18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Saçlarında Üzeyir bəyin əllərinin sığalını yaşadan Südabə xanımla illər öncəsinin ağrılı söhbəti
Tarix: 07-05-2020 23:46 | Bölmə: Ədəbiyyat

Bu yazını çoxdan yazmalıydım. Axı, otuz ilə yaxındır tanıyırıq bir-birimizi. Sonbeşik qızı İradəylə ADU-nun (BDU-nun) jurnalistika fakültəsində bir yerdə oxumuşuq, I kursdan bacı kimi yaxın olmuşuq. Tələbə yoldaşlığından əlavə, qarabağlı olmağımız birləşdirmişdi bizi. Südabə xanım mənə qızı kimi, yoldaşıma kürəkəni kimi baxıb.Gözəl Südabə xanımı həyat dəfələrlə mat qoyub. 14 yaşı olmamış Şuşadan gəlin köçüb Bakıya. 15 yaşında ana olub. Nübarı Faiqə dünyaya göz açanda 1941-ci il idi. İkinci Dünya müharibəsi gedirdi. Ərini orduya çağırırlar. Gedir və bir daha geri qayıtmır. Qaynata-qaynanası yaxşı adamlar imişlər. Gəlinə şərait yaradırlar ki, yarımçıq qalmış orta təhsilini başa vursun. Sonra universitet təhsili alır. Bəxtiyar Vahabzadəylə, Səməd Vurğunun həyat yoldaşı Xavər xanımla, Süleyman Rüstəmin həyat yoldaşı Sayad xanımla bir qrupda oxuyur. Universitetdə çoxları Südabə xanımı qız uşağı bilib eşq elan edir, arxasıyca düşürlər. Uşaqla ailə qurmağı ağlına gətirməyən Südabəni Böyükkişi adlı gəncin də gözü tutur. Həmin Böyükkişi Əliyev ki, sonralar ticarət üzrə müxtəlif vəzifələrdə - Mərkəzi Komitədə, Nazirlər Sovetində şöbə müdiri, Bakı şəhər ticarət idarəsinin rəisi və s. çalışıb.
- Ailəli olmuşam, bir qızım da var, - Südabə xanım özündən uzaqlaşdırmaq istəyib cavan oğlanı.
- Hər şeyi bilirəm. Sənin qızın elə mənim qızımdır, - Böyükkişi cavab verir.
İkinci dəfə ailə həyatı qurur. Kəmalə və Bəsirə adlı iki qızları olur. Xoşbəxt ömür sürürlər. Doğrudan da, öz qızlarından ayırmır Faiqəni. Oxudur, gəlin köçürür (amma Faiqə yarımır. Əri Talıbxan müəllim çox erkən köçür həyatdan. Faiqə üç körpəsini özü böyütməli olur). Bəsirənin 10 yaşı olanda daha bir qızları gəlir dünyaya. İradə adlandırdıqları bu qız evin sonbeşiyi olur. Ömrün xoşbəxt günləri uzun çəkmir. İradənin 10 yaşı olanda atalarının qəfil ölümü sarsıdır hamını.
Südabə xanım universiteti bitirdikdən sonra Mədəni Maarif Komitəsinin mühazirə bürosunda işləyir. Sonra universitetdə işə girir. Jurnalistika fakültəsində qiyabi şöbədə məsləhət məntəqə müdiri olur. 40 ilə yaxın çalışır bu fakültədə. Bu illərdə əlindən gələni umandan əsirgəməyən xeyirxah bir insan kimi yaşayır ürəklərdə. Amma bu uzun illərdə onun “şinel”indən çıxan jurnalistlərin də heç birinin yadına düşməyib Südabə xanım. Təkcə hazırda fakültənin dosenti olan Mahmud Mahmudovdan başqa. Mahmud müəllimin “Azərbaycan qadını”nda dərc etdirdiyi “Ömrün illəri” yazısını ən əziz yadigar kimi, ən qiymətli bəxşiş kimi qoruyub saxlayır.
Ömrünün 80 iliylə ötən il vidalaşan Südabə xanım indi pensiyadadır. Xeyli vaxtdır nə görüşür, nə zəngləşirdik. Novruz bayramında zəng vurdum. Etibarsızlıqda qınadı məni. Haqlıydı. “Qızım” deyirdi axı mənə. Apreldə görüşdüm. Südabə xanım üçün ən dəhşətlisi ömrün qürubunda Şuşa həsrəti, Şuşasızlığıdır.
- Atışma başlayanda Şüşükənddən atılan ilk bomba bizim evə düşdü... İldə neçə dəfə getdiyimi deyə bilmərəm, amma yay tətili başlayandan sentyabradək Şuşada olardım. İndi düz 15 ildir... Şuşa həsrəti bizim nəsli vaxtsız qocaltdı, vaxtsız apardı.
Bu məqamlarda göz yaşları yanaqlarına yox, ürəyinə axırdı. İniltili ahlarla ürəyində fəryad edirdi. İfadəli baxışlarından, qüssəli gözlərindən aydın oxunur bu dərd. Qarabağlı xüsusiyyətlərindən əbədiləşmiş bir əlaməti də var - şirindillik. Şuşalı təbiətini səciyyələndirən bir xüsusiyyət - doğma şəhərin hər daşına, hər çiçəyinə dərin məhəbbət. Əlçatmayan keçmiş, geri qayıtmayan günlər, Qarabağın ürəyi, şah damarı Şuşa ürəyinin ən dərin guşəsində, göz yaddaşındadır.
Üzeyir bəylə bir dam altda yaşadıqları unudulmaz günlərdən əvvəllər də danışardı tez-tez. Amma illər sonra həmin söhbətlər başqa ovqatlar gətirdi mənə.
Budur, bütün zamanların dahisi olan Üzeyir bəylə yaxın olan bir xanımla həmsöhbətəm. Elə danışır, sanıram mən də o zamanın içindəyəm. Və Üzeyir bəyi öz gözlərimlə görürəm.
- 37-nin yayıydı. Avqust ayı idi. Yox, yox iyul ayı idi. Şuşada Zərgər Yemiş vardı (gülür). Bilirsən də Şuşada hərənin ləqəbi var axı. Gəlib atama dedi ki, Əsəd, evi heç kimə vermə, Üzeyir bəy bir azdan Şuşaya gələcək.
(Südabə xanım bu söhbəti mənə söyləyəndə 2007-ci ilin apreliydi. Bu yay həmin yayın tamamından 70 il keçəcək. Amma hər şeyi dəqiqliklə, aydınlığıyla xatırlamağa çalışırdı. 70 ildən sonra da Üzeyir bəyin Şuşaya avqustda yox, iyulda gəlməsi əhəmiyyətliydi onun üçün.)
Şuşada gözəl mülklər çox idi. Amma bizim mülkümüz çox baxarlı idi. Evimizin bir tərəfindən Cıdır düzü, bir tərəfindən isə Çaxmaq meşəsi aydın görünürdü. Zərgər Yemişin sözünə atam dedi: “Baş üstə!”
Həmin günün söhbətini xəfif təbəssümlə elə anır, sanki dünən eşitdiklərini söyləyir.

- Anam Üzeyir bəyə ayrılan otağa xalı-xalça döşədi, çarpayı qoydu. Bir neçə gün sonra Üzeyir bəy gəldi. O vaxta kimi adını eşitmişdik, üzünü görməmişdik. Uşaq idim də. Heç 11 yaşım da yox idi. Dəyirmi masasından çayı əskik olmurdu. Anam da doğasını, tənək dolmasını əskik etməzdi. Günün çoxunu işlərdi. Düşüb harasa gedəndə saçlarımızı sığallardı, əlində tutduğu qızılgül ləçəklərini burnumuza sıxardı. Üzeyir bəyi görmək bizə çox maraqlıydı. Amma bizə tapşırmışdılar ki, uzaqda oynayın, Üzeyir bəyə səs olmaz. Bir dəfə Üzeyir bəy düşüb harasa gedəndə biz hamımız evin qabağında oynayırdıq. Atam da yaxınlığımızda idi. Üzeyir bəy bizə baxıb atama dedi:
- Əsəd, uşaqlardan ver aparım Bakıya, oxusunlar.
Atam dedi:
- Üzeyir bəy, bunlardan oxuyan olmaz.
Bu günə kimi şirin Qarabağ ləhcəsini saxlaması bir yana, dediklərini Üzeyir bəyin səsiylə, ləhcəsiylə çatdırmağa çalışır.
- Atanız niyə belə dedi? Səsiniz yox idi, yoxsa oxutdurmaq istəmirdi?
- Nə bilim? Yəqin incəsənət adamı olmağımızı istəmirdi. Şuşalı olasan, səsin olmaya (xəfifcə gülümsəyir)?! Düz 19 gün qaldı bizdə. Şuşa yay aylarında ziyalı mərkəzinə dönərdi. Həmin günlərdə Üzeyir bəyə görə kimlər gəlmirdi bizə - Səməd Vurğun, Mehdixan Vəkilov, İsmayıl Eloğlu, Mirzə Xosrov Şuşalı... Bülbül pillələri quş kimi çıxırdı. Sonralar Bülbülü Opera teatrında at belində gördüm. Koroğlu ona çox yaraşırdı. Əsl Koroğluydu, boy-buxunuyla, səsinin əzəmətiylə... Həmin yay Zəhra bacım körpəydi. Yaman da ağlağandı. Bir dəfə dayanmadan ağlamağına Üzeyir bəy də gəldi.
- Ay Sona, bu uşaq niyə ağlayır, bəlkə acdır?
Uşaq, doğrudan da, ac imiş. Anam mannı bişirdi. Uşaq yeyib yatdı.
Üzeyir bəy Bakıya qayıdanda atama tapşırdı ki, Əsəd, evi heç kimə vermə. Baldızlarım gələcək. Onlar hədsiz arıqdırlar, görəndə qorxmayasınız.
(Bu məqamda Südabə xanım fikrini olduğu kimi çatdırmaq üçün yenə də Üzeyir bəyin səsiylə, Üzeyir bəyin avazıyla danışır).
Biz yeni qonaqlarımızı intizarla gözləyirdik. Nəhayət, gəldilər. Baldızları Fatma, Məryəm, baldızı uşaqları Nigar, Lalə, Reyhan, Pərviz ... Boylu-buxunlu, ətli-canlı baldızlarını görəndə bildik ki, Üzeyir bəy zarafat edirmiş.
Və Üzeyir bəy baldızlarından anama ağlağan bacım üçün xeyli mannı da alıb göndərmişdi.
***
Dünyanı dərk edəndən may sevinclər ayı olub mənə. Biri May səbrsizliklə gözlədiyimiz ən sevimli bayram. Beşi Mətbuat günü qeyd olunardı. Yeddisi Radio günü və rəfiqəm Nazilənin doğum günü. Doqquzu Qələbə günüylə bərabər mənim doğum günüm.
İllər sonra may təzadlar ayına döndü mənimçün. İlk öncə mayın on dördü bu ayı ağrıya döndərdi mənə. Atam dünyadan köçdü. Daha sonra bir ağrılı tarix də yarandı mayda. Mayın səkkizində Şuşa satqınlığın süqutuna məruz qaldı. Biz Şuşasız qaldıq.
Yenə illər sonra mayın on üçündə mənə əziz olan “Söz” doğuldu.
Nə etməli, onsuz da “Dünyanın üzü toy, astarı yasdır” (N.Həsənzadə).
İndi may ayını belə yaşayıram:
Mayın 8-də gah için-için, gah hönkürtüylə ağlayıb ürəyimi boşaldıram.
Mayın 9-da üzüm gülür. Ömrümün bir ilinin də başa çatdığını düşünürəm.
Mayın 13-də Şəkər Aslanın mənəvi yadıgarı, min bir əziyyətlə işıq üzü görən “Söz”ün doğum gününü qeyd edib sevinirəm.
Mayın 14-də mənimçün əbədiyaşar olan atamın vida gününü yaşayıram.
Hərdən rəfiqələrim deyirlər: “Əvvəllər şuşalı olduğunu bu qədər deməzdin. İndi tez-tez deyirsən”.
Cavab verirəm: “İndi hamımız qarabağlı olmalıyıq!”
Bu yazını məhz bu gün - mayın 8-də yazmalıymışam. Televiziya kanallarının ürəkparçalayan verilişləri haldan-hala salır adamı. Kadrlarda əbədiləşmiş Şuşa mənzərələri. Xoşbəxt günlər yaşayan şuşalılar, xarıbülbül. Digər kadrlarda xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş heykəllərinin səssiz fəryadı. Bülbülün “Sənsiz”i gileydir, şikayətdir, haraydır sanki. Bu məqamda Üzeyir bəyin “Koroğlu”su Şuşanın dağlarında, düzənlərində “at oynatdı”. Az qala milyon dəfə dinlədiyim üvertura daha əzəmətli, daha möhtəşəm səsləndi. Həmişə məğrur səslənən Üzeyir musiqisi qəlbimə sərinlik gətirdi.
Bu məqamlarda ümummilli liderimiz Heydər Əliyevin amiranə səsi:
“Bir qarış torpağımızı da düşmənə verən deyilik”.
Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin qaçqınlarla Ramanadakı görüşündən kadr:
“Hazırlaşın, evlərinizə gedəcəksiniz!”
Allah eşitsin! Amin!
Biz də Şuşada görüşənədək, Südabə xanım. İnşallah!
***
P.S. Təəssüf ki, Şuşa həsrətinin vaxtsız qocaldıb vaxtsız apardıqlarından biri də Südabə xanım oldu. Yəqin ki, 82 yaşlı qadın üçün bu qədər vaysınmağın çoxlarına qəribə gələcək. Bəlkə də, haqlıdırlar. Axı, çoxlarına nəsib olmayan uzun ömür yaşadı. Şübhəsiz, şirini də oldu, acısı da. Amma ömrün sonlarında elə bir acı yaşadı … və o ağrıyla getdi. Son görüşümüzdə «Şuşada görüşənədək» desə də, vədinə xilaf çıxdı.
Onun dünyadan köçməsi bir insanın vəfatı deyil mənim üçün. Gedişi ilə kimləri aparmadı yaddaşında?! Kimləri yaşatmırdı yaddaşında?! Ən başlıcası, saçlarında əllərinin sığalını yaşatdığı Üzeyir bəyi…
Ümidsiz deyilik. Şuşanın qayıdacağı günün şahidi olacağıq.
O zaman bütün nigaran ruhlar kimi Südabə xanımın da ruhu sakitlik tapacaq.

Sevda Əlibəyli
Baxış sayı: 1 250
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR