18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
Həsən müəllim onu deyib gələnləri geri qaytarmaz, əlindən gələni eləməyə çalışardı-Bu gün alim, ictimai xadim mərhum Həsən Mirzəyevin doğum günüdür!
Tarix: 26-11-2019 23:27 | Bölmə: Ədəbiyyat

O, çox xoşbəxt insanlardan idi ki, həm dövlət nümayəndələri, həm də xalq arasında böyük nufuza malik idi
Ömür hər insana verilir, amma bu ömrü fürsət bilib həyatdakı ictimai yükünü düzgün müəyyən etmək, cəmiyyət üçün mümkün dərəcədə yararlı olmaq hər insana nəsib olmur. Bu mənada Həsən müəllim ictimai fəaliyyətinin bütün mərhələlərini elinə-obasına, xalqının elmi-mədəni, ictimai-siyasi həyatına həsr etməkdən yorulmayan, bu mübarizənin çətinliyindən bircə an da usanmayan ziyalılardan olmuşdur.
Tələbəlik illərində hörmət bəslədiyim, varlığıyla fəxr etdiyim müəllimlərim az olmamışdı. Lakin Həsən müəllimi çoxlarından fərqləndirən fərdi keyfiyyətləri: ciddiyyəti ilə yanaşı qayğıkeşliyi, canıyayanlığı, onlarla savadlı tələbənin arasından gələcəyin layiqli mütəxəssisini görüb qiymətləndirmək və irəli getməsinə şərait yaratmaq bacarığı hər insanın işi deyildi.
Həsən müəllim bir çoxları kimi qazandığı ictimai-siyasi vəzifələrdən və böyük nüfuzundan yalnız özü və ailəsi üçün istifadə eləmirdi. Heç zaman unutmaram: 1997-ci ilin iyun ayı idi. İlk dəfə magistraturaya qəbul imtahanları keçirilirdi. Üç yerə yeddi nəfər sənəd vermişdi. Hamısı da var qüvvəsiylə özünü elmə həsr etməyə can atan gənclər idi. Həsən müəllim bütün gücü ilə çalışırdı ki, hamımızı magistraturaya qəbul elətdirsin. İmtahanın nəticələrinə görə mən və bakalavrı fərqlənmə diplomu ilə bitirən digər iki yoldaşım nazirlik tərəfindən ayrılan üç yerə qəbul olunduq. Digər dörd yoldaşımızı magistraturaya qəbul elətdirmək üçün Həsən müəllim Təhsil Nazirliyinə müraciət etdi. Özü şəxsən nazirin qəbulunda oldu və xeyli çalışdıqdan sonra əlavə üç yer də aldı. Yalnız bir yoldaşımız həmin il magistraturaya qəbul ola bilmədi. Həsən müəllim növbəti il o yoldaşımıza da köməklik göstərəcəyinə söz verdi. Düzü, çoxlarına inandırıcı gəlmirdi. Çünki o qədər işin arasında universiteti bitirib rayona qayıdan tələbəni bir il sonra xatırlayıb geri gətirmək o qədər də ağlabatan iş kimi görünmürdü. Lakin Həsən müəllim verdiyi sözü unutmadı. Növbəti il hələ qəbula bir neçə ay qalmış yoldaşımıza zəng vurub Bakıya çağırdı və imtahan üçün lazımi təlimat verdi. Beləliklə, ikinci il yeddinci yoldaşımız da magistraturaya daxil oldu. Hazırda həmin gənclərin dördü filologiya üzrə fəlsəfə doktoru, dosentdir, elmlər doktorluğu dissertasiyası üzərində işləyir, üçü isə məktəb direktoru kimi fəaliyyət göstərir.
Magistraturanı bitirəndən sonra elmi fəaliyyətimi davam etdirmək istəyirdim. Doğrusu, tam olaraq nə etməli olduğumu hələ dəqiq müəyyənləşdirə bilməmişdim. Avqustun axırları idi.Universitetin girişində dayanıb gözləyirdim. Yaxın qohumlarımdan biri iş məsələmə kömək göstərəcəyinə söz vermişdi. Birdən Həsən müəllim içəri daxil oldu. Məni görüb dayandı. Salamlaşıb hal-əhval tutdu və nə işlə məşğul olduğumu, elmi fəaliyyətimi davam etdirib-etdirməyəcəyimi soruşdu. “İstəyirəm,- dedim,- ona görə gəlmişəm”. “Yaxşı, gəl ərizəni yaz, görək neyləyə bilirik”,- dedi. Elə o gün də məni kafedrada boş olan müəllim yerinə işə götürmək üçün rektorun razılığını aldı və mən unuversitetimizin tarixində magistraturanı bitirdiyi il kafedrada müəllimlik fəaliyyətinə başlayan ilk məzun oldum.
Həsən müəllim olduqca qaynar təbiətli, bəzən bir qədər emosianal insan idi. Onun səssiz gəlişini təsəvvür etmək mümkün deyildi. Həmişə dəhlizdə ətrafına toplaşar, söhbət edər, dərdləşər, məsləhətləşərdilər. Üçüncü mərtəbəyə qalxanadək bəzən saatlarla vaxt keçərdi. Gördüyü işə görə heç bir təmənna güdməzdi. Dəfələrlə şahidi olmuşam ki, kimsə bir hədiyyə gətirəndə apar başqa ehtiyaclarını həll et. Mənə sağ olun bəsdir,- deyər, qarşılıq gözləməzdi. O, şeirə, sənətə, aşıq yaradıcılıgına hədsiz bağlı idi. Tez-tez tanınmış aşıqları universitetə dəvət edər, maraqlı məclislər təşkil edərdi. Özü də onlarla bərabər şeir deyər, saz çalar, deyişərdi. Əminliklə deyə bilərəm ki, mənim və onlarla başqalarının aşıq və el sənətkarlarının yaradıcılığına sonsuz məhəbbətimiz mərhum Həsən müəllimlə Mürsəl Həkimovun sayəsində yaranmışdı.
İkinci kursda oxuyarkən bizi Təbrizə aparmışdılar. Az-çox həyatı dərk etməyə başladığım dövrlərdən həsrətini çəkdiyim, görmək arzusunda olduğum doğma Təbrizdə nələrlə qarşılaşacağım məni çox düşündürür və həyəcanlandırırdı. Bəlkə, elə bu səbəbdən də gördüyümüz hər şey, gəzdiyimiz hər yer beynimə ən xırda incəliyinə qədər həkk olunmuşdu. Amma bu unudulmaz xatirələr içərisində ən təsirlisi Həsən müəllimin odlu-alovlu çıxışları, tarixi keçmişimizə, ədəbiyyat və mədəniyyətimizə, xalqımızın uzunəsrlik siyasi mərhumiyyətlərinə aid cəsarətli söhbətləri olmuşdu. O zaman hələ Həsən müəllim bizə dərs demirdi. Haqqında eşitdiyim bütün yüksək fikirlərə baxmayaraq, Həsən müəllimi vətənpərvər ziyalı və şəxsiyyət kimi yaxından məhz Təbrizdə tanıdım. Sonralar dəfələrlə qəlbi vətən həsrəti ilə döyünən, Təbriz, Kərkük, Dərələyəz, Göyçə, Zəngəzur, Qarabağın... dərdlərini içində nisgilə çevirən bu böyük insanın vətənpərlik nümunəsi olan çıxışlarının şahidi oldum. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı aparılan təbliğat kampaniyalarının gedişində ona olan böyük etimadın səbəbini daha aydın dərk elədim. Həsən müəllim onu deyib gələnləri geri qaytarmaz, əlindən gələni eləməyə çalışardı. O, çox xoşbəxt insanlardan idi ki, həm dövlət nümayəndələri, həm də xalq arasında böyük nufuza malik idi. Dəfələrlə ən müxtəlif orden və medallarla, müxtəlif fəxri adlarla təltif olunmuş, “Şöhrət” ordeni və “Tərəqqi” medalına layiq görülmüşdü.
O, xalqımızın sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni problemlerinə yaxından bələd olan və bu problemlərin həlli sahəsində bütün gücü ilə çalışan şəxsiyyətlərdən idi. Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, bir çox elmi, ictimai-siyasi qurumların üzvü kimi fəaliyyət göstərdiyindən hər gün yanına ən müxtəlif peşə və təbəqələrin nümayəndəsi olan onlarla insan gələr, Həsən Mirzəyevdən yaşından, mövqe və vəzifəsindən asılı olmayaraq hörmət və qayğı görərdilər. Heç zaman haqqı nahaqqa verməz, günahkarı səhvini başa düşənə qədər bağışlamazdı.
Milli Məclisdəki cəsarətli çıxışları, bir çox haqlı tələbləri ilə çoxlarının yaddaşına həkk olunan bu böyuk şəxsiyyətin qədim türk yurdu olan Qərbi Azərbaycanın, xüsusən Dərələyəz mahalının dilçilik və folklor materiallarının toplanıb nəşr edilməsində, qədim yer-yerd adlarımızın tarixə çevrilməsində rolu danılmazdır. Hər bir informatoru diqqətlə dinləyən, heç bir kiçik faktı nəzərdən qaçırmayan Həsən müəllim bu sahədə nəşr etdirdiyi onlarla elmi məqalə və kitabları ilə öz vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirmiş, təkcə elmi deyil, ciddi tarixi - siyasi əhəmiyyətli işin öhdəsindən gələ bilmişdi.
Cəsarətlə deyə bilərəm ki, Həsən Mirzəyev Tanrının sevib-seçdiyi bəndələrdən idi. Yaşına uyğun olmayan çevikliyə, tükənməz enerjiyə malik olan bu insan başladığı işi heç vaxt yarımçıq qoymaz, işləməkdən yorulmaz, işçilərindən də məhz belə olmağı tələb edərdi. Bütün müsbət cəhətləri ilə yanaşı, ən yaxşı keyfiyyətlərindən biri də səxavətliliyi idi. Bircə tikəsini də tək yeməz, təsadüfən süfrə üstünə gəlib çıxanları heç yerə buraxmazdı. Sanki Allahın verdiyi ruzini Allahın bəndələri ilə bölməyi özünə borc bilərdi. Rəhbərlik etdiyi kafedrada elə sağlam və doğma mühit yaratmışdı ki, çoxları bu işgüzarlıq və səmimiyyətə həsəd aparar, bunu açıq söyləməkdən çəkinməzdi. Hər bir kafedra əməkdaşının şəxsi problemləri ilə yaxından maraqlanar, kollektiv üzvlərinin bir-birinə diqqət və qayğı göstərməsinə şərait yaradardı. Anadan olmasının səksən beş illiyi qeyd olunarkən coxsaylı yüksək vəzifə sahiblərinin iştirakına baxmayaraq, Həsən müəllim öz kollektivini bircə an da diqqətdən kənarda qoymur, hər kəslə ayrı-ayrılıqda xatirə şəkilləri çəkdirir, rəqs edir və məclisi daha da canlandırırdı. Son günlərinə qədər dəfələrlə evində ən müxtəlif “bəhanələrlə” məclislər təşkil etdirər, kafedra üzvlərini bir araya toplayardı. Sevindirici haldır ki, Onun qoyduğu bu müsbət ənənələr kafedrada bu gün də davam etdirilir. Həsən müəllimin əziz xatirəsi hər birimizin qəlbində yaşayır və əbədi yaşayacaq. Belə bir şəxsiyyətin rəhbərlik etdiyi kafedranın yetişdirməsi olduğum üçün fəxr edir, Həsən müəllimə Allahdan rəhmət diləyirəm. Onun adı Azərbaycanın elmi-pedaqoji, ictimai-siyasi fikir tarixində əbədi yaşayacaq.
Ruhu şad olsun!
ADPU-nun dosenti, filologiya üzrə
fəlsəfə doktoru Yeganə Qəhrəmanova

Baxış sayı: 1 285
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR