18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Ədəbiyyat İnstitutunun şöbələrinin növbədənkənar məzuniyyət dövründəki fəaliyyəti müzakirə edilib
Tarix: 28-04-2020 19:41 | Bölmə: Ədəbiyyat
Sabaha-inamla.Az
Baxış sayı: 1 193
Bölməyə aid digər xəbərlər
Tarix: 28-04-2020 19:41 | Bölmə: Ədəbiyyat
Aprelin 27-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.
İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Akademik İ.Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı mühüm işlər görüb. Dövlət başçısının koronavirus pandemiyasının respublikamızda yayılmasına qarşı müxtəlif istiqamətlərdə həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəmizin bu çətin sınaqdan uğurla çıxmasını təmin edib. Alimin sözlərinə görə, Azərbaycanda xəstəxanaların, sosial təcrid müəsisələrinin yetərincə olması, vaxtında zəruri izolyasiya tədbirlərinin görülməsi nəticəsində hazırda ölkəmizdə koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu çətin günlərdə həkimlərin böyük fədakarlıq nümayiş etdirdiyini deyən akademik İ.Həbibbəyli ədəbiyyatda pandemiya dövrünün gözəgörünməyən qəhrəmanları olan tibb işçilərinin obrazlarının yaradılması ilə yanaşı, Azərbaycan polisi haqqında da yeni əsərlərin yazılmasının vacibliyini vurğulayıb. O, dövlət başçısının xalqı öz ətrafında birləşdirmək məharətinin həm ədəbiyyatşünaslıqda, həm də publisistikada əksini tapmasının zəruriliyindən danışıb. Qeyd edib ki, bu çətin günlərdə ölkə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn şəkildə fövqəladə Zirvə görüşünün keçirilməsi bu istiqamətdə atılan ilk nümunəvi addım olub.
Akademik İsa Həbibbəyli, həmçinin xüsusi karantin dövründə öz fəaliyyəti ilə bağlı məlumat verib. O, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə keçirilən Türk Dünyası Elmlər Akademiyaları Birliyinin videokonfransında iştirak etdiyini, bundan başqa, Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfransda çıxış etdiyini bildirib. Alim ən qısa zamanda bu çətin və məsuliyyətli vəziyyətdən çıxaraq yenidən normal həyata qayıdacağımıza inamını ifadə edib.
O, pandemiya dövründə Ədəbiyyat İnstitutunun elmi tədqiqat şöbələrinin fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Bildirib ki, institut internet resurslarından istifadə etməklə öz işini koordinasiyalı şəkildə həyata keçirib, müəssisənin www.literature.az saytı operativ şəkildə əməkdaşların məqalələrini, zəruri elmi informasiyaları ictimaiyyətə çatdırıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, o cümlədən Əziz Mirəhmədov haqqında kitabın və Məhəmməd Hadi ilə bağlı məqalələrin toplanması işinin gedişatı barədə məlumat verib. Digər elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı isə “Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyası və Molla Pənah Vaqifin yaradıcılığından bəhs edən kitabın hazırlanması ilə bağlı görülən işlərdən danışıb. O, institut əməkdaşları ilə mütəmadi olaraq onlayn formada əlaqə saxlanıldığını və aparılan tədqiqatlarla bağlı hesabatların verildiyini diqqətə çatdırıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışının hazırlandığını qeyd edib. Elmi katib müəllifi olduğu Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında monoqrafiyanı tamamladığını və rəhbərliyin tapşırıqlarını lazımınca yerinə yetirməyə çalışdığını bildirib. Direktor müavini Rəşad Qasımov da karantin dövründə həyata keçirilən bir sıra işlər barədə məlumat verib.
Daha sonra müəssisənin Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov çıxış edib. O, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” jurnalının AMEA-nın Ədəbiyyat İnstitutu ilə birgə xüsusi buraxılışının nəşrə hazırlanmasının son vəziyyəti barədə fikirlərini bölüşüb. İnstitutun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyasının nəşrə hazırlandığını, həmçinin Əmir Xosrov Dəhləvi haqqında əsərin tamamlanmaq üzrə olduğunu bildirib.
Onlayn iclasda Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılışı üçün məqalələrin yazılması və redaktə olunması prosesindən danışıb. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov isə şöbə əməkdaşlarının çap olunmuş məqalələri və R.Taqor haqqında kitab barədə məlumat verib. Bundan başqa, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd Şamil Salmanovun seçilmiş məqalələrinin çapa hazırlandığını və digər redaktə işlərinin həyata keçirildiyini, filologiya elmləri doktoru Ataəmi Mirzəyev Məhəmməd Füzuli haqqında monoqrafiyanın üzərində işlərin yekunlaşdığını diqqətə çatdırıb.
İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli şöbəyə həvalə olunmuş “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında danışıb. O, bu il dramaturgiya ilə bağlı məruzə hazırladığını, eyni zamanda, müəllifi olduğu Əli İldırımoğlu haqqında kitabın çapa təqdim edildiyini və hazırda digər monoqrafiya üzərində işlədiyini bildirib. Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd şöbənin hazırladığı “Molla Nəsrəddin” ensiklopediyasının son redaktə işləri, yeni çap olunmuş “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi, həmçinin özünün müəllifi olduğu romanlardan bəhs edib.
Sonra institutun nəzdindəki Dissertasiya şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı çıxış edərək şuranın fəaliyyəti və üzərində işlədiyi kitablar barədə məlumat verib. Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova isə çıxışında müəssisənin “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışının nəşrə hazırlanmasından danışıb. Alim Nəvai Dövlət Pedaqoji İnstitutunda keçirilən “Təhsildə müəllim-tələbə sistemi keyfiyyət və səmərəliliyin qarantıdır” və Buxara Dövlət Universitetində təşkil olunan “Müasir filologiyada inteqrasiya prosesləri” adlı elmi konfranslarda onlayn iştirak etdiyini diqqətə çatdırıb.
İclasda, həmçinin Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması vəziyyətindən bəhs edib.
Daha sonra filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva, Xanım Zairova, Töhfə Talıbova, Şükufə Vəliyeva, o cümlədən İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Qasımlı və direktor köməkçisi Pənah Hacıyev karantin dövründəndəki fəaliyyətləri ilə bağlı məlumat veriblər.
Sabaha-inamla.Az
Baxış sayı: 1 193
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













