22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
Sənubər Kərimova – Kəngərlilər nəslinin layiqli davamçısı-Sevda Əlibəyli
Tarix: 22-07-2020 05:20 | Bölmə: Ədəbiyyat
1980-ci ildə ADU-nun (BDU) jurnalistika fakültəsinə qəbul olunanda qrupumuzdakı 25 tələbənin 19-u qız, 6-sı oğlan idi. Professor Qulu Xəlilov auditoriyaya girib qızlarımızı hər görənda deyərdi:“Bu qızlarla kommunizmə gedirik?!” Sonra da təkzib verərdi: “Eşq olsun bu qızlara!”
Qulu müəllim azad fikirli bir şəxs idi. “Kommunizm” sözünü zarafat xətrinə işlədirdi.
Qrupumuzda Mərkəzi Komitədə işləyənin də, rayonlarda I katib işləyənlərin də ailə üzvləri vardı. Hamımız qrup nümayəndəmiz Zakirə Allahverdiyevanın “bayrağı” altında birləşdıyimizdən bir-birimizə fərq qoymurduq. 19 qızımızdan biri olan Təranə Vəkilova sadə, səmimi, gülərüz və digər xoş xasiyyətlərilə heç birimizdən fərqlənmirdi. Bilirdik ki, anası Sənubər Kərimova Naxçıvan Vilayət Partiya Komitəsi, Nazirlər Soveti və Ali Sovetinin orqanı olan “Şərq qapısı” qəzetinin baş redaktorudur. SSRİ-nin baş qəzeti “Pravda”nın formatında nəşr olunan qəzet redaktorunun səlahiyyətləri o zamanlarda rayon partiya komitəsinin Ivə II katiblərinin səviyyəsində idi. Sənubər xanım o dövrdə barmaqla sayılan qadın redaktorlardan idi. Onu da deyim ki, Sənubər Kərimova sovet dönəmində Azərbaycanda ilk qadın qəzet redaktoru olub.I kurs tələbələri – bizim hamımız üçün redaktorluq vəzifələrin ən üstünü, ən alisi idi. Redaktorun qızı zahirən heç birimizdən fərqlənmir, yüksək əxlaq nümayiş etdirməklə, yaxşı oxumaqla fərqlənməyə çalışırdı. Deyərdim ki, Təranə əxlaq, ləyaqət, sadəlik mücəssəməsi idi.Lap bu yaxınlarda bilmişik ki, Təranənin atası Tofiq Vəkilov (1929-1967) qısa ömrünün çoxunu birinci katib işləmişdir.Xalq Təsərrifatı İnstitutunu bitirdikdən sonra Naxçıvan Plan Komissiyasının sədri kimi fəaliyyətə başlamış, tezliklə irəli çəkilərək Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, şöbə müdirinin müavini, Ordubad rayon Partiya Komitəsinin I katibi, Naxçıvan şəhər Partiya Komitəsinin I katibi, Naxçıvan MSSR Ali Sovetinin katibi vəzifələrində çalışmışdir.
İdeal saydığım, illərlə üzünü görmək arzusunda olduğum qadın jurnalistlə üz-üzəyəm. 1980-ci ildən qiyabi tanıdığım Sənubər Kərimovayla Ümrə bacımız Təranəgildə görüşəndə 2019-cu ilin dekabırın 13-ü idi. Sənubər xanım da, böyük qızı Gülnarə də Həcc ziyarətində olublar. Ailənin sonbeşiyi Leyla isə ötən il Təranəylə Ümrə ziyarətində olub. Söhbətimizin sonunda Gülnarəylə Leyla da gəldilər. Resbuplikanın Əməkdar mədəniyyət işçisi Sənubər Kərimova ilə söhbətimiz rəvan alınır. Tez-tez qeyd edir ki, heç kəslə bu qədər danışmıram. Sən ürəyimə elə yatdın, günlərlə danışsam, yorulmaram. Amma... amması odur ki, haqqında yazılmasını istəmir. Nə qeydlər götürməyə icazə verir, nə də səsini diktafona yazmağa. Yaşımın da elə dövrüdür, yaddaşıma etibarım yoxdur...
Nə etməli?.. Yaddaşımı çözələyim, görən nə qalıb yadımda...
Qayıtmışıq illərin uzaqlığına... Böyük Vətən müharibəsinin odlu-alovlu günləridir. İbtidai siniflərdə təhsil alan balaca Sənubəri nənəsi duz üçün qonşuya göndərir. Oğlundan qara kağız alan qonşu qadının ahu-naləsi qızcığazı sarşıdır. O da anaya qoşulub ağlayır, nə üçün gəldiyini ona bildirmir. Bir qədər sonra həmin günün acı mənzərəsi Sənubərin qələmində bu misralara çevrilir və dillər əzbəri olur:
Qəlbindəki təlatüm bilinirdi üzündən,Ana açdı sandığı, sellər axdı gözundən.O, bir nişan üzüyü, bir ağ örpək çixardı,Vaxtilə bu şeylərin gənc bir sahibi vardı.Vətənin dar günündə o, sarıldı silaha,Odlu vuruşmalardan qayıtmadı bir daha.Ananın bu halına mən ürəkdən yanıram,Bir anlığa özümü mən də ana sanıram.Qəlbimdən bir səs gəlir: Müharibə olmasın!Qoy nişan üzükləri sandıqlarda qalmasın.
Bu şeiri yazanda heç 10 yaşı da yox imiş qızcığazın. Ananın göz yaşlarından necə təsirlənibsə, bu kövrək,həm də hər zaman müasir misralar yaranıb. Sənubər xanım o zamandan çox şeirlər yazıb, çox mətbu orqanlarda dərc olunub. Amma ilk şeirin sevincini bu gün də yaşayır və arzulayır ki, müharibə olmasın!
Universitet illərini, jurnalistika fakültəsində təhsil dövrünü, unudulmaz müəllimlərini xoş xatirələrlə anır. Ona “balaca qiz” deyən professor Abbas Zamanovun ruhuna rəhmət oxuyur. Eləcə də professor Mir Cəlal Paşayevin.Söyləyir ki, Mir Cəlal müəllim imtahan üçün xeyli kitab tapşırmışdı. Hamısını tapıb oxudum. Birini tapa bilmədim. İmtahanda da oxumadığım kitab düşdü. Oxumadığımı etiraf elədim. Mir Cəlal müəllim soruşdu ki, oxumayana nə verərlər? Utana-utana qiymət kitabçamı verib otaqdan çıxdım. İmtahan qurtaranda uşaqlar imtahan kitabçamı gətirdilər. Açıb nə görsəm yaxşıdır?! – “Əla”! “İki” gözləyirdim, Mir Cəlal müəllim “əla” yazmışdı. İlboyu dərsə hazırlıqlı gəldiyimdən və bütün fənlərdən “əla” aldığımdan Mir Cəlal müəllim də qiymətimi kəsmədi. Müəllimlərimizin hamısı belə idi – sadə, səmimi, xeyirxah, təmənnasız.
Nəsil şəcərəsindən də qürurla söz açir. Kərim Sultan Kəngərlinin nəticəsi olmaqla fəxr edir. Kəngərlillər barədə çox oxumuşam. Bu yazıda tarix elmləri dortoru Sabir Gəncəlinin “Nəsillər, ailələr, talelər” kitabından istifadə etdim.
Naxçivanda, eləcə də Azərbaycanda Kəngərlilər məşhur bir tayfanın, nəslin övladlarıdır. Azərbaycan xalqının etnogenezinində mühüm rol oynamış bu tayfa haqqında qədim müəlliflərin fikirlərinə əsaslanaraq tarix elmləri dortoru İ.Hacıyev və tarix elmləri namizədi Ş.Məmmədov “Naxçıvan və naxçivanlılar” kitabinda yazırlar ki, Kəngərlilər haqqında hələ eramızdan əvvəl, I əsrdə yunan alimləri Strabon və Plini, eramızın ilk əsrlərində Çin, Bizans, Alban, Ərəb tarixçiləri maraqlı məlumatlar vermişlər. “Kitabi-Dədə Qorqud“ dastanında Kəngərlilər “Kanqli” adı ilə xatırlanır. XIII-XIV əsrlərin Azərbaycan tarixçısi Fəzlullah Rəşidəddin də öz “Oğuznamə”sində Kəngərliləri “Kanqlı” adı ilə təqdim edir. Kanqli – arabası olanlara deyilirmiş. Döyüşkən, cəngavər olduqlari üçün onlar “Kanq-ər” adlanmışlar. Kəngərlilər IV-VII əsrlərdə Naxçıvan və qonşu ərazilərdə yaşamış, sonralar Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin hərbi-siyası həyatında fəal iştirak etmişlər. Kəngərli xanlarının nəsillərindən yüksək rütbəli zabitlər,6 general çıxmışdır.Kəngərlilər arasından bir sıra görkəmli ictimai-siyasi və hərbi xadimlər, elm və mədəniyyət xadimləri də yetişmişdir. Kəngərli süvari alayının yüksək rütbəli zabiti Kərim Sultan Kəngərli, şairə Heyran xanım, Ehsan xan Kəngərlinin qızı şairə Qönçəbəyim, Şirəlibəy Kəngərlinin oğlu milli teatr rəssamlığının banilərindən biri Bəhruz Kəngərli də belələrindəndir. Azərbaycanın hərb və mədəniyyət tarixində silinməz izlər qoymuş Kəngərli və Vəkilovlar əsilzadə nəsillərinin davamçıları olan Tofiq Vəkilov və Sənubər Kərimova Kərim Sultan Kəngərlinin nəticələridir. Öz soy-köklərinə məxsus alicənablığı, ziyalılığı qanlarında, genlərində yaşadan bu iki nurlu şəxsiyyət gözəl, nümunəvi azərbaycanlı ailəsi yaratmışdır.
Təəssüf ki, ailənın başçısı Tofiq Vəkilov bu dünyada cəmi 38 il yaşamışdır. İlk övladları Gülnarə ADU-nun (BDU) filologiya, Təranə ADU-nun (BDU) jurnalistika fakültələrini bitirmişlər. Hər ikisi musiqi təhsili də almışdır. Gülnarə Bakının Xətai rayonunda 254 saylı tam orta məktəbində işləyib. İndi təqaüddədir. Təranə Əlyazmalar İnstitutunda elmi işçidir. Gülnarənin həyat yoldaşı İsa Vəkilov iqtisadçıdır. Gülnarə iki övlad anası olsa da, övladları erkən yaşlarında Allahın dərgahına qovuşmuşdur. Təranə ixtisasca jurnalist və hüquqşünas olan Fəxrəddin Ağamirzəyevlə ailə həyatı qurmuşdur. Bu izdivacdan 3oğlan, 4 nəvə sahibidirlər. Ovladları Fərid, Orxan və Məhəmməd cəmiyyətdə layıqli vətəndaş kimi seçilirlər. Sonbeşik Leyla isə uşaq həkimidir. Həyat yoldaşı Əli Novruzov ADU-nun (BDU) tətbiqi-riyaziyyat fakültəsini bitirib. Azad sahibkarlıqla məşğuldur Yunis və Həlimə adlı ovladları ali təhsilli mütəxəssisdirlər.Sənubər xanım illərin uzaqlığında qalan görüşləri, xatirələri dilə gətirəndə gözləri nəmlənir, dodaqları səyriyir. O günləri elə anır, sanki o zamanın içindədir və ya danışdığı hadisə dünən baş verib: “1962-ci il idi. Bakıdan xeyli ədəbiyyat və incəsənət adamı gəlmişdi Naxçıvana. Bizi Çulfaya, Araz sahilinə apardılar. Qonaqların çoxu çıxış elədi. İndi əksəriyyəti yadımdan çıxıb. Bəzilərisə yaddaşıma əbədi hopub. O zaman cavan şair olan Nəriman Həsənzadənin şeiri də, səsinin ahəngi də yadımdadır.
Araz qırağında, küləkli gündə Mən bir söyüd gördüm çayın üstündə.Dağılmış saçını gah yel yolurdu, Gah da ki, tikanlı məftil yolurdu.Əyilib o tayı öpürdü söyüd, əyilib bu tayı öpürdü söyüd.Saçını o taya səpirdi söyüd,Saçını bu taya səpirdi söyüd.
Uzun bir şeir idi. Çox həyəcan və ləzzətlə dinləyirdik. Açığı, o illərdə belə şeir yazmaq, özü də açıq meydanda oxumaq cəsarət tələb edirdi. Nəriman Həsənzadə öz emosional ifası ilə şeiri elə oxudu, hamımız məyus olduq. O misralarda hər birimizin ürəyindən keçənlər öz əksini tapmışdı. Şeiri dinləyəndə şəxsən mən düşünürdüm ki, Nəriman Həsənzadəni elə buradan aparacaqlar. Amma yaxşı qurtardı.Sənubər xanım Kərimova – Azərbaycanda qəzet redaktoru olan ilk qadın (1959-1985). Yüksək vəzifələrlə yanaşı ictimai işlərdə də fəallıq nümünəsi olub. İki dəfə Naxçıvan MR Ali Sovetinin deputatı və s. Bütün vəzifələr, ictimai işlər onun ailə həyatı ilə həmahəng olub. Ailə həyatı demişkən, bir şəxsin adını çəkməsəm, günah olar - Kişvər bibi. Həyatda çox sevgilər var - oğlan-qiz, bacı-qardaş, ana-bala, nənə-nəvə və s. Tofiq və Kişvər Vəkilovlar - ata-atanaların bir oğlu, bir qızı. İxtisasca həkim olan Kişvər xanım həyat yoldaşı doktor Mütəllimi vaxtsız itirib. Heç bir oğul-uşaq nişanəsi də qalmayıb. Qardaşını da erkən itirdiyindən bütün mehr-məhəbbətini qardaşının üç qızına salıb. Qızlar bu gün də “bibi” deyəndə ağızlarından sanki dürr tökülür. Kişvər xanım qardaşıyla onun qızları arasında bir körpü idi. Bibi dünyasını dəyişəndə bu körpü sanki uçuldu, atalarını yenidən itirdilər. Sənubər xanımla omrü boyu bacı münasilətində olublar. Bir-birini hər zaman ilk baxışdan anlayıblar.
1975-ci ildə “Şərq qapısı”nın adı dəyişib “Sovet Naxçıvanı” olur. Qəzet həm də rus dilində nəşr gündəlik olunmağa başlayır. Sənubər xanımın məsuliyyəti daha da artır. Uşaqlar demək olar ki, analarının üzünü görmürlər. Təranə xanım söhbətimizə qoşulur: “Anamın istirahət günü, yadıma gəlmir. Tədbirlərdə istirakiyla əlaqədar qəzet materiallarını işdə oxumağa vaxtı olmazdı. Gətirib evdə oxuyardı. Biz yatardıq. Səhər oyanıb dərsə, işə gedəndə anamızı iş üstündə görərdik. Gözlərindən yuxu, yorğunluq tökülərdi. Onun bu halına adət etmişdik...” Sənubər xanım “Şərq qapı”sında 26 il çalışır. Ona müxtəlif vəzifələr təklif olunsa da, qəzetdən ayrılmaq istəmir. Amma kadr ehtiyacı olduğundan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalının Sosial Təminat nazirinin birinci müavini, bir qədər sonra Sosial Təminat naziri təyin olunur. Bu vəzifələrdə 1985-ci ildən 2000-ci ilədək çalışır. O illərlə də bağlı yaddaşında unudulmaz xatirələr çoxdur: “Bu nazirlik cəmiyyətin ən ağrılı yerı idi. Kasıb-kusub, əlsiz-ayaqsız bizə müracıət edirdi. Adamları razı salmaq üçün bacardığımı edirdim. O zaman əmək stajı olmayana pensiya düşmürdü. Nazir olsam da, hərdən ayın axırında borc alırdım. İmkansız, şəhid ailələri var idi ki, maaşımdan hər ay onlara da verirdim”.
***
Ulu Öndər Heydər Əliyevlə bağlı yaddaşında unudulmaz xatırələr çoxdur. Ulu Öndər respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycanın ziyalı xanımlarından olan Sənubər Kərimovanı yaxşı tanıyırdı. Naxçıvanda yaşadığı illərdə daha yaxından tanıyıb. Məlumdur ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən ayrılan ilk respublika idi. Üçrəngli bayraq ilk dəfə Naxçıvanda dalğalandı. Sənubər xanım Heydər Əliyev Naxçıvanda müstəqillik aktını tərtib edəndə akta ilk imza atanlar sırasında olması ilə bu gün də fəxarət duyur.Sənubər xanım 2000-ci ildə Naxçıvanla xudahafizləşıb Bakıya köçür. AMEA-nın Dədə Qorqud adına Folklor İnstitutunda böyük elmi işçi kimi fəaliyyətə başlayır. “Sarı gəlin” xalq mahnısının etimologiyası haqqındakı versiyalar onu da düşündürür. Elmi araşdırmalara istinadən bildirir ki, “sarı” sözü rəmzi məna daşıyır. “Sarı” sözü çox qədimdən, islamdan əvvəl gəlir, təkcə rəng anlamında işlənmir. Mənəvi sarsıntıların emosional ifadəsi olaraq insanın daxilindəki “sarı sim”ə eyham vurur. Bu və digər mövzularda elmi, publistik məqalələri müxtəlif mətbu orqanlarda dərc olunur. “Nəsillərə əmanət” adlı kitabını nəşr etdirir. Yeni kitab üzərində işləyir. Ömrünün ahıl çağında işlədiyi kollektivdə müdrikliyi ilə həyatın gözəl harmoniyasını yarada bilir.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

Baxış sayı: 1 708
Bölməyə aid digər xəbərlər
Tarix: 22-07-2020 05:20 | Bölmə: Ədəbiyyat
1980-ci ildə ADU-nun (BDU) jurnalistika fakültəsinə qəbul olunanda qrupumuzdakı 25 tələbənin 19-u qız, 6-sı oğlan idi. Professor Qulu Xəlilov auditoriyaya girib qızlarımızı hər görənda deyərdi:“Bu qızlarla kommunizmə gedirik?!” Sonra da təkzib verərdi: “Eşq olsun bu qızlara!” Qulu müəllim azad fikirli bir şəxs idi. “Kommunizm” sözünü zarafat xətrinə işlədirdi.

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!