Bütün xəbərlər
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
Tarix: 01-10-2026 18:36 | Bölmə: Karusel


ABŞ prezidenti Donald Tramp cümə axşamı günü ABŞ-ın milli neft ehtiyatının tezliklə Venesueladan neftlə doldurulmağa başlayacağını açıqladı.
"Biz (Venesuelada) çoxlu miqdarda neft istehsal edirik. Tezliklə milli ehtiyatlarımızı, milli strateji ehtiyatlarımızı dolduracağıq.Çox yaxşı münasibətlərimiz var".
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl, 10 sentyabrda Amerika lideri Venesuelanın Amerikanın 500 il kifayət edəcək qədər neftə sahib olduğunu iddia etmişdi.
"Altmış beş milyard barel bizimdir. Bunun nə demək olduğunu bilirsinizmi? Ömürlük, 500 il".
Tramp 
DEDİ.
Bu arada, Venesuelanın neft sektorunun tənəzzüldə olduğu bildirilir: ölkənin 15.000 neft quyusundan yalnız 8.000-i fəaliyyətdədir.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
27-09-2026, 21:15 Turist itkin düşüb