19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
MİLLƏTİMİN VÜQARI – AZƏRBAYCAN BAYRAĞI!-Ramiz QASIMOV-Üçüncü yazı
Tarix: 08-11-2020 01:55 | Bölmə: Ədəbiyyat

Üçüncü yazı
Naxçıvan ədəbi mühitində heraldik poeziya – bayraq mövzulu şeirlər ənənəsini şairlər davam etdirərək ədəbiyyatımızı zənginləşdirmişlər. Bu mövzuya bir çox gənc şairlər də müraciət edərək ənənəni uğurla davam etdirmişlər. Bu əsərlərdə vəsf, tərənnümlə birgə dövlət bayrağının rəmzi anlamı, rənglər simvolikasının məzmunu və sair məsələlər poetik şəkildə əks edilərək oxuculara təqdim və təbliğ edilmişdir.
Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən olan Zeyqəm Vüqarın “Azərbaycan bayrağı” şeiri də bu mövzuda yazılmış məzmunlu əsərlərdən biridir. Epiqrafında “Bayraq meydanında olarkən düşündüklərim” fikrini ifadə etdiyi “Azərbaycan bayrağı” əsəri dövlət bayrağı haqqında vətəndaşlıq duyğularının ifadəsi olan maraqlı nümunələrdən biridir:
Ən uca bayraqlardan ucalarda durmusan,
Könlümdə öz yerin var, ucalmadın sən asan.
Ən çətin suallara bir tutarlı cavabsan,
Tanıtdın bu dünyaya bu yurdu, bu torpağı,
Azərbaycan bayrağı!
Şair Azərbaycan bayrağının bütün bayraqlardan uca olmağını təkcə vətəndaşlıq duyğularının poetik ifadəsi miqyasında bildirmək üçün demir, eyni zamanda Azərbaycandakı bayraq dirəyinin dünyada ən uca, hündür bayraq dirəyi olması və bununla da Ginnesin rekordlar kitabına düşməsi faktını bədii şəkildə xatırlatmaq istəyir. Azərbaycanın dövlət bayrağının istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də dövlət müstəqilliyinin yenidən bərpa olunduğu 90-cı illərdə mübarizə, mücadilə və ictimai təlatümlərdən keçərək ucaldığını oxucuları üçün xatırladır, qısa tarixi bir ekskursiya həyata keçirir, o təlatümlü hadisələri, mübarizəli zamanı gözlər önündə canlandırır. Şair dövlət bayrağının həm də xalqın, millətin, onun dövlətçiliyinin, milli varoluşunun, siyasi mövcudiyyətinin simvolu olduğuna da poetik işarə edir. Şeirdə həmçinin məşhur bir ifadə, siyasi aforizm şəklini olan “Bir kərə qalxan bayraq bir daha enməz!” fikrinə də hörmətlə yanaşılaraq istifadə edilmiş, həmçinin bu məharətli istifadə ilə varislik məsələsinə də poetik münasibət göstərilmişdir. Şeirdə həmçinin üçrəngli, ay-ulduzlu dövlət bayrağımızın rənglər ansamblının mahiyyəti də işıqlandırılmış, bədii təsvir edilməklə bərabər poetik izah da qazandırılmışdır:
Müasirlik içində ay, ulduz sinəndədir,
İslamçılıq, türkçülük ayrıca rəngindədir.
Bayrağımın qüdrəti şəhidlik gücündədir!
Həyat burulğanında görüb neçə sınağı,
Azərbaycan bayrağı!
Şair rənglərin mənasını yığcam da olsa ifadə edərkən poetik məharətlə qırmızı rəngin adını çəkmədən onu “şəhidlik gücü” ifadəsilə işarələyərək dilə gətirmiş, şəhidliyi həm azadlıq rəmzi, həm də qüdrət simvolu olaraq təqdim etmişdir.
İstedadlı şairlərdən olan Vəli Qaraxan da “Azərbaycan bayrağı” kimi milli dövlətçilik atributumuza həsr olunan şeirində dövlət bayrağını milli heysiyyət ünvanı olaraq gösətərərək onu “babaların mirası”, “nənələrin yadigarı”, “vətən sevdalı insanların Leylası”, “şəhidlərin həsrəti” kimi mənalandıraraq yazır:
Babaların öyüdüdür, nənələrin laylası,
Yurdu sevən məcnunların o sevdayi-Leylası.
Üzərində şəhidlərin daşa dönmüş həsrəti,
Qədim, şanlı tariximdir, əcdadımın qeyrəti
Azərbaycan bayrağı!
Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Əbülfəz Ülvinin bayraq mövzusuna həsr olunan iki şeiri var: “Azərbaycan bayrağı” və “Bayraq”. “Azərbaycan bayrağı” adlanan şeirində bayrğa məhəbbətin min bir rəngi öz poetik əksini tapıb. Şeirdə bayraqdakı simvolik işarələrə - aya-ulduza, rənglər ansamblına öygü və təriflər deyilir. Hətta uğurlu mübaliğəyə də yol verən şair göylərdəki ulduzların, Ayın, Günəşin Azərbaycan bayrağındakı aya, ulduza həsəd aparması ilə bayrağımıza təsirli poetik mədh deyir:
Mübahisə eyləyir göydə ulduzlar hərdən,
Deyirlər o bayraqda yanan ulduz mənəm, mən.
Ay da coşub söyləyir ürək sözünü şən, şən:
Özündə əks etdirir bu bayraq mən mayağı,
Yaşasın Azərbaycan, Azərbaycan bayrağı!
Şeirdə bayrağın rənglər simvolikasına yanaşma və onları mənalandırma da uğurlu poetik biçim və yozumla ifadəsini tapıb:
Qırmızı güşəsində şəhidlərin qanı var,
Yaşılın da, göyün də yaşıl, göy ad-sanı var,
Mərd, mətin duruşunda Heydər baba canı var,
Ədalətdən savayı yoxdur özgə marağı,
Yaşasın Azərbaycan, Azərbaycan bayrağı!
Şairin “Bayraq” şeiri isə onunla əlamətdar və səciyyəvidir ki, bu şeirdə bayrağımızın işarələr və rənglər simvolikasının mənası, mahiyyəti uşaqlara izah olunmaqla onlara dövlət bayrağına olan məhəbbət və məsuliyyət hissi aşılanır.
Bayraqdakı qırmızı,
Rəng bozarmışdı bir az.
Bunu görəndə Həzi,
Dedi:- Belə iş olmaz.
Eşitmişəm bu al rəng,
Babaların qanıdı.
Bu qan hopan nə varsa,
Millətimin canıdı.
Babam şəhid olubdur,
Çox görmüşəm dərd, ələm.
Bəs kimdən qan götürüb
Bayrağı rəngləyəcəm?
Şeirdə Azərbaycan bayrağının üzərindəki qırmızı rəngin simvolik mənası üzərində dayanıldığı aydın görünməkdədir. Şair bir baba məhəbbətilə uşaqlara bayraqdakı qırmızı rəngin həm mənasını, həm də bayraq qarşısında vətəndaşlıq məsuliyyəti və vəzifələrini izah etməyə, başa salmağa çalışır. Şair bayraqdakı qırmızı rəngin ata-babaların, vətənin igid, cəsur övladlarının azadlıq və uşaqların xoşbəxtliyi naminə axıtdığı qızıl qanları işarə etdiyinə diqqət çəkir, uşaqlarda bayrağa hörmət və məsuliyyət hislərini formalaşdırır. Şairin təbirincə, bayrağımızdakı o al rəng babaların qanıdır, zəhməti, əziyyətidir, verdikləri əməkdir, çəkdikləri əziyyətdir, apardıqları mübarizədir, ölüm-qalım savaşıdır, balalara xoşbəxtlik istəyidir və s.
“Poetik-praktik Azərbaycan dili” müəllifi olan, istedadlı ədəbiyyat adamlarından biri olan Elbəyi Maqsudovun “Azərbaycan bayrağı” şeirində bayrağı vəsf, tərənnüm şeirin bütün canında, təsir qüvvəsindədir. Lakin müəllif “Həmişə and yerimsən!” dediyi bu müqəddəs dövlət atributuna qarşı məhəbbətindən başqa onun rəmzi mənasına da diqqət ayırır, oxucu üçün bayrağın fəth olunan zirvələrini göstərir. Şair bayrağı bütün məna genişliyi ilə oxucusuna təqdim edib, şəninə sözlər qoşub, öyür. Bayraq “yurdun iftixarı”, “millətin vüqarı”, “azadlığın barı” kimi təqdim edilərək öyülür:
Azadlığın ilk barı,
Yurdumun iftixarı,
Millətimin vüqarı,
Azərbaycan bayrağı!
Əsarətə göz dağı,
Eşqimin göy qurşağı,
İstiqlalın növrağı,
Azərbaycan bayrağı!
Naxçıvanlı yazıçıların ağsaqqal nümayəndələrindən olan, istedadlı nasir və şair Fərəc Fərəcov “Ucalan bayrağımız” adlı şeirində dövlət müstəqilliyinin simvolu, nişanəsi kimi bayrağımızı öyərək onun qaldırılmasına bütün əməyi, zəkası, zəhmətilə vəsilə olan dahi, müdrik şəxsiyyətə də minnətdarlıq duyğularını ifadə edir. Müəllif:
Vətən qürurlandı, Vətən sevindi,
Qərbdə bayrağımız qalxdı havaya.
Mələklər də o an təbrikə endi,
Sədası yetişdi göyə, səmaya –
Deyə, dövlət müstəqilliyinin əldə olunmasından yaranan sevinc və qürur hislərini “mələklərin də yerə enməsi” ifadəsilə çox uğurla ifadə etmişdir.
Kəmalə Nəsrinin “Bayrağım” şeirində özünəməxsus yüksək poetik hiss, duyğu, bayrağa məhəbbətin və ona olan öygünün qeyri-adi rəngləri var. Yüksək hiss və duyğularla yazılmış əsərdə bayraq bütün müqəddəslik mahiyyəti və məzmunu ilə əksini tapır. Bayrağın bu qədər müqəddəs və imana məhrəm olmasının sirləri açılıb-tökülür. Öz rənglər silsiləsi, ay-ulduz kimi işarələr özünəməxsusluğu ilə Haqqın nişanəsi kimi çıxış edir bayrağımız. Rənglər Ədaləti, Xoşbəxtliyi, Səadəti, Qüdrəti, Azadlığı özündə cəmləşdirən Haqqın nuru, onun ziyası, işığı, rəngidir. Şairin təbirincə, bayraq namusdur qadın anamızın örpəyi kimi, gələcəyə ümiddir ər balamızın ümid yei kimi, gözümüzün dikəcəyi, arxa-dayağımız, qürur, vüqar yerimiz, andımız-iman yerimizdir:
Mavin, yaşılın, qırmızın,
Haqqın nurudu ayın, ulduzun.
Yaraşıqsan göylərə,
Şərəfsən as ərlərə,
Göz dağısan düşmənlərə.
Qadın anamın örpəyi,
Ər balamın ümid yeri.
Gözümün dikənəcəyi
Arxam, dayağım!
Ulu Bayrağım!
Bədii yaradıcılıqda dövlət bayrağına olan vətəndaşlıq məhəbbəti və onun poetik vəsfi mövzusunu bir ədəbi estafet olaraq davam etdirən ədəbi gənclik nümayəndəsi Elxan Yurdoğlu da “Bayrağım dalğalanır” şeirilə diqqət mərkəzinə gəlir. Onun “Bayrağım dalğalanır” adlı şeirində də Azərbaycan bayrağının üzərində ansambl şəklində yer alan rənglərin simvolikası ön plana çıxarılır və poetik tərənnüm bu simvolikanın izahı və vəsfi üzərində köklənir:
Qürurum üçrənglidir, üstündə ay-ulduzu,
Bayrağım dalğalanır.
Mənim yer ulduzumu qısqanır göy ulduzu,
Bayrağım dalğalanır!
...O azadlıq rəmzidir - çırpınır ürək kimi,
Şəst ilə dayanıbdır ən uca dirək kimi!
Bayrağım dalğalanır!
Bayrağım ucalan yer vətənlə təndir mənə,
Vətənlə təndir nədir, elə vətəndir mənə!
...Göylüyü göy üzünün sonsuz asimanıdır,
Qırmızısı torpağa axan şəhid qanıdır!
Yaşılı inancımdır – islamın nişanıdır,
Bayrağım dalğalanır!
Söz yox, şeirdə görkəmli söz ustadları Əhməd Cavaddan və Cəfər Cabbarlının məşhur əsərindən faydalanma, ilhamlanma vardır. Xüsusilə Cəfər Cabbarlının məşhur “Azərbaycan bayrağına” şeirinə bənzəyiş daha qabarıq nəzərə çarpır. O vaxt üçün gənc olan və Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasınmdan şövqə gələn istedadlı şair, dramaturq Cəfər Cabbarlının bu şeiri necə onun böyük ilhamından doğan bir nümunə idisə, “Bayrağım dalğalanır” şeiri də müəllif Elxan Yurdoğlu üçün o gənclik ilhamı ilə yazılan və məzmun-formaca da bir-birinə bənzəyişi olan belə bir əsərdir. Böyük ədəbiyyat adamı kimi Cəfər Cabbarlının adıkeçən məşhur əsərində Azərbaycan bayrağının rənglər qurultayı poetik şəkildə mənalandırmasını tapır. Gənc şair Azərbaycan bayrağının rənglər ansamblını “göylüyü göy üzünün asimanı”, “qırmızısı şəhid qanı”, “yaşılı islamın nişanı” kimi izah edərək dəyərləndirir. Şeirdə Azərbaycan bayrağındakı mavi rəngin “göy” deyə adlandırılmasını ictimi fikirdə “göy və mavi”nin bir-birilə ekvivalent işlənməsilə bağlıdır. Dövlət Bayrağı haqqında Azərbaycan Respublikası Qanununda rənglərlə bağlı konkret dəqiqləşdirmə aparıldıqdan sonra mavi olaraq dürüstləşdirilmişdir.
Naxçıvanın gənc şairlərindən olan Qafar Qəribin də “Şanlı bayrağım” şeirində dövlət bayrağımızın tərənnümü, vəsfi, öygüsü əsas yeri tutur.
Tökülən qanların şirin barıdır,
Xalqımın dövləti, böyük varıdır.
Ulu babaların yadigarıdır,
Bu şanlı dövlətin şanlı bayrağı! –
deyən gənc şair bayrağı dövlət müstəqilliyinin, azadlıq və hürriyyətin simvolu kimi uzun mübarizələrin, qanlı savaşların və tökülən qanların barı, bəhəri kimi poetik olaraq ifadə edir.
Beləliklə, Azərbaycanda istiqlal düşüncəsinin oyanışı, 90-cı illərdə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı, himni və gerbinin Naxçıvan Muxtar Respublikasının dövlət atributları kimi qəbul edilməsi, Ali Məclisin sessiyasında üçrəngli bayrağın iclas salonuna gətirilərək ehtiramla qaldırılmasından sonra Naxçıvanda yaşayan şair və yazıçılar bu hadisələrdən ilhamlanaraq müstəqillik və milli varoluşu rəmzi olan bayrağa şeirlər yazmış, eyni zamanda mahnılar bəstələnmişdir. Naxçıvanlı söz adamlarının yaradıcılığında dövlət müstəqilliyinin yaranması və onu təmsil edən üçrəngli Azərbaycan bayrağının qaldırılması hadisəsi əsaslı yer tutmuş, bu hadisələrin doğurduğu iftixar, milli qürur, öyüncənlik hisləri şeirlərdə təsvir və tərənnüm olunmuşdur. Əlbəttə, dövlət müstəqilliyimizin rəmzi olan bayrağımızın dalğalanması milli qürur, məğrurluq hisləri aşılayır. Söz yox, bu gün işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şanlı ordumuzun apardığı mücadilənin ön sırasında üçrəngli dövlət bayrağımız gedərək xalqımızı birliyə, həmrəyliyə və vahid fikir, əməl naminə mübarizəyə səsləyir. Torpaqlarımız işğaldan azad edildikcə Azərbaycan bayrağı da o yerlərdə qürurla dikəlir, məğrur-məğrur dalğalanır. Yeni bir tarix və zəfər epoxası yazan Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuzun üçrəngli bayrağımızı Xankəndinə, Şuşaya və Dağlıq Qarabağa dikəcəyi günü xalqımız qəti bir inamla və səbirsizliklə gözləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Ədəbiyyatımızın qürur mənbəyi və məğrurluq sütununa çevrilən dövlət bayrağımız ədəbiyyatımızda başlıca mövzuya çevrilməklə bizləri də milli birliyə, vətənə bağlılığa, mübarizə əzminə və qələbə ümidlərinə səsləyir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 2 004
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR