Bütün xəbərlər
Putin: "Rusiya Hindistana fasiləsiz yanacaq təchizatını təmin etməyə davam etməyə hazırdır"
Tarix: 05-12-2025 13:35 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlardan sonra bildirib ki, Rusiya Hindistana fasiləsiz yanacaq təchizatını təmin etməyə davam etməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri Rusiyanın enerji resurslarının, eləcə də Hindistanın enerji inkişafı üçün lazım olan hər şeyin etibarlı təchizatçısı olduğunu vurğulayıb.
"Sürətlə böyüyən Hindistan iqtisadiyyatı üçün fasiləsiz yanacaq təchizatını təmin etməyə davam etməyə hazırıq. Əlbəttə ki, enerji sahəsində ikitərəfli əməkdaşlıq bununla məhdudlaşmır", - deyə, prezident qeyd edib.
Əvvəllər Putin və Modi arasında danışıqların iki saatdan çox davam etdiyi bildirilirdi. Dövlət başçısı görüşü faydalı adlandırıb və Rusiya nümayəndə heyətinə göstərdikləri səmimi qarşılamaya görə Hindistan Baş nazirinə və Hindistan Prezidenti Draupali Murmaya təşəkkür edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər