Bütün xəbərlər
NBC: Tramp ABŞ-a köçürülən Kseniya Karelina ilə görüşəcək
Tarix: 05-05-2025 21:44 | Bölmə: Dünya

Bazar ertəsi, mayın 5-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiyada vətənə xəyanətdə təqsirli bilinən və məhbus mübadiləsi çərçivəsində ABŞ-a köçürülən rus-amerikalı balerina Kseniya Karelina ilə görüşəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə NBC telekanalı Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
“Tramp bu gün Ağ Evdə rus əsilli amerikalı balerina Kseniya Karelina ilə görüşəcək”, - NBC xəbər verir.
Bundan əvvəl Rusiya FSB-si ABŞ-ın tələbi ilə Kiprdə saxlanılan Rusiya vətəndaşı Artur Petrovun Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə Karelina ilə dəyişdirildiyi barədə məlumat yayıb. Rusiya və Amerika vətəndaşlığına malik olan Karelina xarici dövlətə maliyyə yardımı göstərmək şəklində vətənə xəyanətdə təqsirli bilinərək ümumi rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ilin aprelində Rusiya Federasiyasının Prezidenti onun əfv edilməsi haqqında fərman imzalayıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər