollanəsrəddinçi ədib məşhur “Dil” məqaləsində ana dili haqındakı görüşlərini təqdim edərək dilin milli strukturdakı vacib yerinə nəzər yetirir və onun milli inkişafda oynadığı rola ciddi əhəmiyyət verirdi. Ədib millətin adını “müsəlman” – deyə ifadə edənlərə qarşı konkret olaraq göstərirdi ki: “...müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur... Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur”. Ədib ana dilinin yaşadılması və qorunması vəzifələrindən də çıxış edərək yazırdı ki:“...Əgər biz öz ana dilimizə ...əhəmiyyət verməsək, ...onda o millət özü də də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”.
Milli dil məsələsində Y.V.Çəmənzəminlinin də mövqeyi, təbii ki, mənsub olduğu “Molla Nəsrəddin” məktəbi və tənqidi realistlər cəbhəsinin mövqeyinin cani-dildən müdafiəsi idi. Bu, əsl və ən doğru milli vətəndaşlıq yanaşması olduğu üçün Y.V.Çəməzəminli tam qətiyyətlə Azərbaycan dilini – ana dilini ədəbi dil elan edərək onu sevməyin, ucaltmağın qatı tərəfdarı olaraq çıxış edirdi. Çəmənzəminli “Azərbaycan muxtariyyəti. Ayılın, toplaşın”, “Biz kimik və istədiyimiz nədir?”, “Milli və mədəni işlərimiz” və b. yazılarında ana dili və əlifba məsələlərini diqqətdə saxlayaraq milli müstəqillik və inkişaf üçün dil mövcudluğu və müstəqilliyini də vacib sayır, milli müstəqilliyi milli dilin, milli dili isə milli müstəqil inkişafın ən təməl prinsipi hesab edirdi. Ədib xüsusilə “Dil məsələsi” adlı məqaləsində bu məsələni qabardaraq ana dilinə yad ibarə və sözlər işlətməklə yaradıcılıq fəaliyyəti göstərənləri qınaq yerinə çevirir, yazı dili məsələsini qabardaraq fikrini belə ifadə edirdi ki: “Gərək əvvəl camaatın başa düşdüyü bir dildə yazılsın”. Ədib “Biz kimik və istədiyimiz nədir?” adlı məqaləsində milli varlığı əsaslandırmaqla bərabər ana dilinin inkişafını da milli inkişafın vacib tərkb hissəsi olaraq görməkdən irəli gələrək yazırdı ki: “Dil məsələsinə gəldikdə, əlbəttə, Azərbaycan məktəblərində işlənən türk dili olmalıdır”.
Azərbaycan tənqidi realizminin qüdrətli nümayəndələrindən biri olan M.S.Ordubadi də özünün “Ana dilində məktub”, “Ana dili” felyetonları və “Dil bəlası” kimi məqalələrində, habelə milli mövzuda yazılmış “Dumanlı Təbriz”, “Qılınc və Qələm” kimi bədii əsərlərində ana dili məsələsinə böyük əhəmiyyətlə yanaşmış, milli dili xalqın taleyi və milli-tarixi müqəddəratı kimi dəyərləndirmişdir. M.S.Ordubadi məslək yoldaşlarının ana dilinin saflığının pozulması halına göstərdikləri təpkini özünün əsərlərində davam etdirməklə “Dil bəlası” məqaləsində “Dilimizi islah etmək, onu bir azəri dili şəklinə salmaq üçün, əcnəbi kəlmələrdən xilas etmək” vəzifələrindən bəhs etmişdir. Məqalə və müəllif üçün tamamilə özünəməxsusdur ki, burada həm də ana dilinin “tərbiyəverici xasiyyəti”ndən də bəhs olunur. “Qəzetəni xalq danışan dildən də xaricə çıxarmaq onun tərbiyəverici xasiyyətini itirmək deməkdir”, – deyə qəzet, mətbuat dilinin həddindən artıq sadələşdirilməsini böyük ədib həm dilin təhrifi, həm də ana dilinin milli ruhunun tərbiyəverici xasiyyətinin itirilməsi kimi qiymətləndirirdi.
Azərbaycan tənqidi realizminin qocaman nümayəndələrindən olan Əbdürrəhimbəy Haqverdiyevin də yaradıcılığında ədəbi dil məsələsi və ana dilinin bu status üçün yeganə imkan olması fikri başlıca yerdə gəlir. Qocaman mollanəsrəddinçi ədib ədəbi dil və Azərbaycan ədəbi dili anlayışlarına nəzər yetirir, ədəbi dilin pozulması məsələsində yad dillərin təsiri altında oxuyub-yazan ziyalıları, mətbuat aləmini ciddi günahlandırır.
Beləliklə, akademik T.Hacıyevin yazdığı kimi, ““Molla Nəsrəddin” xalq dili xəzinəsinin qapılarını taybatay ədəbi dilin üzünə açmaqla”, “xalq danışıq dilinə maksimum yaxınlığı” ilə ana dilimizin həm qorunması, həm də milli statusunun həll edilməsi müqəddəratına misilsiz xidmətlər göstərmişdir. Mollanəsrəddinçilərin dili və ana dilinə olan milli münasibəti Azərbaycan dilinin ana dili – milli dil olaraq müəyyənləşməsinə əsas amillərdən biri oldu. Prof. N.Xudiyevin də dediyi kimi, “satirik-realistlər xalq dilinə enməklə... Azərbaycan türk ədəbi dilinin zənginləşməsi, inkişafı üçün təsəvvür edilməz dərəcədə böyük iş gördülər”.
Bunu da əlavə edək ki, Cəlil Məmmədquluzadənin ağsaqqallığı ilə tənqidi realizm ədəbi cərəyanının nümayəndələri ictimai düşüncə və ədəi-bədii yaradıcılıqda azərbaycançılıq məfkurəsinə sədaqət nümayiş etdirmişlər. Bugünkü dövlət müstəqilliyimizin ümummilli məfkurəsi müstəvisində tam qətiyyətlə və məsuliyyətlə demək lazımdır ki, XX əsrin əvvəllərində böyük Cəlil Məmmədquluzadənin ədəbi düşüncə və bədii yaradıcılığa gətirdiyi azərbaycançılıq məfkurəsi böyük söz adamı Əli bəy Hüseynzadənin geniş hərəkata çevirdiyi ümumtürk – Turançı düşüncəsilə bərabər, xalqımızın milli özünü müəyyənləşməsində misilsiz rol oynamış, bugünkü reallıqlara qovuşmada ideoloji zəmin hazırlamışdır. Çünki onun azərbaycançı məfkurəsi geniş və qüvvətli istilaçı və işğalçı qüvvələrin – Çar Rusiyasının milli düşüncə və dəyərləri məhv etmə siyasətinə qarşı əzm göstərmiş, ümumtürk düşüncəsinə xidmət edən milli məfkurə yolunu izləmiş, xalqı böyük ideallara hazırlamışdır. Ümumtürk – Turan düşüncəsindən tədirgin olan və əzazil davranan rus işğalçı qüvvələrinin tədbirləri qarşısında Cəlil Məmədquluzadə və dostlarının azərbaycançı məfkurəsi xalqı türklük və istiqlaliyyət idellarına hazırlamaqda misilsiz xidmətlər göstərmiş, yeni ictimai mövqeyə doğru inkişafına dəstək vermişdir. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid və başqalarının simasında özünün yetkin ifadəsini tapan ümumtürk idellarına qarşı əzazilliklə müqavimət göstərən və onların Azərbaycandakı fəaliyyətinə son qoyan işğalçı qüvvələrin repressiya əməlləri qarşısında Cəlil Məmədquluzadə kimi milli ziyalıların azərbaycançılıq məfkurəsi davam etməklə xalqımızın bu idellar istiqamətində hazırlanması və türklük düşüncəsinin yaşamasında mühüm rol oynamışdır.
RAMİZ QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 738
Bölməyə aid digər xəbərlər

3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır