Bütün xəbərlər
Makron Britaniyanı AB-yə geri dəvət etdi
Tarix: 30-09-2026 20:58 | Bölmə: Karusel


Fransa Prezidenti Emmanuel Makron Madriddə keçirilən mətbuat konfransında Britaniya Baş naziri Endryu Börnemin Birləşmiş Krallığın Avropa Birliyinə mümkün qayıdışı ilə bağlı dediklərinə cavab verdi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançeslə keçirilən mətbuat konfransı Yelisey Sarayının sosial mediasında yayımlandı.
Börnem daha əvvəl ölkənin AB-dən çıxmasının miqrasiya üzərində nəzarəti zəiflətməklə faydadan daha çox zərər verdiyini bildirmişdi və geri dönüş ehtimalını istisna etməmişdi.Makron bu açıqlamaları şərh edərkən mümkün qərarı alqışladı.
"Xoş gəlmisiniz! Düşünürəm ki, bu, həm ölkəsi, həm də avropalılar üçün çox yaxşı xəbər olardı".
MAKRON MADRİDDƏ KEÇİRİLƏN MƏTBUAT KONFRANSIDA BİLDİRİB.
Fransa lideri həmçinin qeyd etdi ki, Brüssel Londonun sərhədlərindən kənarda AB ilə münasibətlər qurmağa çalışarkən üzləşdiyi məhdudiyyətləri görür.
"Çünki birliyin sizə uyğun olan azadlıqlarını seçə bilməzsiniz və yalnız faydalı olanı götürüb qalanını atmaq qərarına gələ bilməzsiniz.Ona görə də geri qayıdın".
MAKRON ƏLAVƏ ETDİ.
Bundan əvvəl Britaniyanın Baş naziri Börnhem Brexiti krallıq üçün zərərli adlandırmışdı.




Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
27-09-2026, 21:15 Turist itkin düşüb