Bütün xəbərlər
Modi: "Hindistan Ukrayna münaqişəsinin həlli üçün bütün səyləri alqışlayır"
Tarix: 05-12-2025 13:41 | Bölmə: Manşet

Hindistan Ukrayna münaqişəsinin uzunmüddətli həllinə nail olmaq üçün bütün səyləri alqışlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib. Görüntülər "Rossiya 24" televiziya kanalında yayımlanıb.
O, digər məsələlərlə yanaşı, Rusiya lideri ilə Ukrayna məsələsini də müzakirə etdiyini bildirib.
"Biz bütün təşəbbüsləri, bu məsələnin (Ukrayna münaqişəsinin) dinc, uzunmüddətli həllini tapmaq üçün bütün səyləri alqışlayırıq", - Modi deyib.
Baş nazir əlavə edib ki, Hindistan müvafiq təşəbbüslərin həyata keçirilməsində həmişə kömək etməyə hazırdır.
Daha əvvəl Putin Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylərə görə Modiyə təşəkkür edib. Rusiya prezidenti həmçinin Hindistanın Baş nazirinə Ukrayna məsələsinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər