Bütün xəbərlər
12 yaşlı oğlanın qatilində şübhəli bilinən şəxs ölü tapılıb
Tarix: 04-12-2025 20:45 | Bölmə: Digər

12 yaşlı qardaşı oğlunun qətlində ittiham olunan kişinin cəsədi Simferopol yaxınlığında tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krım üzrə mətbuat xidməti məlumat verib.
Cinayət 2 dekabr çərşənbə axşamı gecəsi Russki küçəsindəki şəxsi evdə baş verib. Müstəntiqlərin sözlərinə görə, 27 yaşlı əmisi oğlanı mətbəx baltası ilə öldürüb, anasını və 6 yaşlı qardaşını yaralayıb və sonra qaçıb.
"Əməliyyat və istintaq tədbirləri çərçivəsində Simferopol rayonunun Zalesye kəndi yaxınlığında ağır cinayətdə şübhəli bilinən şəxsin cəsədi aşkar edilib", - deyə, idarənin Telegram kanalında bildirilib.
Hadisənin təfərrüatları və halları araşdırılır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər