Bütün xəbərlər
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
Tarix: 01-10-2026 19:19 | Bölmə: Dünya

 İran vasitəçilər, Qətər və Pakistan vasitəsilə ABŞ ilə münaqişənin həlli üçün öz variantlarını təklif edib. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bunu "Vesti" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, bu təkliflərə yeddi günlük həll planı daxildir.
"Biz bu müharibənin bütün cəbhələrdə sona çatması, bloklanmış əmlakın azad edilməsi, blokadanın qaldırılması və daha çox şey üçün obyektiv zəmanətlər tələb edirik.İran İslam Respublikasının irəli sürdüyü təşəbbüsə əsasən, əgər Amerika tərəfi bütün öhdəliklərini yerinə yetirərsə, onda biz Hörmüz boğazını açmağa və razılaşma çərçivəsində danışıqlara başlamağa hazırıq".
O, BİLDİRİB.
Əvvəllər İran xarici işlər nazirinin müavini ABŞ ilə danışıqlardakı irəliləyişi qiymətləndirmişdi.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb