17:37 / 14-09-2026
Ər arvadını boğub
Bütün xəbərlər
ABŞ İranla müharibənin Vaşinqtona nə qədərə başa gəldiyini açıqladı
Tarix: 15-09-2026 18:10 | Bölmə: Dünya


İranla müharibə ABŞ büdcəsinə 33 milyard dollardan çox başa gəldi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Müfəttişi bunu Konqresə təqdim etdiyi rəsmi hesabatda açıqladı, "CBS News" xəbər verir.
Konqresə təqdim etdiyi hesabatda baş müfəttiş Epik Qəzəb Əməliyyatının 28 fevraldan 30 iyuna qədər təxminən 33,4 milyard dollara başa gəldiyini bildirdi.
Vəsaitin əksəriyyətinin - 22,3 milyard dolların - sursata xərcləndiyi göstərildi. Buraya digər qurumların Yaxın Şərqdən insanları təxliyə etmək və İranın zərbələri nəticəsində zədələnmiş diplomatik obyektləri bərpa etmək üçün xərclədiyi yüz milyonlarla dollar daxil deyildi.
Lakin iyul ayında ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, həmin vaxta qədər İrana qarşı hərbi əməliyyatın ABŞ-a dəyən ziyanı təxminən 37,5 milyard dollar təşkil edib.
"Reuters" agentliyinin məlumatına görə, Tramp administrasiyası təkcə müharibənin ilk altı gününün dəyərini ən azı 11,3 milyard dollar qiymətləndirib.
ABŞ və İsrail İrana qarşı müharibəyə 28 fevralda başlayıblar.İranın böyük şəhərləri vurulub və ölkə rəhbərliyindəki əsas şəxslər öldürülüb. İran İsrailə və ABŞ-ın bölgədəki hərbi infrastrukturuna qarşı cavab zərbələri endirməyə məcbur olub.
İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin razılaşma gözlənilən nəticələri verməyib; münaqişə davam edir.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər