20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
Tarix: 16-09-2026 23:44 | Bölmə: Dünya


ABŞ Xəzinədarlıq Nazirliyi bir İsveçrə vətəndaşını və bir türk şirkətini Rusiya əleyhinə sanksiyalar siyahısından çıxardı.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat verib.
İsveçrənin Tamyna AG şirkətinin baş direktoru Hans Peter Bomatter sanksiyalar siyahısından çıxarılıb. Türkiyənin Modulsan Makina Kesici Takim ve Disli Sanayi Ticaret Limited Sirketi şirkətinə qarşı da məhdudiyyətlər ləğv edilib.
OFAC-ın açıqlamasında Bomatter və türk şirkətinin sanksiyalar siyahısından çıxarılmasının səbəbləri göstərilməyib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər