Bütün xəbərlər
Taylandda daşqın nəticəsində ölənlərin sayı 40-a çatıb
Tarix: 30-09-2026 19:37 | Bölmə: Dünya

 Taylandda kütləvi daşqınlar nəticəsində ölənlərin sayı 40-a çatıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti rəsmi hökumət məlumatlarına istinadən məlumat yayıb.
Mövsümi musson yağışlarının yaratdığı fəlakət 2,6 milyondan çox sakinə təsir edib. Daşqınlar təxminən 2700 kvadrat kilometr ərazini əhatə edib və ən ağır vəziyyət krallığın mərkəzi əyalətlərində baş verib.
Yüz minlərlə ev təsərrüfatına təsir edən daşqınlar səbəbindən əvvəllər fəlakət vəziyyəti elan edilmiş Banqkokda sular əsasən azaldı, lakin bir neçə küçədə nəqliyyatın hərəkəti çətin olaraq qalır.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb