21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
YOXSULLAR ŞAİRİ XƏLQANİ-II YAZI-RAMİZ QASIMOV
Tarix: 12-08-2020 20:24 | Bölmə: Ədəbiyyat
Xaqani Şirvaninin “Qəsideyi-şiniyyə” əsəri və ictimai-fəlsəfi məzmunu
II yazı

Xaqaninin “Qəsideyi-şiniyyə”sində dünyanı yenidən dərk etmək istəyən bir şəxsiyyətin oyanma ilə dərk etmə arasındakı böhran mərhələsi təsvir olunur. “Məktəbdə ömrü keçən”, “hələ əbcəddə aciz qalan” insanın öyrənmək ehtirasından doğan narahatlıqlarını təqdim edir. Bir az əvvəl qeyd olunduğu kimi, Xaqani dünyanı, həqiqəti dərk etmənin yolunu şüurla yox, təblə mümkün olacağı fikrindədir. Həqiqəti (sadəcə, nisbətdə olan həqiqəti deyil, Allaha yaxın həqiqəti – R.Q.) yalnız təblə, bəsirətlə, kəşflə görmək, dərk etmək, qavramaq və qəbul etmək olar. Şüur isə yanlız əlamətinə görə varlığı müəyyənləşdirə bilər. Şüurun varlığın mahiyyətini idrak etməsi, ümumiyyətlə, mahiyyəti üzə çıxara bilməsi qeyri-mümkündür. Şüurla mahiyyətin təzahürlərini, hadisə və əlamətlərini müəyyənləşdirmək və dərk etmək mümkündür. Göründüyü kimi, bu fikir və mülahizələr bizi məşhur Azərbaycan filosofu Söhrəverdinin fikirlərilə bağlayır: “Yalnız qəlb və işraq yoluyla həqiqətə çatıla bilər (İşraq – Günəş doğulmaq, parlatmaq, Günəşli bir yerə daxil olmaq, qəlbə mənanın doğması deməkdir – R.Q.)... Biz əşyanı onunla qavraya bilərik... Ona sahib olan kimsə varlıqlara və hadisələrə hökm edilə bilər...İnsan kəşf yoluyla tədricən zülmətdən nura yüksəlir”. Məhz bu oyanış və aydınlanmaq idi ki, Qautama rəvayətə görə düz otuz il göylərə baxdıqdan sonra özünü dərk edərək Buddaya – Aydınlanmışa çevrilmişdi. Təb oyananda artıq şüur lazım olmur. Söhrəverdi fəlsəfəsində olduğu kimi Xaqani də insanın zülmətdən nura yüksəlməsi mənəvi inkişaf yolunu təsvir edir. Belə ki, şair həqiqəti görə və ona qovuşa bilmədiyindən ötrü öz qəlbinin, beyninin, şüurunun qaranlıq, zülmət olduğunu hesab edir, həyatını mənəvi səfalət adlandırır. Mənəvi biliksizlikdəndir ki, insan öz nəfsi və tamahı ucbatından dunya nemətlərindən ötrü öz azadlıq və ləyaqətini əsir edir. Halbuki insan, müdriklər demişkən, çox şeylər var ki, onlarsız da yaşaya bilər; bununla da, öz mənəvi və fiziki azadlıq və ləyaqətini, dəyərini qoruyub saxlayar. Bu məqsədlə də şair “Qurani–Kərim”in “Nun vəl qələm” surəsindən istifadə edərək kasıblıqdan şikayətlənməməyi, nəyi varsa onu qorumağı, var-dövlət arxasınca sürünməməyi təlqin edir. Əlbəttə, insan bilməlidir ki, o, gəzən bir “zibil”dir, sonunda torpağa qarışası bir “çürüntü”dür. Çox-çox arzuladığı və nail ola biləcəyi var-dövlət onun qəmidir.
Bu oyanmada əsas məsələlərdən biri nəfsin nəzarəti və idarə olunmasıdır. Nəfs insanı həqiqətdən uzaqlaşdıra da bilər, həqiqətə çatdıra da. “İnsan nəfsi tərbiyə vasitəsilə bir qrup mərtəbələri aşa bilər və nəhayət, yüksək ruhi güc qazanar. Qəlbində şəffaflıq hasil olar, məna aləmi ilə təmasa keçər” (Taylan Nəcib). Sadəcə, nəfsi dünya nemətlərinə və şəhvətə deyil, həqiqəti öyrənməyə döndərmək, onu öyrənməyə sərf etmək gərəkdir. “Dünyaya olan nəfsini öldürsən, ona şəriətdən (fikrimizcə, əxlaqdan, dəyərlərdən) baş daşı qoysan, o zaman məzardan həqiqət gülüstanı baş qaldırar”. Bunun üçün isə insan olan kəsdə hümmət gərəkdir. O kəsdə “hümmət günəş misli gərək olsun ki”, dünyadan ikiəlli yapışan, nura gözləri zülmətlə bağlı, əliqanlı şahlardan üstün olsun. O zaman ona nə yurd, nə də mal-dövlət lazımdır. (Bu fikir XIII əsrin görkəmli sənətkarı, Azərbaycan dilinə doğma şivədə yazan Yunus İmrədə daha gözəl və dolğun ifadə olunub:
Nə varlığa sevinirəm,
Nə yoxluğa darılıram.
Eşqin ilə ovunuram,
Mənə sən gərəksən, sən, sən.) Çünki hümməti olan hər kəsin Süleymana tayı-bərabəri var, yəni dünyanın şərinə, nemət və varına sultanlığı var. Bu kəslərin hər birinə işindən bir nida baş qaldırıb səslər: “Ey yatanlar, oyanın!” (“Rəbbi-həbli!”. Bu nida qüdrət sahibi Allahın nidasıdır ki, məşhər günü ölənləri oyatmaq üçün əmr edəcəkdir – R.Q.) Əgər insanda hümmət baş qaldırarsa nəfs ölər, tamah “zəncirlənmiş it” kimi “vəzir” olar, can vəcahan isə dünyadan üstün insanınayaqları altında gərəksiz gözəllik kimi tapdanıb qalar: insan dünya və cahanüstü bir insan olar. Can insan üçün bir “mehman”dır, bunu bilən isə onun nə vaxtsa tərk ediləcəyinə darılmaz. Bu dirilik axtaran yolçunun “hava-taxtı”, “ağıl-tacı”, “süfrə-rzası”, “can-mehmanı”dır. “Xəzinədarı-fikir, ilham”, “keşişçi-şər ilə tovfiq”, “əsiri-nəfs ilə, amal”, “qulu-çərx ilə keyhan”dır. Onun tacındakı mərcanlar “qəsrindəki taxt” hökmdarlar tək zülm və istibdad ilə əldə olunmayıb, əksinə, öz nəfsinə zülm edib, özgələrinə mərhəmət.
Qəsidənin bu hissəsində oyanmış insanın kamilliyə çatması və mənəvi kamillik təsviri də verilir. Kamilliyə çatmış insanın malik olduğu üstün xasiyyət və xarakteri, sözsüz ki, onun bu kamilliyə çatacağına qədər gələn yolu və mübarizəni də təsəvvürə gətirə bilir. Bundan sonra kamilliyə yetmiş ayıq və aqil bir insanın dünyaya olan münasibətləri əsas yer tutur. Yeri gəldikcə şair saraylarda yaşadığı dövrlərdən gördüyü və nifrətlə qarşıladığı saray mühitinə münasibətini, nifrət və təəssüfünü bildirir.
Bacarsan olma aludə, cəlalinə bu dünyanın,
Bu murdar daşı almaqla ələ şad etmə şeytanı.
Şairin təsəvvürüncə, kamilliyə çatmış insanın heç nəyə, heç bir dünya malına ehtiyacı yoxdur. Onun üçün əsas olan ən qiymətli nemət azadlıqdır. “Azad yaşamaq, azad düşünmək” həqiqət axtaran insanın bu dünya ilə mübarizəsində əldə etdiyi ilkin və ən dəyərli nemətdir. Azadlıq təkcə insanlardan deyil, insanın tamahının ehtiyacı olduğu varlıqlardan da azad olmağı deməkdir. Bu dünyada heç nə onun eyninə olmamalıdır. Çünki bu dünyanın nemətlərini yetişdirən, müqəddəs sayılan torpaq da çırkab içərisindədir. İndi bütün haram və murdarların, çirkabın yetişdiricisi və məskəni torpaq özüdür. Bu torpaq cinayətləri örtə-örtə, insan qanları içə-içə, cəsədləri uda-uda bəslənmiş, öz müqəddəs saflığını itirmişdir. Buna görə də gözünü dolu, könlünü tox tut.
Beləliklə, Xaqani kamil insanı çox uca, yüksək bir zirvə hesab edir. Ona verdiyi dəyər və qiymətdəndir ki:
Bu aləmdən uzaqlaş sən, o aləm dərdinə qalma,
İki aləmdən üstündür təfəkkür əhlinin canı.
İki aləm iki gözdür tərazusundə xəllaqın,
Sığışmaz bu iki gözdə çəkənlər ədl mizanı. –
deyir. Başqa mütəsəvvüflərdə olduğu kimi Xaqani də dünyanı iki cür təsəvvür edir: real-fani dünya və əsl əbədi dünya. O biri aləm-ölümdən sonrakı ruhların məskən tutacağı əsl aləm üçün çalışmaq, yaşamaq fikrinin qabağına başqa daha maraqlı bir fikir qoyur: məntiqi və analoji. Əgər bu dünyadan əl çəkirsənsə,düşündüyün o biri dünya onsuz da sənindir. Amma can (yəqin ki ruh) özü də təfəkkür, təb və əql əhlinin, kamil, öz canının əzəlini, mahiyyətinin və aqibətini bilən insan üçün can fanidir, amma bu iki aləmdən üstündür: öz dəyəri, qiyməti və bənzərsizliyi ilə. Bu fikirlər göründüyü kimi, islamın tovhid, eləcə də “Quran”ın “Mən sizi öz nurumdan yaratdım” hökmlərini və bu firiklərdən boy atmış təsəvvüfün vəhdəti-vücud qənaətini yada salır. Canın (ruhun) başqa varlıqlardan üstün bir varlıq olduğu fikrinə gəlinir və onun iki “xəyal” aləmindən üstün olaraq yalnız Tanrıya bağlanacağına, Tanrı ilə bütövləşəcəyinə, ona aid olacağına inam ifadə olunur. “Kamil ruh Tanrının təcəllisidir” fikri ümimiləşdirilir. Sonrakı beytdə də əvvəlki fikirlərini inkişaf etdirərək sənətkar bildirmək istəyir ki, kamil “can”dan aşağıda duran iki aləm yaradanın tərəzisinin gözləridir. Ancaq “bu iki gözdə ədl mizanı çəkənlər sığışmaz”. Yəni kamil ruh yalnız Tanrıya mənsub olduğu üçün bu aləmlərin heç birində qərar və yer tutmaz (Bu fikirlərin İ.Nəsiminin məşhur “Sığmazam” vədifli qəzəlində də ifadə olunduğunu görə bilərik:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam).
Bütün bu imkanlara sahib olmaq üçün isə, əlbəttə, nəfsinə hakim olmağı, hümmət sahibi olmağı, dünyadan həzər qılmağı vacib hesab edir. Yalnız bundan sonra bu rütbəyə qovuşmaq, nail olmaq mümkündür. Xaqani yeri gəldikcə öz fikirlərini, kamil ruhun tərbiyəsi haqqındakı mülahizələrini mürsəl peyğəmbərlərimizin aqibəti ilə əsaslandırır, onları - Süleyman, Musa, İsa və Məhəmməd (s.ə.v.) peyğəmbəri nümunə gətirir. Eyni zamanda “Quran”ın, islamın əxlaqi qayə və mənəvi tərbiyə, etik dəyərlər küliyyatını çıxıb yolu hesab edir. Məhəmməd peyğəmbərin (s.ə.v.) özünü isə nümunə qəbul edirdi:
Bütün dərvişlərin şahı olubdur Əhmədi-Mürsəl
Ki, “Nun vəl qələm” Quranda səbt etmiş bu fərmanı.
Qəsidədə aparıcı olaraq şair daha çox dərviş və hökmdarla müqayisə timsalında öz fikirlərini əsaslandırır. Dərvişləri malik olduqları bir çox üstün insanı dəyərlərinə görə hökmdar və sultanlardan artıq hesab edir, onların qəlbini yaşayış və davranış tərzlərini “rəmzlər dolu sirr lövhəsi” adlandırır. Onlar bir çox şeylərə malik olmadıqlarına görə yoxsul olsalar da, mənən zəngin və dərindirlər:
Fəqirin xirvəsində bəxyələrdə rəmzlər vardır
Ki, onlar “lövhi-məhfuz”u açanlar bu müəmmanı.
Bu beytlərdən də görünür ki, sənətkarın dərvişə və dərvişliyə böyük ehtiramı var. Tədqiqatlardan da bəlli olur ki, Xaqanidə mənəvi intibah dövründə təsəvvüfün hökmlərinə valehlik yaranmış, məlamətiyyə və qələndəriyyəyə xüsusi hüsn-rəğbət bəsləmişdir. Elə buna görə də şair özünü də uca və kamil bildiyi dərviş hesab edərək, öz malik olduqları ən böyük üstün cəhəti və fikri-mənəvi tələbi şüara çevirir: “Hamı dünyaya aşiqdir, biz isə qəmdən azadıq”. Şair dərvişi ədalətli hesab edir, çünki Tanrının yanında sultanla dərvişin fərqi olmadığı kimi, onun da nəzərində sultan və dərviş eyni olmalıdır. “Dindən məqsəd ədalətdir” deyən “şair mənəvi cəhətdən yüksəlmək, yuxarıdakı böyük əxlaqi qayələrə yiyələnmək üçün hümmət, səbr, qənaətə yiyələnməyi əsas şərt sayırdı” (Q.Kəndli). Beləliklə, böyük sənətkar Xaqani Şirvani məşhur “Qəsideyi-şiniyyə”sində kamil insan problemi və onun tərbiyəsi məsələsini qoyur, bununla da, dövrünün bir çox filosof və mütəsəvvüf sənətkarları ilə birləşir.
Şairin mənəvi oyanma və intibah dövrünə təsadüf edən bu əsəri özünün bədii sənətkarlığı, ideya-bədii xüsusiyyətləri ilə əvəzedilməz yer tutur. Əsərin sənətkarlıq qüdrətindəndir ki, Xaqanidən sonra Şərqdə tanınmış görkəmli söz ustadları da bu qəsidəyə nəzirə olaraq şanlı əsərlər yaratmışlar. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli bu mənada daha çox yaddaqalan və diqqətəşayandırlar. Bunu da qeyd etməyi lazım bilirik ki, Xaqani çox sevilən sənətkar olaraq Şərq ədəbiyyatında daha çox açıqdan-açığa və davamlı olaraq şərə, zülmə qarşı mübarizə aparan, bu ruhda sənət əsərləri yaradan qüdrətli və unudulmaz bir sənətkardır. Tərcümələrdə bir çox bədii ifadə qüdrətini itirsə də, Xaqani yaradıcılığı həmişə öz mübarizə təntənəsi, etiraz və qəzəb pafosunu saxlayır, dərin və hikmətamiz fikirlər ifadə edir.
RAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 2 179
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR