19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
XƏTAİNİN XƏLƏFİ-Nicat Kamran oğlu Məmmədov
Tarix: 24-10-2020 02:40 | Bölmə: Ədəbiyyat

( Bədii oçerk )
Məni tanıyanlar yaxşı bilir – hələ lap uşaqlıqdan füzünkar təbiət və şəhər mənzərələrinə, mənalı, gözəl insan simalarına və obrazlarına, xüsusən də çəkiliş texnikasına olan marağım – mənə əvvəllər bir xobbi kimi baxdığım foto rəssamlığı sənətini çox sevdirmişdi. Uzun illərdir çalışdığım elmi-tədqiqat institutunda işimizin oturaq olması səbəbindən iş yoldaşlarım istirahət günləri ayaqla gəzintiyə çıxanda – mən həm ziyarət, həm də "qəzinti" deyib idman ayaqqabılarımı geyinir, professional fotokameramı çiynimə ataraq nə zamansa Bakı haqqında öz bədii fotolarımdan ibarət albom tərtib etmək ümidi ilə şəhəri gəzirəm.
Çəkilişlərimin bu günkü planı şəhərimizin büst və heykəlləri idi. Yaxın zamanlarda Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətai heykəlini ziyarətçilərinin onu daha rahat ziyarət edə bilməsi üçün küçənin digər tərəfindəki parka köçürülməsi səbəbindən bu abidənin yeni məkanı məni çox maraqlandırırdı. Onun üçün də bu gün ora getdim. Abidənin yeni məkanı çox gözəl idi. Xüsusilə də qürub vaxtı bu abidənin arxa fonunda günəşin qızılı-qırmızı şüalarının parıltısında daha möhtəşəm alınacağı anı tutmalı idim. Amma zaman etibarı ilə hələ tez idi. Söz yox ki, öncə Şah İsmayıl abidəsinin yeni məkanını ziyarət edib, sonra kənarda bir siqaret yandıraraq, çəkiliş üçün yaranacaq əlverişli hava şəraitini gözləməli, ya da normal bir həmsöhbət taparaq başımı qarışdırmalı idim.
Abidənin ətrafını gəzib onun təzə məkanını ziyarət edərək parkdakı skamyalardan birinə yenicə əyləşmişdim ki, bayaqdan üç nəvəsi ilə Şah İsmayıl Xətai heykəlinə baxıb onlara nəsə izah edən yaşlı kişi mənə yaxınlaşdı:
– Axşamınız xeyir olsun. Narahat etdiyim üçün üzr istəyirəm. Abidəni və onun ətrafını seyr edəndə sizə diqqət etdim, hərəkətləriniz, baxışınız mənə bir az tanış gəldi... Mən də yaradıcı insanam, əməkdar heykəltaraşam. Necədir? Abidənin yeni məkanını bəyəndiniz?
Mən gülümsünərək:
– Axşamınız xeyirli olsun. Əlbəttə, bəyəndim. Ziyarətçilərinin rahat gəlməsi baxımından əvvəlki yerindən daha üstündür. Mən isə foto həvəskaram. Mənə qədər ayrı vaxtlarda bu abidə çox çəkildiyindən mən onu qürub vaxtı çəkmək istəyirəm. Arxa fonda qünəşin gızılı-qırmızı şüaları ilə. Şah İsmayılın Qızılbaşlılıq rəmzi kimi. Amma hələ ki, hava şəraiti imkan vermədiyindən bir az gözləməli olacam...
Yaşlı kişi abidəyə baxıb köksünü ötürərək dedi:
– Bilirsən, bu kişinin dövründə Azərbaycan torpaqları indikindən on dörd dəfə böyük olub. Şimalda Dəmir qapı Dərbənddən başlayaraq, Cənubda Dəclə və Fərat çaylarının sahillərinə qədər uzanıb. Heç bilirsiniz Dəclə və Fərat çayları haradadır?
Mən təmkinlə gülümsünüb:
– Bilirəm... Cənub-Qərbi Asiyada. Ağsaqqal, mən foto həvəskarı olsam da elmi tədqiqat institutunda çalışıram. Belə pis çıxmasın, alimlik dərəcəm də var.
Yaşlı kişi gülümsünərək:
– Ay oğul, Allah səni saxlasın, o mənada demədim. Adam var bilmir də... Nəysə... Demək istədiyim və bu nəvələrimə də bayaqdan anlatmaq istədiyim odur ki, bu rəhmətliyin Azərbaycan üçün etdiyini – yəni, 1501-1524-cü illərdəki hakimiyyəti dövründə bir qarış torpaq belə itirmədən daim onu genişləndirmək işini ondan sonra 1736 və 1747-çi illərdə hakimiyyətdə olmuş Nadir şah Əfşarı çıxmaq şərti ilə, bu günümüzə qədər heç bir Azərbaycan hökmdarı və rəhbəri etməmişdir. O, xarici işğalçılara qarşı mübarizə apararaq Azərbaycanımızın tarixi torpaqlarını bərpa eləmişdir. Problem isə də ondadır ki, elə o kişinin hakimiyyətinin sonundan müasir günümüzə qədər – hər yüz, yüz əlli ildən bir torpaq itirmişik. Bütün bunlar hakimiyyətdə olan daxili çəkişmələr, torpaqlarımızda gözü olan xarici düşmənlərimizin hiyləgərliyi və mənfur siyasəti, eyni zamanda bizə rəhbərlik edənlərin səriştısizliyi sayəsində baş verib. Oğlum, bax, indi Azərbaycanımızı ikiyə bölən 1828-ci il Türkmənçay müqaviləsinimi deyim, yenidən xanlıqlara parçalanmağımız səbəbindən 1827-də qədim tarixə və ənənələrə malik İrəvan xanlığımızın yerində erməninin kök salmasındanmı danışım... Sonra 1918, 1920-ci illərdəki torpaq itkilərimiz. Erməni güdazına gedən qədim Zəngəzur mahalımız... Bilirsiniz, indiyə qədər parçalanmışıq, itirə-itirə gəlmişik... XX əsrin 90-cı illərində olan son torpaq itkilərimizin özünüz də şahidisiniz... Məni pis başa düşməyin, bu yaxınlıqda yaşayıram və hər burdan keçəndə öz vətənini, xalqını və torpağını sevən bir azərbaycanlı kimi utanıram Şah İsmayıl Xətainin mənə tuşlanmış məğrur baxışlarından...
Mən:
– Siz dedikləriniz həqiqətdir. Bu günə qədər mən də sizin kimi düşünürdüm. Daim itirmişik və Şah babamız Xətaidən sonra 500 ilə yaxın bir müddət ərzində düşmənlərimizin yeni xəyanətləri və yerli hakimiyyət strukturlarında olan satqınlıqlar və qorxaqlıq nəticəsində itirilən torpaqlarımızı bir daha geri qaytara bilməmişik. Amma elm sahəsində çalışdığımdan, elmin də məhz faktlara əsaslanaraq elmilik kəsb etmə amilini əsas tutaraq, sizə yeni gəldiyim qənaəti açıqlamaq istəyirəm. Bilirsiniz, hər gecənin bir sabahı, hər bir həsrətin gec də olsa sonu olur. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə torpaqvermə prosesinə birdəfəlik son qoyulmuşdur! Bu gün isə Azərbaycanda baş verən hadisələrlə Azərbaycan tarixinin ən yeni və şanlı səhifəsi yazılır. Bu gün Azərbaycan Ordusunun elə bizim şahidliyimizlə 90-cı illərin əvvəllərində itirdiyimiz Qarabağ torpaqlarımızdakı şanlı qələbələri və bu qələbənin birbaşa səbəbkarı – Ulu Öndər Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanımız cənab İlham Əliyev və onun apardığı düzgün, təmkinli və dəqiq siyasətdir. Məhz bu - bizə, öz vətəninin hər qarış torpağını canından artıq sevən hər bir azərbaycanlıya – 500 il bundan qabaqkı dövrlərdə yaşamış sələflərimizdən fərqli Şah babamız Xətainin o kəskin baxışlarına qürurla baxmağa imkan verir. Bu şanlı qələbəmiz, tarixi Azərbaycan torpaqlarının çox kiçik bir hissəsi, ən son ərazi itkilərimizin bərpası sayılsa da, keçmiş 500 il müddətində itirdiklərimizdən sonra ilk qaytara bildiyimiz torpağımızdır. Hətta bunu savaş yolu ilə etsək də bu mübarizəmiz sivil Beynəlxalq İctimaiyyətin müsbət rəyi və müasir dünyanın əsaslandığı Beynəlxalq Hüquq normalarına tam uyğundur. Tarixən itirilmiş Böyük Azərbaycan torpaqları ilə müqayisədə bu qələbə kiçik sayılsa da, milli özünüdərk, soy kökünə qayıdış və azərbaycançılıq baxımından ən böyük addımımızdır. Bunun səbəbkarı isə müasir siyasətin mahir bilicisi və böyük strateq İlham Heydər oğlu Əliyevdir! Bu günlərdə baş verən hadisələr Azərbaycanın ən müasir şanlı tarixidir. Mən tam əminəm ki, vaxt gələcək və bu düzgün siyasət nəticəsində biz Azərbaycanın itirilmiş bütün tarixi ərazilərini, ata-baba torpaqlarımızı tamlıqla bərpa edəcəyik! Sizdən isə artıq dərəcədə xahiş edirəm, bundan sonra nəvələrinizə Azərbaycan tarixi və onun şanlı sərkərdələri barədə danışanda onların müasir və layiqli davamçısından da qürurla danışın...
Yaşlı kişinin gözləri dolaraq:
– Haqlısınız. Doğru sözə nə deyəsən... Doğrudan da o dövrdən zəmanəmizə qədər ilk dəfədir itirdiyimiz tarixi torpaqlarımızı qaytarırıq. Özü də belə çətin ictimai və siyasi şəraitdə... Mən bunu nəinki nəvələrimə, hamıya fərəhlə danışacağam. Çünki biz bəlkə də Azərbaycanın ən şanlı bir tarixi dövrünün müasirləriyik.
Mən:
– Bəli. Bunu hamı bilməlidir. Dost da, düşmən də. Hə... Artıq səma da qızılı rəngə boyanır. Məni üzürlü sayın, Şah babamız Xətainin abidəsini məhz belə rakursdan işləmək istəyirəm...
Nicat Kamran oğlu Məmmədov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Bədii redaktoru: Akademik İsa Əkbər oğlu Həbibbəyli
Baxış sayı: 1 466
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR