Bütün xəbərlər
Putin Trampı qiymətləndirməkdən imtina etdi
Tarix: 04-12-2025 20:40 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev Prezidenti Donald Trampı qiymətləndirməkdən imtina edərək, bu cür qiymətləndirmələrin seçicilərdən gəlməli olduğunu vurğuladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı "India Today" televiziya kanalında verdi.
Rusiya lideri bir gün əvvəl, 3 dekabrda Kremldə jurnalistlərlə danışdı.
"Bilirsiniz, mən heç vaxt həmkarlarımı qiymətləndirmirəm. Hətta keçmişdə birlikdə işlədiyim insanları və xüsusən də hazırkı dövlət başçılarını. Bu cür qiymətləndirmələri öz liderini seçən ölkə vətəndaşları etməlidir", - deyə, Putin izah etdi.
Bir müddət əvvəl hindistanlı jurnalist Geeta Mohan Rusiya prezidentinin Tramp haqqında etiketləmədən danışacağını açıqlamışdı.
Putin Hindistanda dövlət səfərindədir. Onu yeddi nazir, eləcə də Mərkəzi Bankın sədri Elvira Nabiullina müşayiət edir.




Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər