20:02 / 24-03-2026
Təqaüdçü xilas edilib
Bütün xəbərlər
ABŞ G5 çərçivəsində Rusiya və Çinlə strateji sabitliyi müzakirə edir
Tarix: 25-03-2026 21:07 | Bölmə: Karusel


Vaşinqton Moskva və Pekinlə G5 daxilində strateji sabitlik məsələlərini müzakirə edir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibinin müavini Tomas DiNanno məlumat verib.Onun ABŞ Senatındakı ifadəsinin görüntüləri "NTD News" tərəfindən yayımlanıb.
Diplomat əlavə edib ki, ABŞ daim Rusiya və Çinlə diplomatik xətlər üzrə "həssas" əlaqələr qurur və bu məsələlərin açıq müzakirəsi hazırda Ağ Ev üçün "uyğun deyil".
"Biz G5 daxilində müntəzəm əlaqələr saxlayırıq".
G5-ə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri daxildir: Rusiya, Çin, ABŞ, Fransa və Birləşmiş Krallıq.
Dinanno əvvəllər Vaşinqtonun "ekzotik" nüvə silah sistemləri ilə bağlı Moskva ilə birbaşa məsləhətləşmələr aparmaq istəyini bildirmişdi.




Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər