Bütün xəbərlər
Litva hakimiyyəti ruslar və belarusluların səs verməsini qadağan etməyib
Tarix: 25-03-2026 20:12 | Bölmə: Siyasət


 Litva Seymi (parlament) ölkədə yaşayan Rusiya və Belarus vətəndaşlarının yerli seçkilərdə iştirak etməsinə icazə verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ruslar və belarusluların səs verməsini qadağan etmək təklifinin rədd edilməsi qərarı verilib.
LRT-nin məlumatına görə, qadağanın lehinə 28 nəfər, əleyhinə isə eyni sayda səs verib. Parlamentin on dörd üzvü səsvermədə bitərəf qalıb.
Təşəbbüs Litva müxalifəti tərəfindən irəli sürülüb. Təklif olunan konstitusiya dəyişikliklərinə ruslar və belarusluların ölkədə daimi yaşamasına qadağa da daxil edilib.
2025-ci ilin dekabr ayında Litva 145 rusun müvəqqəti yaşayış icazəsini ləğv etdi. Hakimiyyət orqanları onların Rusiya və Belarusa çox tez-tez səyahət etdiklərini iddia etdilər.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər