Bütün xəbərlər
Məşhur hind yazıçısının həyat yoldaşı meymunun hücumundan öldü
Tarix: 22-09-2026 17:03 | Bölmə: Dünya


 NDTV-nin məlumatına görə, Hindistanın Karnataka əyalətində yaşlı bir qadın meymunun hücumundan bir gün sonra öldü.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meymun ona həyətində hücum etdi.Qurbanın məşhur yazıçı M.S.Savaddati-nin həyat yoldaşı Nəcəmunnisa Bequm olduğu müəyyən edildi.
Nəcəmunnisa evinin həyətində gəzərkən meymun ona hücum edərək onu yıxdı.Qadın yıxılarkən başından xəsarət aldı və xəstəxanaya yerləşdirildi.
Lakin xəsarət həkimlərin düşündüyündən daha ciddi oldu.Yaşlı qadın bir gün sonra öldü.
Meymunlar insanlar üçün əsas təhlükələrdən biridir.Bu yaxınlarda Rusiyanın Hindistandakı səfirliyi hətta rusiyalı turistlərə meymunlara gülümsəməmək barədə xəbərdarlıq da edib.




Baxış sayı: 12


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb