20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
Tarix: 17-09-2026 17:19 | Bölmə: Dünya


 Çinin digər ölkələrlə ticarət və iqtisadi əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib və onların müdaxiləsinə və ya təzyiqinə məruz qalmamalıdır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.
"16 sentyabrda ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib.Sənəd ABŞ prezidentinə Çin də daxil olmaqla, Rusiya neft və qazının ən böyük alıcılarına 100%-ə qədər tarif tətbiq etmək səlahiyyəti verir".
Qo Ciakun sözlərinə görə, Çin həmişə dünyanın bütün ölkələri ilə bərabərlik və qarşılıqlı fayda əsasında normal ticarət və iqtisadi əməkdaşlıq qurur.
"Bu cür əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsinə və ya məcburiyyətinə məruz qalmır".
Quo Ciakun vurğulayıb ki, Pekin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan milli qanunvericiliyin ekstraterritorial tətbiqinə davamlı olaraq qarşı çıxır.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər