18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Qəhrəman babanın tüfəngi-Nicat Məmmədov
Tarix: 08-05-2020 03:45 | Bölmə: Ədəbiyyat

(Böyük Vətən Müharibəsinin və Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunur)
Elmi-tədqiqat institutumuzda işin qaynar vaxtları idi. İlin axırı olması səbəbindən hamı illik plan işlərini təhvil vermək üçün orada olan texniki xarakterli xətaları aradan qaldırır, il boyu elmi jurnallarda dərc olunmuş məqalələrini və elmi konfranslarda iştirakını təsdiqləyən sənədləri, təltifləri şöbələrinin illik hesabatına əlavə eləyirdilər.
Bizim şöbəmiz də İnstitutumuzun aparıcı şöbələrindən biri olduğu üçün illik hesabat həyəcanı bütün əməkdaşlarımızı məşgul etmişdi. Lakin şöbəmizin aparıcı elmi işçisi olan Ələsgər müəllim nədənsə yaxın üç gündə səbəbsiz olaraq işə gəlmir və yalnız telefonla əlaqə saxlayaraq xəstə olduğunu, hesabatlarını internet vasitəsi ilə göndərəcəyini deyirdi.
Soyuq aylar olmasına baxmayaraq Bakının arabir qismətini yaşadığımız mülayım günlərinin birində, işdən sonra axşam çağı alim həmkarlarımla müəssisəmizin qarşısındakı parkda gəzişir, təəssüratlarımızı bölüşürdük. Birdən parkın lap kənarında nəvəsi ilə gəzintiyə çıxan və üz-gözünü şərflə sarımış Ələsgər müəllimlə rastlaşdıq. Bu qəfil görüş hamımızı heyrətləndirdi. Ona görə yox ki, biz Ələsgər müəllimi çoxdan görmürdük. Səbəb Ələsgər müəllimin dodağının partlaması və üz-gözünün şişərək göyərməsi idi.
Ələsgər müəllim uzun illər, hələ lap Sovet vaxtlarından bizim institutun əməkdaşıdır. Qocaman alim və gözəl həmkarımızdır. 65 illik yubileyini də lap təzəcə qeyd etmişdik. Onunla görüşüb hal-əhval tutduqdan və gəzintiyə çıxardığı nəvəsinin başını sığalladıqdan sonra düşdüyü bu halın səbəbini soruşduqda dedi:
- Bilirsiniz, desəm də inanmayacaqsınız. Məni tüfəngin qundağı ilə vurublar...
Biz isə heyrətlə:
- Ay kişi, nə danışırsan? Tüfəng nədir, qundaq nədir ? Harada olubsunuz ki ? Kim vurub? Axı niyə ?
O isə dərindən ah çəkərək yaxınlıqdakı skamyalardan birinə əyləşdi və söhbətə başladı:
Mənim üzümün belə vəziyyətdə olmağının əsas səbəbkarı bax bu gördüyünüz beş yaşlı, babamın adını daşıyan dəcəl Qəhrəman nəvəmdir... Bir həftə öncə oğlum öz ailəsi və yoldaşımla bir günlük rayona gedəsi oldu. Uşağı apara bilməyəcəkləri üçün ona bir gün ərzində mən baxmalı idim. Həm də məni o biri babasından çox istəyir bu qırışmal... Evimizdə də babadan qalma yadigar köhnə bir tüfəng var. Babamın xatirəsi naminə onu qonaq otağındakı xalçanın üstündən hələ atam öz sağlığında asmışdı. Mən də bu tüfəng asılan divarın qabağındakı divanda uzanaraq televizora baxır, arabir kanalları dəyişirdim. Bu qırışmal da nənəsinin ona aldığı planşetdə cizgi filminə baxır və sakit oturmuşdu. Birdən nətəhərsə məni yuxu tutar və ağzımın üstündən dəyən ağır zərbədən
dik atılıram. Sən demə mənim yatdığımı görən nəvəm oynamaq üçün divanın başına çıxaraq tüfəngi götürmək istəmiş və ağırlığına tab gətirməyərək onu mənim üstümə salmışdır.
Biz: Ay Ələsgər müəllim, heç şəhər yerində, uşaq olan evdə də odlu silah saxlayarlar ?
Ələsgər müəllim: O silah artıq çoxdandır ki, zərərsizləşdirilib. İndi bir maket xarakterlidir. Sadəcə babam Qəhrəman kişiyə Böyük Vətən Müharibəsi illərində döyüşlərdə göstərdiyi şücaətinə görə komandanlıq tərəfindən hədiyyə edilmişdir. Üstündə xatirə yazısı da var. Babam yaman döyüşkən olub. Gənc yaşlarından kəndimizdə komsomol təşkilatının rəhbəri, müharibə başlayanda isə rayonumuzdan müharibəyə gedən ilk könüllülərdən olub. Kəndimiz dağ kəndi olması səbəbindən o zaman, inqilabdan sonra daglara atla tək çıxaraq bandit də tutub. Müharibədə də süvari alayında daim ön sıralarda vuruşub, döyüşlərdə iyirmiyə yaxın alman faşistini də şəxsən məhv eləyib. Bir ordeni və çoxlu medalları var. Kişi əsil vətənpərvər, kommunist olub. Kəndimizdən gedənlərin çoxu qayıtmadı o müharibədən. Həlak oldular. Amma Qəhrəman babam bir neçə dəfə ağır yaralansa da yenidən qospitaldan cəbhəyə qayıtmış, müharibəni Berlində bitirmiş və müharibədən sonra da ona bağışlanan bu tüfənglə kolxozun mal-heyvan sürülərinə hücum edən vəhşi heyvanları, canavarları qovmuşdur. 92 yaşında dünyasını dəyişən günə qədər də kənddə at belində, o tüfənglə gəzib. Vaxtı ilə rayonumuzun tanınmış ağsaqqallarından olub. Adı kimi özü də Qəhrəman olub rəhmətlik... Elə bu nəvəmə də onun adını mən qoymuşam.
Biz:
- Allah rəhmət eləsin babanıza. Fəxr olunası şəxsiyyətdir.
Ələsgər müəllim sonra bir az gülümsəyərək:
- Elə o gün də məni divanda yuxu aparanda Qəhrəman babam girmişdi yuxuma. Gəncliyimdə xatırladığım kimi - kənddə boz atın belində, nimdaş hərbi kitel əynində və tüfəng də çiynində... Mənimlə hal-əhval tutdu, necə yaşadığımı və nə ilə məşgul olduğumu soruşdu. Mən harada işlədiyimi və tarixçi alim olduğumu dedim. Sizin də bildiyiniz kimi indiki tədqiqat mövzumun da Böyük Vətən Müharibəsi illərində Vermaxtın xarici hərbi bölüklərindən biri, İkinci Dünya Müharibəsinin başlanması ilə formalaşan, əsasən də 1942-1945-ci illər arası tam fəaliyyətdə olmuş Azərbaycan legionlarının və onlarla əlaqədə olan milli liderlərimiz barədə uzun illərdir tədqiqatlar apardığımı, onların azadlıq mübarizəsi və dünyagörüşü barədə çoxlu elmi məqalə və monoqrafiyalar çap elətdirdiyimi elə yenicə demişdim ki, o rəhmətlik qaşlarını çataraq silahı çiynindən endirdi və... nəvəm Qəhrəmanın dəcəlliyi sayəsində üstümə düşən, qundağı dodağımı partladaraq uz-gözümü bu kökə salan həmən tifəng məni yuxudan ayıltdı...
Aralığa çökən bir neçə saniyəlik sükutdan sonra mən:
- Allah babanıza Rəhmət eləsin...
Məmmədov Nicat kamran oğlu
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent.
Baxış sayı: 1 558
Bölməyə aid digər xəbərlər
Tarix: 08-05-2020 03:45 | Bölmə: Ədəbiyyat

(Böyük Vətən Müharibəsinin və Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunur)
Elmi-tədqiqat institutumuzda işin qaynar vaxtları idi. İlin axırı olması səbəbindən hamı illik plan işlərini təhvil vermək üçün orada olan texniki xarakterli xətaları aradan qaldırır, il boyu elmi jurnallarda dərc olunmuş məqalələrini və elmi konfranslarda iştirakını təsdiqləyən sənədləri, təltifləri şöbələrinin illik hesabatına əlavə eləyirdilər.
Bizim şöbəmiz də İnstitutumuzun aparıcı şöbələrindən biri olduğu üçün illik hesabat həyəcanı bütün əməkdaşlarımızı məşgul etmişdi. Lakin şöbəmizin aparıcı elmi işçisi olan Ələsgər müəllim nədənsə yaxın üç gündə səbəbsiz olaraq işə gəlmir və yalnız telefonla əlaqə saxlayaraq xəstə olduğunu, hesabatlarını internet vasitəsi ilə göndərəcəyini deyirdi.
Soyuq aylar olmasına baxmayaraq Bakının arabir qismətini yaşadığımız mülayım günlərinin birində, işdən sonra axşam çağı alim həmkarlarımla müəssisəmizin qarşısındakı parkda gəzişir, təəssüratlarımızı bölüşürdük. Birdən parkın lap kənarında nəvəsi ilə gəzintiyə çıxan və üz-gözünü şərflə sarımış Ələsgər müəllimlə rastlaşdıq. Bu qəfil görüş hamımızı heyrətləndirdi. Ona görə yox ki, biz Ələsgər müəllimi çoxdan görmürdük. Səbəb Ələsgər müəllimin dodağının partlaması və üz-gözünün şişərək göyərməsi idi.
Ələsgər müəllim uzun illər, hələ lap Sovet vaxtlarından bizim institutun əməkdaşıdır. Qocaman alim və gözəl həmkarımızdır. 65 illik yubileyini də lap təzəcə qeyd etmişdik. Onunla görüşüb hal-əhval tutduqdan və gəzintiyə çıxardığı nəvəsinin başını sığalladıqdan sonra düşdüyü bu halın səbəbini soruşduqda dedi:
- Bilirsiniz, desəm də inanmayacaqsınız. Məni tüfəngin qundağı ilə vurublar...
Biz isə heyrətlə:
- Ay kişi, nə danışırsan? Tüfəng nədir, qundaq nədir ? Harada olubsunuz ki ? Kim vurub? Axı niyə ?
O isə dərindən ah çəkərək yaxınlıqdakı skamyalardan birinə əyləşdi və söhbətə başladı:
Mənim üzümün belə vəziyyətdə olmağının əsas səbəbkarı bax bu gördüyünüz beş yaşlı, babamın adını daşıyan dəcəl Qəhrəman nəvəmdir... Bir həftə öncə oğlum öz ailəsi və yoldaşımla bir günlük rayona gedəsi oldu. Uşağı apara bilməyəcəkləri üçün ona bir gün ərzində mən baxmalı idim. Həm də məni o biri babasından çox istəyir bu qırışmal... Evimizdə də babadan qalma yadigar köhnə bir tüfəng var. Babamın xatirəsi naminə onu qonaq otağındakı xalçanın üstündən hələ atam öz sağlığında asmışdı. Mən də bu tüfəng asılan divarın qabağındakı divanda uzanaraq televizora baxır, arabir kanalları dəyişirdim. Bu qırışmal da nənəsinin ona aldığı planşetdə cizgi filminə baxır və sakit oturmuşdu. Birdən nətəhərsə məni yuxu tutar və ağzımın üstündən dəyən ağır zərbədəndik atılıram. Sən demə mənim yatdığımı görən nəvəm oynamaq üçün divanın başına çıxaraq tüfəngi götürmək istəmiş və ağırlığına tab gətirməyərək onu mənim üstümə salmışdır.
Biz: Ay Ələsgər müəllim, heç şəhər yerində, uşaq olan evdə də odlu silah saxlayarlar ?
Ələsgər müəllim: O silah artıq çoxdandır ki, zərərsizləşdirilib. İndi bir maket xarakterlidir. Sadəcə babam Qəhrəman kişiyə Böyük Vətən Müharibəsi illərində döyüşlərdə göstərdiyi şücaətinə görə komandanlıq tərəfindən hədiyyə edilmişdir. Üstündə xatirə yazısı da var. Babam yaman döyüşkən olub. Gənc yaşlarından kəndimizdə komsomol təşkilatının rəhbəri, müharibə başlayanda isə rayonumuzdan müharibəyə gedən ilk könüllülərdən olub. Kəndimiz dağ kəndi olması səbəbindən o zaman, inqilabdan sonra daglara atla tək çıxaraq bandit də tutub. Müharibədə də süvari alayında daim ön sıralarda vuruşub, döyüşlərdə iyirmiyə yaxın alman faşistini də şəxsən məhv eləyib. Bir ordeni və çoxlu medalları var. Kişi əsil vətənpərvər, kommunist olub. Kəndimizdən gedənlərin çoxu qayıtmadı o müharibədən. Həlak oldular. Amma Qəhrəman babam bir neçə dəfə ağır yaralansa da yenidən qospitaldan cəbhəyə qayıtmış, müharibəni Berlində bitirmiş və müharibədən sonra da ona bağışlanan bu tüfənglə kolxozun mal-heyvan sürülərinə hücum edən vəhşi heyvanları, canavarları qovmuşdur. 92 yaşında dünyasını dəyişən günə qədər də kənddə at belində, o tüfənglə gəzib. Vaxtı ilə rayonumuzun tanınmış ağsaqqallarından olub. Adı kimi özü də Qəhrəman olub rəhmətlik... Elə bu nəvəmə də onun adını mən qoymuşam.
Biz:
- Allah rəhmət eləsin babanıza. Fəxr olunası şəxsiyyətdir.
Ələsgər müəllim sonra bir az gülümsəyərək:
- Elə o gün də məni divanda yuxu aparanda Qəhrəman babam girmişdi yuxuma. Gəncliyimdə xatırladığım kimi - kənddə boz atın belində, nimdaş hərbi kitel əynində və tüfəng də çiynində... Mənimlə hal-əhval tutdu, necə yaşadığımı və nə ilə məşgul olduğumu soruşdu. Mən harada işlədiyimi və tarixçi alim olduğumu dedim. Sizin də bildiyiniz kimi indiki tədqiqat mövzumun da Böyük Vətən Müharibəsi illərində Vermaxtın xarici hərbi bölüklərindən biri, İkinci Dünya Müharibəsinin başlanması ilə formalaşan, əsasən də 1942-1945-ci illər arası tam fəaliyyətdə olmuş Azərbaycan legionlarının və onlarla əlaqədə olan milli liderlərimiz barədə uzun illərdir tədqiqatlar apardığımı, onların azadlıq mübarizəsi və dünyagörüşü barədə çoxlu elmi məqalə və monoqrafiyalar çap elətdirdiyimi elə yenicə demişdim ki, o rəhmətlik qaşlarını çataraq silahı çiynindən endirdi və... nəvəm Qəhrəmanın dəcəlliyi sayəsində üstümə düşən, qundağı dodağımı partladaraq uz-gözümü bu kökə salan həmən tifəng məni yuxudan ayıltdı...
Aralığa çökən bir neçə saniyəlik sükutdan sonra mən:
- Allah babanıza Rəhmət eləsin...
Məmmədov Nicat kamran oğlu
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent.
Baxış sayı: 1 558
Bölməyə aid digər xəbərlər
22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib













