18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
VƏTƏNƏ MƏHƏBBƏTLƏ YAZILAN ŞEİRLƏR MÜƏLLİFİ- Ramiz QASIMOV
Tarix: 10-06-2020 01:36 | Bölmə: Ədəbiyyat
Onun adını da, imzasını da çoxdan tanıyıram. O zamanlar fəal elm aləminə mən yenicə gəlmişdim (mən artıq 3 il idi ki, fəal elmi mühitdə çalışırdım – R.Q.), onun da ilk bədii əsəri işıq üzü görmüşdü, 2007-ci ildə: “Yanır yer kürəsi ana naləsində”. Yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi kimi tanınmaqla bərabər gözəl xasiyyəti, xüsusilə asta, mehriban və nəzakətli danışığı ilə də şəxsinə böyük hörmət qazandırmışdı. Belə demək olarsa, onda nə desən vardı: gözəl xasiyyət, insaniyyət, və eyni zamanda istedad. Bu cəhətdən ilk kitabı ilə yaratdığımız tanışlıq sonralar fəal oxucu-şair münasibətlərinə çevrildi. Əlbəttə, söhbət Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan Vəli Qaraxandan gedir. Adı da, imzası da çox qəribə, bir az da dəqiq desək, çox mənalı bir təsir buraxır. “Qaraxan” “böyük xan” deməkdir. “Vəli” də “vəkil, məsul şəxs” mənalarını verir. “Böyük xanın vəkili” anlamına gələn imza şairlik təbinə malik bu istedadlı şairin imzasını – yaradıcılıq yolunu, taleyini də müəyyənləşdirir.
Bu yaxınlarda Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın yeni bir kitabı çapdan çıxıb. “Mən burdan baxıram bütün aləmə” adlı kitaba şairin son dövrlərdə qələmə aldığı yeni şeirləri toplanıb. Kitabın adı şairin böyük ustad sənətkar, Xalq şairi Məmməd Araz məktəbinə mənsubluğunu qətiyyətlə göstərir. Şair doğulub boya-başa çatdığı diyarı, bu kitabında tam mənası ilə əhatəli, bütün tərəflərilə əks etdirib: hər şeydən əvvəl bir Vətən torpağı, ana yurdu kimi, dövlətçiliyin keşiyində dayanan mübarizlər və liderlər yurdu kimi, yeniləşməyi və müasirliyi ilə dünyaya zəka qüdrətini nümayiş etdirən əsrarəngiz bir diyar kimi və s. Şeirlərdə Naxçıvan məhz bu kontekstdən vəsf və tərənnüm edilib. Naxçıvanda bir Günəş kimi doğulub dünyaya öz zəkası ilə işıq saçan ulu öndər Heydər Əliyevə və onun əzəmətinə şeirlər ön sıralarda yer alıb. Digər şeirlərində isə Naxçıvan bir gözəllik diyarı kimi vəsf olunmaqla bərabər müxtəlif məzmunda şair duyğuları yer alıb. Kitab Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilib.
Qısaca məlumat verim ki, haqqında bəhs etdiyimiz Vəli Qaraxan 2 iyun 1955-ci ildə Naxçıvan rayonunun (o zaman belə olub, biz də o zamana uyğun belə yazdıq – R.Q.) Qaraxanbəyli kəndində dünyaya göz açıb. Adətən, bəzi imza sahibləri oxucu gözündə fərqli görünmək, yuxarı qalxmaq, yadda qalmaq üçün bəzi “sehirli” sözlərdən istifadə edib, “məşəqqətli həyat sürüb, acılardan keçib, tufanlar boğub, ailənin yükünü boynuna çəkib” və b. kimi əlavələrdən, ədəbi tərcümeyi-hal xüsusiləşmələrindən istifadə edirlər. Amma Vəli Qaraxan haqqında deyə bilərik ki, adi insanlardan biri kimi özünə xas həyat tərzi sürüb, sadə bir müəllim ömrü yaşayıb, təbi də gələndə də səs-küysüz, gurultusuz yazmağa çalışıb. 1990-cı il hadisələri Vəli Qaraxanın şeir təbinə qüvvət verib, onu bədii yaradıcılığa, poeziyaya sövq edib. 90-cı illərin fəal azadlıq mübarizəsi getdiyi, xain, mənfur (adamın dili də gəlmir onların adını çəkməyə - R.Q.) ermənilər Naxçıvanı təkləyib işğalın hədəfinə çevirdiyi, igid-igid oğlanlarımızın şəhid düşdüyü, əhalinin el birliyi ilə vətən uğrunda mücadiləyə qalxdığı o illərdə sinəsindən qopan sözləri Vəli Qaraxan da kağıza tökməyə sövqi-təbiilik hiss edib. O vaxt “Şəhidlər xiyabanı” adlı şeiri müsabiqədə yer tutub və beləcə, gənc şair Vəli Vəliyev poeziya sahəsində vüsətlə görünməyə başlayıb. İlk çap olunan kitabı “Yanır yer kürəsi ana naləsində” (2007) kitabı olub. Sonradn “İlahi, hifz eylə sən bu milləti” (2008), “Ədaləti axtarıram” (2017) adlı kitabları da nəşr olunaraq şairi geniş oxucu kütləsi içərisində tanıdıb. Həm də gözəl musiqi duyumu olan şair özünün və başqa müəlliflərin şeirlərinə musiqi də bəstələyib. “Sənsən xilaskarımız”, “Əbədiyyət yolçusu” (sözləri Vəli Qaraxanındır), “Hücum deyib atıl düşmən üstünə” (sözləri Səhlab Məmmədovundur) və b. məhz belə mahnılardandır. Vəli müəllim Azərbaycan və Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin üzvüdür.
Vəli müəllim ilk kitabında ana nalələrini insan üçün, bəşər övladı üçün yurd, yuva olan yer kürəsinin səsi olaraq ümumiləşdirib. Çünki bir faciə varsa, bir kədər varsa, dərd, qəm, qüssə, itki, fəlakət varsa, analar fəryad edir, ana qəlbi parçalanır, ana gözləri yaş axıdır. Şair də dərddən qəlbi od tutub yanan yer kürəsinin səsini ana naləsilə ümumiləşdirib. Bu kitaba da ilk ön sözünü istedadlı alim, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli yazıb: “Şeriyyətin ülviyyəti”. Hörmət duyduğumuz istedadlı alim yazır: “...Vəli Qaraxan ədəbiyyata təsadüfən gəlməyib, yaradıcılıq, poeziya onun üçün ötəri həvəs deyil. Könüldə pərvəriş tapan, misra-misra cücərən söz onun qəlb həmdəmidir, sirdaşıdır, duyğularının təcəssümüdür. Ən önəmlisi də odur ki, bu duyğular, hisslər əksər hallarda ürəkdən qopub gəldiyinə görə əbədidir, diqqətçəkəndir” (Bax: H.Həşimli. Şeriyyətin ülviyyəti. s. 3 // V.Qaraxan. Yanır yer kürəsi ana naləsində. Bakı: Məktəb nəçriyyatı, 2007, 72 s.).
Onun həmin kitabda təqdim olunan şeirlərindəki təsirlilik Vəli Qaraxan imzasının təbindən, şairlik istedadından xəbər verirdi. Şeirlərindən birində qəlbimizdə bir məhəbbət ünvanı qazanmış Naxçıvanımız haqqında vəsfedici sözlərlə yazırdı:
Sevinc azadlığın, barı, bəhəri,
Güllər alqışlayır gələn səhəri.
Hüsnün gözəlliyin şanlı əsəri,
Vəsfinə acizdir dilim, Naxçıvan.
Demək olar, hər misra özündə ayrı bir məna yükünə malik olmaqla Naxçıvanın vəsfinə düzülüb. Hər misra bir məna yükü, ədəbi xidmət daşıyır. Bəndin son misrası mübaliğə nümunəsi olaraq Naxçıvanın hüsnü-gözəlliyinə bayraq qaldırır, onu tərənnüm edir. Belə məharət göstəricilərinə biz şairin sonrakı kitablarında toplanan şeirlərində də rast gəlirik.
Ümumiyyətlə, başqa naxçıvanlı şairlər kimi, Vəli Qaraxanın da əsərlərində başlıca mövzuları ana vətənin taleyi, quruculuq, inkişaf sayəsində qazandığı müasirlik, gözəllik, rifahlı günləri təşkil edir. Müdrik lider Heydər Əliyevin misilsiz liderlik fəaliyyəti, onun təkrarolunmaz, əzəmətli şəxsiyyəti, xalqın ona olan məhəbbəti onun yaradıcılığında da əhəmiyyətli yer tutur. Sonrakı sıralarda müxtəlif mövzular onun yaradıcılığını zənginləşdirir, oxucu könüllərinə yol tapır. Bu baxımdan Vəli Qaraxan yaradıcılığı üçün vəsf və tərənnüm əsasdır. Demək olar, onun yaradıcılığında əsas təsvir və təqdim üsulu vəsf və tərənnümdən ibarətdir. Bütün bu sözləri onun yeni kitabı haqqında da demək olar. Burda da müxtəlif mövzulu əsərlər toplanıb: ictimai mövzulu əsərlər var, yeri gəldikdə ictimai nöqsanları tənqid və ifaşa edir, lənətləyir, təbiət mövzulu şeirləri var, təbiətin səxavətini insanlara nümunə çəkib, sayğı tələb edir, fərdi insani duyğular, eşq, məhəbbət duyğulu şeirləri var, məhəbbətini, sevdasını tanıdır, duyğularını ortaya qoyur və s.
Şairin könül verib sevdiyi ilk ünvan Vətəndir – vətənin tarix, mədəniyyət və gözəllik yurdu olan Naxçıvan şəhəri, Naxçıvan ərazisi. Naxçıvan kiçik bir ərazi olsa da, onun insanının qəlbi çox böyükdür, bu qəlbə Böyük Vətən anlayışı sığıb. Şeirlərindən birində Naxçıvanı tərənnüm və vəsf edən şair öyünərək yazır:
Dəyişib hüsnü-camalı, bir cənnətdir Naxçıvanım,
Hürriyyət, həm xoşbəxtlik, məhəbbətdir Naxçıvanım.
Çinarlar gənc qızlartək gülümsəyir xoşbəxt-xoşbəxt,
Eşq oduna bir pərvanə, bir ülfətdir Naxçıvanım.
Rəhbərin büstünə bax, zirvəsi qar el dağıdır,
Gəlcək nəslə mayak, sədaqətdir Naxçıvanım.
...Qaraxan, səmasında zəvvarların izdihamı,
Məkkədir, Mədinədir, Ərəfatdır Naxçıvanım.
Qəzəl janrında yazılan şeirdə Naxçıvan haqqında duyğuların mükəmməl bir ifadəsini tapıb. Ən əsası, Naxçıvanı öz könlü, sevgisi, eləcə də vətəndaşları üçün Kəbə görən şair vətənə məhəbbəti iman, din səviyyəsində ümumiləşdirə, təqdim edə bilir. Vətəni sevmək imandandır deyiblər ha, şair də bu cəhətdən könüllərin sultanı olan Naxçıvanı vətənə məhəbbət dininin Kəbəsi olaraq qərar verir. Şairin “Bu şəhərin küçələri” adlı şeiri də haqqında bəhs olunan bu şeiri tamamlayaraq mükəmməl Naxçıvan obrazı yaratmış olur. O Naxçıvan ki:
Bu şəhərin küçələri
Hərəsi bir igid, qəhrəman adında.
Bu şəhərin küçələri
Qərq olub çiçəklərin gürşadında.
Bu şəhərin küçələri
Yüksəlişin, intibahın şaqraq gülüşü, sevinci.
Bu şəhərin küçələri
İstiqlalın şəfəqində parıldayan ağ inci.
Bu şəhərin küçələri
Azadlığın, hürriyyətin arzu-kamı,
Bu şəhərin küçələri
Zəfərlərin ehtişamı!
“Bu yer qədim oğuz eli”, “Naxçıvan”, “Mən burdan baxıram bütün aləmə” şeirləri bir-birlərini tamamlayaraq gözəlliyi və inkişafı ilə dillərə dastan olan Naxçıvanı vəsf edir, onun şəninə həsr olunan şeirlər kimi yadda qalır.
Kitabdakı “Qaçqın çadırları”, “Keçmə namərd körpüsündən”, “Göndər”, “Fevralın 25-dən 26-na keçən gecə”, “Evində ermənilər tərəfindən qətlə yetirilən Zəhraya”, “Ələrim dilənçitək dil tökür” və b. şeirlər Azərbaycanın faciəvi taleyi, qan-qadalı günləri, taleyüklü ictimai məsələlərinə həsr olunub. Burada Xocalı soyqırımı, 20 Yanvar faciəsi, 90-cı illərin mürəkkəb olayları, erməni xəyanəti və vandalizmi, 2 yaşlı körpə Zəhra balanın qəddarlıqla qətli və b. kimi ürək göynədən hadisələr ayrı-ayrı şeirlərlə yaddaşlaşdırılıb.
Şairin bu kitabında həm də “Ana dilim” və “Azərbaycan bayrağı” kimi milli dövlətçilik atributlarımıza həsr olunan şeirlərin yer alması məmnuniyyət doğurur, kitaba zənginlik, əlvanlıq və dəyər, qiymət qatır. Şair “Ana dilim” şeirində yazır:
Çıxdın tarixlərin çox sınağından,
Ümmanlar dolaşan qəhrəman dilim.
Oğuz yarpağından, Hun budağından
Aləmə bərq vurub sayrışan dilim.
Və yaxud “Azərbaycan bayrağı” şeirində:
Babaların öyüdüdür, nənələrin laylası,
Yurdu sevən məcnunların o sevdayi-Leylası.
Üzərində şəhidlərin daşa dönmüş həsrəti,
Qədim, şanlı tariximdir, əcdadımın qeyrəti
Azərbaycan bayrağı!
Təsirli, ifadəli “Ana” şeirində anaya məhəbbət duyğuları ümumiləşdirilib. Şairin:
Neynirəm dərmanı, loğman, həkimi,
Kaş bircə əlinə dəyəydi əlim.
Yaman darıxmışam mən körpə kimi,
Ağlayım, sızlayım, qoynuna gəlim –
misraları öz ülvi duyğuları, zərif hisslərilə ana məhəbbətini ümumiləşdirərək təqdim edib.
Bu deyilənlərin əhatəsində ümid edirik ki, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın növbəti kitabı geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanacaq.Çap olunan bu kitabda da oxucular üçün oxunaqlı olan əsərlər çoxdur. Ən əsası bu kitabda artıq ömrünün ahıl, müdrik çağlarını yaşayan bir insanın səmimi duğularını əks etdirən çoxsaylı əsərlər toplanıb.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 602
Bölməyə aid digər xəbərlər
Tarix: 10-06-2020 01:36 | Bölmə: Ədəbiyyat
Onun adını da, imzasını da çoxdan tanıyıram. O zamanlar fəal elm aləminə mən yenicə gəlmişdim (mən artıq 3 il idi ki, fəal elmi mühitdə çalışırdım – R.Q.), onun da ilk bədii əsəri işıq üzü görmüşdü, 2007-ci ildə: “Yanır yer kürəsi ana naləsində”. Yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi kimi tanınmaqla bərabər gözəl xasiyyəti, xüsusilə asta, mehriban və nəzakətli danışığı ilə də şəxsinə böyük hörmət qazandırmışdı. Belə demək olarsa, onda nə desən vardı: gözəl xasiyyət, insaniyyət, və eyni zamanda istedad. Bu cəhətdən ilk kitabı ilə yaratdığımız tanışlıq sonralar fəal oxucu-şair münasibətlərinə çevrildi. Əlbəttə, söhbət Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan Vəli Qaraxandan gedir. Adı da, imzası da çox qəribə, bir az da dəqiq desək, çox mənalı bir təsir buraxır. “Qaraxan” “böyük xan” deməkdir. “Vəli” də “vəkil, məsul şəxs” mənalarını verir. “Böyük xanın vəkili” anlamına gələn imza şairlik təbinə malik bu istedadlı şairin imzasını – yaradıcılıq yolunu, taleyini də müəyyənləşdirir.
