Bütün xəbərlər
Ekspert Yaxın Şərqdəki münaqişələr səbəbindən nüvə qəzası riski barədə xəbərdarlıq edir
Tarix: 25-03-2026 19:40 | Bölmə: Karusel


Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi səbəbindən nüvə qəzası riski artır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç "Vesti" Xəbər Agentliyinə İrandakı Buşehr Atom Elektrik Stansiyasına endirilən zərbələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, radiasiya sızması ilə bağlı nəzəri risk var, lakin İran hakimiyyəti hələlik bunu təsdiqləməyib.
Müəyyən ziyanın dəyməsi mümkündür, lakin minimaldır. Amma hamı fərq etdi ki, bu bölgədə İran sərhədi yaxınlığında yerləşən qonşu Küveytdə hakimiyyət orqanları vətəndaşlara təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edib... Bəlkə də bu tədbirlər tezliklə aradan qaldırılacaq, amma buna baxmayaraq, tarix göstərir ki, Yaxın Şərqdəki münaqişə və onun eskalasiyası səbəbindən nüvə qəzası riski artır.
MİTRAXOVİÇ BİLDİRİB.
Daha əvvəl Rosatom rəhbəri Aleksey Lixaçev İranın Buşehr nüvə elektrik stansiyasına endirilən hər hansı bir zərbənin qəbuledilməz olduğunu, çünki bu, bütün regiona təsir edəcək fəlakətə səbəb olacağını bildirmişdi.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər