18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
HAQQ MƏNƏM-Sehranə Kasimi
Tarix: 28-11-2019 04:12 | Bölmə: Ədəbiyyat

Deyilənə görə hələ dil ünsiyyəti yaranmamışdan öncə milyon illər əvvəl “teatr” mövcud imiş.
Qədim türk inanclarına görə çirki üç şey təmizləyə bilərmiş: Su, Od, Torpaq. Ayrı ayrılıqda bunların hər üçü ilə bağlı türkdilli xalqlar arasında oyun- tamaşaların olduğu bəllidir. Türklər öz miflərində, əsatirlərində, həyat tərzlərində bu təfəkkür dərkinin onlarca oyununu yaratmış və yaşatmışlar.
İyirminci əsrin görkəmli tarixçisi və mədəniyyətşünası, Hollandiya alimi Yohan Heyzinqa dünya humanist düşüncəsinin nadir əsərlərindən sayılan "Homo Ludens" ("Oynayan insan") kitabında oyun fenomenini, anlayış və funksiyasını, əhəmiyyətini ətraflı şəkildə təhlil etmişdir. Mütəfəkkirin düşüncəsinə görə:teatr - "oyun mədəniyyətdən qədimdir" postulatından başlayır.
Eramızdan əvvəl hələ Aristotel demişdir: "ciddi olmaq istəyirsənsə, oyna”...
Lakin bizim məqsədimiz qədim və antik dövr deyil,müasir teatr haqqında, xüsusilə də İrəvan teatrı haqqında fikir bildirməkdir...
Yaradılan gündən İrəvan teatrı realist aktyor məktəbinə üstünlük vermişdir. Ayrı ayri illərdə teatrda qısa və ya uzun müddətdə işləyən aktyorların əksəriyyəti kollektivin yaradıcılıq salnaməsinə dəyərli töhvələr vermişlər. Təkcə Əli Zeynalovun adını çəkmək kifayət edər ki, İrəvan Dövlət Teatrının fəaliyyət zənginliyini sübut etsin. Lakin daha öncəyə nəzər salsaq, yarandığı 1880 illərdən başlayaraq İrəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutduğunun şahidi olarıq. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan teatrını iki mərhələdə təqdim etmək olar. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. İkinci mərhələni isə kollektivin Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib.
Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş İrəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlannda meydan tamaşaları, "Kosa-kosa", "Qaravəlli" və müxtəlif mərasim oyunları göstərilirdi. 1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlamışdır. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur.
Görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər Seminariyasının müəllimi Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayır. Onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşir. İrəvan teatr həvəskarları tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (21 mart 1888), "Müsyö Jordan və dərviş Məstəli şah" (4 aprel 1890), "Hacı Qara" (20 oktyabr 1894), Rzayevin "Könülsüz nikah" (17 fevral 1890), Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" (10 may 1892), "Qırt-qırt" (30 noyabr 1893), Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" (7mart 1895) pyesləri tamaşaya hazırlanır. Tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları Təkinskilər, Qazıyevlər, İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstərirlər.
1928-ci il mart ayının 15-də "İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə" dövlət qərar verir. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılır. Truppanın əsasını yerli həvəskarlar təşkil edir və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunurlar. İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Jan Batist Molyerin "Zorən təbib" komediyası seçilir. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilir. Bununla da İrəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədii estetik cəhətdən daha sanballı mərhələsi başlanır.
On il ərzində teatr Cəfər Cabbarlının "Aydın" (14 avqust 1928), "Sevil" (16 dekabr 1929), "Almaz" (14 noyabr 1934), "Yaşar" (1934), "1905-ci ildə" (13 may 1935), "Od gəlini" (1936), tərcümə edilmiş "Pepo" (31 yanvar 1930), Anatoli Qlebovun "İnqa" ("İncə" adı ilə. 7 noyabr 1930), Aleksandr Şirvanzadənin "Namus" (25 dekabr 1934), sovet ideologiyasından bəhs edən Aleksandr Korneyçukun "Platon Kreçet" , Boris Lavrenyovun "Hücum" əsərlərini maraqlı quruluşlarda oynayır....
İrəvan Dövlət Azərbaycan Dram Teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki mərhələyə bölünür: adını daşıdığı şəhərdəki fəaliyyəti (1967-1988); ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri vəhşi soyqırıımından sonra teatrın İrəvanı tərk edərək Bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər).
İrəvan teatrı 1967-1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub. Bu məqsədlə teatr vaxtaşırı Azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlanna inandığı həm təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib.
İrəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə teatrın direktoru Hidayət Orucov əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. İrəvan DADT 1978-ci ildə Bakıda qastrolda olmuşdur.
Bakı dövründə ilk illər ciddi maddi və yaradıcılıq çətinlikləri ilə yaşayan İrəvan DADT 1989-1994-cü illərdə Xırdalan şəhərində mədəniyyət sarayında məskunlaşdı. 1994-cü ildə isə Hüseynqulu Sarabski adına mədəniyyət evinə köçmüşdür...
2000 – ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə İftixar Piriyev təyin olunmuşdur.
Onu da qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilmişdir.Bununla əlaqədar olaraq, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Haqq mənəm” layihəsi çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birgə hazırladığı tamaşa səhnələşdirilmişdir.
2019-cu il noyabrın 19-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində dramaturq İftixar Piriyevin “Haqq mənəm” pyesi əsasında hazırlanan yeni tamaşanın, ikihissəli tarixi elegiyanın premyerası uğurla oynanıldı. Layihənin müəllifi deyir: “Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsimi ili” çərçivəsində ölkəmizdə və ölkədən kənarda həyata keçirilən bir-birindən maraqlı tədbirlər sırasında teatrımızın xalqımıza layiqli sənət töhfəsi olacaqdır.”
“Haqq mənəm” tamaşasının nümayişi anşlaqla keçmiş və tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanmışdır.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Tamaşadan sonra İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva çıxış edərək demişdir: “İrəvan teatrının kollektivi bütün yaradıcılıq tarixi boyu - həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir.İrəvan teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə həyata keçirdiyi bu tədbir “2019 - Nəsimi ili” çərçivəsində teatr tariximizdə yeni parlaq səhifə kimi qalacaqdır.”
Qonaqlar arasında görkəmli Azərbaycan ziyalısı, şair-dramaturq, publisist, əməkdar incəsənət xadimi Hidayət Orucov da var idi.
Şəxsən bu tamaşanın premyerasında iştirak etmək bizə də nəsib oldu. Ən azı bu səbəbdən,elegiya – tamaşa haqqında bir söz söyləməmək insafsızlıq olardı. “Haqq mənəm” tamaşası adından göründüyü kimi, Nəsimi dühasına həsr olunmuşdur.
Nəsiminin ruhunu, cahana sığmayan haqq dünyasını qəhrəmanımız – Nəsimi obrazının ifaçısı Natiq Həziyev nə dərəcədə canlandıra bildi? Tamaşanın anşlaqla keçməsi bu sualın cavabıdır. Səs tembri və kədərli üz ifadəsi qəhrəmanımızın uğuru idi. Hətta, ən bəyəndiyimiz hissələrdən biri, “Nəsiminin” zümzümə etdiyi, oxuduğu “Segah” muğamı oldu. “Haqq mənəm”düzgün tərtibatla və səliqəli quruluşla səhnələşdirilmişdi. Musiqi tərtibatı mükəmməl idi, belə ki dərviş səhnələri tamaşanın kulminasiyası idi desək, yanılmarıq.
Bunu da vurğulamalıyıq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyor truppası yaradıcı və istedadlı heyətdən ibarətdir. Teatrı, başda İftixar Piriyev olmaqla, təbrik edirik! Azərbaycan mədəniyyətinə verdikləri töhvəyə görə,truppanın hər bir heyətinə ayrı – ayrılıqda təşəkkürümüzü bildiririk!
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasimi
26.11.2019. Bakı

Baxış sayı: 1 865
Bölməyə aid digər xəbərlər
Tarix: 28-11-2019 04:12 | Bölmə: Ədəbiyyat

Deyilənə görə hələ dil ünsiyyəti yaranmamışdan öncə milyon illər əvvəl “teatr” mövcud imiş. Qədim türk inanclarına görə çirki üç şey təmizləyə bilərmiş: Su, Od, Torpaq. Ayrı ayrılıqda bunların hər üçü ilə bağlı türkdilli xalqlar arasında oyun- tamaşaların olduğu bəllidir. Türklər öz miflərində, əsatirlərində, həyat tərzlərində bu təfəkkür dərkinin onlarca oyununu yaratmış və yaşatmışlar.

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR