21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
Tarix: 01-10-2026 16:58 | Bölmə: Cəmiyyət


 Kiyev yaxınlığında raket və dron istehsal edən Ukraynanın Fire Point şirkətinin ortaq sahibi Denis Ştilermana qarşı sui-qəsd cəhdi edilib. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bir neçə Ukrayna media orqanı və bloger məlumat verib.
İlkin məlumatlara görə, Ştilerman yüngül yaralanıb və mühafizəçisi öldürülüb. Ştilerman daha sonra sosial mediada onun və ya mühafizəçilərinin ölümü ilə bağlı şayiələrin "bir az şişirdildiyini" yazıb.
Lakin o, sui-qəsd cəhdi xəbərlərini təkzib etməyib.
Fire Point, dron və kruiz raketlərinin istehsalında ixtisaslaşmış Ukraynanın özəl müdafiə şirkətidir. 2022-ci ildə qurulan şirkət, 2024-cü ilin sonunda Ukrayna Müdafiə Nazirliyinin ən böyük podratçılarından birinə çevrildi.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib