Bütün xəbərlər
Peskov İranla bağlı vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini bildirib
Tarix: 26-03-2026 17:34 | Bölmə: Karusel


 İranla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir. 
Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun əlavə etdiyinə görə, Rusiya hazırda regiondakı hadisələri diqqətlə izləyir.
Biz bundan sonra nə baş verəcəyini diqqətlə izləyirik, lakin hələlik vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyi qənaətinə gələ bilərik.
PESKOV DEYİB.
Əvvəllər o, Rusiya ABŞ və İran arasında danışıqların həqiqətən də davam edəcəyinə səmimi qəlbdən ümid etdiyini bildirmişdi.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər