Bütün xəbərlər
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
Tarix: 29-09-2026 17:23 | Bölmə: Dünya


 Çin məhkəməsi Quansi Çjuan Muxtar Rayonu Xalq Siyasi Məşvərət Konfransının keçmiş sədr müavini Penq Syaoçunu ölüm hökmünə məhkum etdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, o, 39 milyon dollar (263 milyon yuandan çox) rüşvət almaqda günahkar bilinib.
Müstəntiqlərin sözlərinə görə, Penq Syaoçun 2006-cı ildən 2025-ci ilə qədər Çinin Quansi Çjuan Muxtar Rayonunda rəhbər vəzifələrdə çalışıb. Maddi təzminat müqabilində o, fərdlərə və təşkilatlara müqavilələrin bağlanmasında, vəsaitlərin paylanmasında və layihələrin təsdiqlənməsində kömək edib.
CCTV cəzanın iki il müddətinə təxirə salındığını aydınlaşdırıb.
Avqust ayında Hubei əyalətinin keçmiş qubernatorunun 104 milyon dollar rüşvət aldığına görə edam cəzasına məhkum edildiyi bildirildi.




Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb