Bütün xəbərlər
Uqanda İsrail təhdid altında olarsa, İrana qarşı müharibəyə qoşulmağa hazırdır
Tarix: 26-03-2026 17:43 | Bölmə: Dünya


 Afrika ölkəsinin Xalq Müdafiə Qüvvələrinin rəhbəri Muhoozi Kainerugaba bildirib ki, İsrail kritik təhlükədə olarsa, Uqanda İrana qarşı müharibəyə qoşulacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sosial mediada o, Uqandanın Yaxın Şərqdəki müharibəyə dərhal son qoymaq istədiyini vurğulayıb.Onun sözlərinə görə, dünya bu döyüşdən bezib.
Lakin İsraili məhv etmək və ya məğlub etmək barədə hər hansı bir söhbət bizi müharibəyə sürükləyəcək.(Biz) İsrailin tərəfindəyik!
KAINERUGABA DEYİB.
İran əvvəllər İsraili dəstəkləyən ölkələrin bazalarına zərbə endirməklə hədələmişdi. Tehran hücumlarını gücləndirməyi planlaşdırır. Uqanda dünyada ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasına qoşulmağa hazır olduğunu bəyan edən ilk ölkə olub.




Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər