20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Kosovoda AB Missiyası binası yandırıldı
Tarix: 17-09-2026 17:15 | Bölmə: Dünya

Haaqadakı Kosovo üzrə Xüsusi Məhkəmə tərəfindən məhkum edilmiş keçmiş Kosovo Azadlıq Ordusunun (KLA) komandiri və tanınmamış respublikanın keçmiş lideri Haşim Taçinin tərəfdarları Avropa Birliyinin (AB) Regiondakı Missiyasına (EULEX) Molotov kokteyli ataraq binanı yandırdılar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Kosovo Online" məlumat yayıb.
Portala görə, AB Missiyası binasına hücum gecə baş verib. Bir neçə saat əvvəl, gündüz vaxtı KLA simvollarını daşıyan nümayişçilər mərkəzi Priştinadan EULEX-ə doğru yürüş ediblər.
Etiraz bitdikdən sonra onlar EULEX binasına gediblər və orada daş və fişəng atıblar və nəticədə binanın damının bir hissəsi yanıb.
Gücləndirilmiş polis qüvvələri hazırda missiya binasının qarşısında növbədədirlər.
Çərşənbə günü, 16 sentyabrda Haaqadakı Kosovo üzrə Xüsusi Məhkəmə Taçini müharibə cinayətlərində təqsirli bildi. O, artıq çəkilən müddətə görə hesablanmaqla 25 il həbs cəzasına məhkum edildi.
Məhkəmə həmçinin Taçinin KLA yoldaşları - keçmiş parlament spikerləri Yakup Krasniqi və Kadri Veseli, eləcə də hakim Özünütəyinetmə partiyasından keçmiş millət vəkili Rəcəb Səlimiyə hökm oxudu.Onlar müvafiq olaraq 25, 18 və 13 il həbs cəzasına məhkum edildilər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər