Bütün xəbərlər
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
Tarix: 23-09-2026 21:05 | Bölmə: Manşet


ABŞ nümayəndələri Rusiya ilə son təmaslarında Ukraynadakı münaqişənin həllinə kömək etmək sadiqliklərini təsdiqlədilər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında bildirib.
"Moskvaya son səfərləri zamanı Stiven Vitkov və Cared Kuşner Vaşinqtonun Ukraynada nizamlanmanın asanlaşdırılmasında davamlı marağını təsdiqlədilər".
LAVROV QEYD EDİB.
Nazir vurğuladı ki, Rusiya tərəfi dəfələrlə davamlı və ədalətli sülh danışıqlarına hazır olduğunu bildirib. O, xatırladıb ki, bu məqsədə çatmaq üçün yerinə yetirilməli olan vəzifələr Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il çıxışında qeyd olunub.




Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər