Bütün xəbərlər
İran səmasında naməlum parlayan uçan obyekt müşahidə edilib
Tarix: 22-09-2026 17:10 | Bölmə: Dünya


İran səmasında naməlum parlayan uçan obyekt müşahidə edilib və onun videosu sosial mediada yayılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "The Daily Mail" məlumat verib.
Videonun 20 sentyabr bazar günü axşamı, yerli vaxtla təxminən saat 19:30-da Tehranın Azadegan şossesində çəkildiyi bildirilir.Özünü Əli Sədaqəti kimi təqdim edən müəllif məlumatı onlayn forumda paylaşıb.
O, çoxrəngli işıqları olan oraq formasında böyük, təyyarə böyüklüyündə bir obyekt müşahidə etdiyini bildirib.Nəşr qeyd edir ki, o, tək qanadlı və kiçik, iti əyri quyruğu olan monoplan kimi görünürdü.
Həqiqətən nə olduğunu bilmirəm, amma buludlara yaxın idi, xüsusi işıqları var idi və kosmosda səssizcə dalğalanırdı!
BİR ŞAHİD DEYİR.
Dərc olunmuş video 20 saniyədən bir az çox idi.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb