21:15 / 27-09-2026
Turist itkin düşüb
Bütün xəbərlər
Tramp gecə ərzində Hörmüz boğazından rekord miqdarda neft daşındığını açıqladı
Tarix: 27-09-2026 21:12 | Bölmə: Dünya


 ABŞ Prezidenti Donald Tramp dünən gecə Hörmüz boğazından rekord miqdarda neft daşındığını açıqladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu rəqəm İranla müharibədən əvvəlki həcmləri keçib.
"Dünən gecə Hörmüz boğazından rekord həcmdə neft daşıdıq - müharibədən əvvəl daşıdığımızdan daha çox".
Lakin o, nə qədər yanacaq daşındığını dəqiqləşdirməyib.
Amerika lideri İranla müharibənin tezliklə bitəcəyini və neft qiymətlərinin düşəcəyini proqnozlaşdırıb.
Daha əvvəl ABŞ Energetika Nazirliyi Hörmüz boğazından gündə təxminən 13 milyon barel neftin keçdiyini bildirmişdi.




Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb