Bütün xəbərlər
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
Tarix: 01-10-2026 18:31 | Bölmə: Dünya


 ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi.
  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu "Time" jurnalına verdiyi müsahibədə bildirib.
Ağ Ev rəhbəri həmçinin qeyd etdi ki, ABŞ son altı ay ərzində silah ehtiyatlarını aktiv şəkildə artırır.
Aralıq konqres seçkiləri 2026-cı ilin noyabr ayında keçiriləcək.Nəticələrə əsasən, ABŞ Nümayəndələr Palatasında 435 yerin hamısı və Senatdakı bəzi yerlər yenidən seçiləcək. Yeni Konqres 2027-ci ilin yanvar ayında fəaliyyətə başlayacaq.
Daha əvvəl "The Wall Street Journal" qəzeti Trampın noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İranı bombalamağa davam etmək niyyətini köməkçilərinə bildirdiyini və Tehranın təklif etdiyi yeddi günlük atəşkəsi rədd etdiyini bildirmişdi.
Kvinnipiak Universitetinin məlumatlarına görə, amerikalıların yarıdan çoxu ara seçkilərdən sonra Demokratların Nümayəndələr Palatasında çoxluq qazanmasını istəyir.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb