23:16 / 16-03-2026
Tramp Ağ Evin aparat rəhbəri Uaylsa xərçəng diaqnozu qoyulduğunu açıqladı
22:53 / 16-03-2026
Konsertdə nasist döymələri olan iyirmi nəfər saxlanılıb
22:48 / 16-03-2026
Tramp: "Rusiya ABŞ-dan qorxur"
22:27 / 16-03-2026
Merz Trampdan NATO müttəfiqlərinə daha çox hörmətlə yanaşmağı xahiş etdi
22:05 / 16-03-2026
İspaniya monarxı Amerikanın fəthi zamanı sui-istifadə hallarını etiraf edib
22:02 / 16-03-2026
"Skuf" Rusiyada nümayiş olunmayacaq
21:47 / 16-03-2026
"Yujuralzoloto" şirkətinin hesablarından 32 milyard rubl müsadirə ediblər
21:39 / 16-03-2026
Elektrikli skuterləri tamamilə qadağan edə bilər
21:33 / 16-03-2026
Rusiya qoşunları 12 yaşayış məntəqəsini azad edib
21:30 / 16-03-2026
ABŞ nüvə silahlarından istifadə etməyi təklif edib
18:41 / 16-03-2026
Müdafiə sənayesi zavodunun mexaniki 15 il həbs cəzası alıb
18:35 / 16-03-2026
Hava proqnozu aparıcısı canlı yayımda skuterindən yıxıldı
18:31 / 16-03-2026
Lavrov: "ABŞ və İsrail İrana qarşı sürətli əməliyyatlarında səhvlərini anlayıblar"
18:26 / 16-03-2026
Lavrov: "Rusiya və Serbiya Kiyev üçün silah məsələsində həmfikirdirlər"
18:20 / 16-03-2026
İsrail Müdafiə Qüvvələri (İMQ) Tehranda kosmik müdafiə kompleksinin məhv edildiyini elan etdi
18:17 / 16-03-2026
İran Xarici İşlər Nazirliyi Zelenskinin Ukrayna münaqişəsindəki hərəkətlərini qiymətləndirib
18:11 / 16-03-2026
ABŞ İrandakı müharibə səbəbindən Trampın Çinə səfərinin təxirə salınma ehtimalını açıqladı
18:07 / 16-03-2026
Daimi Nümayəndə Uitaker: "ABŞ Hörmüz boğazını keçmək üçün NATO donanmasını səfərbər edəcək"
17:58 / 16-03-2026
Qətldə şübhəli bilinən "Ural" futbolçusu maaşsız qalacaq
17:47 / 16-03-2026
Dərsdən əvvəl məktəbli sinif yoldaşına bıçaqla hücum etdi
23:20 / 15-03-2026
ABŞ enerji naziri Rayt İranla münaqişənin tezliklə bitəcəyini söylədi
23:10 / 15-03-2026
Vüqar Rəhimzadə: "Ölkəmiz davamlı olaraq iqtisadi və siyasi mövqeyini möhkəmləndirir"
23:02 / 15-03-2026
Vüqar Rəhimzadə: "Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ"
22:55 / 15-03-2026
Vüqar Rəhimzadə: "Bakı strateji dialoq mərkəzi kimi dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir"
22:37 / 15-03-2026
Ağ Ev İranla bağlı yayımla bağlı Amerika televiziya kanallarına təzyiq göstərir, "The Washington Post" qəzeti yazır
22:31 / 15-03-2026
Bu gün Moskvaya uçan 44-cü pilotsuz təyyarə məhv edilib
22:19 / 15-03-2026
İsrailin Livandakı hücumları nəticəsində ölənlərin sayı 800-ü keçib
21:45 / 15-03-2026
İran Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı bir neçə ölkə ilə dialoqa başlayıb
21:41 / 15-03-2026
Ukrayna üzrə danışıqların yeni mərhələsinin tarixi hələ müəyyən edilməyib
21:22 / 15-03-2026
Tusk dedi ki, Polşa Avropa Birliyindən çıxa bilər
20:58 / 15-03-2026
Tehran Trampın İran üzərində qələbə iddiasını lağa qoydu
20:55 / 15-03-2026
Zelenski on rus paralimpiyaçısına qarşı sanksiyalar tətbiq etdi
19:01 / 15-03-2026
Yaşayış binasında baş verən yanğında bir kişi ölüb
18:57 / 15-03-2026
ABŞ Xarq adasında İranın enerji infrastrukturunu hədəf almadığını təsdiqlədi
18:46 / 15-03-2026
Rus turistlərin kütləvi zəhərlənməsi baş verib
18:41 / 15-03-2026
Minlərlə macar Budapeştdə Ukrayna əleyhinə şüarlarla yürüş edib
18:39 / 15-03-2026
Yeniyetmə qız yelləncəyin qırılması nəticəsində başından xəsarət alıb
İBRAHİM YUSİFOĞLUNUN DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ -Sədaqət Həsənova
Tarix: 12-01-2021 18:22 | Bölmə: Ədəbiyyat

Azərbaycan ədəbi mühitinin bir qolu olan Naxçıvan ədəbi mühiti qədim zamanlardan indiyə qədər şərəfli bir tarixi yol keçmiş, bu prosesdə təkmilləşərək yeni keyfiyyətlər əldə etmiş, dil-üslub xüsusiyyətləri baxımından xeyli dərəcədə zənginləşmişdir.
Xalqın ədəbi örnəkləri onun mənəviyyat və mədəniyyətini əks etdirən qaynaqlardan biridir. Bir tərəfdən də, zamanın, cəmiyyətin güzgüsü rolunu oynayan ədəbiyyat məxsus olduğu xalqın seçkinliyini, milli-mənəvi özəlliklərini təzahür etdirə bilmək xüsusiyyətinə malikdir. Bu mənada, bütün Şərq ədəbi-bədii uğurlarına töhfə verən, zəngin ideya-mənəvi sanbala malik Azərbaycan ədəbiyyatının bir hissəsi də Naxçıvanda yaranmış və hazırda yaşamını davam etdirir.
Naxçıvan ədəbi mühiti milli zəmində yaranmış zəngin və qədim bir irsə dayanır. Bu mühitdə yaranan əsərlər yaşarı cəhətləri ilə seçilir. Bu baxımdan, qədim diyarın, Şərur mahalının Axura kəndində dünyaya göz açan, Azərbaycan Yazışılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, 30 adda şeir və nəsr kitablarının müəllifi İbrahim Yusifoğlunun poetik dili üzərindəki araşdırmalar həmin mühitin üslub özəlliklərini səciyyələndirmək üçün kifayət qədər material verə bilir. Hələ 2004-cü ildə Xalq yazıçısı Hüseyn İbrahimov deyirdi: “İbrahim Yusifoğlu xoşuma gələn şairdir. Çünki nə yazırsa, ürəkdən yazır, şeirləri isə özü kimi səmimidir” (3, 3). Doğrudan da, şairin bütün sözləri səmimiliyi ilə seçilir:
Rəngi solmuş köynəyimin ucbatından
Şeir gecəsində baxa bilmədim
Göygöz qızın gözlərinə!
Şeirlərimi oxucaq,
Qızlar qərənfil gülləri taxdılar
Köynəyimin süzülən yerinə.(6, 17).
Bu şeir forması ilə deyil, məzmunu ilə Nüsrət Kəsəmənlinin aşağıdakı misrasını yada salır:
Utanırdım dost köynəyi geyəndə.
İbrahim Yusifoğlu Naxçıvan ədəbi mühitində yaxşı tanınan, səsi, sorağı bu qədim diyarın sərhədlərini aşan şairlərdəndir. Buna baxmayaraq o, özündən razı deyil, düşünür ki, hələ öz sözünü deməyib, ürəyindən keçən şeri yazmayıb:
Qırx ildir, qələmlə külüng çalıram,
Hələ Fərhad arxı qazmamışam mən.
Göylərdən, yerlərdən ilham alıram,
Hələ öz şerimi yazmamışam mən (6, 99).
İbrahim Yusifoğlu ana dilimizə yüksək münasibətdə olan şairlərdəndir. O, dilimizin leksik-qrammatik vahidlərinin üslub mənzərəsini yarada bilir və onları sürətlə müxtəlif məqamlarda işlətməyi bacarır. Bu prosesdə, sözsüz ki, üslub normaları sabit qalmır, “...dilin üslubi norması da dəyişir, həm də dilin digər vahidlərinə nisbətən daha tez və sürətlə dəyişir” (1, 28). Belə dəyişmələr sözlərin gizli anlamlarını üzə çıxarmaqda çox faydalıdır. Bu baxımdan, İbrahim Yusifoğlunun dilindəki bir sıra ifadələr üslub keyfiyyətinə görə seçilir:
Heç nə qalmayıbdı kövrəkliyimdən,
Qaynayıb qurudu gileylərim də.
Bir xeyir görmədim söz əkməyimdən,
Yellərə sovruldu ay, illərim də. (6, 101).
Buradakı “söz əkmək” ifadəsi şairin öz qələminə xas olan maraqlı və orijinal
dil-üslub faktlarından biri kimi diqqəti çəkir. Şairin dilindəki “bəla əkmək” ifadəsi də vardır:
Boy atdım dərdimlə yeni biçimdə,
Gördüm torpağıma bəla əkiblər (6, 19).
Şairin dilində “qonaq düşmək” ifadəsi də üslubi mövqeyinə görə seçilir. Dilimizdə “qonaq olmaq”, “qonaq gəlmək”, “qonaq getmək” kimi ifadələrlə tez-tez qarşılaşsaq da, İbrahim Yusifoğlunun poeziyasında “qonaq” ismi “düşmək” feli ilə işlənərək frazem yaratmışdır ki, onu müəllifli frazeologiya faktlarından biri hesab etmək olar. Qrammatik çərçivədən kənara çıxan bu ifadə üslub çalarına görə fərqlənir:
Dilimdə bir kövrək şərqi səslənir,
Ocaqlar gəzirəm, qonağı düşəm.
Hələ ki şərqimtək bəxtim təklənir,
Obalar dolaşan dərdli dərvişəm (6, 39).
İbrahim Yusifoğlu haqlı olaraq sözlərə güvənir, onların qüdrətinə inanır. Lakin bəzən sözlərin hiss və duyğuları ifadə etməkdə aciz olduğunu da vurğulayır:
Dünyaya məhəbbət, sevgi yayanlar,
Bu daş ürəklərə yol tapa bilmir.
Sözlə ürəkləri ovsunlayanlar
Sevdiyi gözəllə dil tapa bilmir (6, 19).
Sözlər, həm də şairin dostudur:
Görcək tək qalmışam, dupduru sözlər,
Nur kimi qəlbimə axıb dolurlar.
Tək anın dostları, şipşirin sözlər
Misraya çevrilib şeir olurlar (6, 103).
Akademik İ.Həbibbəyli şair haqqında yazdığı “İbrahim Yusifoğlunun poetik dünyası” adlı məqaləsində deyir: “İbrahim Yusifoğlu milli şerimizin istedadlı və məhsuldar nümayəndələrindən biridir. O, şeri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir” (2, 591). Bu axarlı ilhamın nəticəsidir ki, şairin dilində obrazlılığın müxtəlif səviyyələrdə göstəricilərindən bol-bol istifadə olunmuşdur. Bu anlamda, fonetik obrazlılıq göstəricisi kimi assonans və alliterasiyanın geniş imkanları diqqəti cəlb edir:
Hər günü tay ilə bilsən,
Dərdi qəlbdən silə bilsən,
Ömrü ömür bilə bilsən,
Yaşadığın yaşa dəyər (6, 88).
Şairin “Mənə söz deməyə söz vermədilər” misrasında da təkrar sözlərin üslub keyfiyyəti qrammatik məqamdan yüksəyə qalxır.
İbrahim Yusifoğlu poeziyasının bəzəyi sözdür, mənadır və səmimiyyətdir. N.Qilyeviçin fikirlərinə əsaslansaq, bədiiliyin dil ilə sıx bağlılığını bir daha təsdiq etmiş olarıq: “Axı inkaredilməz bir həqiqət var: dil olmadan ədəbiyyat yoxdur və ola bilməz. Əsərin bədii səviyyəsi bilavasitə yazıçının dil ustalığından, onun lüğətinin zənginliyindən və canlılığından, ifadəsinin səs təbiiliyindən asılıdır” (4, 9). Bu baxımdan, İbrahim Yusifoğlunun sözə münasibəti yüksəkdir. Ona görə ki, sözlər şairin ən böyük var-dövlətidir:
Həyatda gördüyüm üzlər olubdur,
Dövlətdən var-yoxum sözlər olubdur (6, 93).
Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar “Badam ağacında bənövşə çiçəyi” adlı məqaləsində yazır: “İbrahim kədərini, qəmini sözə çevirib onu əzizləyən şairdir”. Öz kədəri, qəmi olmayan şairin şeirləri də sönükdür, buz kimi soyuqdur. Şairin könül dünyası ilə yaxından tanış olmaq üçün onu duymaq, başa düşmək gərəkdir.”(5,10).
İ. Yusifoğlu bəzən sözlərlə bağlı təəssüfünü də bildirir:
Baxmayın bahara, baxmayın yaya,
Gül kimi sözləri axıtdım çaya.
Baxın qismətimə siz düşən paya,
Payız bazarında satacam baha,
Payız şeirləri yazacam daha (6, 104).
Şerin fəsli olmur, onu ilin fəsillərinə bölmək mümkün deyil. Lakin İbrahim Yusifoğlu “payız bazarı”, “payız şeirləri” ifadələrini elə gözəl üslub məqamında işlədir ki, onların real olduğunu düşünürsən:
Nədəndi, ürəyim boşalır, dolmur,
Ürəkdə ilk sevgi saralıb solmur.
Ömrün payızında ilk sevgi olmur,
Ötən xatirələr çevrilir “ah”a,
Payız şeirləri yazacam daha (6, 104).
Şairin 50 illiyində yazdığı şeirlərin birində daha yeni bir ifadə - “payız sərgisi” adlı sintaktik vahidlə qarşılaşırıq:
Ömrüm payız sərgisidi,
Qazancım söz dərgisidi.
Köksümdə el sevgisidi –
Gəlib çatdım əlli yaşa (6, 152).
1990-cı ildən başlayaraq ictimai-siyasi hadisələrlə bağlı olaraq ədəbiyyata yeni mövzular daxil oldu. Onlardan biri də Xocalı mövzusudur. Xocalı haqqında çox sözlər deyilib, çox əsərlər yazılıb. Onların zirvəsində Zəlimxan Yaqubun “Xocalım” şerinin dayanması haqqında fikirlər vardır. Lakin ritminə, axıcılığına və içdən gəldiyinə böyük bir inam ifadə etməsinə görə İbrahim Yusifoğlunun “Xocalım hey...” şeri geridə qalmır, həmin mövzuda yazılmış əsərlərin çoxundan irəliyə keçir:
Üzlərə baxmağa gözüm utanır,
Təsəlli verməyə sözüm utanır.
Halına yanmağa üzüm utanır,
Namərdlər əlində qalan torpağım,
Xocalım, hey Xocalım... (6, 29).
Naxçıvan ədəbi mühitində, o cümlədən İbrahim Yusifoğlunun yaradıcılığında dildəki sözlərin hələ araşdırmalara cəlb olunmamış məqamları ilə qarşılaşmaq mükündür. Məsələn, aşağıdakı misralarda say məzmunu ifadə edən sözlərin birliyi diqqəti çəkir:
Kimsədən mərhəmət gözləmirsiniz,
Taledən şikayət eyləmirsiniz.
Nədən bütöv nəğmə söyləmirsiniz –
Sözü “cik-cik” boyda olan sərçələr! (6, 33).
Məlumdur ki, sözlərin birləşməsini sintaktik təhlilə cəlb etmək asandır. Yəni bəzən morfoloji təhlildə çətinlik törədən dil faktları sintaksisdə asanlıqla elmi-nəzəri və praktik cavabını tapa bilir. Yuxarıdakı şerin son misrasında“cik-cik” boyda” birləşməsi, əslində “nə qədər” sualına cavab olaraq kəmiyyət bildirir. Bu cəhətdən aşağıdakı örnək də səciyyəvidir:
Nə yaxşı ki, sənin də
Ürəyin çox həlimdi.
İnciməyin, küsməyin
Bircə anlıq gəlimdi (6, 110).
Leksik-qrammatik baxımdan mübahisəli olan belə dil vahidləri Məmməd Arazın dilində də bol-bol işlənib. Dilimizdəki, “dünya boyda”, “anam qədər” kimi onlarla belə birləşmələr var ki, onlar bütövlükdə məntiqi baxımdan say ilə əlaqəlidir. Lakin morfoloji təhlillərin predmeti birləşmələr deyil, ayrı-ayrı nitq hissələri olduğundan bu haqda konkret söz demək olmur. Araşdırmalar göstərir ki, morfoloji təhlillərin predmetinə yeni prizmadan baxmaq lazımdır. İbrahim Yusifoğlunun poetik dilində belə maraqlı dil vahidlərinin sayı az deyil:
Ədaləti çatdırmağa
Dünya boyda sözün varsa ... (6, 116).
Gözündəki dəniz boyda sevincin
Hər bir kəsin nəzərindən qaçmadı (6, 237).
İbrahim Yusifoğlunun tənqidi də özünəxasdır və təzadlarla zəngindir:
On ilə on sözü yaza bilməyən
Millətə əlifba tətbiq eyləyir.
Köksünü yad sözə lövhə eləyən
Bu gün millilikdən şeir söyləyir (6, 80).
İbrahim Yusifoğlunun “Xəzər dənizinə açıq məktub” adlı bir şeri vardır. Bu əsərdə onun vətəndaşlıq qeyrəti və cəsarəti ilə dediyi həqiqi mənalı sözlərin məcaz anlamı daşıyan sözlərlə qrammatik əlaqəsi o qədər möhkəmdir ki, adi sözlərin məntiq baxımdan yüksəyə qalxması təbii proses kimi diqqəti cəlb edir:
Xəbərlərdən eşidirəm,
Sərvətin, varın daşınır.
Utanıram sənə yazam,
Mənim də əlim qaşınır (6, 115).
Dilçi alim, professor Y.Seyidovun gözəl bir kəlamı vardır: tənqid sağlam mövqedən olmalıdır. Fikrimizcə, tərifin də sağlam mövqeli olması zəruridir. Və İbrahim Yusifoğlu da bu fikirdədir. Onun əsərlərinin birində yeni-yeni şeir yazanları lazımsız alqışlarla yolundan döndərənlər incə bir şəkildə tənqid edilir:
Hələ ki pöhrədir, qol-budaq atır,
Söz qoşur, azacıq istedadı var.
Şerinin tamında özgə dadı var,
Alqış dedirtməyin siz bu uşağa,
Alqış yedirtməyin siz bu uşağa(6, 117).
İbrahim Yusifoğlu şeirlərini, əsasən, heca vəznində yazır. Lakin onun poeziyasında sərbəst şerin gözəl örnəklərinə də rast gəlmək olur. Məlumdur ki, heca vəzni şerin qüsurlarını az-çox örtə bilir, yəni burada səslənmə, qafiyə, bölgü, ritm bəzən mənadan uca olur. Lakin sərbəst şeirdə bu, mümkün deyil. Burada qafiyə, ölçü, bölgü ikinci plana keçdiyindən əsas yük mənanın üzərinə düşür. Ona görə də belə şeirlər mənasız olduqda diqqətdən kənarda qalır. İbrahim Yusifoğlunun mərhum yazıçı Rafiq Babayevə müraciətlə yazdığı “Qəribəlik” şeri epikliklə lirikliyin vəhdətində deyilmiş mənalı fikirlərlə zəngindir və oxucunu düşünməyə vadar edir:
Günəş görünəndən
Odlu ehtirasla
Yerin qəlbini dağlayırdı.
Bir dəstə qara bulud
Onları ayırdı.
Baxırsan – təbiət beləcədir:
Qarası qara,
Ağı ağdır.
Bəs niyə həyatda
Hər işindən, yerişindən,
əməllərindən
qaralıq yağan
bəzi adamların
sifətləri ağappaqdır ?(6, 193).
Naxçıvan ədəbi mühitini təmsil edənlərin bir nümayəndəsi kimi İbrahim Yusifoğlu qələmi ilə bir tərəfdən Azərbaycan ədəbiyyatına, digər tərəfdən ədəbi-bədii dilimizə xidmət edərək bir sıra yeni ifadələrin müəllifi kimi poetik dilimizin inkişafında müəyyən qədər rol oynamışdır. Onun qələmindən çıxan şöhrətdən tələ qurmaq, borc dənizi, yaddaş varı, incik duman, yaşamaq tərəzisi, hörmətə naz, dəli kövrəklik, məhəbbət gülləri, qismət ləli, ömür gəmisi kimi onlarla ifadələr uğurlu dil vahidləri kimi bədiiliyi ilə seçilir. Şairin:
Yad əllərdə inildəyən
Torpaq, düşmən yeri deyil (6, 116) –
misrası aforistik məzmunu ilə seçilən fikrin ifadəsi baxımından dəyərli və uğurlu dil faktorudur. İbrahim Yusifoğlunun dil-üslub xüsusiyyətləri ilə bağlı araşdırma təsdiq edir ki, Naxçıvan ədəbi mühitini təmsil edənlərin ədəbi dilimizin üslub keyfiyyətləri, lüğət ehtiyatları, yeni söz-ifadə yaradıcılığı faktları ilə zənginləşməsində özünəxas töhfəsi vardır.
Sədaqət Həsənova,
filologiya elmləri doktoru, professor
ƏDƏBİYYAT
Baxış sayı: 1 405
Bölməyə aid digər xəbərlər

- Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, Azərtədrisnəşr, 1962.
- Həbibbəyli İ. İbrahim Yusifoğlunun poetik dünyası / İ. Həbibbəyli/ Nuhçıxandan Naxçıvana. Bakı, Elm və Təhsil nəşriyyatı, 215, səh.591-592.
- İbrahimov H. Ürəkdən yazılan səmimi şeirlər / Yusifoğlu İ. Seçilmiş əsərləri (1). Bakı, Şirvannəşr, 2011, s. 3
- Seyidov Y.Yeni dövr və dil problemləri.Yazıçı və dil münasibətləri / Əsərləri, VI c. Bakı Universiteti nəşriyyatı, 2007, 569 s.(3-40).
- Yadigar A. “Badam ağacında bənövşə çiçəyi” / Yusifoğlu İ. Seçilmiş əsərləri (1). Bakı, Şirvannəşr, 2011, s. 7-14.
- Yusifoğlu İ. Seçilmiş əsərləri (1). Bakı, Şirvannəşr, 2011.
Baxış sayı: 1 405
Bölməyə aid digər xəbərlər
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır