17:37 / 14-09-2026
Ər arvadını boğub
Bütün xəbərlər
Hollandiyada 150 sərnişin daşıyan qatar yük maşını ilə toqquşub
Tarix: 14-09-2026 17:25 | Bölmə: Dünya


Hollandiyanın Ermelo şəhərində təxminən 150 nəfəri daşıyan sərnişin qatarı yük maşını ilə toqquşub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Omroep Gelderland" televiziya kanalı məlumat verib.
Hazırda üç nəfərin - iki qatar sərnişininin və yük maşını sürücüsünün yaralandığı bildirilir.Sonuncu xəstəxanaya aparılıb.
Vurğulanır ki, hadisə yerli vaxtla təxminən saat 10:00 (Moskva vaxtı ilə saat 11:00 - Redaktorun qeydi) baş verib. Yük maşını böyük beton bloklar daşıyırdı. Toqquşmadan sonra sərnişinlər təxliyə edilib.Qəzanın səbəbi hələ müəyyən edilməyib.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər