18:50 / 22-09-2026
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
18:44 / 22-09-2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:38 / 22-09-2026
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18:28 / 22-09-2026
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:16 / 22-09-2026
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
18:13 / 22-09-2026
İrlandiyalı jurnalist Zelenski və Makronu Nyu-Yorkdakı davranışlarına görə qınadı
18:05 / 22-09-2026
Kanye Uest konsert biletləri üçün 160.000 rubl tələb etmək niyyətindədir
17:57 / 22-09-2026
Səyahət mütəxəssisi koronavirus epidemiyalarının real təhlükəsini izah etdi
17:53 / 22-09-2026
15 yaşlı yeniyetmə kollecdə atəş açıb
17:49 / 22-09-2026
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
17:46 / 22-09-2026
Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini birinci oxunuşda təsdiqlədi
17:43 / 22-09-2026
Bir alpinist iki turistin itkin düşdüyü dağının çətinliklərini sadaladı
17:39 / 22-09-2026
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib
17:35 / 22-09-2026
Ukraynadakı Interpipe Steel zavodu Rusiya qüvvələrinin tətilindən sonra istehsalı dayandırıb
17:32 / 22-09-2026
Analarına hədiyyə alarkən baş verən yanğında üç bacı həlak olub
17:29 / 22-09-2026
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
17:19 / 22-09-2026
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
17:16 / 22-09-2026
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
17:13 / 22-09-2026
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
17:10 / 22-09-2026
İran səmasında naməlum parlayan uçan obyekt müşahidə edilib
17:07 / 22-09-2026
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
17:03 / 22-09-2026
Məşhur hind yazıçısının həyat yoldaşı meymunun hücumundan öldü
16:59 / 22-09-2026
Yanan ticarət mərkəzinin sahibləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər
16:55 / 22-09-2026
Rubio bildirib ki, Kiyevin Amerika nefti daşıyan gəmilərə hücumları ABŞ üçün qəbuledilməzdir
19:51 / 21-09-2026
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
“ƏKİNÇİ” QƏZETİNDƏN BAŞLAYAN MİLLİ RUH VƏ MİLLİ DÜŞÜNCƏ- Kamal CAMALOV
Tarix: 12-07-2020 21:21 | Bölmə: Ədəbiyyat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimaisiyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq 2020-ci il 30 iyun tarixində Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir.
Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı mətbuatın yaranması ilə sıx bağlıdır. Mətbuatın yaranması müxtəlif problemlər üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin inkişaf dinamikasını şərtləndirən amillərdən biridir. Azərbaycanda mətbuatın, o cümlədən, pedaqoji mətbuatın tarixi çox da qədim deyil. “Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu, ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olunduğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsaslanan, ilk növbədə doğma həmvətənlərə xidmət edən birinci qəzet “Əkinçi”dir ki, Azəbaycan milli mətbuatının tarixi də, çox təbii, bu qəzetlə başlanır”. Azərbaycan dilində mətbuatın yaranması XIX əsrin 70-ci illərindən başlasa da, əldə olan məlumatlara görə, XIX əsrin 30-40-cı illərində bu sahədə müəyyən təşəbbüslər göstərilmişdir. Lakin bu qısa müddət ərzində o, “zəngin inkişaf yolu keçmiş, ayrı-ayrı pedaqoji təmayüllü jurnal və qəzetlərdə, elmi-pedaqoji məcmuələrdə damla-damla toplanan pedaqoji ideyalar sonralar elmi pedaqogikanın yaranması ilə nəticələnmişdir”.
Azərbaycanın görkəmli alimi, təbiətşünas və maarifpərvəri Həsən bəy Məlikov Zərdabinin (1837-1907) nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatın əsası qoyulmuşdur. 1875-ci il iyul ayının 22-dən nəşrə başlayıb 1877-ci ildə fəaliyyətini dayandıran “Əkinçi” qəzetinin cəmi 56 nömrəsi çıxmışdır. H.Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər “Allahdan buyruq, ağzımıza quyruq” deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: “Tələf olmaqmı istəyirsiniz?” [Bax: Əkinçi. 1875, №7]. Tez bir zamanda “Əkinçi” qəzetinin ətrafında Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaid, Əsgər bəy Adıgözəlov Gorani, Əlizadə Şirvani Heydəri kimi dövrün mütərəqqi ziyalıları toplandı və qəzeti özləri üçün mübarizə mərkəzinə çevirdilər.
Bildiyimiz kimi, bir tərəfdən çar rusiyası və ya Rusiya Azərbaycanda gücləndirilmiş ruslaşdırma siyasəti aparır, digər tərəfdən isə yalançı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən Bəyə maneəçilik törədirdilər. Ana dilində və milli ruhda qəzet nəşrinə icazə almaq üçün böyük pedaqoq Həsən Bəy çar hökumətinə bir neçə dəfə xahişlə müraciət etmiş, ancaq idarələrdə, dəftərxanalarda süründürülməkdən başqa bir nəticə əldə edə bilməmişdir. Təsadüfdən zərurət doğar – termininə nəzərən xoşbəxt bir təsadüf nəticəsində Həsən Bəy qəzetin nəşrinə icazə almasına müvəffəq ola bilir. Bu əhvalatı sonralar Həsən Bəy “Həyat” qəzetində belə xatırlayır: “O vaxt general Staroselski bizim qubernator idi, o özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti “Əkinçi” adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o özü senzor olmağa razılıq verdi və nəhayət bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım” (Qeyd: Görkəmli tədqiqatçı Əziz Mirəhmədov Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin hökumətdən icazəsini nədənsə “yalnız üçillik ağır, gərgin işdən sonra” ala bildiyini qeyd edir. Halbuki, Zərdabi “Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq” deyir (bax: Əkinçi. 2005, səh.44).
Qeyd etdik ki, bir tərəfdən isə yalançı mövhumatçı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən Bəyi hədələyir, təhqir edir, maneəçilik törədirdilər. Onu “Qaspar”, “Vartan Həsən”, “Gavır Həsən”, “Şapkalı rus”, “Ruslaşmış Həsən” “sünni Həsən bəy” və s. kimi ürəkbulandıran adlar ünvanlamışlar. Halbuki, Zərdabi həm şiə, həm də sünni mövhumatına qarşı kəskin mübarizə aparmışdır. Həsən Bəy ona ünvanlanan başdan-ayağadək söyüş və təhqirlə dolu məktubları da öz qəzetində çap etdirmişdir. Belə ki, kapitan rütbəli çar zabiti, Qarabağ mülkədarı, mövhumatçı “Hadiülmüzlim Qarabağlı” təxəllüslü biri məktubunda Həsən Bəyi hətta Həsən adını daşımağa layiq görmür. Onun fikrinə görə bu ad dinə etiqad göstərməyən adamların əli ilə faciəli bir şəkildə öldürülmüş imamın adıdır. Bu məktuba cavabən görkəmli publisist belə qeyd yazırdı: “Bizim Zərdab kəndində Qarabağın sərhədinə bir daş qoymaq və həmin satiranı onun üstündə yazdırmaq istəyirəm ki, gələcək nəsl bu abidəyə baxanda bizim xalqı savadlandırılması uğrunda apardığım mübarizədə hansı avamlarla qarşılaşmış olduğumu bilsin”.
Belə təhqir dolu məktuba Həsən Bəyin yaxın dostu və silahdaşı, eləcə də “Əkinçi” qəzetinin fəal iştirakçısı olan Seyid Əzim Şirvanı 17 bənddən ibarət bir şeirlə cavab yazmışdır:
Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq.
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!
Pəs nə vaqti bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!
Göründüyü kimi, belə nadanlar ucundan Azərbaycan xalqı cəhalətdən və mövhumatdan yaxa qurtara bilmirdi. Çünki xalqın geridə qalmış hissəsi içərisində belə bir fakt hakim idi ki, müsəlmanlara dünyəvi elm lazım deyil. Ata-babalarımız hansı yol ilə gediblərsə, biz də o yol ilə keçməliyik. Bu mənada, Zərdabi yazırdı ki, “hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün” (bax: Əkinçi, 2005, səh.105).
“Əkinçi” qəzetinin proqramı zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən, gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil, elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın inkişafına mane olan səbəblərdən biri də mövhumatdır. Mədəniyyət inkişaf edir, yeni ixtiralar kəşf edilir, lakin bizim müsəlman aləmi yerində sayır. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə öz rəftarını da dəyişdirməlidir [Bax: Əkinçi. 1876, №9]. “Dünya beş gündür, beşi də qaradır” deyənlər başa düşmürlər ki, dünyası olmayan axırda yox olur [33, 1877, №2]. Biz öz qüvvəmizlə bu yoxsulluqdan xilas olmalıyıq. Biz bunu etməyə cəhd göstərməliyik, “bizə göydən kömək gəlməyəcək” [Bax: Əkinçi. 1876, №9].
M.F.Axundovun “Əkinçi” qəzetində xalq maarifi və məktəb uğrunda mübarizədən bəhs edən bir məqaləsi bu cəhətdən daha çox xarakterikdir. Həmin məqalədə deyilirdi: “Bizim əzizimiz və gözümüzün işığı, Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səmaratını zinc edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin! Çox yaxşı… İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək, hansı dildə öyrənək?” [bax: Əkinçi. 1877, №2].
Bu üç məsələ o dövrdə xalq maarifi və ana dilli məktəblərinin təşkili qarşısında duran çox mühüm pedaqoji problemlər idi. Bu problemlər kütləvi xalq məktəblərinin və müəllim kadrlarının çatışmaması, təlimin ana dilində aparılmaması ilə bağlı idi.
“Əkinçi” qəzeti gənclərə, cavanlara müraciət edərək yazırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşları ilə üns tutmaq çətindir. Sizin danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə müvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Qoy şüaralar sizi həcv etsin. Mollalar lənət oxusun...daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və…gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edir, sizə rəhmət oxuyacaq [Bax: Əkinçi. 1876, №12]. “Əkinçi” qəzeti tərbiyənin rolunu qiymətləndirərək yazırdı: “…qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətimizin ümididirlər” [Bax: Əkinçi.1876, №11]. Qəzet tərbiyəçini bağbana, uşağı isə meyvəyə bənzədib yazırdı ki, …insana uşaqlıqda yaxşı tərbiyyət verilsə, gəlib qabiliyyət sahibi olar və əgər ona tərbiyyət verilməsə və ya bəd tərbiyyət verilsə meşə ağacı kimi turş, meyvəsi biqabiliyyət olur. Ona görə insanın qabil olmağına səbəb tərbiyədir” [Bax: Əkinçi. 1877, №11].

Qəzet elm ilə tərbiyəni əlaqəli, biri-birini tamamlayan bir vahidin iki hissəsi kimi götürürdü: “Qabiliyyət elm ilədir”, “insan üçün tərbiyyət elm ilə olurmuş…”, “Elmsiz qalan kəs meşənin susuz qalan ağacı kimi bisəmərə olur”. Qəzetin 1877-ci ildə nəşr olunan 16-cı sayında oxuyuruq:
Elmisiz kimsənə hünərsizdir - elm bitərbiyyət səmərəsizdir
Elmə hər o kəs ki, danadır - Qabil feyzi rəbi əladır.
Elmdir bais tərəqqi tam - Aləmə tay deyil güruhi əvam [Bax: Əkinçi. 1877, №16].
Qəzet sonra yazırdı: “Tərbiyə insanın dövlətidir, mayeyi səadətidir, tərbiyə insanı yüksəldir, onu kamil bir adam edir”.
“Əkinçi” qəzetində təlimin ana dilində aparılmasına, ana dilində dərsliklərin yaradılmasına yüksək qiymət verilirdi. Qəzetdə yazılırdı: “Məktəblərdə ana dili çoxdan unudulubdur. Əgər biz millətimizin inkişaf edib irəli getməsini istəyiriksə onlara dil verin. Biz ana dilimizi yaddan çıxartmışıq. Biz türklərin dilini tapın, onu sahibinə qaytarın ki, onlar yaşasınlar və qabağa getsinlər. “Bizə məktəblərdə ana dilində elm öyrədəcəklər, ya yox?” [Bax: Əkinçi. 1877, №9].
Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli mətbuatlarda ana dili ilə bağlı fikirlərini və ya düşüncələrini səciyyələndirərkən Həsən Bəy Zərdabidən bəhs edərək yazır ki, bir gün Həsənbəy Zərdabinin yolu kitab, qəzet, jurnal satılan köşkün önündən düşür. Gözü “Füyuzat” məcmuəsinə sataşır. Əlinə alıb bir neçə vərəqinə baxdıqdan sonra soruşur:
– Bunu kimin üçün yazırsınız?
– Camaat üçün, – demişlər.
Həsənbəy gülümsəyərək demişdir:
– Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün” [Bax: Y.V.Çəmənzəminli. Seçilmiş əsərləri. Bakı: Avrasiya press, 2005, səh.351].
Həsən Bəy Zərdabinin tarixi xidmətlərindən biri də budur ki, o, “Əkinçi” qəzeti ilə Mirzə Fətəli Axundovdan sonra ana dili təlimi və dünyəvi məktəb ideyasını inkişaf etdirərək yeni yüksəkliyə qaldırdı. H.B.Zərdabi eyni zamanda savad təlimi ideyasını geniş yaymış, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq elmi dəlillərlə əsaslandırmışdı.
“Əkinçi” qəzeti məktəblərdə uşaqlara fiziki cəzanın verilməsinin əleyhinə çıxırdı. Qəzet yazırdı: “…valideyn uşağı məktəbə gətirəndə ilk sözü bu olur: …molla onu döy – əti sənin, sümüyü mənim” [Bax: Əkinçi. 1877, №9]. Qol gücünə heç bir şey öyrədilməməli, yalnız bu zaman uşaq yaxşı ilə yamanı ayırd edə bilər və bəd əməllərdən uzaqlaşar. Dini məktəblərin əvəzinə yeni məktəblər açılsa “…orada başımıza qapaz vurub ayağımızı fələqqəyə salmazlar” [Bax: Əkinçi. 1876, №2].
“Əkinçi” qəzetinin ömrünün az olmasına baxmayaraq Azərbaycan mətbuat tarixində böyük rol oynamışdır. Demokratik ideyalarla dolu olan bu qəzet məktəb, maarif, elm və mədəniyyətin inkişafında çox böyük xidmətlər göstərmişdir. “Əkinçi” qəzetinin bu ideyaları Azərbaycan maarifpərvərlərinin demokratik pedaqoji ideyalarının inkişafına müsbət təsir etmişdir.
Xalqını məcnunanə bir şəkildə sevən Həsən Bəy Zərdabi əkinçilik və kənd təsərrüfatı məsələlərində maarıfləndirməklə yanaşı, publisist yazılarında və ya əsərlərində, xüsusən gənc valideyənlərə xitabən ünvanlanan əsərlərində tərbiyə, əxlaq, əxlaq tərbiyəsi, habelə ailə, ailədə uşaqların tərbiyəsi haqqında qiymətli fikirlər söyləmişdir. Belə qiymətli fikirlərdən birində yazır ki, bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyri eybdir. Ondan masəva, oğul atadan izinsiz nə ki, iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu bir şey kimi, məsələn, eşşək kimi, özünə təəlluq hesab edib hər nə öz xahişidir, ona əməl elədir və dəxt bunu fikir etmir ki, gələcəkdə bu da adam olub qəyyumsuz iş görəcək. Belədə uşaq nə ki, qeyrilərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna atası kimi özündən güclülərin qabağında iki qat oluban, özündən zəifləri adam hesab etməməyə adət edir. Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə təlimdən insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın sözünə baxmayıb, o buyurduğuna əməl etməsin. Bu halda ki, bizim malımızın nə qeyri düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın. Uşaq ilə adamyana rəftar olunsun ki, özü yaxşını yamandan dərk edib bəd əmələ mürtəkib olmasın. Qardaşlar, hökümət ya dövlət və qeyri ilə adam insan olmaz. Hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub sonra dövlət və qeyri axtarmaq.
Görkəmli tənqidçi və ictimai xadim Firidun Bəy Köçərli Yusif Vəzir Çəmənzəminliyə ünvanladığı bir məktubunda Həsən Bəy Zərdabinin əməli fəaliyyətinə böyük önəm verərək yazırdı “Əkinçi”nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. ...Onlar müəəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, çox faydalı olar”.
Firidun Bəy Köçərlinin bu arzusu gözündə qalmamışdır. “Əkinçi” kitabı ilk dəfə 1979-cu ildə “Azərnəşr” mətbəəsində çap olunmuş, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə latın qrafikasında çap olunmuş (“Avrasiya Press”, 2005) və oxucuların öhdəsinə verilmişdir.
Yekun olaraq qeyd edək ki, böyük ictimai xadim, maarifçi, mütəfəkkir şəxsiyyət Həsən Bəy Məlikov Zərdabi “maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyərək cəhalətin, nadanlığın hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün sonunadək bu məşəli şərəflə və əzmlə daşımışdır.
Kamal CAMALOV,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Baxış sayı: 2 067
Bölməyə aid digər xəbərlər
Tarix: 12-07-2020 21:21 | Bölmə: Ədəbiyyat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimaisiyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq 2020-ci il 30 iyun tarixində Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir.
Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı mətbuatın yaranması ilə sıx bağlıdır. Mətbuatın yaranması müxtəlif problemlər üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin inkişaf dinamikasını şərtləndirən amillərdən biridir. Azərbaycanda mətbuatın, o cümlədən, pedaqoji mətbuatın tarixi çox da qədim deyil. “Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu, ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olunduğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsaslanan, ilk növbədə doğma həmvətənlərə xidmət edən birinci qəzet “Əkinçi”dir ki, Azəbaycan milli mətbuatının tarixi də, çox təbii, bu qəzetlə başlanır”. Azərbaycan dilində mətbuatın yaranması XIX əsrin 70-ci illərindən başlasa da, əldə olan məlumatlara görə, XIX əsrin 30-40-cı illərində bu sahədə müəyyən təşəbbüslər göstərilmişdir. Lakin bu qısa müddət ərzində o, “zəngin inkişaf yolu keçmiş, ayrı-ayrı pedaqoji təmayüllü jurnal və qəzetlərdə, elmi-pedaqoji məcmuələrdə damla-damla toplanan pedaqoji ideyalar sonralar elmi pedaqogikanın yaranması ilə nəticələnmişdir”.
Azərbaycanın görkəmli alimi, təbiətşünas və maarifpərvəri Həsən bəy Məlikov Zərdabinin (1837-1907) nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatın əsası qoyulmuşdur. 1875-ci il iyul ayının 22-dən nəşrə başlayıb 1877-ci ildə fəaliyyətini dayandıran “Əkinçi” qəzetinin cəmi 56 nömrəsi çıxmışdır. H.Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər “Allahdan buyruq, ağzımıza quyruq” deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: “Tələf olmaqmı istəyirsiniz?” [Bax: Əkinçi. 1875, №7]. Tez bir zamanda “Əkinçi” qəzetinin ətrafında Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaid, Əsgər bəy Adıgözəlov Gorani, Əlizadə Şirvani Heydəri kimi dövrün mütərəqqi ziyalıları toplandı və qəzeti özləri üçün mübarizə mərkəzinə çevirdilər.
Bildiyimiz kimi, bir tərəfdən çar rusiyası və ya Rusiya Azərbaycanda gücləndirilmiş ruslaşdırma siyasəti aparır, digər tərəfdən isə yalançı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən Bəyə maneəçilik törədirdilər. Ana dilində və milli ruhda qəzet nəşrinə icazə almaq üçün böyük pedaqoq Həsən Bəy çar hökumətinə bir neçə dəfə xahişlə müraciət etmiş, ancaq idarələrdə, dəftərxanalarda süründürülməkdən başqa bir nəticə əldə edə bilməmişdir. Təsadüfdən zərurət doğar – termininə nəzərən xoşbəxt bir təsadüf nəticəsində Həsən Bəy qəzetin nəşrinə icazə almasına müvəffəq ola bilir. Bu əhvalatı sonralar Həsən Bəy “Həyat” qəzetində belə xatırlayır: “O vaxt general Staroselski bizim qubernator idi, o özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti “Əkinçi” adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o özü senzor olmağa razılıq verdi və nəhayət bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım” (Qeyd: Görkəmli tədqiqatçı Əziz Mirəhmədov Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin hökumətdən icazəsini nədənsə “yalnız üçillik ağır, gərgin işdən sonra” ala bildiyini qeyd edir. Halbuki, Zərdabi “Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq” deyir (bax: Əkinçi. 2005, səh.44).
Qeyd etdik ki, bir tərəfdən isə yalançı mövhumatçı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən Bəyi hədələyir, təhqir edir, maneəçilik törədirdilər. Onu “Qaspar”, “Vartan Həsən”, “Gavır Həsən”, “Şapkalı rus”, “Ruslaşmış Həsən” “sünni Həsən bəy” və s. kimi ürəkbulandıran adlar ünvanlamışlar. Halbuki, Zərdabi həm şiə, həm də sünni mövhumatına qarşı kəskin mübarizə aparmışdır. Həsən Bəy ona ünvanlanan başdan-ayağadək söyüş və təhqirlə dolu məktubları da öz qəzetində çap etdirmişdir. Belə ki, kapitan rütbəli çar zabiti, Qarabağ mülkədarı, mövhumatçı “Hadiülmüzlim Qarabağlı” təxəllüslü biri məktubunda Həsən Bəyi hətta Həsən adını daşımağa layiq görmür. Onun fikrinə görə bu ad dinə etiqad göstərməyən adamların əli ilə faciəli bir şəkildə öldürülmüş imamın adıdır. Bu məktuba cavabən görkəmli publisist belə qeyd yazırdı: “Bizim Zərdab kəndində Qarabağın sərhədinə bir daş qoymaq və həmin satiranı onun üstündə yazdırmaq istəyirəm ki, gələcək nəsl bu abidəyə baxanda bizim xalqı savadlandırılması uğrunda apardığım mübarizədə hansı avamlarla qarşılaşmış olduğumu bilsin”.
Belə təhqir dolu məktuba Həsən Bəyin yaxın dostu və silahdaşı, eləcə də “Əkinçi” qəzetinin fəal iştirakçısı olan Seyid Əzim Şirvanı 17 bənddən ibarət bir şeirlə cavab yazmışdır:Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq.
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!
Pəs nə vaqti bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!
Göründüyü kimi, belə nadanlar ucundan Azərbaycan xalqı cəhalətdən və mövhumatdan yaxa qurtara bilmirdi. Çünki xalqın geridə qalmış hissəsi içərisində belə bir fakt hakim idi ki, müsəlmanlara dünyəvi elm lazım deyil. Ata-babalarımız hansı yol ilə gediblərsə, biz də o yol ilə keçməliyik. Bu mənada, Zərdabi yazırdı ki, “hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün” (bax: Əkinçi, 2005, səh.105).
“Əkinçi” qəzetinin proqramı zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən, gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil, elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın inkişafına mane olan səbəblərdən biri də mövhumatdır. Mədəniyyət inkişaf edir, yeni ixtiralar kəşf edilir, lakin bizim müsəlman aləmi yerində sayır. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə öz rəftarını da dəyişdirməlidir [Bax: Əkinçi. 1876, №9]. “Dünya beş gündür, beşi də qaradır” deyənlər başa düşmürlər ki, dünyası olmayan axırda yox olur [33, 1877, №2]. Biz öz qüvvəmizlə bu yoxsulluqdan xilas olmalıyıq. Biz bunu etməyə cəhd göstərməliyik, “bizə göydən kömək gəlməyəcək” [Bax: Əkinçi. 1876, №9].
M.F.Axundovun “Əkinçi” qəzetində xalq maarifi və məktəb uğrunda mübarizədən bəhs edən bir məqaləsi bu cəhətdən daha çox xarakterikdir. Həmin məqalədə deyilirdi: “Bizim əzizimiz və gözümüzün işığı, Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səmaratını zinc edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin! Çox yaxşı… İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək, hansı dildə öyrənək?” [bax: Əkinçi. 1877, №2].Bu üç məsələ o dövrdə xalq maarifi və ana dilli məktəblərinin təşkili qarşısında duran çox mühüm pedaqoji problemlər idi. Bu problemlər kütləvi xalq məktəblərinin və müəllim kadrlarının çatışmaması, təlimin ana dilində aparılmaması ilə bağlı idi.
“Əkinçi” qəzeti gənclərə, cavanlara müraciət edərək yazırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşları ilə üns tutmaq çətindir. Sizin danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə müvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Qoy şüaralar sizi həcv etsin. Mollalar lənət oxusun...daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və…gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edir, sizə rəhmət oxuyacaq [Bax: Əkinçi. 1876, №12]. “Əkinçi” qəzeti tərbiyənin rolunu qiymətləndirərək yazırdı: “…qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətimizin ümididirlər” [Bax: Əkinçi.1876, №11]. Qəzet tərbiyəçini bağbana, uşağı isə meyvəyə bənzədib yazırdı ki, …insana uşaqlıqda yaxşı tərbiyyət verilsə, gəlib qabiliyyət sahibi olar və əgər ona tərbiyyət verilməsə və ya bəd tərbiyyət verilsə meşə ağacı kimi turş, meyvəsi biqabiliyyət olur. Ona görə insanın qabil olmağına səbəb tərbiyədir” [Bax: Əkinçi. 1877, №11].

Qəzet elm ilə tərbiyəni əlaqəli, biri-birini tamamlayan bir vahidin iki hissəsi kimi götürürdü: “Qabiliyyət elm ilədir”, “insan üçün tərbiyyət elm ilə olurmuş…”, “Elmsiz qalan kəs meşənin susuz qalan ağacı kimi bisəmərə olur”. Qəzetin 1877-ci ildə nəşr olunan 16-cı sayında oxuyuruq:
Elmisiz kimsənə hünərsizdir - elm bitərbiyyət səmərəsizdir
Elmə hər o kəs ki, danadır - Qabil feyzi rəbi əladır.
Elmdir bais tərəqqi tam - Aləmə tay deyil güruhi əvam [Bax: Əkinçi. 1877, №16].
Qəzet sonra yazırdı: “Tərbiyə insanın dövlətidir, mayeyi səadətidir, tərbiyə insanı yüksəldir, onu kamil bir adam edir”.
“Əkinçi” qəzetində təlimin ana dilində aparılmasına, ana dilində dərsliklərin yaradılmasına yüksək qiymət verilirdi. Qəzetdə yazılırdı: “Məktəblərdə ana dili çoxdan unudulubdur. Əgər biz millətimizin inkişaf edib irəli getməsini istəyiriksə onlara dil verin. Biz ana dilimizi yaddan çıxartmışıq. Biz türklərin dilini tapın, onu sahibinə qaytarın ki, onlar yaşasınlar və qabağa getsinlər. “Bizə məktəblərdə ana dilində elm öyrədəcəklər, ya yox?” [Bax: Əkinçi. 1877, №9].
Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli mətbuatlarda ana dili ilə bağlı fikirlərini və ya düşüncələrini səciyyələndirərkən Həsən Bəy Zərdabidən bəhs edərək yazır ki, bir gün Həsənbəy Zərdabinin yolu kitab, qəzet, jurnal satılan köşkün önündən düşür. Gözü “Füyuzat” məcmuəsinə sataşır. Əlinə alıb bir neçə vərəqinə baxdıqdan sonra soruşur:– Bunu kimin üçün yazırsınız?
– Camaat üçün, – demişlər.
Həsənbəy gülümsəyərək demişdir:
– Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün” [Bax: Y.V.Çəmənzəminli. Seçilmiş əsərləri. Bakı: Avrasiya press, 2005, səh.351].
Həsən Bəy Zərdabinin tarixi xidmətlərindən biri də budur ki, o, “Əkinçi” qəzeti ilə Mirzə Fətəli Axundovdan sonra ana dili təlimi və dünyəvi məktəb ideyasını inkişaf etdirərək yeni yüksəkliyə qaldırdı. H.B.Zərdabi eyni zamanda savad təlimi ideyasını geniş yaymış, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq elmi dəlillərlə əsaslandırmışdı.“Əkinçi” qəzeti məktəblərdə uşaqlara fiziki cəzanın verilməsinin əleyhinə çıxırdı. Qəzet yazırdı: “…valideyn uşağı məktəbə gətirəndə ilk sözü bu olur: …molla onu döy – əti sənin, sümüyü mənim” [Bax: Əkinçi. 1877, №9]. Qol gücünə heç bir şey öyrədilməməli, yalnız bu zaman uşaq yaxşı ilə yamanı ayırd edə bilər və bəd əməllərdən uzaqlaşar. Dini məktəblərin əvəzinə yeni məktəblər açılsa “…orada başımıza qapaz vurub ayağımızı fələqqəyə salmazlar” [Bax: Əkinçi. 1876, №2].
“Əkinçi” qəzetinin ömrünün az olmasına baxmayaraq Azərbaycan mətbuat tarixində böyük rol oynamışdır. Demokratik ideyalarla dolu olan bu qəzet məktəb, maarif, elm və mədəniyyətin inkişafında çox böyük xidmətlər göstərmişdir. “Əkinçi” qəzetinin bu ideyaları Azərbaycan maarifpərvərlərinin demokratik pedaqoji ideyalarının inkişafına müsbət təsir etmişdir.
Xalqını məcnunanə bir şəkildə sevən Həsən Bəy Zərdabi əkinçilik və kənd təsərrüfatı məsələlərində maarıfləndirməklə yanaşı, publisist yazılarında və ya əsərlərində, xüsusən gənc valideyənlərə xitabən ünvanlanan əsərlərində tərbiyə, əxlaq, əxlaq tərbiyəsi, habelə ailə, ailədə uşaqların tərbiyəsi haqqında qiymətli fikirlər söyləmişdir. Belə qiymətli fikirlərdən birində yazır ki, bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyri eybdir. Ondan masəva, oğul atadan izinsiz nə ki, iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu bir şey kimi, məsələn, eşşək kimi, özünə təəlluq hesab edib hər nə öz xahişidir, ona əməl elədir və dəxt bunu fikir etmir ki, gələcəkdə bu da adam olub qəyyumsuz iş görəcək. Belədə uşaq nə ki, qeyrilərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna atası kimi özündən güclülərin qabağında iki qat oluban, özündən zəifləri adam hesab etməməyə adət edir. Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə təlimdən insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın sözünə baxmayıb, o buyurduğuna əməl etməsin. Bu halda ki, bizim malımızın nə qeyri düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın. Uşaq ilə adamyana rəftar olunsun ki, özü yaxşını yamandan dərk edib bəd əmələ mürtəkib olmasın. Qardaşlar, hökümət ya dövlət və qeyri ilə adam insan olmaz. Hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub sonra dövlət və qeyri axtarmaq.Görkəmli tənqidçi və ictimai xadim Firidun Bəy Köçərli Yusif Vəzir Çəmənzəminliyə ünvanladığı bir məktubunda Həsən Bəy Zərdabinin əməli fəaliyyətinə böyük önəm verərək yazırdı “Əkinçi”nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. ...Onlar müəəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, çox faydalı olar”.
Firidun Bəy Köçərlinin bu arzusu gözündə qalmamışdır. “Əkinçi” kitabı ilk dəfə 1979-cu ildə “Azərnəşr” mətbəəsində çap olunmuş, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə latın qrafikasında çap olunmuş (“Avrasiya Press”, 2005) və oxucuların öhdəsinə verilmişdir.Yekun olaraq qeyd edək ki, böyük ictimai xadim, maarifçi, mütəfəkkir şəxsiyyət Həsən Bəy Məlikov Zərdabi “maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyərək cəhalətin, nadanlığın hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün sonunadək bu məşəli şərəflə və əzmlə daşımışdır.
Kamal CAMALOV,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Baxış sayı: 2 067
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













