19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
SÖZ MÜLKÜNÜN XAQANI... -RAMİZ QASIMOV
Tarix: 08-08-2020 03:20 | Bölmə: Ədəbiyyat
Xaqani Şirvaninin “Qəsideyi-şiniyyə” əsəri və ictimai-fəlsəfi məzmunu
I yazı

Sadəcə Xaqani Şirvani kimi məşhurlaşmış böyük Azərbaycan şairi, şeir, sənət dühası, ədəbiyyatın ustad simalarından biri. Onun əsl adı Əbu Bədil Əfzələddin İbrahim İbn Əli Nəccar İbn Osman İbn İbrahim Həqaiqi Həssanül-Əcəm olaraq göstərilir. Adı ədəbiyyat tarixində sənətə ictimai məzmun verən qüdrətli sənətkarlardan biri kimi daxil olub. Qəsidənin ən qüdrətli ustadlarından biri kimi tanınıb. Uzun müddət saraylarda yaşayan, sonradan saraylara ikrah duyaraq oranı tərk edən və özünü “Yoxsullar şairi Xəlqani” adlandıran əsl söz ustadı: İstəmirəm adımı çağırsınlar Xaqani, Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani...
Xaqani Şirvani... Bəli, XII əsrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxıda doğulan, ədəbiyyat aləmində öz istedadı ilə bir Günəş kimi parlayan, Yaxın və Orta Şərq ölkələrində geniş şöhrət tapan böyük Azərbaycan şairi Xaqani Şirvani... Bu qüdrətli söz ustadı özündən sonra neçə-neçə söz sənətkarının yaradıcılığında öz qüdrətli təsir gücünü saxlamışdır. Şeirlərindən dövrün, zamanın ədalətsizliyi və zülmünə qarşı kəskin bir etiraz, dərin bir üsyan baş qaldırır. Buna görə də qətiyyətli və mübariz bir sənətkar olaraq şöhrət qazanıb. Haqqında haqlı olaraq deyilir ki: “Xaqani Şirvani - Azərbaycan xalqının orta əsrlərdə qaldırdığı şeriyyət bayrağı”dır (Q.Kəndli). Bu söz sənətkarı geniş bədii irsə malik olsa da, daha çox qəsidələr ustadı kimi şöhrət tapmışdır. Onun qəsidələri dərin məna və hikmət dolu tərbiyə memarıdır. Təsadüfi deyildi ki, görkəmli xaqanişünas Qafar Kəndli göstərirdi ki, “...orta əsr ədəbiyyatının qızıl çağı və Şərq ədəbiyyatının qəsidə və məsnəvisindən söz açdıqda, Azərbaycanın intibah ədəbiyyatını izlədikdə Azərbaycan mədəniyyəti altun dövrünün iki qoşa böyük dühası - “türkani-parsiquy” – “Türkanə-soxən” Xaqani və “türkanə-nəzm” Nizamini nəzərimizə gətiririk... sahibi-Şirvan qəsidə də taysızdır”.
Xaqani, doğrudur, ilk poema müəllifidir, “Töhfətül-İraqeyn” kimi bir əsər yazıb. Onun “Zəmanədən şikayət”ləri, “Həbsiyyə”ləri üsyan ruhu ilə çox zəngindir. O, bu kimi əsərlərində bir ordudan daha ziyadə üsyan və müharibə açan bir sərkərdəyə bənzəyir. Öz sənətkarlığını öyən qiymətli “Fəxriyyə”lərin müəllifidir. Qəzəlləri, müxtəlif əsərləri onun sənətkarlığının parlaq cilaları təsirini bağışlayır. Yaxınlarının ölümünə yazdığı “Mərsiyə”lərində kədərli, hüzn dolu bir insanın – bir Atanın, bir Ərin, Dostun və b. portreti əzəmətlə canlanır. Ancaq o, qəsidələrində daha çox qüdrətli görünür. “Mədain xərabələri”, “Qəsideyi-şiniyyə” və b. qəsidələri onun ustalığına nişanədirlər. Bu əsərlər özünün təntənə və diqtəsilə seçilir, hikmət və mənadan bayraq qaldırmış bir ordunun zəfər təbilinə bənzəyir. Özü demiş:
Görün Xaqaniyə hümmət necə imkan yaratmış ki,
Bu gün yüz fəlsəfə ustadını saymaz da Xaqani.
Qəsidələrində hikmət və hünər sahibi olan Xaqani ictimai-fəlsəfi qəsidələrində daha böyük və dərin mətləblərə toxunur. “Qəsideyi-şiniyə” bu mənada, daha diqqətəşayan və maraqlı qəsidələrdən biridir. Bu, o qəsidədir ki, qafiyəli misraları “şin” hərfi ilə bitdiyinə görə məhz bu cür – “Qəsideyi-şiniyyə” adlandırılıb. Qəsidənin məzmununa görə bu iki problemi daha açıq görmək olur: 1) Kamil insan problemi və onun həlli yolu; 2) İnsan və dünya münasibətləri.
Qəsidənin əvvəlindən sənətkar “Kamil insan necə olmalıdır?” məsələsilə bağlı fikirlərini ortaya qoyur, onun düşüncə və duyğularını, mənəvi kamilliyini diqqətə çatdırır. Xaqaniyə görə, hər bir insan öz qəlbinin səsinə, bəsirətinin tələbinə diqqətlə qulaq asmalı və ona uyğun yaşayıb davranmalıdır. Bu bəsirətin, qəlbin öyrətdiyi, təlim və hökm etdiyi elm məhz insanı kamil düşüncə və mənəviyyata sahib edə bilər. Hər bir insana çıxılmaz və dar məqamda ağlı və zəkası kömək edə bilər. Sadəcə, onu doğru yola yönəltmək və fəallaşdırmaq gərəkdir. “Hər dənizdə sədəf olmadığı kimi, hər qətrədən də yaranan insan deyil”. Məhz özünü dünya və dünya nemətlərindən üstün tutan insanın “Araz aşığındandır, Kür topuğundan”. İnsan sözün bütün mənalarında hümmət sahibi olmalıdır ki, dünyanı it kimi qarşısında çökdürsün, ya da özü it kimi nəfsinin dalınca sürünsün. Bu mənada XIII əsr sufi sənətkarı Şah Qasim Ənvarın sözü ilə Xaqaninin yuxarıda qeyd etdiyimiz fikri çox uyğun gəlir:
Çe tərsani ze tufan Qasimi ra
Ke dəryaye – mohit həm ta bezanust.
(Qasimini tufanla nə qorxudursan, mühit dəryası onun dizindəndir.)
Qeyd etmək yerinə düşər ki, Xaqani yaradıclığını Azərbaycan və islam fəlsəfəsindən kənar təhlil etmək doğru deyil. Yaradıcılığından da görünür ki, əvvəllər sevib bağlandığı yunan fəlsəfəsinə küskün və etinasızdır. Yunan fəlsəfəsindən soyuyan sənətkar özünün iç tələblərinə uyğun olaraq inandığı, təskinlik və mənəvi ucalıq tapdığı islam fəlsəfəsinə bağlanmışdır. Fikrimizcə, bu həm də ona görə idi ki, dünya və varlıq, həyat haqqında yunan fəlsəfəsinin məhz idraka, özü də məntiqi idraka əsaslanan fəlsəfi bilikləri şairin yaşadığı üzüntülü, əzab və işgəncəli həyatında təskinlik, inam və nicat vermirdi. Çünki həyatda elə faktlar var ki, məsələn, o dövr sənətkarlarının da arzulayıb axtardıqları ədalət və həqiqət idrakla heç cürə dərk oluna bilmirdi, yanlız nisbilik və müqayisə ilə ağıla gətirmək, anlamaq olardı. Qafar Kəndlinin dediyi kimi: “Yunan fəlsəfəsi adlanan bir fəlsəfənin hökmləri ilə, dövrün “yer allahlarının” pis əməllərinin qarşısını almağın mümkün olmadığını, yunanın qurumuş çayının suyu ilə” əprimiş beyinlərə su çiləməklə, büzülmüş canlara həyat verməyin imkan xaricində olmasının vaxtlı-vaxtında duymuşdur”. Bu sənətkar, əslində, fəlsəfənin hökmünə qarşı çıxmaqla fəlsəfəni həyatla bağlamaq niyyətində idi. Yanlız bununla həyatı dərk etmək, yaxşını pisdən seçmək və zülmə, şərə qarşı nifrət duymaq, mübarizə aparmaq olardı. Yoxsa fəlsəfənin dinlə çulğaşan bəzi hökmlərinin insanların başını piyləyə-piyləyə zülmə əsir edəcəyi qaçılmaz idi. Buna görə də, islam fəlsəfəsinin köməkliyi ilə öz arzuladıqlarına çatan sənətkar öz təlimlərində də bu fəlsəfənin təlimlərinə əsaslanırdı. Bu da qeyd edilməlidir ki, Xaqani öz dövründə islam fəlsəfəsi üzərində yaranıb yayılmış təsəvvüf təriqətləri ilə, xüsusilə də, əxiliklə sıxbağlı bir şəxs idi.
Elə bu dediklərimizə rəğmən Xaqani Şirvani “Qəsideyi-şiniyyə”sində insanın ilk təlimini “sükut” adlandırır. Əlavə edək ki, qəsidədə şair, fikirmizcə, insanın ilk yaranışından və sonunda dünyaya oyaq münasibətinə qədər hər şeyə təsvir verir. Qəsidədə deyilir:
Mənim öyrəndiyim ilk söz bu məktəbdə “sükut” oldu,
Bəladır dil başa, lakin sükut hər dərd dərmanı.
Burada sənətkarın insanın ilk yaranışdan dilsiz-ağızsız olmasına, məhz bu sükut içərisində də dünyanı görərək öyrəndiyinə işarə edir. Bu fakt deyilmi ki, körpə doğulandan ancaq duyma və görmə ilə başlanan öyrənmək yoluna qədəm basır. Öyrənə-öyrənə yeni yollarla öyrənmə üsullarını artırır, təlim alır. İnsan öyrənə-öyrənə bir zaman qarşısında qarma-qarışıq, xaotik bir dünya, varlıq mənzərəsi görür. Bu qəsidənin əvvəlki beytlərinin məzmunundan da göründüyü kimi, şeir yazılması şairin qəlbdən oyanışı və fikri intibahı dövrünün məhsuludur. Ümumiyyətlə, qəsidə insanın fikri oyanış və mənəvi kamillik əxz etməsindən bəhs edir. Faktlardan da məlumdur ki, hələ şair 15-16 yaşlarında ikən oyaq baxışlara sahib idi və ayıq münasibət onun ətrafına olan münsibətini də dəyişdirirdi. Düzdür, saraya düşdükdən sonra gözqamaşdırıcı saray mühiti şairin gözlərinə pərdə salır və axtardığı, içində onun acına çevrildiyi həqiqətləri görünməzləşdirir. Amma sonralar, 22-23 yaşlarında sənətkar bu mühitdən tezliklə çiyrənir və ikrahla özünün saraydakı vəziyyətinə baxır. Oyanış və fikri intibah yenidən başlayır: daha güclü, vulkanik tərzdə. Şairin fikirləri indi ənginliklərdə gəzirdi. Əlavə edək ki, şairdəki bu mənəvi təbəddülata dövrünün fəlsəfi təriqətləri, xüsusilə, məhəbbət, insaniyyət və qardaşlıq fəlsəfəsindən yoğrulmuş əxilik, yunan fəlsəfəsinin tam əksinə olaraq aludə olduğu, sevdiyi Şərq fəlsəfəsi – işraqiyyəlik, geniş yayılan təsəvvüf ideyaları, islam fəlsəfəsi və əxlaqi qaydaları təkan vermişdi. Zahidlər kimi tərki-dünyalığın əleyhinə olan şair sonunda ona qarşı edilən pisliklərdən özünü qorumaq üçün “üzlət”ə baş vururdu. Bununla da, cəmiyyəti dərkə, mənəvi kamilliyə yol alırdı. Pisliklərdən qaçınmaq onu əxiliyə daha çox yaxınlaşdırırdı. Məhz bu dövrdəki mənəvi təbəddülat və fikri oyanma onu “Qəsideyi-şiniyyə”yə gətirib çıxardı. “Qəsideyi-şiniyyə” məzmun və ideyaca artıq oyanmış, haqqın və ədalətin nə olduğunu bilən, dünyadan üstün mənəvi ucalığa və kamilliyə çatmış, “peyğəmbəri tanıyan və Tanrını axtaran” bir həqiqət yolçusunun düçüncəsi, tövsiyyəsi və qənaətidir.
O “əbcəd” ki mənə ustad təlim etdi təcridi,
Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı.
O gün ki sirri yoxluqdan ibarət əbcədi bildim,
Unutdum varlığa bağlı olan hər bir müəmmanı.
Yuxarıda dediyimiz fikirlərə əlavə edə bilərik ki, “əbcəd” sözünü həm də “heç nə” anlamı verən əlifba mənasında da başa düşmək mümkündür. Demək, beytdən belə başa düşmək olur ki, ustad (mənəvi diktə) təlim edən elm tədric olunmaq, özünü digər varlıqlardan kənar tutmaq və ayırmaq “əlifba”sıdır. Qeyd edilən bu bədii faktlara bu həyati faktı da əlavə edək ki, görünür, bu hissədə sənətkar ona əbcəd öyrədən ustadı – əmisi Kafiəddin Öməri nəzərdə tutub. Çünki məlum olduğu kimi, Xaqaniyə kiçik yaşlarından dərs verən, ona əbcədi, əlifbanı öyrədən, digər elmlərlə tanışlıq verən, bununla da, onun gözlərini açıb dünyaya yeni münasibət və baxışlar bəxş edən ustadı əmisi Kafiəddin Ömər idi. Elə bu beytdə də çox güman ki, sənətkar ilk təhsil illərini və ona müəllimlik edən, yeni dünya bağışlayan, uşaqlıqdan gözlərini açan, mənəvi ata bildiyi əmisini nəzərdə tutur.
Bu beytlər peşiman bir insanın narahat göz yaşlarıdır. Nə qədər ki şair dünyadakı həqiqətləri, ətrafdakı hadisələri doğru-düzgün dərk etmirdi, sakit və firavan idi. Elə ki, gözlərini ustadı biliklə açdı, hadisələrin altındakı mahiyyəti bildi, həqiqəti dərk eləməyə başladı, bu zaman təəssüf və peşimançılıqdan göz yaşı tökdü.
“Sirri yoxluqdan ibarət əbcəd”. Əbcəd məntiqsiz düzülüşdən ibarət hərflər əlifbasıdır. Lakin ədcəddə hərflər müəyyən rəqəmlərlə işarələnir və özünəməxsus yer tutur. Bu “mənasız” düzülüşdə rəqəmlərin cəmi ona bir məna verir. Dünyadakı varlıqlar da belədir. İlk görünüşdən yerli-yersiz və qarma-qarışıqdır. Hadisələrdə bir xaotiklik, nizamsızlıq var. Amma bütövlükdə, bir-biri ilə əlaqədə dünyanın vahid ümumi mənzərəsini, görünüşünü təşkil edir. Hər bir varlıq və hadisə özündə heç bir məna və əhəmiyyət kəsb etmir. Yalnız birlikdə vahid dünya – varlıq anlamını ifadə etməyə, ümumi məna və mahiyyət kəsb etməyə qadirdir. Bu “nadanlıq elmi” həm də nadanları başa salmaq üçündür. Şair bu elmin qəribəliyini bunda görür. Yəni bildiklərimiz bir heçlik (cəfəngiyat), bilmədiklərimiz isə əsldir (həqiqətdir). İnsan həmişə həqiqəti, dünya və hadisələrin mahiyyətini öyrənməyə can atır, onun haqqında hər şeyi deyir, lakin konkret həqiqəti nə deyir, nə də bilir.
RAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 3 380
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR