Bazar günü, 1 iyun 2025, 12:03:27  
Son xəbərlər:
15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
"Tvnoviny": Fiko son anda iş proqramını ləğv etdi
Tarix: 03-05-2025 17:11 | Bölmə: Dünya

“Tvnoviny” xəbər portalı xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko son günlər bir neçə dəfə iş qrafikini son anda ləğv edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Portalın məlumatına görə, Fiko Slovakiyada 1 May şənliklərində iştirakdan imtina edib.
"Slovakiya Respublikasının Baş naziri Robert Fikonun mayın 1-nə olan iş proqramı ləğv edilib", - nəşr ölkənin hökumət ofisinə istinadən qeyd edir.
Slovakiyanın baş naziri Nitra şəhərindəki çörək zavodunda planlaşdırılan gecə növbəsini də ləğv edib. Fiko mayın 1-də işçilərlə həmrəyliyini belə ifadə etmək niyyətində idi.Bundan başqa, dövlət xadimi Böyük Britaniyada Oksford tələbələri qarşısında mühazirə oxumağa getməyib və Çexiyanın keçmiş prezidenti Miloş Zemanla televiziya proqramında iştirak etməkdən imtina edib.
Slovakiya hökuməti ləğvin səbəblərini açıqlamayıb. Xəbər portalı hesab edir ki, bu, Fikonun sui-qəsd cəhdindən sonra səhhəti ilə bağlıdır.
2024-cü il mayın 15-də Handlova şəhərində ona qarşı sui-qəsd edilib. Günahkar 71 yaşlı yazıçı Juraj Cintula idi. O, Slovakiyanın baş nazirini sinəsindən və mədəsindən güllə ilə yaralayıb. Baş nazir bir sıra əməliyyatlar keçirdi və yalnız iyul ayında öz vəzifəsinə qayıda bildi.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər