18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Araz-Türk Cümhuriyyəti fəallarından biri, naxçıvanlı diplomat və yazıçı haqqında sanbalılı monoqrafiya
Tarix: 01-05-2020 15:19 | Bölmə: Ədəbiyyat
Ümummilli lider Heydər Əliyevin uzaqgörən qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılandan sonra muxtar respublikada elmi mühit yeni mərhələyə qədəm qoymuş, regionun hərtərəfli şəkildə öyrənilməsi istiqamətində ardıcıl və davamlı tədqiqatların əhatəsi genişlənmişdir. Bu tədqiqatlar sırasında Naxçıvanın ədəbi mühitinin inkişaf tarixini və görkəmli yetirmələrinin yaradıcılığını öyrənmək də diqqət mərkəzinə keçmişdir. Naxçıvanın qədim tarixə malik ədəbi-mədəni mühitinə maraq artmış, aparılan tədqiqatlarda mühüm nəticələr əldə edilmişdir. Ədəbiyyatşünaslıq sahəsində akademik İsa Həbibbəylinin başçılığı altında elmi məktəb təşəkkül tapmış, çoxsaylı elmi kadrlar formalaşmış, yeni elmi-tədqiqat işləri ərsəyə gəlmişdir. Bu sahədə ədəbiyyatşünas Hüseyn Həşimlinin də xidmətləri diqqətəlayiqdir. İndiyə qədər çoxsaylı monoqrafiya və kitablar, sanballı elmi və publisist məqalələrlə çıxış edən professor Hüseyn Həşimli uzunmüddətli tədqiqatlarının nəticəsi olaraq növbəti dəyərli monoqrafiyasını nəşr etdirmişdir. Elmi-tədqiqat əsəri Naxçıvanın görkəmli yetirmələrindən olan yazıçı, publisist, tərcüməçi və ictimai xadim Əli Səbri Qasımova (1892-1983) həsr edilmişdir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin yenicə çapdan çıxmış “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı həmin monoqrafiyasının elmi redaktoru müəllifin müəllimi və elmi rəhbəri olmuş AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi İsa Həbibbəylidir. Əsərə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəy vermişlər. Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunmuşdur. Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən monoqrafiya filoloq alimlər, xüsusilə ədəbiyyatşünaslar, həmçinin tarixçilər, mətbuat və bədii tərcümə tarixi ilə maraqlananlar üçün gərəkli və faydalı mənbədir. Çünki indiyədək yazıçı və ictimai xadim Əli Səbri Qasımov haqqında bəzi tədqiqat əsərlərində ötəri, qısa məlumat olsa da belə kamil, əhatəli və sanballı araşdırma ilk dəfədir ki, ortaya qoyulub. Bu da ondan irəli gəlir ki, müəllif Naxçıvanın hərtərəfli öyrənilməsinə böyük diqqət və qayğı göstərən Muxtar Respublikanın Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 24 sentyabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tədqiqatlarını ortaya qoymağı borc bilmişdir. Çünki Əli Səbri Qasımov yazıçı, publisist olmaqla yanaşı, Araz-Türk Respublikası dövründə mühüm ictimai-siyasi fəaliyyəti ilə də tanınmışdır. Əsərin “Giriş”ində müəllif özü də yazdığı kimi: “Doxsan ildən artıq ömür sürən, çoxşaxəli yaradıcılığı ilə ədəbi-mədəni mühitdə özünəməxsus mövqe tutan, həmçinin qaynar ictimai fəaliyyət göstərən, xüsusən 1918-1920-ci illərdə Naxçıvanın qorunmasına yönəlmiş tədbirlərdə yaxından iştirak edən Əli Səbri vətənpərvər ziyalı kimi unudulmazdır” (Bax: H.Həşimli. Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2020, 232 s., s. 4) .
Aşkar görünür ki, prof. H.Həşimli 232 səhifəlik bu monoqrafiyanı araya-ərsəyə gətirmək üçün ən müxtəlif mənbələrlə tanış olmuş, Ə.Səbrinin bioqrafiyası, fəaliyyəti, yaradıcılığı ilə bağlı çoxlu faktları, nümunələri aşkara çıxarmış, ilk dəfə tədqiqata cəlb etmişdir.
Naxçıvanlı ictimai xadim, diplomat, yazıçı Əli Səbri haqqında monoqrafiya dörd fəsildən ibarətdir. Monoqrafiyanın “Şərəfli ömür yolu” adlanan birinci fəslində Əli Səbri Qasımovun həyatı və ömür yolu əks edilmişdir. Məlum olur ki, hamının Əli Səbri kimi tanıdığı Qasımov Əli Camal oğlu, özünün də xatirələrində yazdığı kimi, 15 aprel 1892-ci ildə qədim mədəniyyət yurdu olan Naxçıvan şəhərində anadan olub. Ədibin əsl mənşəyi, ata-baba yurdu isə Nehrəm kəndidir. Əli Səbri Qasımov da H.Cavid, M.S.Ordubadi, Ə.Şərif, R.Təhmasib və başqaları kimi o dövrün mötəbər təhsil ocağında - görkəmli pedaqoq, ustad müəllim, qüdrətli sənətkar Məhəmməd Tağı Sidqinin məktəbində təhsil alıb. Sonra isə Ə.S.Qasımov təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirib. Bu görkəmli ədibə Qori Müəllimlər Seminariyasına daxil olmağa o dövrün tanınmış hərb xadimi polkovnik Əbülfət ağa Şahtaxtinski kömək etmişdi. Seminariyaillərindən fəallığı ilə seçilən Əli Səbri Qasımovu ədəbi yaradıcılığa dövrün mötəbər şəxsiyyəti, Seminariyanın azərbaycanlı müəllimi, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli həvəsləndirmiş, 1910-cu ildən “Səda” qəzetindən başlayaraq mətbuat orqanlarında çıxış etməyə, imzasını tanıtmağa başlamışdır. Həm də tərcüməçi kimi fəaliyyət göstərən Əli Səbri rus ədəbiyyatından, o cümlədən rus ədəbiyyatının qüdrətli nümayəndələri olan L.N.Tolstoydan, A.P.Çexovdan və s. qiymətli tərcümələrini həyata keçirmişdir. Seminariyanı bitirdikdən sonra Bakıda bir müddət müəllimlik edən Ə.Səbri ədəbi-mədəni tədbirlərdə də fəallıq göstərmişdir.
Aparılan tədqiqatlardan öyrənirik ki, Ə.Səbri Birinci dünya müharibəsi illərində Osmanlı türklərinə yardım məqsədi daşıyan “Qardaş köməyi” adı almış xeyriyyə tədbirlərində yaxından iştirak etmiş, 1918-1920-ci illər isə onun həyat yoluna məxsusi bir mərhələ kimi daxil olmuşdur. “Bu illərdə o, doğma Naxçıvanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, bölgənin erməni təcavüzündən qorunması istiqamətində görülən işlərdə qüvvəsini əsirgəməmişdir. Naxçıvan regionunda özünümüdafiə dəstələrinin formalaşdırılmasında, onların fəaliyyətinin təşkilində Əli Səbri Qasımov silahdaşları ilə birlikdə böyük xidmətlər göstərmişdir” (Bax: H.Həşimli. Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2020, 232 s., s. 31). Ə.S.Qasımov həmçinin Naxçıvanın rəsmi-siyasi, diplomatik sahələrində həyata keçirilən tədbirlərdə də iştirak etmiş, Araz-Türk Cümhuriyyətinin fəaliyyətində, xüsusən əhalinin erməni zülmündən qorunmasında göstərdiyi xidmətlərlə bağlı dövri mətbuatda məlumatlar verilmişdir. Milli ruhlu ziyalı Əli Səbrinin sovet dövründə repressiyaya uğraması, özünün sonralar xatırladığı kimi, həyatının on səkkiz ilini sürgünlərdə və məhbəsdə keçirməsi barədə faktlar da monoqrafiyada yer almışdır.
Monoqrafiyanın digər üç fəsli - “Əli Səbri Qasımovun bədii yaradıcılığı” adlı ikinci, “Ədəbi-tənqidi və publisistik irsindən” adlı üçüncü və “Tərcüməçilik fəaliyyəti” adlı dördüncü fəslində sənətkarın ədəbi-bədii yaradıcılığı, publisistik fəaliyyəti və tərcüməçilik işləri haqda ətraflı şəkildə bəhs edilmişdir. Monoqrafiyada yazıçının “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti, “Solğun çiçək” romanı və “Qaraçılar”, “Ümid işıqları”, “Gonbul ayı balası”, “Firuzun kədəri”, “Himayə” və b. hekayələrindən ilk dəfə söhbət açılıb, məlumat verilir. Qeyd edək ki, yazıçının adı çəkilən povestini və “Ümid işıqları” hekayəsini ilk dəfə aşkara çıxarıb ədəbi ictimaiyyətə təqdim edən monoqrafiya müəllifi onların əhatəli təhlilini də vermişdir. Ə.Səbrinin bir sıra hekayələri uşaq ədəbiyyatımızın layiqli nümunələrindən də sayıla bilər ki, müəllif əsərdə bu məsələlərə də diqqət çəkib.
“Ədəbi-tənqidi və publisitik irsindən” adlı üçüncü fəsildə Əli Səbrinin həm də məharətli publisist olmasından, publisist və tənqidçi kimi fəaliyyətindən bəhs açılır. Ə.Səbrinin “Ə.Səb.”, “Ə.Səbri”, “Ə.Qasımov”, “Dağyuniszadə” (göründüyü kimi, bu imza Naxçıvan haqqındakı “Dağyunus” əfsanəsilə əlaqəli olaraq yaranmışdır – R.Q.), “Yəmut Elli” və b. imzalarla “Səda”, “İqbal”, “Yeni füyuzat”, “Məlumat”, “Yeni irşad”, “Açıq söz”, “Sovqat”, “Al bayraq”, “Azərbaycan”, “Gənclər yurdu” kimi qəzet və jurnallarda çıxış etmişdir. Müəllif tədqiqatları nəticəsində Əli Səbrinin indiyədək üzə çıxarılmayan, haqqında söz açılmayan publisist və tənqidi məqalələrindən də geniş bəhs edir, təhlillər aparır. Burada ədibin “Gizli həyat”, “İnsaf”, “Hümmət lazımdır”, ““Molla Nəsrəddin” məcmuəsi”, “Trabzon məktubları” və b. kimi məqalələrindən söhbət açılır. Əli Səbrinin “İnsaf” adlı məqaləsinin 1913-cü ildə “İqbal” qəzetində çap edilərək müəllimi, ustad ədəbiyyatşünas və maarifçi Firudinbəy Köçərlinin o zaman “Molla Nəsrəddin”də çap olunmuş, ziyalılar tərəfindən birmənalı qarşılanmayan və bəziləri tərəfindən narazılıq ifadə edilən məşhur “Ana dili” məqaləsi haqda Ə.S.İbrahimovun məqaləsinə cavab məqsədilə yazıldığı qeyd edilmişdir. Ə.Səbri məqaləsində müəllimi F.Köçərlinin mövqeyini birmənalı olaraq dəstəkləyir və onun haqlı mühakiməsinə dəstək ifadə edir. Ə.Səbrinin 1917-ci ildə “Açıq söz” qəzetində dərc olunmuş, Osmanlı türklərinə “Qardaş köməyi” tədbirlərindən bəhs edən “Trabzon məktubları” adlı silsilə məqalələrinin ilk dəfə tədqiqata cəlbi Azərbaycan-Türkiyə əlaqələrində naxçıvanlı ziyalıların rolunu araşdırmaq baxımından da zəngin material verir.
Əsərin “Tərcüməçilik fəaliyyəti” adlı dördüncü fəslində isə Əli Səbri Qasımovun tərcüməçi kimi faydalı fəaliyyəti və etdiyi qiymətli tərcümələrindən bəhs edilir. Müəllif özü də yazır ki, “istedadlı yazıçının tərcüməçilik fəaliyyəti indiyədək araşdırlmamış”dır, sadəcə bəzi tərcümələrinin adı çəkilmişdir.Uzunmüddətli tədqiqatlar aparan prof. Hüseyn Həşimli kitabın sonuncu fəslində Əli Səbrinin rus ədəbiyyatının klassikləri olan A.P.Çexovdan, L.N.Tolstoydan, V.İ.Dmitriyevadan, hind yazıçısı R.Taqordan, ingilis dramaturqu V.Şekspirdən, gürcü ədəbiyyatından və s. etdiyi tərcümələri araşdırır. Görünür ki, Ə.Səbri daha çox L.Tolstoy heyranı olmuş, daha çox bu görkəmli yazıçının əsərlərindən tərcümələr etmişdir. Onun R.Taqorun “Fəlakət” romanını, V.Şekspirin “Şıltaq qızın yumşalması” pyesini, Dmitriyevanın “Balaca və xallı” əsərini tərcümələri uğurlu tərcümə işi kimi diqqəti cəlb edir. “Balaca və Xallı” haqlı olaraq tərcümədən daha çox təbdil kimi qiymətləndirilir.
Beləliklə, Əli Səbri Qasımovun həyat və yaradıcılıq yolu haqqında bəhs olunan monoqrafiya yeni faktlarla zəngin elmi-tədqiqat əsəri kimi özünə dəyər qazanır. Bu əsərdə daha geniş, əhatəli və dəqiq şəkildə Əli Səbri Qasımovun portreti çəkilir və əzəmətli, mötəbər, dəyərli fəaliyyəti, çoxşaxəli yaradıcılığı təqdim edilir. Əminliklə deyə bilərik ki, dövriyyəyə buraxılan monoqrafiya geniş elmi ictimaiyyət tərəfindən məmnunluqla qarşılanacaq və ətrafına çoxsaylı mütaliəçilər toplayacaqdır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 697
Bölməyə aid digər xəbərlər
Tarix: 01-05-2020 15:19 | Bölmə: Ədəbiyyat
Ümummilli lider Heydər Əliyevin uzaqgörən qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılandan sonra muxtar respublikada elmi mühit yeni mərhələyə qədəm qoymuş, regionun hərtərəfli şəkildə öyrənilməsi istiqamətində ardıcıl və davamlı tədqiqatların əhatəsi genişlənmişdir. Bu tədqiqatlar sırasında Naxçıvanın ədəbi mühitinin inkişaf tarixini və görkəmli yetirmələrinin yaradıcılığını öyrənmək də diqqət mərkəzinə keçmişdir. Naxçıvanın qədim tarixə malik ədəbi-mədəni mühitinə maraq artmış, aparılan tədqiqatlarda mühüm nəticələr əldə edilmişdir. Ədəbiyyatşünaslıq sahəsində akademik İsa Həbibbəylinin başçılığı altında elmi məktəb təşəkkül tapmış, çoxsaylı elmi kadrlar formalaşmış, yeni elmi-tədqiqat işləri ərsəyə gəlmişdir. Bu sahədə ədəbiyyatşünas Hüseyn Həşimlinin də xidmətləri diqqətəlayiqdir. İndiyə qədər çoxsaylı monoqrafiya və kitablar, sanballı elmi və publisist məqalələrlə çıxış edən professor Hüseyn Həşimli uzunmüddətli tədqiqatlarının nəticəsi olaraq növbəti dəyərli monoqrafiyasını nəşr etdirmişdir. Elmi-tədqiqat əsəri Naxçıvanın görkəmli yetirmələrindən olan yazıçı, publisist, tərcüməçi və ictimai xadim Əli Səbri Qasımova (1892-1983) həsr edilmişdir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin yenicə çapdan çıxmış “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı həmin monoqrafiyasının elmi redaktoru müəllifin müəllimi və elmi rəhbəri olmuş AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi İsa Həbibbəylidir. Əsərə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəy vermişlər. Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunmuşdur. Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən monoqrafiya filoloq alimlər, xüsusilə ədəbiyyatşünaslar, həmçinin tarixçilər, mətbuat və bədii tərcümə tarixi ilə maraqlananlar üçün gərəkli və faydalı mənbədir. Çünki indiyədək yazıçı və ictimai xadim Əli Səbri Qasımov haqqında bəzi tədqiqat əsərlərində ötəri, qısa məlumat olsa da belə kamil, əhatəli və sanballı araşdırma ilk dəfədir ki, ortaya qoyulub. Bu da ondan irəli gəlir ki, müəllif Naxçıvanın hərtərəfli öyrənilməsinə böyük diqqət və qayğı göstərən Muxtar Respublikanın Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 24 sentyabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tədqiqatlarını ortaya qoymağı borc bilmişdir. Çünki Əli Səbri Qasımov yazıçı, publisist olmaqla yanaşı, Araz-Türk Respublikası dövründə mühüm ictimai-siyasi fəaliyyəti ilə də tanınmışdır. Əsərin “Giriş”ində müəllif özü də yazdığı kimi: “Doxsan ildən artıq ömür sürən, çoxşaxəli yaradıcılığı ilə ədəbi-mədəni mühitdə özünəməxsus mövqe tutan, həmçinin qaynar ictimai fəaliyyət göstərən, xüsusən 1918-1920-ci illərdə Naxçıvanın qorunmasına yönəlmiş tədbirlərdə yaxından iştirak edən Əli Səbri vətənpərvər ziyalı kimi unudulmazdır” (Bax: H.Həşimli. Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2020, 232 s., s. 4) .
Aşkar görünür ki, prof. H.Həşimli 232 səhifəlik bu monoqrafiyanı araya-ərsəyə gətirmək üçün ən müxtəlif mənbələrlə tanış olmuş, Ə.Səbrinin bioqrafiyası, fəaliyyəti, yaradıcılığı ilə bağlı çoxlu faktları, nümunələri aşkara çıxarmış, ilk dəfə tədqiqata cəlb etmişdir.
Naxçıvanlı ictimai xadim, diplomat, yazıçı Əli Səbri haqqında monoqrafiya dörd fəsildən ibarətdir. Monoqrafiyanın “Şərəfli ömür yolu” adlanan birinci fəslində Əli Səbri Qasımovun həyatı və ömür yolu əks edilmişdir. Məlum olur ki, hamının Əli Səbri kimi tanıdığı Qasımov Əli Camal oğlu, özünün də xatirələrində yazdığı kimi, 15 aprel 1892-ci ildə qədim mədəniyyət yurdu olan Naxçıvan şəhərində anadan olub. Ədibin əsl mənşəyi, ata-baba yurdu isə Nehrəm kəndidir. Əli Səbri Qasımov da H.Cavid, M.S.Ordubadi, Ə.Şərif, R.Təhmasib və başqaları kimi o dövrün mötəbər təhsil ocağında - görkəmli pedaqoq, ustad müəllim, qüdrətli sənətkar Məhəmməd Tağı Sidqinin məktəbində təhsil alıb. Sonra isə Ə.S.Qasımov təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirib. Bu görkəmli ədibə Qori Müəllimlər Seminariyasına daxil olmağa o dövrün tanınmış hərb xadimi polkovnik Əbülfət ağa Şahtaxtinski kömək etmişdi. Seminariyaillərindən fəallığı ilə seçilən Əli Səbri Qasımovu ədəbi yaradıcılığa dövrün mötəbər şəxsiyyəti, Seminariyanın azərbaycanlı müəllimi, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli həvəsləndirmiş, 1910-cu ildən “Səda” qəzetindən başlayaraq mətbuat orqanlarında çıxış etməyə, imzasını tanıtmağa başlamışdır. Həm də tərcüməçi kimi fəaliyyət göstərən Əli Səbri rus ədəbiyyatından, o cümlədən rus ədəbiyyatının qüdrətli nümayəndələri olan L.N.Tolstoydan, A.P.Çexovdan və s. qiymətli tərcümələrini həyata keçirmişdir. Seminariyanı bitirdikdən sonra Bakıda bir müddət müəllimlik edən Ə.Səbri ədəbi-mədəni tədbirlərdə də fəallıq göstərmişdir.
Aparılan tədqiqatlardan öyrənirik ki, Ə.Səbri Birinci dünya müharibəsi illərində Osmanlı türklərinə yardım məqsədi daşıyan “Qardaş köməyi” adı almış xeyriyyə tədbirlərində yaxından iştirak etmiş, 1918-1920-ci illər isə onun həyat yoluna məxsusi bir mərhələ kimi daxil olmuşdur. “Bu illərdə o, doğma Naxçıvanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, bölgənin erməni təcavüzündən qorunması istiqamətində görülən işlərdə qüvvəsini əsirgəməmişdir. Naxçıvan regionunda özünümüdafiə dəstələrinin formalaşdırılmasında, onların fəaliyyətinin təşkilində Əli Səbri Qasımov silahdaşları ilə birlikdə böyük xidmətlər göstərmişdir” (Bax: H.Həşimli. Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2020, 232 s., s. 31). Ə.S.Qasımov həmçinin Naxçıvanın rəsmi-siyasi, diplomatik sahələrində həyata keçirilən tədbirlərdə də iştirak etmiş, Araz-Türk Cümhuriyyətinin fəaliyyətində, xüsusən əhalinin erməni zülmündən qorunmasında göstərdiyi xidmətlərlə bağlı dövri mətbuatda məlumatlar verilmişdir. Milli ruhlu ziyalı Əli Səbrinin sovet dövründə repressiyaya uğraması, özünün sonralar xatırladığı kimi, həyatının on səkkiz ilini sürgünlərdə və məhbəsdə keçirməsi barədə faktlar da monoqrafiyada yer almışdır.
Monoqrafiyanın digər üç fəsli - “Əli Səbri Qasımovun bədii yaradıcılığı” adlı ikinci, “Ədəbi-tənqidi və publisistik irsindən” adlı üçüncü və “Tərcüməçilik fəaliyyəti” adlı dördüncü fəslində sənətkarın ədəbi-bədii yaradıcılığı, publisistik fəaliyyəti və tərcüməçilik işləri haqda ətraflı şəkildə bəhs edilmişdir. Monoqrafiyada yazıçının “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti, “Solğun çiçək” romanı və “Qaraçılar”, “Ümid işıqları”, “Gonbul ayı balası”, “Firuzun kədəri”, “Himayə” və b. hekayələrindən ilk dəfə söhbət açılıb, məlumat verilir. Qeyd edək ki, yazıçının adı çəkilən povestini və “Ümid işıqları” hekayəsini ilk dəfə aşkara çıxarıb ədəbi ictimaiyyətə təqdim edən monoqrafiya müəllifi onların əhatəli təhlilini də vermişdir. Ə.Səbrinin bir sıra hekayələri uşaq ədəbiyyatımızın layiqli nümunələrindən də sayıla bilər ki, müəllif əsərdə bu məsələlərə də diqqət çəkib.
“Ədəbi-tənqidi və publisitik irsindən” adlı üçüncü fəsildə Əli Səbrinin həm də məharətli publisist olmasından, publisist və tənqidçi kimi fəaliyyətindən bəhs açılır. Ə.Səbrinin “Ə.Səb.”, “Ə.Səbri”, “Ə.Qasımov”, “Dağyuniszadə” (göründüyü kimi, bu imza Naxçıvan haqqındakı “Dağyunus” əfsanəsilə əlaqəli olaraq yaranmışdır – R.Q.), “Yəmut Elli” və b. imzalarla “Səda”, “İqbal”, “Yeni füyuzat”, “Məlumat”, “Yeni irşad”, “Açıq söz”, “Sovqat”, “Al bayraq”, “Azərbaycan”, “Gənclər yurdu” kimi qəzet və jurnallarda çıxış etmişdir. Müəllif tədqiqatları nəticəsində Əli Səbrinin indiyədək üzə çıxarılmayan, haqqında söz açılmayan publisist və tənqidi məqalələrindən də geniş bəhs edir, təhlillər aparır. Burada ədibin “Gizli həyat”, “İnsaf”, “Hümmət lazımdır”, ““Molla Nəsrəddin” məcmuəsi”, “Trabzon məktubları” və b. kimi məqalələrindən söhbət açılır. Əli Səbrinin “İnsaf” adlı məqaləsinin 1913-cü ildə “İqbal” qəzetində çap edilərək müəllimi, ustad ədəbiyyatşünas və maarifçi Firudinbəy Köçərlinin o zaman “Molla Nəsrəddin”də çap olunmuş, ziyalılar tərəfindən birmənalı qarşılanmayan və bəziləri tərəfindən narazılıq ifadə edilən məşhur “Ana dili” məqaləsi haqda Ə.S.İbrahimovun məqaləsinə cavab məqsədilə yazıldığı qeyd edilmişdir. Ə.Səbri məqaləsində müəllimi F.Köçərlinin mövqeyini birmənalı olaraq dəstəkləyir və onun haqlı mühakiməsinə dəstək ifadə edir. Ə.Səbrinin 1917-ci ildə “Açıq söz” qəzetində dərc olunmuş, Osmanlı türklərinə “Qardaş köməyi” tədbirlərindən bəhs edən “Trabzon məktubları” adlı silsilə məqalələrinin ilk dəfə tədqiqata cəlbi Azərbaycan-Türkiyə əlaqələrində naxçıvanlı ziyalıların rolunu araşdırmaq baxımından da zəngin material verir.
Əsərin “Tərcüməçilik fəaliyyəti” adlı dördüncü fəslində isə Əli Səbri Qasımovun tərcüməçi kimi faydalı fəaliyyəti və etdiyi qiymətli tərcümələrindən bəhs edilir. Müəllif özü də yazır ki, “istedadlı yazıçının tərcüməçilik fəaliyyəti indiyədək araşdırlmamış”dır, sadəcə bəzi tərcümələrinin adı çəkilmişdir.Uzunmüddətli tədqiqatlar aparan prof. Hüseyn Həşimli kitabın sonuncu fəslində Əli Səbrinin rus ədəbiyyatının klassikləri olan A.P.Çexovdan, L.N.Tolstoydan, V.İ.Dmitriyevadan, hind yazıçısı R.Taqordan, ingilis dramaturqu V.Şekspirdən, gürcü ədəbiyyatından və s. etdiyi tərcümələri araşdırır. Görünür ki, Ə.Səbri daha çox L.Tolstoy heyranı olmuş, daha çox bu görkəmli yazıçının əsərlərindən tərcümələr etmişdir. Onun R.Taqorun “Fəlakət” romanını, V.Şekspirin “Şıltaq qızın yumşalması” pyesini, Dmitriyevanın “Balaca və xallı” əsərini tərcümələri uğurlu tərcümə işi kimi diqqəti cəlb edir. “Balaca və Xallı” haqlı olaraq tərcümədən daha çox təbdil kimi qiymətləndirilir.
Beləliklə, Əli Səbri Qasımovun həyat və yaradıcılıq yolu haqqında bəhs olunan monoqrafiya yeni faktlarla zəngin elmi-tədqiqat əsəri kimi özünə dəyər qazanır. Bu əsərdə daha geniş, əhatəli və dəqiq şəkildə Əli Səbri Qasımovun portreti çəkilir və əzəmətli, mötəbər, dəyərli fəaliyyəti, çoxşaxəli yaradıcılığı təqdim edilir. Əminliklə deyə bilərik ki, dövriyyəyə buraxılan monoqrafiya geniş elmi ictimaiyyət tərəfindən məmnunluqla qarşılanacaq və ətrafına çoxsaylı mütaliəçilər toplayacaqdır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 697
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