Bu yaxınlarda Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın yeni bir kitabı çapdan çıxıb. “Mən burdan baxıram bütün aləmə” adlı kitaba şairin son dövrlərdə qələmə aldığı yeni şeirləri toplanıb. Kitabın adı şairin böyük ustad sənətkar, Xalq şairi Məmməd Araz məktəbinə mənsubluğunu qətiyyətlə göstərir. Şair doğulub boya-başa çatdığı diyarı, bu kitabında tam mənası ilə əhatəli, bütün tərəflərilə əks etdirib: hər şeydən əvvəl bir Vətən torpağı, ana yurdu kimi, dövlətçiliyin keşiyində dayanan mübarizlər və liderlər yurdu kimi, yeniləşməyi və müasirliyi ilə dünyaya zəka qüdrətini nümayiş etdirən əsrarəngiz bir diyar kimi və s. Şeirlərdə Naxçıvan məhz bu kontekstdən vəsf və tərənnüm edilib. Naxçıvanda bir Günəş kimi doğulub dünyaya öz zəkası ilə işıq saçan ulu öndər Heydər Əliyevə və onun əzəmətinə şeirlər ön sıralarda yer alıb. Digər şeirlərində isə Naxçıvan bir gözəllik diyarı kimi vəsf olunmaqla bərabər müxtəlif məzmunda şair duyğuları yer alıb. Kitab Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilib. Qısaca məlumat verim ki, haqqında bəhs etdiyimiz Vəli Qaraxan 2 iyun 1955-ci ildə Naxçıvan rayonunun (o zaman belə olub, biz də o zamana uyğun belə yazdıq – R.Q.) Qaraxanbəyli kəndində dünyaya göz açıb. Adətən, bəzi imza sahibləri oxucu gözündə fərqli görünmək, yuxarı qalxmaq, yadda qalmaq üçün bəzi “sehirli” sözlərdən istifadə edib, “məşəqqətli həyat sürüb, acılardan keçib, tufanlar boğub, ailənin yükünü boynuna çəkib” və b. kimi əlavələrdən, ədəbi tərcümeyi-hal xüsusiləşmələrindən istifadə edirlər. Amma Vəli Qaraxan haqqında deyə bilərik ki, adi insanlardan biri kimi özünə xas həyat tərzi sürüb, sadə bir müəllim ömrü yaşayıb, təbi də gələndə də səs-küysüz, gurultusuz yazmağa çalışıb. 1990-cı il hadisələri Vəli Qaraxanın şeir təbinə qüvvət verib, onu bədii yaradıcılığa, poeziyaya sövq edib. 90-cı illərin fəal azadlıq mübarizəsi getdiyi, xain, mənfur (adamın dili də gəlmir onların adını çəkməyə - R.Q.) ermənilər Naxçıvanı təkləyib işğalın hədəfinə çevirdiyi, igid-igid oğlanlarımızın şəhid düşdüyü, əhalinin el birliyi ilə vətən uğrunda mücadiləyə qalxdığı o illərdə sinəsindən qopan sözləri Vəli Qaraxan da kağıza tökməyə sövqi-təbiilik hiss edib. O vaxt “Şəhidlər xiyabanı” adlı şeiri müsabiqədə yer tutub və beləcə, gənc şair Vəli Vəliyev poeziya sahəsində vüsətlə görünməyə başlayıb. İlk çap olunan kitabı “Yanır yer kürəsi ana naləsində” (2007) kitabı olub. Sonradn “İlahi, hifz eylə sən bu milləti” (2008), “Ədaləti axtarıram” (2017) adlı kitabları da nəşr olunaraq şairi geniş oxucu kütləsi içərisində tanıdıb. Həm də gözəl musiqi duyumu olan şair özünün və başqa müəlliflərin şeirlərinə musiqi də bəstələyib. “Sənsən xilaskarımız”, “Əbədiyyət yolçusu” (sözləri Vəli Qaraxanındır), “Hücum deyib atıl düşmən üstünə” (sözləri Səhlab Məmmədovundur) və b. məhz belə mahnılardandır. Vəli müəllim Azərbaycan və Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin üzvüdür.
Vəli müəllim ilk kitabında ana nalələrini insan üçün, bəşər övladı üçün yurd, yuva olan yer kürəsinin səsi olaraq ümumiləşdirib. Çünki bir faciə varsa, bir kədər varsa, dərd, qəm, qüssə, itki, fəlakət varsa, analar fəryad edir, ana qəlbi parçalanır, ana gözləri yaş axıdır. Şair də dərddən qəlbi od tutub yanan yer kürəsinin səsini ana naləsilə ümumiləşdirib. Bu kitaba da ilk ön sözünü istedadlı alim, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli yazıb: “Şeriyyətin ülviyyəti”. Hörmət duyduğumuz istedadlı alim yazır: “...Vəli Qaraxan ədəbiyyata təsadüfən gəlməyib, yaradıcılıq, poeziya onun üçün ötəri həvəs deyil. Könüldə pərvəriş tapan, misra-misra cücərən söz onun qəlb həmdəmidir, sirdaşıdır, duyğularının təcəssümüdür. Ən önəmlisi də odur ki, bu duyğular, hisslər əksər hallarda ürəkdən qopub gəldiyinə görə əbədidir, diqqətçəkəndir” (Bax: H.Həşimli. Şeriyyətin ülviyyəti. s. 3 // V.Qaraxan. Yanır yer kürəsi ana naləsində. Bakı: Məktəb nəçriyyatı, 2007, 72 s.).
Onun həmin kitabda təqdim olunan şeirlərindəki təsirlilik Vəli Qaraxan imzasının təbindən, şairlik istedadından xəbər verirdi. Şeirlərindən birində qəlbimizdə bir məhəbbət ünvanı qazanmış Naxçıvanımız haqqında vəsfedici sözlərlə yazırdı:
Sevinc azadlığın, barı, bəhəri,
Güllər alqışlayır gələn səhəri.
Hüsnün gözəlliyin şanlı əsəri,
Vəsfinə acizdir dilim, Naxçıvan.
Demək olar, hər misra özündə ayrı bir məna yükünə malik olmaqla Naxçıvanın vəsfinə düzülüb. Hər misra bir məna yükü, ədəbi xidmət daşıyır. Bəndin son misrası mübaliğə nümunəsi olaraq Naxçıvanın hüsnü-gözəlliyinə bayraq qaldırır, onu tərənnüm edir. Belə məharət göstəricilərinə biz şairin sonrakı kitablarında toplanan şeirlərində də rast gəlirik.
Ümumiyyətlə, başqa naxçıvanlı şairlər kimi, Vəli Qaraxanın da əsərlərində başlıca mövzuları ana vətənin taleyi, quruculuq, inkişaf sayəsində qazandığı müasirlik, gözəllik, rifahlı günləri təşkil edir. Müdrik lider Heydər Əliyevin misilsiz liderlik fəaliyyəti, onun təkrarolunmaz, əzəmətli şəxsiyyəti, xalqın ona olan məhəbbəti onun yaradıcılığında da əhəmiyyətli yer tutur. Sonrakı sıralarda müxtəlif mövzular onun yaradıcılığını zənginləşdirir, oxucu könüllərinə yol tapır. Bu baxımdan Vəli Qaraxan yaradıcılığı üçün vəsf və tərənnüm əsasdır. Demək olar, onun yaradıcılığında əsas təsvir və təqdim üsulu vəsf və tərənnümdən ibarətdir. Bütün bu sözləri onun yeni kitabı haqqında da demək olar. Burda da müxtəlif mövzulu əsərlər toplanıb: ictimai mövzulu əsərlər var, yeri gəldikdə ictimai nöqsanları tənqid və ifaşa edir, lənətləyir, təbiət mövzulu şeirləri var, təbiətin səxavətini insanlara nümunə çəkib, sayğı tələb edir, fərdi insani duyğular, eşq, məhəbbət duyğulu şeirləri var, məhəbbətini, sevdasını tanıdır, duyğularını ortaya qoyur və s.
Şairin könül verib sevdiyi ilk ünvan Vətəndir – vətənin tarix, mədəniyyət və gözəllik yurdu olan Naxçıvan şəhəri, Naxçıvan ərazisi. Naxçıvan kiçik bir ərazi olsa da, onun insanının qəlbi çox böyükdür, bu qəlbə Böyük Vətən anlayışı sığıb. Şeirlərindən birində Naxçıvanı tərənnüm və vəsf edən şair öyünərək yazır:
Dəyişib hüsnü-camalı, bir cənnətdir Naxçıvanım,
Hürriyyət, həm xoşbəxtlik, məhəbbətdir Naxçıvanım.
Çinarlar gənc qızlartək gülümsəyir xoşbəxt-xoşbəxt,
Eşq oduna bir pərvanə, bir ülfətdir Naxçıvanım.
Rəhbərin büstünə bax, zirvəsi qar el dağıdır,
Gəlcək nəslə mayak, sədaqətdir Naxçıvanım.
...Qaraxan, səmasında zəvvarların izdihamı,
Məkkədir, Mədinədir, Ərəfatdır Naxçıvanım.
Qəzəl janrında yazılan şeirdə Naxçıvan haqqında duyğuların mükəmməl bir ifadəsini tapıb. Ən əsası, Naxçıvanı öz könlü, sevgisi, eləcə də vətəndaşları üçün Kəbə görən şair vətənə məhəbbəti iman, din səviyyəsində ümumiləşdirə, təqdim edə bilir. Vətəni sevmək imandandır deyiblər ha, şair də bu cəhətdən könüllərin sultanı olan Naxçıvanı vətənə məhəbbət dininin Kəbəsi olaraq qərar verir. Şairin “Bu şəhərin küçələri” adlı şeiri də haqqında bəhs olunan bu şeiri tamamlayaraq mükəmməl Naxçıvan obrazı yaratmış olur. O Naxçıvan ki:
Bu şəhərin küçələri
Hərəsi bir igid, qəhrəman adında.
Bu şəhərin küçələri
Qərq olub çiçəklərin gürşadında.
Bu şəhərin küçələri
Yüksəlişin, intibahın şaqraq gülüşü, sevinci.
Bu şəhərin küçələri
İstiqlalın şəfəqində parıldayan ağ inci.
Bu şəhərin küçələri
Azadlığın, hürriyyətin arzu-kamı,
Bu şəhərin küçələri
Zəfərlərin ehtişamı!
“Bu yer qədim oğuz eli”, “Naxçıvan”, “Mən burdan baxıram bütün aləmə” şeirləri bir-birlərini tamamlayaraq gözəlliyi və inkişafı ilə dillərə dastan olan Naxçıvanı vəsf edir, onun şəninə həsr olunan şeirlər kimi yadda qalır.
Kitabdakı “Qaçqın çadırları”, “Keçmə namərd körpüsündən”, “Göndər”, “Fevralın 25-dən 26-na keçən gecə”, “Evində ermənilər tərəfindən qətlə yetirilən Zəhraya”, “Ələrim dilənçitək dil tökür” və b. şeirlər Azərbaycanın faciəvi taleyi, qan-qadalı günləri, taleyüklü ictimai məsələlərinə həsr olunub. Burada Xocalı soyqırımı, 20 Yanvar faciəsi, 90-cı illərin mürəkkəb olayları, erməni xəyanəti və vandalizmi, 2 yaşlı körpə Zəhra balanın qəddarlıqla qətli və b. kimi ürək göynədən hadisələr ayrı-ayrı şeirlərlə yaddaşlaşdırılıb.
Şairin bu kitabında həm də “Ana dilim” və “Azərbaycan bayrağı” kimi milli dövlətçilik atributlarımıza həsr olunan şeirlərin yer alması məmnuniyyət doğurur, kitaba zənginlik, əlvanlıq və dəyər, qiymət qatır. Şair “Ana dilim” şeirində yazır:
Çıxdın tarixlərin çox sınağından,
Ümmanlar dolaşan qəhrəman dilim.
Oğuz yarpağından, Hun budağından
Aləmə bərq vurub sayrışan dilim.
Və yaxud “Azərbaycan bayrağı” şeirində:
Babaların öyüdüdür, nənələrin laylası,
Yurdu sevən məcnunların o sevdayi-Leylası.
Üzərində şəhidlərin daşa dönmüş həsrəti,
Qədim, şanlı tariximdir, əcdadımın qeyrəti
Azərbaycan bayrağı!
Təsirli, ifadəli “Ana” şeirində anaya məhəbbət duyğuları ümumiləşdirilib. Şairin:
Neynirəm dərmanı, loğman, həkimi,
Kaş bircə əlinə dəyəydi əlim.
Yaman darıxmışam mən körpə kimi,
Ağlayım, sızlayım, qoynuna gəlim –
misraları öz ülvi duyğuları, zərif hisslərilə ana məhəbbətini ümumiləşdirərək təqdim edib.
Bu deyilənlərin əhatəsində ümid edirik ki, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın növbəti kitabı geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanacaq.Çap olunan bu kitabda da oxucular üçün oxunaqlı olan əsərlər çoxdur. Ən əsası bu kitabda artıq ömrünün ahıl, müdrik çağlarını yaşayan bir insanın səmimi duğularını əks etdirən çoxsaylı əsərlər toplanıb.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 602
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













