18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
MOLLANƏSRƏDDİNÇİLƏRİN İDEYAYA BÜKÜLMÜŞ GÜLÜŞÜ KAMAL CAMALOV YARADICILIĞINDA-Müdafiə MAHMUDOV
Tarix: 18-06-2020 01:14 | Bölmə: Ədəbiyyat
Bu mənada, Kamal Camalovun 2015-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən çapdan buraxılmış “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” monoqrafiyası (elmi redaktoru AMEA-nın müxbir üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Oruc Həsənli, rəyçilər pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rüfət Hüseynzadə, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov və filologiya üzrə elmlər doktoru, professor, Tərəqqi medallı Əsgər Qədimovdur) diqqəti cəlb edir. Kamal Camalovun monoqrafiyada özünün də dediyi kimi “Molla Nəsrəddin” jurnalı haqqında kifayət qədər araşdırmalar aparılmış, kitab və kitabçalar yazılmış, dərslik və dərs vəsaitləri, albomlar tərtib edilmiş, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur [Bax: səh.9]. Ancaq bu heç də o demək deyil ki, mollanəsrəddinçilərin həyat və yaradıcılıq yolları incəliklərinə qədər öyrənilmiş, “Molla Nəsrəddin” jurnalında və mollanəsrəddinçilərin yaradıcılığında tədqiq edilməli bir məsələ, bir problem qalmamışdır.Əksinə, mollanəsrəddinçilərin həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdikcə, onların yaradıcılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə öyrənilməmiş problemlər daha bariz, daha qabarıq şəkildə nəzərə çarpır.Mollanəsrəddinçilərin çoxcəhətli pedaqoji-ictimai fəaliyyətində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ümumi şəkildə bəhs olunmuşdur.
Görkəmli pedaqoq alimlər Hüseyn Əhmədovun, Fərrux Rüstəmovun, Gültac Əliyevanın, Solmaz Həsənlinin, Ənvər Abbasovun, Hümeyir Əhmədovun və başqalarının da təhlillərindən aydın hiss olunur ki, Kamal Camalov gərgin axtarışlar apararaq mollanəsrəddinçilər haqqında elmi dəyərli, publisist məziyyəti, orijinallığı, inandırıcılığı və səmimiliyi ilə seçilən qiymətli bir əsər yazmağı qarşısına məqsəd qoymuş və o, bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlməyi də bacarmışdır.
Kamal Camalov monoqrafiyada mollanəsrəddinçilərin həyatı, yaradıcılığı və ictimai fəaliyyətindəki bütün cəhətlərə nüfuz edə bilmiş, sanki mollanəsrəddinçilərin yaşayıb fəaliyyət göstərdiyi o zamankı mühiti, onunla əlaqədar cərəyan edən hadisələrə zərrəbinlə baxaraq daha yaxından görməyə çalışmış və əsasən də Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Əbdürrəhim Bəy Haqverdiyevin, Salman Mümtazın, Mirzə Ələkbər Sabirin, Əliqulu Qəmküsarın və başqalarının qaynar hadisələr fonunda əsl obrazlarını yaratmış, axtarışlar yolunu, büllur kimi saf məslək və inamlarını, vətənpərvərlik rəşadətlərini, mübarizlik cəsarətlərini, yaradıcılıq istedadının bəhrələrini müasir oxucularının gözü qarşısında canlandırmışdır.
Monoqrafiyanı oxuduqca müəllifin nə qədər zəngin mənbələrdən faydalandığına heyran qalırsan.Tədqiqatçı mollanəsrəddinçilər dövrünün mətbuatını diqqətlə nəzərdən keçirərək hər kəsin özünəməxsus fikrini və hadisələrə münasibət tərzini ustalıqla ayırmış, hətta hər kəsin öz sözündən, danışıq tərzindən istifadə etmişdir.
Əməkdar müəllim Kamal Camalovun əsəri görkəmli mollanəsrəddinçilərin pedaqoji fəaliyyətlərini və yaxud maarifçi görüşlərini əhatə etmək nöqteyi-nəzərindən də maraqlıdır.Belə ki, müəllif mollanəsrəddinçi pedaqoq və maarifçilərin yaradıcılıqlarını elmi dəqiqliklə, sübutlarla yazmış, bir sıra faktları dürüstləşdirmişdir.
Bu baxımdan, Kamal Camalov mollanəsrəddinçilər sənətinin vurğunudur.Məhz bu vurğunluq onun sətirlərinə də köçmüş, böyük demokratlara dərin məhəbbətini təcəssüm etdirmişdir.Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov mollanəsrəddinçilər haqqında hər hansı bir mülahizə irəli sürərkən tələsik nəticə çıxarmağa çalışmamış, əksinə, hər bir hadisəyə dövrün ictimai-siyasi hadisələri baxımından nüfuz etmişdir.Onunla bağlı hər bir sənədi ehtiyatla və məhəbbətlə açmış, oxuculara da bu cür rəftar etməyi məsləhət bilmişdir.
Kitabdakı elmi məziyyətlərdən biri də ondan ibarətdir ki, Kamal Camalov mollanəsrəddinçilərin mollaxanalarda, mədrəsələrdə, yeni üsullu məktəblərdə və Gürcüstan (Cəlil Məmmədquluzadə, Məmməd Qarayev, Üzüyir Hacıbəyov), İran (Mirzə Əli Möcüz), Türkiyə (Ömər Faiq Nemanzadə), Rusiya (Əbdürrəhim Bəy Haqverdiyev), Aşqabad (Salman Mümtaz) kimi ruhani və ali məktəblərdəki fəaliyyətlərinin inkişaf dinamikasını düzgün müəyyənləşdirə bilmiş, onların dünyagörüşünün formalaşmasında mütərəqqi rus, türk və Azərbaycan ziyalılarının rolunu qiymətləndirmiş, hələ tələbə ikən mollanəsrəddinçilərin orijinal yol tutmağa, haqq-ədalət uğrunda mübarizə aparmağa qabil olduqlarını göstərmişdir.
Məhz özlərinə düzgün yol seçdikləri üçün stolipinlərin, zilli-sultanların, məhəmmədəli şahların, sultan əbdülhəmidlərin ləyaqətsizliklərinə “Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə” [“Molla Nəsrəddin” jurnalı, 1909, №28], “El çəkir namımı min lənət ilə” [“Molla Nəsrəddin” jurnalı, 1911, №5], “Məmdəli deyir ki” [“Yeni həqiqət” qəzeti, 1911, №19], “Əbdülhəmid” [“Molla Nəsrəddin” jurnalı, 1911, №47], “Mənimki belə düşdü” [“Molla Nəsrəddin” jurnalı, 1909, №18] və s. satirik şeir və felyetonlarında qəzəblə gülmüş, onları cəsarətlə tənqid etmişlər. Kamal Camalov mollanəsrəddinçilərin bu cəsarətlərini böyük fəzilət adlandırır və sevinir ki, bu cür nümayişkaranə açıqlıq faciə doğurmamış, xətər sovuşmuşdur.
Monoqrafiyada mollanəsrəddinçilərin xalqa, vətənə təmənnasız xitmətlərini ən müqəddəs əxlaqi keyfiyyət hesab edən bir vətəndaş olmaları inkarolunmaz faktlarla aşkarlanır.Biz monoqrafiyanı vərəqləyərkən mollanəsrəddinçiləri sosial demokratiyanın bütün demokratik məramnamələrini qəbul edən bir maarifçilər kimi görürük.Onların ictimai-siyasi və pedaqoji görüşləri inqilabi demokratik fikrin ifadəsinə, ictimai-pedaqoji fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Mollanəsrəddinçiləri tədqiqatçı bizə Yan Amos Komenskinin, Conn Lokkun, Tolstoyun, Pestalossinin, Uşinskinin, Makarenkonun ideyalarından bəhrələnən bir müəllimlər, maarifçilər kimi təqdim edir. Bu, həqiqətən də belədir: Uşinski kimi pedaqoqlar da lazım bilmişlər ki, uşağın təlim və tədrisi də haman “yaxından uzağa” və “məlumdan qeyri-məluma” getmək üsulu ilə olsun...”. “K.D.Uşinski təfəkkürün və nitqin müşahidəçiliyi vəhdəti prinsipindən çıxış edərək göstərir ki, şagirddə dil və təfəkkür qabiliyyəti birgə inkişaf etməlidir” [Bax: səh.165]. K.D.Uşinskinin təlimi ilə “Yaxından uzağa”, “məlumdan qeyri-məluma”, “təbii üsul ilə” düzülən, “yazılışı təqdirə və təhsilə layiq”, “insanlıqla oxunan” dərsliyin digər bir üstünlüyünü Üzeyir Hacıbəyov tərbiyə işlərində uşaqların həm qəlbini, həm əqlini, həm də zövqünü tərbiyə edəcək vasitə kimi yüksək qiymətləndirir. Çünki bu üsul öz həyatiliyi, əyaniliyi və didaktik prinsiplərinə tam uyğunluğu ilə ona xoş gəlir.
Pedaqoji fikir tarixi, eləcə də XX əsrin əvvəllərində nəşr edilmiş mətbuatla tanış olan tədqiqatçılara bəllidir ki, həmin dövrdə məktəblərdə hansı elmlərin öyrədilməsi, dərslərin hansı üsulla keçirilməsi böyük mübahisələrə səbəb olmuş, bir neçə il mətbuat səhifələrində bu barədə fikir mübadiləsi aparılmışdır. Hətta “Nəşri-maarif” və “Nicat” cəmiyyətləri də bu məsələyə xüsusi diqqət yetirmişlər. Təəssüf ki, həmin yazıların bəzilərində xalq məktəbləri direktoru Levnskinin “lal metod”u ilə mütərəqqi əhəmiyyət kəsb edən “təbii üsul” eyniləşdirilmiş, onların fərqli cəhətləri kölgədə qalmışdır. Bu yanlışlıq bəzi tədqiqatçılarımızın da yazılarında özünü göstərir.Monoqrafiyanın məziyyətlərindən biri də həmin üsullar arasındakı fərqli cəhətləri göstərməsindədir. Tədqiqatçı çox düzgün qeyd edir ki, Azərbaycanın mütərəqqi fikirli ziyalıları, o cümlədən C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və başqaları Levnskinin “lal metod”una qarşı ciddi mübarizə aparmışlar. Lakin dar dünyagörüşlü bəzi müəllimlər həmin üsuldan istifadə etmişlər [Bax: “Molla Nəsrəddin” jurnalı, 1907, №42].
Müəllimlərin I qurultayında Nəriman Nərimanovun başçılığı ilə mütərəqqi fikirli ziyalılarımız “lal motod”un məktəblərimizdən götürülməsinə qərar verdilər. Söz yox ki, bu qərarın qəbul edilməsində mollanəsrəddinçilərin də xidməti monoqrafiyada təhlil olunmuşdur [Bax: səh.170-186].
Mollanəsrəddinçilər müəllimlik sənətinə həmişə yüksək qiymət vermiş, müəllimləri xalqın gözünü açmağa çağırmış və onların həqiqi müdafiəçisi olmuşlar.Onlar pedaqoji məsələlərə, xalq maarifinə dair yazdıqları “hər bir böyük və kiçik əsərlərinə ən müqəddəs arzularını, nəcib duyğularını qatmış, onları ürəyinin hərarəti, gözlərinin qarası ilə yazmışlar”.Mollanəsrəddinçilər pak vicdanlı müəllimləri jurnal, qəzet vasitəsilə tənqid etməyin əleyhdarı olmuşlar, müəllim ruhundan xəbərləri olmayan müəllimləri isə acımasızcasına satira atəşinə tutmuşlar.Bax, ona görə də Kamal Camalov mollanəsrəddinçilərin insani keyfiyyətləri haqqında xüsusi danışır, həmin keyfiyyətləri bir növ təlqin edir, alqışlayır.Mollanəsrəddinçilər “sənətin hansı sahəsinə əl atırsa, işə hər şeydən əvvəl, bir vətəndaş kimi girişir, hər biri öz-özündən hesabat tələb edir: nəyin xatirinə yaradırsan, nə məqsədlə yazırsan?”
Kamal Camalov çox düzgün qeyd edir ki, mollanəsrəddinçilərin gülüşü iki yerə: cavan vaxtı müstəqil, pərdəsiz gülüşə, təcrübə qazandıqdan sonra isə zərif eyham və işarələrlə, məsxərə yolu ilə gülüşə bölünür. Göstərilir ki, mollanəsrəddinçilər şit gülüşü sevmir, onlar nəinki gülür və güldürür, həm də düşündürür. Onların gülüşü dərindir, həmin gülüşlərə ideya bükülmüşdür, onların gülüşü neştər kimi öldürücüdür.Qeyd etdik ki, mollanəsrəddinçilər gülür, güldürür, həm də düşündürür.Bu yanaşma Üzeyir Hacıbəyovun Məmməd Səid Ordubadiyə yazdığı bir məktubda da öz əksini tapır.“Mollanəsrəddinçilərin gülüşü XX əsrin əvvəllərində müasirləri olduğu dövrün mənfiliklərini tənqidə tutmaqla fəhlələrə, zəhmətkeş kəndlilərə, inqilab işinə xidmətdir”.
Monoqrafiyanın dəyərli cəhətlərindən biri də Kamal Camalov tərəfindən Üzeyir Hacıbəyovun “Molla Nəsrəddin” jurnalının müxbir üzvü olmasını və eləcə də Cəlil Məmmədquluzadənin ideyaları ilə səsləşdiyini ilk dəfə yeni faktlar əsasında oxuculara çatdırmasıdır. Qeyd olunur ki, Üzeyir Hacıbəyov “Molla Nəsrəddin”in həqiqi dostu olmuş, onun apardığı ədalətli ideya mübarizəsinə inanmış, bu mübarizəyə qoşulmuş və onu “Anaş qurbağa”, “Tısbağa”, “Başıqapazlı”, “Fəhlə” və s. kimi gizli imzalarla müdafiə etmişdir. “İrşad” qəzetinin 21-ci nömrəsində “Molla Nəsrəddin” redaktorunun öldürülməsi haqqında Bakıda şayiə yayıldığı və bu xəbərin maarifpərvərlər arasında böyük həyəcana səbəb olduğu yazılmışdır. Həmin qəzetin 22-ci nömrəsində Üzeyir Hacıbəyov şayiə yayanlara maraq dolu cavab yazır: “İndi bu müfəttinlər bilməlidirlər ki, işıqdan qorxan şəbpərələr xislətindən: nə fikirləşirsiniz? Bir-iki nəfər məmmədquluzadələrin, nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i öldürəcəksiniz?! Hərgah xalqımızın bu mücahid fədakarlarının qətlinə əl qalxıza bilən bir dəni [alçaq, rəzil anlamında – M.M.] və əclaf tapılsa da, bunu biləsiniz ki, onların, xudanəkərdə, ölməkləri ilə yaratdıqları fədakarlıq, ali fikirlər ölməz! Bunu biləsiniz ki, Molla Nəsrəddini öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz!”
Həqiqətən, “Molla Nəsrəddin” haqqında iftixarla danışan, doğru rəy söyləyən, sözündə və mövqeyində sabitqədəm müasirlərindən biri olan Üzeyir Hacıbəyov olmuşdur.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi, icitimai-siyasi xadim Kamal Camalov özünəməxsus dəsti-xəddi və üslubu olan təcrübəli bir araşdırıcıdır.Tədqiqat apardığı sahədə ən incə mətləblərdən zərgər dəqiqliyi ilə söz açmağı sevir.Məhz bu keyfiyyətlər ona “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” sanballı monoqrafiyasını yüksək keyfiyyətlə yazmaq imkanı vermişdir.Kitab ədəbi-pedaqoji ictimaiyyətimiz, xüsusilə mollanəsrəddinçilər irsini öyrənənlər üçün layiqli töhfədir.350-dən artıq elmi-pedaqoji yazıları ilə oxucuların dərin rəğbətini qazanmış Kamal Camalovdan biz bir daha yeni-yeni monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri gözləyirik.
Müdafiə MAHMUDOV
Pedaqogika üzrə elmlər doktoru, professor

Baxış sayı: 1 393
Bölməyə aid digər xəbərlər
Tarix: 18-06-2020 01:14 | Bölmə: Ədəbiyyat
Kamal müəllim, maarif və mədəniyyət tariximizin qaranlıq buludlarından sıyrılaraq çıxıb günəş kimi parlayan mollanəsrəddinçiləri təhlil obyektinə çevirərkən istər-istəməz onlar haqqında bunları düşünməli oluruq. Həyatları gənclər üçün örnək olan mollanəsrəddinçilərin (Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi, Əli Razi, Mirzə Məhəmməd Hatif (Axundov), Mirzə Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Salman Mümtaz, Qurbanəli Şərifzadə, Üzüyir Hacıbəyov və b.) çoxtərəfli yaradıcılıq fəaliyyətlərinin öyrənib oxuculara təqdim edilməsinin özü də ən xeyirxah, nəcib işdir.
Bu mənada, Kamal Camalovun 2015-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən çapdan buraxılmış “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” monoqrafiyası (elmi redaktoru AMEA-nın müxbir üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Oruc Həsənli, rəyçilər pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rüfət Hüseynzadə, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov və filologiya üzrə elmlər doktoru, professor, Tərəqqi medallı Əsgər Qədimovdur) diqqəti cəlb edir. Kamal Camalovun monoqrafiyada özünün də dediyi kimi “Molla Nəsrəddin” jurnalı haqqında kifayət qədər araşdırmalar aparılmış, kitab və kitabçalar yazılmış, dərslik və dərs vəsaitləri, albomlar tərtib edilmiş, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur [Bax: səh.9]. Ancaq bu heç də o demək deyil ki, mollanəsrəddinçilərin həyat və yaradıcılıq yolları incəliklərinə qədər öyrənilmiş, “Molla Nəsrəddin” jurnalında və mollanəsrəddinçilərin yaradıcılığında tədqiq edilməli bir məsələ, bir problem qalmamışdır.Əksinə, mollanəsrəddinçilərin həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdikcə, onların yaradıcılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə öyrənilməmiş problemlər daha bariz, daha qabarıq şəkildə nəzərə çarpır.Mollanəsrəddinçilərin çoxcəhətli pedaqoji-ictimai fəaliyyətində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ümumi şəkildə bəhs olunmuşdur.Görkəmli pedaqoq alimlər Hüseyn Əhmədovun, Fərrux Rüstəmovun, Gültac Əliyevanın, Solmaz Həsənlinin, Ənvər Abbasovun, Hümeyir Əhmədovun və başqalarının da təhlillərindən aydın hiss olunur ki, Kamal Camalov gərgin axtarışlar apararaq mollanəsrəddinçilər haqqında elmi dəyərli, publisist məziyyəti, orijinallığı, inandırıcılığı və səmimiliyi ilə seçilən qiymətli bir əsər yazmağı qarşısına məqsəd qoymuş və o, bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlməyi də bacarmışdır.
Kamal Camalov monoqrafiyada mollanəsrəddinçilərin həyatı, yaradıcılığı və ictimai fəaliyyətindəki bütün cəhətlərə nüfuz edə bilmiş, sanki mollanəsrəddinçilərin yaşayıb fəaliyyət göstərdiyi o zamankı mühiti, onunla əlaqədar cərəyan edən hadisələrə zərrəbinlə baxaraq daha yaxından görməyə çalışmış və əsasən də Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Əbdürrəhim Bəy Haqverdiyevin, Salman Mümtazın, Mirzə Ələkbər Sabirin, Əliqulu Qəmküsarın və başqalarının qaynar hadisələr fonunda əsl obrazlarını yaratmış, axtarışlar yolunu, büllur kimi saf məslək və inamlarını, vətənpərvərlik rəşadətlərini, mübarizlik cəsarətlərini, yaradıcılıq istedadının bəhrələrini müasir oxucularının gözü qarşısında canlandırmışdır.
Monoqrafiyanı oxuduqca müəllifin nə qədər zəngin mənbələrdən faydalandığına heyran qalırsan.Tədqiqatçı mollanəsrəddinçilər dövrünün mətbuatını diqqətlə nəzərdən keçirərək hər kəsin özünəməxsus fikrini və hadisələrə münasibət tərzini ustalıqla ayırmış, hətta hər kəsin öz sözündən, danışıq tərzindən istifadə etmişdir.
Əməkdar müəllim Kamal Camalovun əsəri görkəmli mollanəsrəddinçilərin pedaqoji fəaliyyətlərini və yaxud maarifçi görüşlərini əhatə etmək nöqteyi-nəzərindən də maraqlıdır.Belə ki, müəllif mollanəsrəddinçi pedaqoq və maarifçilərin yaradıcılıqlarını elmi dəqiqliklə, sübutlarla yazmış, bir sıra faktları dürüstləşdirmişdir.
Bu baxımdan, Kamal Camalov mollanəsrəddinçilər sənətinin vurğunudur.Məhz bu vurğunluq onun sətirlərinə də köçmüş, böyük demokratlara dərin məhəbbətini təcəssüm etdirmişdir.Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov mollanəsrəddinçilər haqqında hər hansı bir mülahizə irəli sürərkən tələsik nəticə çıxarmağa çalışmamış, əksinə, hər bir hadisəyə dövrün ictimai-siyasi hadisələri baxımından nüfuz etmişdir.Onunla bağlı hər bir sənədi ehtiyatla və məhəbbətlə açmış, oxuculara da bu cür rəftar etməyi məsləhət bilmişdir.
Kitabdakı elmi məziyyətlərdən biri də ondan ibarətdir ki, Kamal Camalov mollanəsrəddinçilərin mollaxanalarda, mədrəsələrdə, yeni üsullu məktəblərdə və Gürcüstan (Cəlil Məmmədquluzadə, Məmməd Qarayev, Üzüyir Hacıbəyov), İran (Mirzə Əli Möcüz), Türkiyə (Ömər Faiq Nemanzadə), Rusiya (Əbdürrəhim Bəy Haqverdiyev), Aşqabad (Salman Mümtaz) kimi ruhani və ali məktəblərdəki fəaliyyətlərinin inkişaf dinamikasını düzgün müəyyənləşdirə bilmiş, onların dünyagörüşünün formalaşmasında mütərəqqi rus, türk və Azərbaycan ziyalılarının rolunu qiymətləndirmiş, hələ tələbə ikən mollanəsrəddinçilərin orijinal yol tutmağa, haqq-ədalət uğrunda mübarizə aparmağa qabil olduqlarını göstərmişdir.
Məhz özlərinə düzgün yol seçdikləri üçün stolipinlərin, zilli-sultanların, məhəmmədəli şahların, sultan əbdülhəmidlərin ləyaqətsizliklərinə “Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə” [“Molla Nəsrəddin” jurnalı, 1909, №28], “El çəkir namımı min lənət ilə” [“Molla Nəsrəddin” jurnalı, 1911, №5], “Məmdəli deyir ki” [“Yeni həqiqət” qəzeti, 1911, №19], “Əbdülhəmid” [“Molla Nəsrəddin” jurnalı, 1911, №47], “Mənimki belə düşdü” [“Molla Nəsrəddin” jurnalı, 1909, №18] və s. satirik şeir və felyetonlarında qəzəblə gülmüş, onları cəsarətlə tənqid etmişlər. Kamal Camalov mollanəsrəddinçilərin bu cəsarətlərini böyük fəzilət adlandırır və sevinir ki, bu cür nümayişkaranə açıqlıq faciə doğurmamış, xətər sovuşmuşdur.
Monoqrafiyada mollanəsrəddinçilərin xalqa, vətənə təmənnasız xitmətlərini ən müqəddəs əxlaqi keyfiyyət hesab edən bir vətəndaş olmaları inkarolunmaz faktlarla aşkarlanır.Biz monoqrafiyanı vərəqləyərkən mollanəsrəddinçiləri sosial demokratiyanın bütün demokratik məramnamələrini qəbul edən bir maarifçilər kimi görürük.Onların ictimai-siyasi və pedaqoji görüşləri inqilabi demokratik fikrin ifadəsinə, ictimai-pedaqoji fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Mollanəsrəddinçiləri tədqiqatçı bizə Yan Amos Komenskinin, Conn Lokkun, Tolstoyun, Pestalossinin, Uşinskinin, Makarenkonun ideyalarından bəhrələnən bir müəllimlər, maarifçilər kimi təqdim edir. Bu, həqiqətən də belədir: Uşinski kimi pedaqoqlar da lazım bilmişlər ki, uşağın təlim və tədrisi də haman “yaxından uzağa” və “məlumdan qeyri-məluma” getmək üsulu ilə olsun...”. “K.D.Uşinski təfəkkürün və nitqin müşahidəçiliyi vəhdəti prinsipindən çıxış edərək göstərir ki, şagirddə dil və təfəkkür qabiliyyəti birgə inkişaf etməlidir” [Bax: səh.165]. K.D.Uşinskinin təlimi ilə “Yaxından uzağa”, “məlumdan qeyri-məluma”, “təbii üsul ilə” düzülən, “yazılışı təqdirə və təhsilə layiq”, “insanlıqla oxunan” dərsliyin digər bir üstünlüyünü Üzeyir Hacıbəyov tərbiyə işlərində uşaqların həm qəlbini, həm əqlini, həm də zövqünü tərbiyə edəcək vasitə kimi yüksək qiymətləndirir. Çünki bu üsul öz həyatiliyi, əyaniliyi və didaktik prinsiplərinə tam uyğunluğu ilə ona xoş gəlir.
Pedaqoji fikir tarixi, eləcə də XX əsrin əvvəllərində nəşr edilmiş mətbuatla tanış olan tədqiqatçılara bəllidir ki, həmin dövrdə məktəblərdə hansı elmlərin öyrədilməsi, dərslərin hansı üsulla keçirilməsi böyük mübahisələrə səbəb olmuş, bir neçə il mətbuat səhifələrində bu barədə fikir mübadiləsi aparılmışdır. Hətta “Nəşri-maarif” və “Nicat” cəmiyyətləri də bu məsələyə xüsusi diqqət yetirmişlər. Təəssüf ki, həmin yazıların bəzilərində xalq məktəbləri direktoru Levnskinin “lal metod”u ilə mütərəqqi əhəmiyyət kəsb edən “təbii üsul” eyniləşdirilmiş, onların fərqli cəhətləri kölgədə qalmışdır. Bu yanlışlıq bəzi tədqiqatçılarımızın da yazılarında özünü göstərir.Monoqrafiyanın məziyyətlərindən biri də həmin üsullar arasındakı fərqli cəhətləri göstərməsindədir. Tədqiqatçı çox düzgün qeyd edir ki, Azərbaycanın mütərəqqi fikirli ziyalıları, o cümlədən C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və başqaları Levnskinin “lal metod”una qarşı ciddi mübarizə aparmışlar. Lakin dar dünyagörüşlü bəzi müəllimlər həmin üsuldan istifadə etmişlər [Bax: “Molla Nəsrəddin” jurnalı, 1907, №42].
Müəllimlərin I qurultayında Nəriman Nərimanovun başçılığı ilə mütərəqqi fikirli ziyalılarımız “lal motod”un məktəblərimizdən götürülməsinə qərar verdilər. Söz yox ki, bu qərarın qəbul edilməsində mollanəsrəddinçilərin də xidməti monoqrafiyada təhlil olunmuşdur [Bax: səh.170-186].
Mollanəsrəddinçilər müəllimlik sənətinə həmişə yüksək qiymət vermiş, müəllimləri xalqın gözünü açmağa çağırmış və onların həqiqi müdafiəçisi olmuşlar.Onlar pedaqoji məsələlərə, xalq maarifinə dair yazdıqları “hər bir böyük və kiçik əsərlərinə ən müqəddəs arzularını, nəcib duyğularını qatmış, onları ürəyinin hərarəti, gözlərinin qarası ilə yazmışlar”.Mollanəsrəddinçilər pak vicdanlı müəllimləri jurnal, qəzet vasitəsilə tənqid etməyin əleyhdarı olmuşlar, müəllim ruhundan xəbərləri olmayan müəllimləri isə acımasızcasına satira atəşinə tutmuşlar.Bax, ona görə də Kamal Camalov mollanəsrəddinçilərin insani keyfiyyətləri haqqında xüsusi danışır, həmin keyfiyyətləri bir növ təlqin edir, alqışlayır.Mollanəsrəddinçilər “sənətin hansı sahəsinə əl atırsa, işə hər şeydən əvvəl, bir vətəndaş kimi girişir, hər biri öz-özündən hesabat tələb edir: nəyin xatirinə yaradırsan, nə məqsədlə yazırsan?”
Kamal Camalov çox düzgün qeyd edir ki, mollanəsrəddinçilərin gülüşü iki yerə: cavan vaxtı müstəqil, pərdəsiz gülüşə, təcrübə qazandıqdan sonra isə zərif eyham və işarələrlə, məsxərə yolu ilə gülüşə bölünür. Göstərilir ki, mollanəsrəddinçilər şit gülüşü sevmir, onlar nəinki gülür və güldürür, həm də düşündürür. Onların gülüşü dərindir, həmin gülüşlərə ideya bükülmüşdür, onların gülüşü neştər kimi öldürücüdür.Qeyd etdik ki, mollanəsrəddinçilər gülür, güldürür, həm də düşündürür.Bu yanaşma Üzeyir Hacıbəyovun Məmməd Səid Ordubadiyə yazdığı bir məktubda da öz əksini tapır.“Mollanəsrəddinçilərin gülüşü XX əsrin əvvəllərində müasirləri olduğu dövrün mənfiliklərini tənqidə tutmaqla fəhlələrə, zəhmətkeş kəndlilərə, inqilab işinə xidmətdir”.
Monoqrafiyanın dəyərli cəhətlərindən biri də Kamal Camalov tərəfindən Üzeyir Hacıbəyovun “Molla Nəsrəddin” jurnalının müxbir üzvü olmasını və eləcə də Cəlil Məmmədquluzadənin ideyaları ilə səsləşdiyini ilk dəfə yeni faktlar əsasında oxuculara çatdırmasıdır. Qeyd olunur ki, Üzeyir Hacıbəyov “Molla Nəsrəddin”in həqiqi dostu olmuş, onun apardığı ədalətli ideya mübarizəsinə inanmış, bu mübarizəyə qoşulmuş və onu “Anaş qurbağa”, “Tısbağa”, “Başıqapazlı”, “Fəhlə” və s. kimi gizli imzalarla müdafiə etmişdir. “İrşad” qəzetinin 21-ci nömrəsində “Molla Nəsrəddin” redaktorunun öldürülməsi haqqında Bakıda şayiə yayıldığı və bu xəbərin maarifpərvərlər arasında böyük həyəcana səbəb olduğu yazılmışdır. Həmin qəzetin 22-ci nömrəsində Üzeyir Hacıbəyov şayiə yayanlara maraq dolu cavab yazır: “İndi bu müfəttinlər bilməlidirlər ki, işıqdan qorxan şəbpərələr xislətindən: nə fikirləşirsiniz? Bir-iki nəfər məmmədquluzadələrin, nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i öldürəcəksiniz?! Hərgah xalqımızın bu mücahid fədakarlarının qətlinə əl qalxıza bilən bir dəni [alçaq, rəzil anlamında – M.M.] və əclaf tapılsa da, bunu biləsiniz ki, onların, xudanəkərdə, ölməkləri ilə yaratdıqları fədakarlıq, ali fikirlər ölməz! Bunu biləsiniz ki, Molla Nəsrəddini öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz!”
Həqiqətən, “Molla Nəsrəddin” haqqında iftixarla danışan, doğru rəy söyləyən, sözündə və mövqeyində sabitqədəm müasirlərindən biri olan Üzeyir Hacıbəyov olmuşdur.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi, icitimai-siyasi xadim Kamal Camalov özünəməxsus dəsti-xəddi və üslubu olan təcrübəli bir araşdırıcıdır.Tədqiqat apardığı sahədə ən incə mətləblərdən zərgər dəqiqliyi ilə söz açmağı sevir.Məhz bu keyfiyyətlər ona “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” sanballı monoqrafiyasını yüksək keyfiyyətlə yazmaq imkanı vermişdir.Kitab ədəbi-pedaqoji ictimaiyyətimiz, xüsusilə mollanəsrəddinçilər irsini öyrənənlər üçün layiqli töhfədir.350-dən artıq elmi-pedaqoji yazıları ilə oxucuların dərin rəğbətini qazanmış Kamal Camalovdan biz bir daha yeni-yeni monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri gözləyirik.
Müdafiə MAHMUDOV
Pedaqogika üzrə elmlər doktoru, professor

Baxış sayı: 1 393
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













