20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
Tarix: 16-09-2026 21:16 | Bölmə: Dünya

 Fransa Prezidenti Emmanuel Makron hökuməti yanacaq təchizatı və qiymət nəzarəti məsələlərində "tam səfərbər olmağa" çağırdı.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti kabinet sözçüsü Maud Brejona istinadən məlumat verib.
Hazırda "neft emalı zavodları üçün sistemi yumşaltmaq" məqsədilə Avropa səviyyəsində yanacaq tənzimlənməsində daha çox çeviklik ehtimalının araşdırıldığı bildirilir.
Kabinet sözçüsünün sözlərinə görə, əksəriyyəti TotalEnergies şəbəkəsinə aid olan yanacaqdoldurma məntəqələrinin təxminən 10%-i "ən azı bir növ yanacaq" ilə təchizat çətinliyi yaşayır.
O, həmçinin qeyd edib ki, logistika şəbəkələri heç bir qeyri-adi çətinlik yaşamır, lakin hakimiyyət orqanları beynəlxalq təchizatların səfərbərliyini artırır.
"Həmçinin sizi əmin etmək istərdim ki, təchizat zəncirləri normal vəziyyətlə müqayisədə heç bir qeyri-adi çətinlik yaşamır və beynəlxalq çatdırılmalarda xüsusilə güclü artım müşahidə olunur".
BREJON SÖYLƏDİ.
10 sentyabrda bildirildi ki, Finlandiya nəqliyyat şirkətləri hökumətdən dizel yanacağının qiymətlərinin kəskin artmasına cavab olaraq təcili tədbirlər görməsini tələb edirlər.Bu artımın artıq litri 2,50 avroya çatıb.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər