22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
GÜLNARƏ ACALOVA (NAR ÇİÇƏYİ)-Esselər
Tarix: 10-02-2021 21:42 | Bölmə: Ədəbiyyat

GÜLNARƏ ACALOVA (NAR ÇİÇƏYİ)
Ötən ilin mart ayının əvvəllərində Bakıda olarkən illərdən bəri paytaxtda fəaliyyət göstərən sazlı-sözlü “Dirili Qurbani” Məclisinin növbəti yaradıcılıq günündə tanıyıb-tanımadığım həmkarlarımla da görüşdüm.Məclisə mənim kimi ilk dəfə qonaq qismində qatılan və şeirləri ilə hamıya unudulmaz anlar bəxş edənlərdən biri də Gülnarə Acalova oldu. Öyrəndim ki, Gülnarə xanım qədim oğuz elimiz Borçalı mahalındandır. İllər öncəsi Tiflisdəki Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Elə o vaxtlardan da ailəsi ilə bərabər Rusiyanın Belqorad şəhərində yaşayır. İki ali təhsilli oğul anası olan şairə ilk gənclik illərindən şeir və esselər yazır. İndiyə kimi iki kitabı nəşr olunub. O, qürbət eldə xalqımızın haqq işinə dəstək verən və mili adət-ənənələrimizə sadiq olan fəal ziyalı qadındır. Böyük oğlu Rauf Belqorod şəhərində nüfuzlu bir bankda məsul vəzifədə, kiçik oğlu Rəşad isə paytaxt Bakıdadakı tibb müəssilərindən birində həkim işləyir. Gülnarə xanım qürbətdə yaşasa da, həmişə qəlbi Vətən eşqiylə döyünən təəsübkeş soydaşlarımızdan biridir.
Hörmətli Namiq müəllim, istərdim ki, Sizə ünvanladığım yazılarını oxuculara təqdim etməklə, ona yaradıcılıq yollarında bir daha uğurlar arzulayaq. Fürsətdən yararlanıb, Sizə və saytınızın əməkdaşlarına cansağlığı, yaradıcılıq uğurları arzulayıram!
Hörmət və ehtiramla: İsmayıl İmanzadə,
AYB Mingəçevir bölməsinin sədri
Esselər
GÖYRÜŞ ÇİÇƏYİ
(xatirə dəfrərindən )
Sakit, sərin payız axşamı idi. Yavaş-yavaş göyün üzü qaralırdı. Mən şərin qarışmasını heç sevmirəm, nədənsə günün bü saatları ürəyimə tənhalıq, kövrəklik, həyəcan gətirir. Bu gün də son beş ayda keçən əzablı günlərimin təkrarı idi. Evdə məndən və xəstə anamdan başqa heç kəs yox idi. Gah yuxulayan, gah da oyanan anamın gündən-günə halsızlaşması məni üzür, həyatın verdiyi sınaqların qarşısında nə qədər aciz olduğumun əzabını yasadırdı. Çarəsizlikdən ürəyim sıxılır, divarlar sanki üstümə gəlirdi. Bu axşam yaman kövrəlmişdim. Qəhər ilan tək boğazima dolanıb boğur, özümü uzaq və adsız bir adanın kimsəsiz sakini kini ümidsiz və tənha sanırdım. Deyirlər şər vaxtı ağlamazlar, ancaq mən gözlərimə qara bulud kimi yığılmış yaş selinin qarşısını ala bilməyəcəyimi duyduğumdan şüşəbəndə çıxdım. Neçə vaxtdan bəri idi ki, balalarımı görmürdüm. Tez-tez zəngləşsək də hər dəfə vidalaşan zaman gözlərimin yaşı leysana dönüb ürəyimə axırdı. Anamın yanında ağlamağı özümə günah sanırdım. Çünki o mənim kövrəldiyimi belə düysa özünü günahkar bilərdi. Mən xəstə anamı qoyub gedə bilmədiyimdən çəkdiyim mənəvi üzüntülərə onu da düçar eləmək istəmirdim. Onsuz da səhhəti gündən- günə ağırlaşır, gözümün önündə payız yarpağı kimi saralıb-solurdu. Bütün varlığımla baş verənləri qəbül eləmək istəməsəm də fələyin hökmü ilə razılaşmaq məcburiyyətində idim. Qaranlıq aynabənddə göz yaşlarımın hökmünə təslim olmuşdum. Elə bil bu duzlu damcılar mənim çiyinlərimdə duz yüküydü, ağladıqca yükümün yüngülləşəcəyinə ümid edirdim. Məni ozümün-özümlə təkliyimdən səssizdə olan telefonumun işığı ayırdı. Gözümün yaşını tələsik silərək telefonu açdım.
-Alo, axşamın xeyir, necəsən? Bibim necədir?
-Sağ ol, həmişəki kimi …
-Ağlayırsan? Nəsə olub?
-Yox-yox, ağlamıram, hər şey qaydasındadır...
-Gəlirəm, bir azdan sizdə olacam. Sənə bir şey gətirirəm.
-Nə ?
Sualım cavabsız qaldi ... Nə ola bilərdi Aslanın mənə təcili çatdırmaq istədiyini anlamırdım. Vanna otağına keçib üzümə su vurdum. Basımı qaldıranda baxışlarım güzgüdə qızarmış gözlərimin yorğun, kədərlı baxışlarıyla üz-üzə gəldi. Deyəsən, çox dəyişmişdim mən bu az bir müddətdə, başqalaşmışdım. Sanki güzgüdən mənə baxan gözlər mənim deyildilər…
Səs salmamaq üçün ayaq barmaqlarımın ucunda anam yatan otağa yaxınlaşdım. O vurulan iynənən təsirindən rahatlaşıb yuxuya getmişdi. Qayıdıb mətbəxə keçdim, çaydani qaz peçinin üstünə qoymuşdum ki, yenə telefonun işığı göründü.
-Aç qapını zəngi basmayım!
Gələn Aslan idi. O çox şən idi, elə bil mənə nəsə bir xeyir xəbər deyəcəkdi.
-Axşamın xeyir, bibim yatırmı?- deyə pıçıldadı.
-Yatır - dedim.
Aslan dəhlizin zəif işığında üzümə baxır, mən isə ağlamaqdan şişmiş gözlərimi onun baxışlarından qaçırırdım.
O,əlini yan cibinə salib, nəyisə ehtiyatla çıxardı.
-Ay Gülüm, gör sənə nə gətirmişəm - deyib ovcunda gizlətdiyini mənə uzatdı. Qeyri - ixtiyari boyük bir maraq hissiylə onun ovcuna baxdım. Aslanın ovcunda qızılı rəngdə çox balaca akvarium balığı vardı. Bir anda balıq hərəkətə gəldi, mən geri atıldım.
-Balıq! Hardandı? Susuz necə gətirmisən? - deyə həyacanla pıçıldadım.
Aslan gülürdü. O, mənim üzümdəki təəccüb ifadəsinə gülürdü. Onun qolundan tutub mətbəxə apardım. Yox, demək olar ki qaçırdım. Gur işığın altinda Aslanın ovcundakı «balığın» göyrüş çiçəyi olduğunu gördüm. Aslan bir də astaca üfürdü, quru göyrüş çiçəyi diri balıq kimi onun ovcunda çırpınmağa başladı .
Bir -birimizə baxıb uşaq kimi gülürdük. Cansız göyrüş çiçəyi o axşam çoxdan kədər duvağı altinda gizlənmiş sevincimi baxışlarıma, xoşbəxtlik hissini qəlbimə qaytarmışdı. Sanki Aslanın da gözlərinə mənim gözlərimdən sevinc payı düşmüşdü. Çiçəyi mənim ovcuma qoyub: «İtirmə»-dedi . Biz ən çox arzuladıqları payın sahibi olan usaqlar kimi sevinirdik. O, mənə bir anlıq da olsa sevinc bağışlaya bildiyinə, mən də yad olduğu qədər doğma bir insanın mənə əvəzsiz anları yaşatmaq həvəsinə görə Yaradana minnətdar idik...
İndi mən Göyrüş ağacının altına səpələnmiş «qızılı balıq»lardan birini ovcumda tutub həmin anın yasantılarını xatırlayıram. Bəzən insana sual verirlər: «Həyatınızın ən xoşbəxt anını xatırlaya bilərsinizmi?» Mənə bu sualı verən olsa düşünmədən deyərdim: «Mənə Göyrüş Çiçəyi bağışlanan an xoşbəxt anlarımdan ən gözəli olub».
İllər ötəcək ...Göyrüş çiçəkləri bir -birini əvəz edəcək. Bəlkə bir gün bizim nəvələrimizin ilk görüş yeri olacaq Göyrüş ağacının kolgəsi ... Qismət.. .
Yuxmu əlimdən alıb aparır.
Dindirib qəlbimi tarsız -kamansız,
Könlümü kəməndə salıb aparır .
Uzaqdı könlümün, yuxumun yolu,
İstərdim qonağın olum bu gecə.
Qəlbim sozlə dolu, arzuyla dolu,
Qoy, gəlib yanında qalım bu gecə.
Ay oluban pəncərəndən baxaydım,
Körpə təbəsümü qonmuş simana.
Ulduzlardan sənə çələng taxaydım,
Uçuraydım özümlə asimana.
Qoruyaydım səni kədərdən-qəmdən,
Qovaydım könlünə yurd salmış qışı.
Siləydim bulurtək incə qəlbindən,
«Şaxta» adlı rəssam çəkən naxışı.
Yəgin ki, yatırsan sirindi yuxun,
Kaş, gəlib yuxuna qonaq olaydım.
Sıqal çəkib ağ,ipək saçlarına,
Sakit, həzin-həzin layla çalaydım.
Gecə necə uzun, necə amansız,
Yuxumu əlimdən alıb aparır.
Subhə təhvil verib uzgün qəlbimi.
Şirin xəyalardan zorla qoparır.
Gecə tar-kamansız dindirir məni,
Sənsizlik oduna yandırır məni...
·
Aydın mavi səmaya sanki çalğı çəkilmişdi. Təbiətdə bayram ab -havası duyulurdu. Ağacların sırasını onların hər birindən fərqli bir ərik ağacı tamamlayırdı. O sanki Günəşin parıltısına hamıdan cox sevinirdi. Kənardan baxana elə gələidi ki, ağac qanadlarını goyə uzadıb Günəşi qucmağa can atir, Günəş şüalarının tumarlarina xoşallanıb onun ilıq nəfəsindən xumarlanırdı.Ərik ağacı ilə Günəşin təması ilk məhəbbətlərini yaşayan sevgililərin görüşünə bənzəyirdi.
Hər gecə ağac hicran sıxıntısı keçirir, dan yeri sökülər-sökülməz pardaqlanırdı. Öz istəyinin istisini sevgilisinin məhəbbətinin bəhrəsi bilirdi. Az bir zamanda yaşıl yarpaqlardan bicilmiş gozəl bir libas geydi, çiçəklərinindən başına çələng hördü. Amma...
Nə biləydi, hardan biləydi ki, bu binəva, sevgilisinin vəfasızlığından ömrünə vədəsiz gəlmiş bu baharin sonu bahar bitməmiş bitəcək . Hardan biləydi ki, "Qarinin borcu" deyilən bir payı olacaq ömrünün bahar sandığı çağında. Bir gecənin uçində şaxta onun gözoxşayan çiçəklərini dondurub məhv etdi, yarpaqlarini bürüşdürdü . Ağacın ozünə arxa sandıği, vəfasina güvəndiyi Günəşə olan sevgisinin günahına döndərdiyini duyduqca gözlərindən "leçək -ləcək" yaşlar süzüldü. Günəşin biganəliyindən gündən-günə üzüldü. Oz oduna yandığı kimi də günlərin birində sondu ...
Yamanca kövrəlmişəm,
Ürəyimi küsdürdün.
Sən öz əməllərinlə,
Üşüyən ürəyimə
Soyuq külək əsdirdin.
İşığına sığındım,.
Dedim... isinnim bir az.
Necə də bilməmişəm,
Hər parlayan işıqdan
Ocaq olmaz, od olmaz ...
DAŞ ÜRƏK
Aydın bir yay gecəsi idi. Gülnar həyətdəki günlüyün altında oturub saçlarına tumar çəkən sərin mehdən xoşallanırdı. Dincələnlərin bir qismi çay içə-içə br-biri ilə söhbətləşir, digərləri televizorda xəbərlərə baxırdılar. Qaranlıq qatılaşdıqca yorğunluq duyanlar yavaş-yavaş öz otaqlarına çəkilirdilər. Gülnartək qalmışdı. O, tənhalığı sevməsə də, hərdən tək qalıb düşüncələrə dalmağı sevirdi. Belə anlarda öz aləminə qapılıb şirin xəyallar səltənətini qonağı olurdu. Ətrafdakı sakitliyi cırcıramalar öz şən nəğmələri ilə pozurdular. Elə bil Yaradan onları gecənin özünəməxsus qaranlıq, lal aləminin cansıxıcı olmaması üçün yaratmışdı. Gülnar cırcıramaların xoruna qulaq asır, təbiətin bu gözəl mənzərəsindən zövq alırdı.
Üzüm talvarının tən ortasında böyük bir çıraq asılmışdı. Asta-asta əsən külək onu hərəkətə gətirir, işığa uçub gəlmiş pərvanələr isə çıragın başına fırlanırdılar, sanki cırcıramaların çalıb-oxumağı gözəl rəqs havasına rəqqaslar çırağın ətrafında süzürdülər. Gecə bir xeyirxah sehirbaz kimi Gülnarın tənhal qalmasını istəmədiyi üçün ona öz möcüzələrini göstərib qüssələnməyə, qəmlənməyə imkan vermək istəmirdi və tilsimli, valehedici aləminə qonaq eliyirdi. Həmişə pərvanələrin özlərini işığa qurban verdiyini görəndə ürəyinə qüssə qırovu çökən Gülnarın içində bir çavabsız sual doğurdu: “Niyə?..
Dünyanın açılmamış sirrlərinin qabağında acizliyini hiss elədiyi üçün sualına cavab istəyirdi. Ona elə gəlirdi ki, bu gün ona möcüzələr göstərən Gecə, sirrini verəcək. Amma…
Küçədə qəh-qəhə çəkib gülən cavanların səsi Gülnarı xəyallardan ayıltdı. Onlar yəqin kluba, əylənməyə gedirdilər. Qalxıb darvaza qapısından çölə çıxdı. Bir az aralıda dəniz görünürdü. Ürəyindən sahildə oturub qürub edən Günəşə baxmaq keçdi. Ətrafa göz gəzdirdi, gec idi, amma elə bil onu hansısa bir ilahi qüvvə var gücü ilə çəkib dənizə sarı apardı. Daxildən gələn hisslərinin əsiri olmuş kimi asta-asta dənizə tərəf yönəldi. O, günortadan isinmiş qumun üstüylə asta addımlarla gedir, sanki onun nəhayət gəlib çıxmasına sevinən ləpələr yalın ayaqlarını öpür, arxasınca qumun üstünədə saldığı izləri yuyurdular. Günəş artıq tam qürub eləmişdi. Bu mənzərə gözəl də olsa, nədəsə Gülnarın aləmində həyatın sonu kimi qəlbinə kədər kölgəsi salırdı. Üfüqün görünməz davamı isə yeni bir həyat idi...
O, isti qumun üstündə dizlərini qucaqlayıb oturmuşdu. Həmişə qəribsəyib qəlbində tənhalıq hissi duyanda beləcə oturub başını dizlərinə qoyardı. İndisə onun baxışları dənizin ümmansızlığına dikilmişdi. Dəniz sakit idi, hərdən-birdən sahilə gələn balaca bir dalğa Gülnarın ayağına qum atır, sonra da yuyub aparırıdı, elə bil körpə uşaq kimi onunla oynamaq istəyirdi. Yenə Aslan gəlib durmuşdu gözlərinin önündə. Neçə illərdən bəri itirdiyi yeganə məhəbbəti, yeganə istəyi...
Onu yadından çıxarmaq istəsə də yaddaşı məhəbbətinə vəfalı yar olub unuda bilmirdi. “Görəsən hardadı? Necədi? Yadına düşürəmmi barı?..” Sual- sualın dalıca gedirdi. O, dalğalara baxır, sanki dalğalardan bir cavab gözləyirdi.
Gözlərindən axan yaş damcıları dənizin suyuna qovuşdu. Birdərin ah qopdusinəsindən.Pıçıltıiləsankidalğalarladanışırmışkimisakitcə:
– Hardasan? – dedi.
Bu an bayaqdan onun ayaqlarını yuyan ləpələrin içində parıtı gördü. Gözünün yaşını əlinin arxası ilə silib baxanda bağ fındığı boyda bir "Ürək" gördü. Yam-yaşıl, içərisində sanki qırovun almaza bənzər parlaq izi düşmüş daş ürək. Bu Dənizinmi payı idi, yöxsa Göylərinmi hədiyyəsi? Bəlkə möcüzəsi, sirri ilə Gülnarla düşüncülərini bölüşən Gecənin onun sualına cavabı idi?..
Rusiya FR-nın Belqorod şəhəri
Baxış sayı: 1 265
Bölməyə aid digər xəbərlər

TƏNHALIQ HİMNİ
Yenə də gecə qara kəlağayını göylərin üzünə çəkərək, qara köhən atını minib hökümranlıqını edəcək. Yenə də zülmətə bürünmüş dünyasının uxtiyarsız qonağı mən olacağam. Yenə də bağır çartladan sakitliyin səsini eşidəcəm ...
Düşünə blərsiniz : Sakitliyin də səsi olur ki?" Bəli, bəli olur . O Səs Tənhalığın səsidi . Artıq uzun zamandı ki, havasına oynamaq istəmədiyim, səsinə səs verıb zümzümə etmək arzusunda omadığım, təbiətimə, ruhuma yad olan o Səs oynadır da, oxudur da məni…
Onun rəqsı isti yatağıma dolmuş qorun içində ürəymi donduran şaxtaya, nəğməsi qöz yaşlarımin acarı, acı ağıya bənzəyir. Bu səs quşların səhər müjdəsinin xəbərinə kimi varliğima hakim olub, məni oz tilsımınə tabe edir. Dan yeri sökülür. ...Nurlu sabahin gəlişi ilə səslər-səslərə qarışsa da sakitlikdəh gələn o vahiməli "səs" qulağımdan getmir. Bəzən mənə ele gəlir ki, o Səs mənim içimdən gəlir, susdurmaq istəsəm də kəsilməyən bir Səs ...
Tənha adına layiq görülmüş bir Qəlbin, Tənhalıq Himni... Və hardasa çöx uzaqlardan gecənin səssiz "Səsini" boğmağa çalışan bir nəğmə eşidilir:
Gecə necə uzun, necə amansız,Düşünə blərsiniz : Sakitliyin də səsi olur ki?" Bəli, bəli olur . O Səs Tənhalığın səsidi . Artıq uzun zamandı ki, havasına oynamaq istəmədiyim, səsinə səs verıb zümzümə etmək arzusunda omadığım, təbiətimə, ruhuma yad olan o Səs oynadır da, oxudur da məni…
Onun rəqsı isti yatağıma dolmuş qorun içində ürəymi donduran şaxtaya, nəğməsi qöz yaşlarımin acarı, acı ağıya bənzəyir. Bu səs quşların səhər müjdəsinin xəbərinə kimi varliğima hakim olub, məni oz tilsımınə tabe edir. Dan yeri sökülür. ...Nurlu sabahin gəlişi ilə səslər-səslərə qarışsa da sakitlikdəh gələn o vahiməli "səs" qulağımdan getmir. Bəzən mənə ele gəlir ki, o Səs mənim içimdən gəlir, susdurmaq istəsəm də kəsilməyən bir Səs ...
Tənha adına layiq görülmüş bir Qəlbin, Tənhalıq Himni... Və hardasa çöx uzaqlardan gecənin səssiz "Səsini" boğmağa çalışan bir nəğmə eşidilir:
Yuxmu əlimdən alıb aparır.
Dindirib qəlbimi tarsız -kamansız,
Könlümü kəməndə salıb aparır .
Uzaqdı könlümün, yuxumun yolu,
İstərdim qonağın olum bu gecə.
Qəlbim sozlə dolu, arzuyla dolu,
Qoy, gəlib yanında qalım bu gecə.
Ay oluban pəncərəndən baxaydım,
Körpə təbəsümü qonmuş simana.
Ulduzlardan sənə çələng taxaydım,
Uçuraydım özümlə asimana.
Qoruyaydım səni kədərdən-qəmdən,
Qovaydım könlünə yurd salmış qışı.
Siləydim bulurtək incə qəlbindən,
«Şaxta» adlı rəssam çəkən naxışı.
Yəgin ki, yatırsan sirindi yuxun,
Kaş, gəlib yuxuna qonaq olaydım.
Sıqal çəkib ağ,ipək saçlarına,
Sakit, həzin-həzin layla çalaydım.
Gecə necə uzun, necə amansız,
Yuxumu əlimdən alıb aparır.
Subhə təhvil verib uzgün qəlbimi.
Şirin xəyalardan zorla qoparır.
Gecə tar-kamansız dindirir məni,
Sənsizlik oduna yandırır məni...
·
GÜNƏŞIN VƏFASİ...
Artıq necə gün idi ki, baharin gəlişi duyulurdu. Torpaq qış yükündən azad olduğundan rahat nəfəs almağa başlamışdı. Yorğanlarını ustlərindən atmış ağaclar Bir az utancaq, bir az da qısqanc qızlar kimi bir -birini süzür və qamətlərini düzəltməyə çalışırdılar.Aydın mavi səmaya sanki çalğı çəkilmişdi. Təbiətdə bayram ab -havası duyulurdu. Ağacların sırasını onların hər birindən fərqli bir ərik ağacı tamamlayırdı. O sanki Günəşin parıltısına hamıdan cox sevinirdi. Kənardan baxana elə gələidi ki, ağac qanadlarını goyə uzadıb Günəşi qucmağa can atir, Günəş şüalarının tumarlarina xoşallanıb onun ilıq nəfəsindən xumarlanırdı.Ərik ağacı ilə Günəşin təması ilk məhəbbətlərini yaşayan sevgililərin görüşünə bənzəyirdi.
Hər gecə ağac hicran sıxıntısı keçirir, dan yeri sökülər-sökülməz pardaqlanırdı. Öz istəyinin istisini sevgilisinin məhəbbətinin bəhrəsi bilirdi. Az bir zamanda yaşıl yarpaqlardan bicilmiş gozəl bir libas geydi, çiçəklərinindən başına çələng hördü. Amma...
Nə biləydi, hardan biləydi ki, bu binəva, sevgilisinin vəfasızlığından ömrünə vədəsiz gəlmiş bu baharin sonu bahar bitməmiş bitəcək . Hardan biləydi ki, "Qarinin borcu" deyilən bir payı olacaq ömrünün bahar sandığı çağında. Bir gecənin uçində şaxta onun gözoxşayan çiçəklərini dondurub məhv etdi, yarpaqlarini bürüşdürdü . Ağacın ozünə arxa sandıği, vəfasina güvəndiyi Günəşə olan sevgisinin günahına döndərdiyini duyduqca gözlərindən "leçək -ləcək" yaşlar süzüldü. Günəşin biganəliyindən gündən-günə üzüldü. Oz oduna yandığı kimi də günlərin birində sondu ...
Yamanca kövrəlmişəm,
Ürəyimi küsdürdün.
Sən öz əməllərinlə,
Üşüyən ürəyimə
Soyuq külək əsdirdin.
İşığına sığındım,.
Dedim... isinnim bir az.
Necə də bilməmişəm,
Hər parlayan işıqdan
Ocaq olmaz, od olmaz ...
DAŞ ÜRƏK
Aydın bir yay gecəsi idi. Gülnar həyətdəki günlüyün altında oturub saçlarına tumar çəkən sərin mehdən xoşallanırdı. Dincələnlərin bir qismi çay içə-içə br-biri ilə söhbətləşir, digərləri televizorda xəbərlərə baxırdılar. Qaranlıq qatılaşdıqca yorğunluq duyanlar yavaş-yavaş öz otaqlarına çəkilirdilər. Gülnartək qalmışdı. O, tənhalığı sevməsə də, hərdən tək qalıb düşüncələrə dalmağı sevirdi. Belə anlarda öz aləminə qapılıb şirin xəyallar səltənətini qonağı olurdu. Ətrafdakı sakitliyi cırcıramalar öz şən nəğmələri ilə pozurdular. Elə bil Yaradan onları gecənin özünəməxsus qaranlıq, lal aləminin cansıxıcı olmaması üçün yaratmışdı. Gülnar cırcıramaların xoruna qulaq asır, təbiətin bu gözəl mənzərəsindən zövq alırdı.
Üzüm talvarının tən ortasında böyük bir çıraq asılmışdı. Asta-asta əsən külək onu hərəkətə gətirir, işığa uçub gəlmiş pərvanələr isə çıragın başına fırlanırdılar, sanki cırcıramaların çalıb-oxumağı gözəl rəqs havasına rəqqaslar çırağın ətrafında süzürdülər. Gecə bir xeyirxah sehirbaz kimi Gülnarın tənhal qalmasını istəmədiyi üçün ona öz möcüzələrini göstərib qüssələnməyə, qəmlənməyə imkan vermək istəmirdi və tilsimli, valehedici aləminə qonaq eliyirdi. Həmişə pərvanələrin özlərini işığa qurban verdiyini görəndə ürəyinə qüssə qırovu çökən Gülnarın içində bir çavabsız sual doğurdu: “Niyə?..
Dünyanın açılmamış sirrlərinin qabağında acizliyini hiss elədiyi üçün sualına cavab istəyirdi. Ona elə gəlirdi ki, bu gün ona möcüzələr göstərən Gecə, sirrini verəcək. Amma…
Küçədə qəh-qəhə çəkib gülən cavanların səsi Gülnarı xəyallardan ayıltdı. Onlar yəqin kluba, əylənməyə gedirdilər. Qalxıb darvaza qapısından çölə çıxdı. Bir az aralıda dəniz görünürdü. Ürəyindən sahildə oturub qürub edən Günəşə baxmaq keçdi. Ətrafa göz gəzdirdi, gec idi, amma elə bil onu hansısa bir ilahi qüvvə var gücü ilə çəkib dənizə sarı apardı. Daxildən gələn hisslərinin əsiri olmuş kimi asta-asta dənizə tərəf yönəldi. O, günortadan isinmiş qumun üstüylə asta addımlarla gedir, sanki onun nəhayət gəlib çıxmasına sevinən ləpələr yalın ayaqlarını öpür, arxasınca qumun üstünədə saldığı izləri yuyurdular. Günəş artıq tam qürub eləmişdi. Bu mənzərə gözəl də olsa, nədəsə Gülnarın aləmində həyatın sonu kimi qəlbinə kədər kölgəsi salırdı. Üfüqün görünməz davamı isə yeni bir həyat idi...
O, isti qumun üstündə dizlərini qucaqlayıb oturmuşdu. Həmişə qəribsəyib qəlbində tənhalıq hissi duyanda beləcə oturub başını dizlərinə qoyardı. İndisə onun baxışları dənizin ümmansızlığına dikilmişdi. Dəniz sakit idi, hərdən-birdən sahilə gələn balaca bir dalğa Gülnarın ayağına qum atır, sonra da yuyub aparırıdı, elə bil körpə uşaq kimi onunla oynamaq istəyirdi. Yenə Aslan gəlib durmuşdu gözlərinin önündə. Neçə illərdən bəri itirdiyi yeganə məhəbbəti, yeganə istəyi...
Onu yadından çıxarmaq istəsə də yaddaşı məhəbbətinə vəfalı yar olub unuda bilmirdi. “Görəsən hardadı? Necədi? Yadına düşürəmmi barı?..” Sual- sualın dalıca gedirdi. O, dalğalara baxır, sanki dalğalardan bir cavab gözləyirdi.
Gözlərindən axan yaş damcıları dənizin suyuna qovuşdu. Birdərin ah qopdusinəsindən.Pıçıltıiləsankidalğalarladanışırmışkimisakitcə:
– Hardasan? – dedi.
Bu an bayaqdan onun ayaqlarını yuyan ləpələrin içində parıtı gördü. Gözünün yaşını əlinin arxası ilə silib baxanda bağ fındığı boyda bir "Ürək" gördü. Yam-yaşıl, içərisində sanki qırovun almaza bənzər parlaq izi düşmüş daş ürək. Bu Dənizinmi payı idi, yöxsa Göylərinmi hədiyyəsi? Bəlkə möcüzəsi, sirri ilə Gülnarla düşüncülərini bölüşən Gecənin onun sualına cavabı idi?..
Rusiya FR-nın Belqorod şəhəri
Baxış sayı: 1 265
Bölməyə aid digər xəbərlər
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!