Bütün xəbərlər
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
Tarix: 24-09-2026 22:21 | Bölmə: Dünya


Polşa Baş naziri Donald Tusk Polşalı keşişi öldürən Ukrayna vətəndaşının sərt cəzalandırılacağına söz verdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu sosial mediada yazıb.
"Yaroslavdan (Polşa Subkarpat Voyevodluğu – red.) olan qatil Polşa polisinin əlindədir... O, Polşa qanunlarının tam sərtliyi ilə cəzalandırılacaq".
Daha əvvəl Polşanın Yaroslav şəhərindəki bir abbatlığın ərazisində Ukrayna vətəndaşının insanlara bıçaqla hücum etdiyi bildirilirdi. Daha sonra məlum oldu ki, beş qurbandan biri ölüb. O, katolik keşişi idi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb